Sual (41) : Salamun əleykum.Sebr,iman,exlaq ve ixlasi nece elde etmek olar?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
1.Səbr haqqında: 1-Səbirsizliyinizin səbəbini tapmağa çalışın. 2-Sizi səbirsiz edən işləri müəyyən edin. 3-Sizə davamlı olaraq hücum edən səbirsizliklərə qələbə çalın. 4-Özünüzə ideal örnək seçin. 5-Əgər sizi hövsələdən çıxardan biri işin qarşısını ala bilmirsinizsə, onun baş verməsinə imkan yaradın. 6-Özününüzə aşılayın ki, bir işin həlli üçün kifayət qədər vaxt lazımdır. 7-Gözlənilməz hadisələrin baş verməsinə hazır olun. 8-İstirahət etməyə vaxt ayırın. 9-Sizi səbirsiz edən mövzuları yadda saxlayın. 2. İman haqqında: İmanınızın güclənməsi üçün: 1-Din sahəsində elmi səviyyənizi yüksəldin. Bu yöndə proqramlı şəkildə dini tədqiqatlar aparmaq çox zəruridir. 2-Yeni və cəzbedici metodlarla mədəni və təbliği fəaliyyətlərinizi genişləndirin. 3-Dini məclislərdə çox iştirak edin. 3.İxlas haqqında: Malını ucuz satan şəxs ya malının dəyərini tanımır, yəni malının qızıl, dəmir, panbıq, ipək olduğunu bilmir, ya müştərini tanımır və ya bazardakı məzənnədən xəbərsizdir. Qurani-kərim insanın əməlləri hədər yerə tələf olmasın deyə hər üç sahədə ona bələdçilik edir: 1-Əmtəə: Qurani-kərim insanı Allahın xəlifəsi hesab edir. Yaradılışda məqsəd insanın üzüdür. 2-Müştəri isə Allahın özüdür və yalnız insanların ən yaxşı əməllərini qəbul edir. Əlbəttə, Allah başqa müştərilərlə bir necə cəhətə görə fərqlənir: 1.Malı baha alır (behişt qiymətinə). 2.Az əməli də qəbul edir (Fəmən yəməl misqalə zərrətin xeyrən yərh). 3.Hətta yaxşı niyyəti belə dəyərləndirir. 4.Yaxşı əməlləri aşkarlayır və pis əməlləri gizlədir . 3- Məzəndə: İnsanən bahası behişt və Aııahın razılığıdır. Özünü bundan ucuz satan zərər etmişdir. Demək, özdəyərini bilən Allahdan başqası üçün bir iş görməyə hazır olmaz. Bu nüanslara diqqət yetirdikdə ixlasa yaxınlaşa bilirik.
Allah sizə yar olsun.
Sual (42) : Salamun əleykum.Allah Taala kimlərdən razıdır? Hər kəsdən ki, Allah razıdır, behişt əhlidirmi? Əgər belədirsə, ənbiya surəsinin 28 ayəsi buyurduğu: "və onlar (mələklər) şəfaət etmirlər. O kəslər ki, Allah onlardan razıdır" müxalifət etmirmi? Başqa cür desək: Rizvan behiştinə sahib olmaq, onlar üçün mələyin şəfaət etməsi ilə necə uyğundur?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Allah iman və saleh əməl sahiblərindən razıdır, amma çünki iman və saleh əməllər qüdrət və zəif mərtəbəsindən fərqlidir, Allahında razılğı onlar üçün fərqlidir.
Behiştin ən uca mərtəbəsi behişti rizvandır. Onun sahibləri, yəni Peyğəmbərlər, övsiya övliya və Allah dərgahında yaxşı olanlardır. Bu dəstənin şəfaətə ehtiyacı yoxdur və bunlar özləri qiyamət gününün şahid və şəfaətçilərindəndirlər. Buna görə də "Mənirtəza" ( o kəslər ki, Allah onlardan razıdır) ayəsindən məqsəd, behişt- rizvansahibləri deyildir, deyək ki, bunlarla Quran ayəsi arasında ixtilaf var. Bu ayə müşrüklərin bu fikirlərini ki, mələklərin şəfaəti onlara şamil olacağını rədd edir; çünki mələklər Allahın məmurları və onun əmr və iznindən boyun qaçıra bilməzlər. Onlar yalnız o şəxslər üçün şəfaət edirlər ki:
Birinci: Şəfaətə layiqli olsunlar
Ikinci: Allah onlara şəfaət etməyi icazə versin. Başqa cür desək, o şəxslər şəfaətə layiqdir ki, imanları Allah dərgahında qəbul olsun, amma əməllərinin nəticəsində imanları məhv olmuşdur və şəfaətə ehtiyacları vardır, amma müşrüklər mömin olmayıb və Allahın razılğını əldə etməmişlər.

Allah sizə yar olsun.
Sual (43) : Salamun əleykum.Abır-həyanı qorumaq üçün yağış namazından imtina etmək olarmı? (Axı bu namazdan sonra yağış yağmasa, şəxsiyyətə nöqsan gələ bilər…)
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Yarış meydanına çıxan idmançı məğlub da ola bilər. Bununla belə, o, qələbə ümidini itirmir. Napaleon on dörd hərbi əməliyyatda məğlub olduqdan sonra qələbəyə yol tapır.
Rəvayətlərə əsasən, quraqlıq zamanı yağış namazı qılmaq lazımdır. Yağışın yağıb-yağmayacağı Allahdan asılıdır. Amma biz öz vəzifəmizə əməl etməliyik.

Allah sizə yar olsun.
Sual (44) : Salamun əleykum.Fədakarlıq dedikdə nə nəzərdə tutulur?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İnsan üçün həyat nə qədər qiymətli olsa da onu şərafətlə yaşamaq daha mühümdür. Təsəvvür edin ki, vətənini düşməndən qoruyan iki əsgər düşmənə əsir düşir. Onlardan hərbi sirləri öyrənmək üçün düşmən bütün vasitələrdən istifadə edir. Əsgərlərdən bir şərafətli ölmü alçaq həyatdan üstün tutaraq, düşmənə sirr vermir və şəhadətə yetirilir. İkinci əsgər isə alçaqlıqla da olsa, yaşamaq üçün düşmənin bütün təklifləri ilə razılaşır...
Bəli, əsil müsəlman həqiqət yolunda canından keçir və əlbəttə ki, Allah tərəfindən mükafatlandırılır. “Ali-İmran” surəsinin 169-cu ayəsində buyurulur: “Allah yolunda öldürülənlər ölü deyil. Onlar əbədi əbədi həyata çatmış və yüksək bir məqamda ilahi nemətlərdən faydalanırlar.”
İslam peyğəmbəri (s) buyurur: “Ən üstün yaxşılıq şəhadətə çatmıqdır.”
Fədakar insanlara hər an ehtiyac var. Dənizdə batan insanı, od tutmuş binada qalmış körpəni xilas etmək üçün fədakarlıq lazımdır. Allahın sevimlisi olan belə insanlar cəmiyyət borcludur.
Düşmənə arxa çevirib döyüş meydanandan qaçan, zəlzələ zamanı ailəsini qoyub, özünü bayıra atan insan canını fəda etmək yox, hər şeyi canına fəda etmək qərarındadır. Allah belə insanları məzəmmət edir, fərariləri cəhənnəm odu ilə cəzalandıracağını bildirir. (“Ənfal”, 16)

Allah sizə yar olsun.
Sual (45) : Salamun əleykum.Deyilir: Əgər niyyət pak olsa bəsdir və dua və ziyarətə daha ehtiyac yoxdur; bu doğrudurmu?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bu şeytanın insanları dua, ziyarət və digər əməllərdən uzaqlaşdırmaq üçün olan bir hiyləsidir, çünki dua və təvəssül imamların vasitəsi və Allahın bir başa olan əmri ilə insanların öhdəsinə qoymuşdur. İnsanlara nümunə və qəlblərinin saf olmasına dualar səbəb olub məsum imamlarla daha çox əlaqə yaratmağa səbəb olmuşdur. Bütün bu dua və təvəssüllərlə bu uca məqamdan bəhrələnmək olmaz və bu dualarla qəlbin pak və təmiz olması da lazımdır. Yəni lazımdır ki, insan təmiz qəlblə dua etsin və bu ilahi vasditəylə əlaqə yaratsın ki, çətinliklərdən nicat tapdıqdan əlavə istəklərini alaraq, qəlbini nurlandırıb, ilahi övliyalarla əlaqə yaratsın ki, çətinliklərdən nicat tapdıqdan əlavə istəklərini alaraq, qəlbini nurlandırıb, ilahi övliyalarla əlaqə yaradaraq öz çöhrəsini gözəlləşdirsin.
Demək olar ki: Pak niyyətlə dua, ziyarət oxuyub rabitə yaratmaq, az bir illət olaraq insanı kamilləşdirməkdən başqa bir şey deyildir, onlardan birinə qovuşmaq bəzi o birisindən ehtiyacsız etmir; başqa sözlə desək, bir şeyi sabit etmək, digərlərini nəfy etmir (qadağan etmir). Yəni əgər deyilirsə, "Təmiz niyyət lazımdır" və ya deyilsə: "Təvəssül, dua və ziyarət lazımdır" o demək deyildir ki, birinə əməl etdikdə o birisinə ehtiyac yoxdur.
Bəli! əgər həqiqi niyyəti olsa və onu yerinə yetirməyə qüdrəti olmasa, Allah öz lütf və kərəmiylə o işin savabını onun üçün yazar: Amma bu qanunu qüdrəti olub bu işdən boyun qaçıran şəxsin haqqında demək olmaz; belə şəxslər özlərini aldatmışlar! Elə ki, su içməyi təsəvvür etmək və yaxud su içməyi niyyətində keçirmək susuzluğu aradan qaldırmır!

Allah sizə yar olsun.
Sual (46) : Salamun əleykum.İzzəti-nəfs nə deməkdir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İnsan ehtiyaclı varlıqdır. Bu ehtiyac insan şəxsiyyətinin tanınmasında mühüm rol oynayır. Əsil insan öz zehni və fiziki qüvvələrindən faydalanaraq bu ehtiyacları aradan qaldırmalıdır. Amma insanların bir qismi Allahın ona verdiyi qüvvələrdən səmərəli faydalanmayıb, başqalarının köməyinə göz dikir. Əlbəttə ki, bu, insana yaraşmayan sifətdir.
Amma “izəti-nəfs” adlanan bəyənilmiş bir sifət də vardır. İzzəti-nəfs olan insanlar min bir əziyyətə qatlaşıb, kimsəyə ağız açmır, Allahdan başqasına əyilmirlər. Belələri quldurluq, oğurluq, yalan, böhtan kimi günahlardan təbbi şəkildə uzaq olurlar.
Bu insanlar özləri və başqaları üçün imtahan olsun deyə ağır çətinliklə qarşılaşa bilərlər. Məsələn, anadan şikəst doğulmuş iki insan tamah baxımından eyni olmur. Onlardan biri başqalarına ağız açmaqla öz ehtiyaclarını ödəyirsə, izzəti-nəfsi olan şikəst nə etməlidir? Məhz bu məqamda Allahın ehsan haqqında buyurduqları yada düşür. Bəli, imkanlar böyük imtahan qarşısındadırlar. Cəmiyyətdə izzəti-nəfs olan ehtiyaclıları tapıb, onların ehtiyacını ödəmək böyük savabdır.
“Vaqiə” surəsinin 10-cu ayəsində oxuyuruq: “Göylərin və yerin mirası ancaq Allaha and olduğu halda nə üçün Allah yolunda infaq (infaq –ehsan etmək, bağışlamaq) etmirsiniz?”

Allah sizə yar olsun.
Sual (47) : Salamun əleykum.Allah mərhəmətli olduğu halda nə üçün Quran və hədislərdə Allah qorxusu tövsiyyə olunur? Mehriban və bağışlayan Allahdan qorxmağın nə mənası var?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bilməliyik ki, müsbət qorxu insana əhatə olunmuş ilahi nemətlərdən biridir. İnsanda müdafiə hissini yaradan da qorxudur. Əgər insan təhlükəli məqamlarda qorxmasaydı, məsələn, yırtıcı heyvanlardan, uçmaqda olan evdən, təhlükəli xəstəliklərdən qorunmasaydı, qısa zamanda boş yerə məhv olub gedərdi. İnsan məhz bu qorxu hissi səbəbindən yoluxucu xəstəliklərdən çəkinir, uçurum qarşısında ehtiyatlı olur, təhlükəli hücumlardan özünü müdafiə edir. Əgər insanda təhlükə qorxusu olmasaydı, çoxlarının aqibəti ölümlə nəticələnərdi. Amma söhbətimizin mövzusu məntiqi və ağrılı bir qorxudur. Əsassız, məntiqsiz qorxu pislənilir və belə qorxu “cübn” adlandırılır. Cübn insanı inkişafdan saxlayır, onu bir çox nemətlərdən məhrum edir. Yersiz qorxu odur ki, insan heç bir dəlil olmadan qorxuya düşsün. Cihad meydanında qorxub qaçmaq, əlbəttə ki, məzəmmət olunası bir işdir.
Qurani-məcid buyurur: “Allahın məqamından qorxub, nəfsini cilovlayan kəsin yeri hökmən behiştdir.” Ayədə “Allahdan qorxu” əvəzinə “Allahın məqamından qorxu” ifadəsi işlədilmişdir. Bəs Allahın məqamından qorxmaq nə deməkdir? Allahın məqamından qorxu dedikdə Onun ədalət və mühakiməsi nəzərdə tutulur. Bəs Allahın ədaləti kimin üçün qorxuludur? Başqasının haqqına təcavüz etməyən çox insanlar üçün Allah ədalətindən qorxu yoxdur. Amma əməl naməsi qara olanlar, başqalarının haqqına təcavüz edənlər, fitnə-fəsad girdabına yuvarlananlar təbii olaraq Allahın ədalətindən qorxurlar. Çünki ilahi ədalət əsasında bu insanlar öz əməllərinin cəzasına məhkumdurlar. Allahın qəzəbinə düçar olmaq qorxulu deyilmi?
Deyilənlərdən məlum olur ki, Allahın ədalətindən qorxu insanın öz günahlarından, günahlarının cəzasına çatmasından qorxudur.
Əmirəl-möminin (ə) öz buyruqlarından birində bu məsələyə belə işarə edir: “Yaxşı olar ki, hər bir fərd yalnız öz nalayiq əməlindən qorxsun.”
Sual oluna bilər ki, əgər Allah qorxusu insanın öz günahından qorxudursa, nə üçün məsum imamlar və övliyalar da Allahdan qorxmuşlar? Təbii ki, məsum imamların və övliyaların günahı olmamışdır. Onların qorxduğu şey “tərke-ovladır”. Tərke-ovla dedikdə yaxşı işlərin tərk olunması nəzərdə tutulur. Elə işlər var ki, bu günah sayılmadığı halda Allah dostları üçün qəbahətdir. Övliyalara qarşı tələblər adi insanlara qarşı tələblərdən fərqlənir. Adi bir insan üçün halal olan bir iş övliyalar üçün büdrəmə sayıla bilər.

Allah sizə yar olsun.
Sual (48) : Salamun əleykum.Həzrət Peyğəmbər (s) buyurur: “İmanlı insanın niyyəti onun əməlindən üstündür. Kafirlərin niyyəti onların pis əməllərindən də pisdir.” Axı necə ola bilər ki, bir insanın niyyəti onun əməlindən üstün və ya alçaq olsun?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Yuxarıda qeyd olunan hədis İslamın məşhur hədislərindəndir. Bu hədisi həm sünni, həm də şiə alimləri nəql etmişlər.
Uyğun hədis ayrı-ayrı alimlər tərəfindən müxtəlif cür təfsir olunmuşdur. Biz bu təfsirlər içində daha münasib saydığımız təfsiri nəzərinizə çatdırırıq:
Möminin niyyəti və himməti onun əməlindən daim üstündür. Mömin şəxs nəzərdə tutduğu xeyir əməlin onda bir hissəsini görmüş olsa da, xeyir niyyətinə görə böyük mükafatla mükafatlandırılır.
Əksinə, kafir şəxs Allaha inanmadığından və əməlinin cəzasından qorxmadığından onun vücudu çirkin fikirlər ocağıdır. O daim hansısa pis bir iş görmək haqqında düşünür. Hansısa maneələrə görə həmin çirkin niyyətlərini həyata keçirə bilməsə də, onun niyyəti çirkinliyində qalır. Ona görə də həzrət buyurur ki, kafirin niyyəti onun əməlindən də pisdir. Haqqında danışdığımız hədis imam Baqir (ə) tərəfindən nəql olunmuşdur.

Allah sizə yar olsun.
Sual (49) : Salamun əleykum.Acı hadisələrlə qarşılaşarkən nə etməli?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Süfrədə həm turşu və istiot, həm də konfet və mürəbbə ola bilər. Uşaqlar adətən şirin şeylərə üstünlük verirlər. Hansı ki, turş və acı şeylərin də faydası var. Bəs acı hadisələrin faydası nədir? Acı hadisələr diqqəti Allaha yönəldir, istedadı çiçəkləndirir, günahlar üçün cəza olur, ilahi nemətləri nəzərə çarpdırır.
Hadisələrə münasibətdə insanlar üç qrupa bölünür: kimi uşaq tək narahat olur, kimi gənclər kimi səbr edir, kimi də yaşlılar kimi ləzzət alır. Qurana əsasən, çətinliklərlə üzləşən vaxt kimi hay-haray salır, kimi səbr edir, kimisi də razı qalır. [4474] 
Bir qrup şəxs İslam peyğəmbərinin hüzuruna gəlib, cihada getmək istədiklərini bildirdilər. Həzrət (s) onlara minik və qılınc olmadığını bildirdikdə çox narahat olub ağladılar da. Çətin hadisələrdən tədbir, səbr, ilahi yardım vasitəsi ilə qurtulmaq olar. Baxın, limon kimi turş meyvədən limonad kimi şərbət düzəldilir!
Bəli, mahir aşpaz hətta portoğal qabığından mürəbbə hazırlayır. Dünyada, demək olar ki, bütün tullantılar təkrar emala qayıdır.
Həzrət Zeynəb (ə) hətta öz əsirliyindən istifadə edərək zalımların səltənətini titrətdi. Yezid, imam Səccadın nitqi eşidilməsin deyə, azanın ucadan deyilməsini tapşırdı. İmam isə həmin azanın cümlələrini elə təfsir etdi ki, eşidənlər təlatümə gəldi. Azanın “şəhadət verirəm ki, Məhəmməd Allahın rəsuludur” cümləsindən sonra buyurdu: “Ey Yezid! Bu Məhəmməd sənin babandır yoxsa mənim?! Bu əsirlər onun övladları deyilmi?!”
İmam Kazim (ə) zindana salındığı vaxt “nə yaxşı ibadət yeridir”-buyurdu. Bir çox alimlər öz dəyərli kitablarını məhz sürgünlərdə və zindanlarda yazmışlar.

Allah sizə yar olsun.
Sual (50) : Salamun əleykum.Məndə səbirsizlik var hansisa bir şeyi oxuyanda axira qədər oxuya bilmirem hansisa elmin daliyca axira qeder gede bilmirem məsələn qurani kerimi dillerden rus dilini öyrenmek isteyirem öyrene bilmirem birde zehnim o qederde güclü deyil sizin hem dini baximdan hemde elmi baximdan cavabinizi bilmek isterdim allah sizden razi olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
1. Unutmayın ki, özünə güvənmək qələbənin ən başlıca şərtidir. Ona görə də, həyatın bütün sahələrində özünüzə etimad edin, heç nədən çəkinməyin. 2. Həyat mübarizəsində var gücünüzlə irəliləyin və heç nədən qorxmayın. Şübhəsiz, lüğət öyrənmək, mütaliə etmək hövsələ tələb edir. Bu boyük hövsələni özünüz özünüzə hədiyyə etməlisiniz. Bir şeyi mənimsəməkdən ötrü 5 faiz istedad tələb olunursa, 95 faiz zəhmət, təlaş tələb edilir. 3. Zehnizdə özünüz haqqında yaxşı təsəvvür yaradın. Belə olduğu halda təsəvvür etdiyiniz insana çevriləcəksiniz. 4. "İstəmək bacarmaqdır" ifadəsi enerji və güclə doludur. Bu cümləni sehn səhifənizdə həkk edin. 5. Unutmayın ki, siz sizin üçün baş verəcək bütün hadisələrdən daha üstünsünüz.
Allah sizə yar olsun.
Go to TOP