Sual (1) :
Təzkiyə olunmamış hеyvan dərisindən hazırlanan ayaqqabılardan istifadə еtdikdə dəstəmazdan əvvəl ayaqları yumaq vacibdirmi? Bəziləri dеyirlər ki, ayaq ayaqqabının içində tərləsə, ayaqları yumaq vacibdir. Məlum məsələdir ki, ayaq hər növ ayaqqabının içində az, yaxud çox tərləyir. Bu məsələdə Sizin rəyiniz nədir?
Ad:
,
Ölkə:
,
Müctəhid:
Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər dəri ayaqqabının şəriətin qoyduğu qaydada kəsilməyən heyvan dərisindən tikildiyinə yəqinliyiniz olsa və ayaq da bu ayaqqabının içərisində tərləsə, (ayaq murdardır) namaz üçün ayaqları yumaq vacibdir. Lakin əgər ayağın tərlədiyinə, yaxud dərisindən ayaqqabı tikilən heyvanın şəri qaydada kəsildiyinə şəkk olunsa, (ayaq) pak hökmündədir.
http://sual.nur-az.com/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (2) :
Assalamu aleykum! eger zohr ve esr namazlarinin nafilesi vaxtinda qilinmirsa sonra qezami edilir? meselen bu nafileri maqribden qabaq qilinsa hansi niyyetle qilinir? ve yaxud meqrib ve xiftenen sonra hansi niyyetle qilinir?
Ad:
salman,
Ölkə:
rusiya,
Müctəhid:
Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Nafilə namazlarını öz vaxtında qılmasanız müstəhəbdir ki, vaxtından sonra qəza edəsiniz və qəza niyyəti edəsiniz. http://sual.nur-az.com/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (3) :
Salam. 1.Men isle bagli sefer edirem hefdenin 4gunu 1 ci 2 ci 3cu 6ci gunleri vetenimde oluram masinla puradik paylayiriq fehle kimi gedirem 4 cu 5ci gunleride seferde paylayiriq hefdede 2defe sefer edirem menim namazim ve orucum qesirdi tamdi? Sistani agaya teqlid edirem. 2.men meselcun 30km sefer edmisem namaz qilmagcun 10km geriye qayidiram oda edir 20km indi namazmi orda qesir qilacam ya tam?
Ad:
Rehman,
Ölkə:
Aze,
Müctəhid:
Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
1. “Kəsirus-səfər” adı o kəsə deyilir ki, ən azından ayda 10 dəfə və ayın 10 günündə (44 km getmək və ya gedib gəlməklə) səfərə getsin. Yaxud heç olmasa iki və ya üç səfər daxilində 10 gün səfərdə olsun. Bu şərtlə ki, heç olmazsa bir ildə altı ay, yaxud bir neçə ildə üç ay bu vəziyyəti davam etdirmək niyyətində olsun. Belə olduqda bütün səfərlərində (hətta qəfildən baş verən səfərlərdə) namazı bütövdür. Əlbəttə, birinci iki həftədə namazı ehtiyat olaraq həm şikəstə, həm də tamam qılmaq lazımdır.
Əgər insanın bir ayda səfərlərinin sayı və yaxud günü səkkiz ya da doqquz olsa, ehtiyat-vacibə görə bütün səfərlərdə namazı həm şikəstə, həm də tamam qılmalıdır. Bundan az olsa namaz qəsrdir.
2. Siz kəsirus-səfərsinizsə namazınız bütövdür. Yox əgər kəsirus-səfər deyilsinizsə və şəhərin qurtaracağından 30 km səfər etmək istəyirsinizsə və ondan sonra 10 km qayıtsanız qayıdanda namazınız qəsrdir.
http://sual.nur-az.com/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (4) :
Sual: salam aleykum aga.
aga namazda secdeden ve ya tesehhudden qalxanda ◀◀bihouvlillah▶▶zikrinin yerine ◀◀YA HEYYU YA QEYYUM▶▶ demey olarmi??
beezileri bele deyir deye coxu sual edir mene mense onlara ne deyim bilmirem.xais edirem bize bir cavab yazasiz
Ad:
seymur,
Ölkə:
azerbaycan lenkaran,
Müctəhid:
Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
"Ya həyyu ya qəyyum" zikrini varid zikr niyyəti ilə deməməlidir. Çünki bu zikrin namazın sualda qeyd olunan hissəsində deyilməsinin müstəhəbliyi haqda heç bir göstəriş yoxdur. Amma mütləq zikr kimi deyə bilər. Varid zikr odur ki, məsum (ə) tərəfindən bu barədə göstəriş verilmiş olsun.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (5) :
salam aleykum.namaz qilanda,hemd ve sure deyerken,belimi arxada olan divara ve ya mebele soykesem namaza mane olarmi? sag olun
Ad:
,
Ölkə:
,
Müctəhid:
Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər bir üzrünüz olmasa, namaz halında heç bir yerə söykənməməlisiniz.Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (6) :
Salam aleykum. Xahiş edirəm ki, mənim sualıma geniş cavab yazın. Mən necə edim ki, namazda fikrimi namaza toplaya bilim?
Ad:
Nadir,
Ölkə:
,
Müctəhid:
Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Namazda fikri toplamaq üçün ən yaxşı metod budur ki, namazdan öncə bir qədər böyük Allahın və aləmi yaradanın qarşısında dayandığınızı düşünəsiniz. Onun əzəmət, qüdrət və böyüklüyünü nəzərinizə gətirəsiniz. Özünüzü qüdrətli bir hökmdarın qarşısında dayanmış bir bəndə sanın. Təbiidir ki, bu halda tam şəkildə diqqət və təvazökarlıq yaranacaqdır. Namazdan öncə fikri narahatçılığı aradan qaldırıb çalışın ki, bu barədə fikirləşməyəsiniz. Bütün fikrinizi namaza və pərvərdigarın ibadətinə toplayın. Şeytanın vəsvəsələrini dəf etmək üçün “La İlahə illəllah” zikrini çox deyin.
İmam Sadiq (əleyhis-salam) buyurmuşdur: “Namaz qılmaq istəyərkən dünyanı və dünyada olanları unut. Dünya camaatını yadından çıxart və ürəyindən səni Allahdan ayıran hər şeyi çıxar”. Bir hədisdə nəql olunur ki, həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) belə buyurdu: “Elə bir insan kimi namaz qıl ki, sonuncu namazını qıldığını güman edir. Namaz qılmaq istəyərkən öz-özünə de ki, bu dünyada qılacağım sonuncu namazdır. Elə ol ki, sanki Cənnət qarşında, Cəhənnəm isə ayaqlarının altındadır. Əzrail arxanda, mələklər sol tərəfindədir. Allah yuxarıdan sənin halından xəbərdardır. O zaman anla ki, kimin qarşında dayanmısan və kimə minacat edirsən və sənə kim baxır".Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (7) :
Salam aleykum.Qeza namazlarimi gozu yumulu halda qila bilerem,bu halda qilmaq mene asan gelir
Ad:
,
Ölkə:
,
Müctəhid:
Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Namazda gözü yummaq bəyənilmir. Ancaq gözünüzü yumsanız, sizin üçün günah deyil və namazın düzgünlüyünə təsir etmir.Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (8) :
Salam aleykum. Tesehutu deyerken barmagi terpetmeyin seri delili var?
Ad:
,
Ölkə:
,
Müctəhid:
Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Şiə fiqhində belə əməl gəlməmişdir. Əhli-sünnə bu işi bir növ əməli şəkildə Allah-taalanın vəhdaniyyətinə şəhadət kimi qeyd edir. Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (9) :
Salam namaz qilanda sozzeri qarisdiriram onu saxlayib hemin ayenin basindan baslayiram bele olanda secdeyi sehv vacib olur 2 men isdediyim yerde uzde saqqal saxlamaga icace vermiller men masinnan qirxiram bu halda gunah edmis oluram?
Ad:
Rehman,
Ölkə:
Azerbaycan,
Müctəhid:
Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
1. Səhv səcdəsi vacib deyil.
2. Saqqalı qırxmaq – ehtiyat vacibə görə - icazəli deyil. Ən azından o qədər olmalıdır ki, camaat arasında çənədə və yanaqlarda qalmış tüklərə saqqal deyilsin.
Yalnız zərurət hallarında, həmçinin saqqal saxlamaq adətən dözülməyən çətinliyə səbəb olarsa icazəlidir. Bu hallar o vaxt baş verə bilər ki, misal üçün belə bir iş yerində işləməyə davam etmək məcburiyyətində olsun. Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (10) :
salam qəza namazina aid qurani kərimdə bir işarə varmi
Ad:
RUFƏT,
Ölkə:
Azərbaycan,
Müctəhid:
Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Birincisi, Quranda bu məsələyə xas dəlil gəlməmişdir. Necə ki, gündəlik qılınan beş namazın təfərrüatı, şəraiti və eləcə də həcc məsələsinin xırdalığı və bütün müsəlmanların arasında qəbul olunan ayat namazı Quranda gəlməyib. Baxmayaraq ki, namazı vaxtında qılmayan kəsə namazın qəzasının vacib olmasında heç bir şəkk yoxdur. Bu məsələ məsumlardan (əleyhimus-salam) nəql olunan bir çox hədislərdə bəyan olmuşdur. İkincisi, İslam prinsiplərini ehtiva edən Qurani-məcid, bütün məsələləri detalları ilə zahiri ifadələrində bəyan edə bilməz. Quran əsas və kulli qanunları aşılayır, izah və şərhini Peyğəmbərin öhdəsinə qoyur. Bundan əlavə çətin və müşküllü məsələlərin izahı üçün insanların Peyğəmbərə olan ehtiyacları, onların Rəsulullahın (səlləllahu əleyhi və alih) sünnəsi ilə əlaqələrinin yaranmağına səbəb olur. Peyğəmbərdən sonra məsum imamlara və həqiqi alimlərə qarşı bu ehtiyac yaranır. Buna görə də Peyğəmbər və məsum imamların müxtəlif hədislərində qəza namazının vacibliyi açıqlanıb. Bu barədə ətraflı mütaliə üçün Vəsailuş-şiə kitabının səkkizinci cildi “Namazların qəzası” bölməsinə müraciət edə bilərsiniz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq