Sual (31) : Salamun əleykum. Fədakarlıq dedikdə nə nəzərdə tutulur?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İnsan üçün həyat nə qədər qiymətli olsa da onu şərafətlə yaşamaq daha mühümdür. Təsəvvür edin ki, vətənini düşməndən qoruyan iki əsgər düşmənə əsir düşir. Onlardan hərbi sirləri öyrənmək üçün düşmən bütün vasitələrdən istifadə edir. Əsgərlərdən bir şərafətli ölmü alçaq həyatdan üstün tutaraq, düşmənə sirr vermir və şəhadətə yetirilir. İkinci əsgər isə alçaqlıqla da olsa, yaşamaq üçün düşmənin bütün təklifləri ilə razılaşır...
Bəli, əsil müsəlman həqiqət yolunda canından keçir və əlbəttə ki, Allah tərəfindən mükafatlandırılır. “Ali-İmran” surəsinin 169-cu ayəsində buyurulur: “Allah yolunda öldürülənlər ölü deyil. Onlar əbədi əbədi həyata çatmış və yüksək bir məqamda ilahi nemətlərdən faydalanırlar.”
İslam peyğəmbəri (s) buyurur: “Ən üstün yaxşılıq şəhadətə çatmıqdır.”
Fədakar insanlara hər an ehtiyac var. Dənizdə batan insanı, od tutmuş binada qalmış körpəni xilas etmək üçün fədakarlıq lazımdır. Allahın sevimlisi olan belə insanlar cəmiyyət borcludur.
Düşmənə arxa çevirib döyüş meydanandan qaçan, zəlzələ zamanı ailəsini qoyub, özünü bayıra atan insan canını fəda etmək yox, hər şeyi canına fəda etmək qərarındadır. Allah belə insanları məzəmmət edir, fərariləri cəhənnəm odu ilə cəzalandıracağını bildirir. (“Ənfal”, 16)

Allah sizə yar olsun.
Sual (32) : Salamun əleykum. Abır-həyanı qorumaq üçün yağış namazından imtina etmək olarmı? (Axı bu namazdan sonra yağış yağmasa, şəxsiyyətə nöqsan gələ bilər…)
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Yarış meydanına çıxan idmançı məğlub da ola bilər. Bununla belə, o, qələbə ümidini itirmir. Napaleon on dörd hərbi əməliyyatda məğlub olduqdan sonra qələbəyə yol tapır.
Rəvayətlərə əsasən, quraqlıq zamanı yağış namazı qılmaq lazımdır. Yağışın yağıb-yağmayacağı Allahdan asılıdır. Amma biz öz vəzifəmizə əməl etməliyik.
Allah sizə yar olsun.
Sual (33) : Salamun əleykum. Tevəkkül nədir ? Xahiş edirəm mənə bu haqda ətraflı yazasiniz! Lüğətdə həm istilahda hansı mənalara olmasını açıqlayasınız.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Peyğəmbər (s) Cəbraildən təvəkkül sözünün təfsirini soruşdu. Cəbrail dedi: "Təvəkkülün mənası xeyir və ziyanın, mükafat və cəzanın insanların əlində olmadığına inanmaqdır. Əgər bir bəndə mərifətin bu mərhələsinə yetişərsə, Allahdan qeyrisi üçün bir iş görməz, Allahdan qeyrisinə ümüd bağlamaz, Allahdan başqa heç kimdən qorxmaz, Allahdan başqa bir kəsin əlində gözü qalmaz. Allaha təvəkkül etməyin mənası budur".
Allah sizə yar olsun.
Sual (34) : Salamun əleykum.Müxaliflərlə necə rəftar etməli?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İnsanları doğru yola dəvət edib günahdan çəkindirmək, hər bir müsəlman üçün vacib olan dini vəzifələrdəndir. Cəmiyyətdə müəyyən mövqe seçmiş insanlar, təbii olaraq müxaliflərlə üzləşir. Bu müxaliflər sülhsevər və təcavüzkar olmaqla, iki qrupa bölünürlər. Birinci qrup müxalifətlə məntiq və əxlaqla rəftar etmək olduqca təsirlidir. «Nəhl» surəsinin 125-ci ayəsi uyğun mövzudan bəhs edir. Qurani-kərimin bir sıra başqa ayələrinə də istinad edərək, müxaliflərlə rəftar üsullarını aşağıdakı ardıcıllıqla proqramlaşdırmaq olar:
1. Allahın yoluna hikmətlə dəvət et;
Hikmət dedikdə elm, məntiq, dəlillər nəzərdə tutulur. Bu üsulla yatmış düşüncələri oyatmaq mümkündür.
2. Gözəl öyüd-nəsihətlə dəvət et;
İnsanlar xaraktercə gözəlliyə meyilli olduqlarından, kobud şəkildə ifadə olunmuş həqiqətə maraq göstərmirlər.
3. Ən gözəl şəkildə, şirin dil və mehribanlıqla dəvət et;
4. Təcavüzkar müxaliflərlə rəftarda ədalətli ol. Artıq cəza, zülm və günahdır;
5. Sizə cəza vermiş müxalifəti səbir edib bağışlasanız, daha yaxşıdır;
Ühüd döyüşündə kafirlər Peyğəmbərin (s) əmisi Həmzəni öldürməklə kifayətlənməyib, ciyərini və ürəyini çıxarmış, burnunu və qulağını kəsmişdilər. Həzrət Peyğəmbər (s) düşməndən intiqam almaq haqqında düşünərkən, ayə nazil oldu: «Əgər səbir etsəniz, bu, daha xeyirlidir» «Nəhl» surəsi, ayə 126. . Peyğəmbər (s) ərz etdi: «Səbir edirəm, Xudaya».
6. Düşmənin əzabı qarşısında səbir etmək yalnız Allaha xatir olduqda, faydalıdır;
Əslində, Allahın yardımı olmadan vəhşiliyə səbir etmək, qeyri-mümkündür.
7. Dəvət qəbul olunmadığı təqdirdə, kədərlənmə;
Çünki sən öz vəzifəni yerinə yetirmisən
8. Düşmən hiyləsi qarşısında sıxılıb, meydanı boş buraxma;
Sənin sığındığın Allah, bütün hiylələri puça çıxarmağa qadirdir
9. Pis əməllərdən çəkin;
10. Xeyir əməl üçün çalış.

Allah sizə yar olsun.
Sual (35) : Salamun əleykum.Lovğa yeriş insanı hara aparır?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Loğman öz oğluna belə nəsihət verir: «...Yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah özündən razı və lovğalanıb fəxr edən şəxsi sevməz. Yerişində müvazinət gözlə»[4211].
Uyğun Quran ayələrindən bir daha aydın olur ki, İslam dini öz ardıcıllarının bütün suallarına əhatəli cavab verir. Mömin müsəlmanlara, hətta öz yerlərində müvazinəti gözləmək sifariş olunur. İlk baxışdan əhəmiyyətsiz görünən yeriş, əslində insan şəxsiyyətinin nişanələrindəndir.
Həzrət Peyğəmbər (s) buyurur: «Lovğa-lovğa, təkəbbürlə yeriyən adama yer, yerin altında yatanlar və üstündə gəzənlərin hər biri lənət oxuyur».[4212].
Başqa bir hədisdə Həzrət (s) buyurur: «Geydiyi libasla lovğalanan insanı, Allah-təala cəhənnəm kənarında yerin təkinə endirib, Qaruna yoldaş edər. Çünki təkəbbürün bünövrəsini Qarun qoyub»[4213].
Bir hədisdə nəql olunur ki, Həzrət (s) yoldan keçərkən, adamların bir dəlinin başına toplandığını gördü və buyurdu: «Əsl dəli, təkəbbürlə yol yeriyən insandır».
[4211]  «Loğman» surəsi, ayə 18-19.
[4212]  «Səvabul-əmal».
[4213]  «Səvabul-əmal».


Allah sizə yar olsun.
Sual (36) : Salamun əleykum.Uzun-uzadı, əlçatmaz arzular bizə nə verir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Ümid və arzu insan fəaliyyətinin əsas amillərindəndir. Əgər insan bircə gün bu hissdən məhrum olsa, yaşayış nizamı pozular. Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Ümid, mənim ümmətimin mərhəmət mayasıdır. Əgər ümid nuru sönsəydi, heç bir ana övladına süd verməz və heç bir bağban fidan əkməzdi»[4144].
Lakin həyat və hərəkət amili olan ümid və arzu həddi aşıb ifrata vararsa, uzun-uzadı, əlçatmaz arzulara çevrilər. Ayədə buyurulur: «Qoy kafirlər hələ yeyib içsinlər, ləzzət alsınlar, arzuları, ümidləri başlarını qatsın. Sonra biləcəklər»[4145]. Ayədə zikr edilən arzu-ümid həmin məhvedici uzun-uzadı arzulardır. Bütün həyatı boyu hücumlara hədəf olan insan yalnız ayıq-sayıq olarsa, qoruna bilər. Uzun-uzadı arzular isə insanın başını qatıb, onu yuxuya verir.
Həzrət Əli (ə) buyurur: «Camaat! Sizin üçün çox təhlükəli iki şeyə görə qorxuram: nəfs istəklərinə itaət və uzun-uzadı arzular. Nəfs istəkləri sizi həqiqətdən uzaqlaşdırar, uzun-uzadı arzular isə, axirəti yadınızdan çıxarar»[4146].
Ətrafa diqqətlə nəzər ,lıqlara çevrildiklərinin şahid olarıq. «Kumeyl» duasında oxuyuruq: «Uzun-uzadı arzular məni gerçək, faydalardan məhrum etdi». El arasında gözəl bir deyim də var: «Çox istəyən, azdan da olar».
[4144]  «Ali-imran» surəsi, ayə 159.
[4145]  «Hicr» surəsi, ayə 3.
[4146]  «Nəhcül-bəlağə» {mənbə kamil deyil}.


Allah sizə yar olsun.
Sual (37) : Salamun əleykum.Quran riyakar insana necə təsir göstərir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Allah-təala buyurur: «...(hər bir surə) möminlərin imanını artırar, onlar sevinərlər. Qəlblərində mərəz olanların isə, çirkinliyi artar və onlar kafir olaraq ölərlər» «Tövbə» surəsi, ayə 124-125.
Kafirlər «bu sizin hansınızın imanını artırır»,-deyə Qurana olan etinasızlıqlarını büruzə verirdilər. Yuxarıdakı iki ayədən aydın olur ki, bir fərdin və ya bir cəmiyyətin islahı üçün təkcə göstərişlər və proqramlar kifayət deyildir. Əsas şərtlərdən biri, həmin göstərişlərin təsirli olması üçün hazırlıqdır.
Quran ayələri həyatverici yağış kimidir. Bu yağış, münbit torpağı yaşıl örtüyə bürüyür, şoranlığa təsirsiz qalır. Həqiqət aşiqləri ayələrə eşqlə dolu gözlə baxdığı halda, qəlbi çirkaba batanlar bu ayələri qara eynəklə süzür və öz küfrlərini, inadlarını daha da artırırlar.
Ayələrdə zikr edilən xəstə qəlb, xəstə ruh və ağıl mənasındadır. İnsanın əxlaqındakı nöqsanlar, bu xəstəliyin əsasını təşkil edir. Sağlam psixoloji durumda olan insanın çirkin əxlaqa malik olması, qeyri-mümkündür. Ruhun xəstəliyi, cismin xəstəliyi kimi insan təbiətinə ziddir. Ona görə də, əxlaqın pozulması, əsl təbii yoldan büdrəmənin sübutudur. İndi aydın olur ki, nə üçün Quran ayələri bəzi insanlara müsbət təsir göstərmir. Belələri üçün bütöv bir Quran oxunsa belə, zərrəcə faydası yoxdur. Özündə Quran ayələrinə etinasızlıq görən insan Allaha sığınmalı, Ondan yardım diləməlidir.

Allah sizə yar olsun.
Sual (38) : Salamun əleykum.Səadət nədir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Səadət və xoşbəxtlik dedikdə, yalnız dünya həyatını nəzərdə tutan insanların dini etiqadları, heç şübhəsiz ki, nöqsanlıdır. Əgər bir insana «ya əzablı həyat və xoşbəxt axirət, ya da xoşbəxt həyat və əzablı axirət» seçimi verildikdə ikincini seçirsə, onun axirət inancı həqiqi deyildir. Əbədi axirətə inanan insan, əbədi əzabı necə qəbul edə bilər?!
Bu barədə Qurani-kərimdə buyurulur: «Bədbəxt olanlar od içərisində qalacaq... Xoşbəxt olanlar isə, cənnətdə əbədi sakin olacaqlar» «Hud» surəsi, ayə 106, 108.
Səhərdən axşama mənən və cismən axtarışda olan insanın itgisi səadətdir. Amma insan çox vaxt anlamır ki, əlində doğru ünvan olmayan yolçu çarıqlarını yırtsa belə, mənzilə çatası deyildir. Səadət bir mənzildir ki, onun ünvanını hər yoldan ötəndən soruşan kəs, bədbəxtliyə düçar olar. Bu mənzilin həqiqi ünvanı yalnız və yalnız Allah elçilərində tapılmasıdır. Peyğəmbərlərsə, səadəti təkcə dünyada yox, dünya və axirətdə görmüşlər.
İmam Sadiq (ə) cəddi həzrət Əlidən (ə) belə nəql edir: «Həqiqi səadət, insan həyatının ən son mərhələsindəki səadətdir. Həqiqi bədbəxtlik isə, ömrün günah içində başa çatmasıdır»  «Nurus-səqəleyn», 2-ci cild, səh. 398.
Allah sizə yar olsun.
Sual (39) : Salamun əleykum.Ən gözəl səbir hansıdır?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Ayə və hədislərdə möminlər üçün zəruri hesab edilən sifətlərdən biri də, səbirdir. Üzücü hadisələr qarşısında dözüm göstərib, bədbinliyə qapılmamaq, insan şəxsiyyətinin ucalığına bir dəlildir. Oğlu Yusifin qanlı köynəyini görən Yəqub, «Mənə, yalnız tükənməz, dözümlü səbir gərəkdir»[4124] deyir.
Kiçik gölməçənin suyunu zəif bir külək dalğalandırdığı bir halda, əzəmətli Sakit okean tufanlar qarşısında öz müvazinətini itirmir. Bəzən insan zahirən dözümlülük göstərsə də, danışdığı sözlərdən naşükrlük və səbirsizlik duyulur. Lakin həqiqi imana malik insanlar, heç zaman sarsılıb, bədbin sözlər danışmırlar. Ən gözəl səbir də elə budur.
Bəs nə üçün Yəqub peyğəmbər oğlu Yusifə görə gözləri kor olanadək ağladı? Nə üçün başqalarına ağlamamağı tövsiyə edən İslam Peyğəmbəri (s), oğlu İbrahimi itirdiyi zaman göz yaşları axıtdı? Həzrət Peyğəmbər (s) bu sualın cavabında buyurur: «Göz ağlayır, qəlb pərişan olur, amma dilimə Allahı qəzəbləndirəcək bir söz gəlmir»[4125].
İnsanın sinəsikdəki daş yox, qəlbdir. Ağlamaq təbiidir. Gözdən yaş gəlməsi yox, Allahı qəzəbləndirəcək söz deyilməsi eyibdir.
[4124]  «Yusif» surəsi, ayə 18.
[4125]  «Biharul-ənvar», 22-ci cild, səh.157.
Allah sizə yar olsun.
Sual (40) : Salamun əleykum.«Təvəkkül» nədir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
«İbrahim» surəsinin 11 və 12-ci ayələrində buyurulur: «Möminlər yalnız Allaha təvəkkül etsinlər. Allah bizə yollarımızı göstərdiyi halda, biz nə üçün Ona təvəkkül etməməliyik?!».
«Təvəkkül» «vəkalət» kəlməsindəndir və vəkil seçmək mənasını verir. Yaxşı vəkildə dörd sifətin olması zəruridir: agahlıq, düzlük, qüdrət, mərhəmət.
Vəkilə o zaman ehtiyac yaranır ki, insan özünü müdafiə etməyə qadir olmur və qarşısına çıxan çətinliyi başqa birinin köməyi ilə aradan qaldırmaq istəyir.
Mömin insanın nəzərində bütün qüdrətlərin fövqündə duran Allah-təala, istənilən hadisə və çətinlik zamanı yeganə etibarlı vəkildir. Allaha təvəkkül edən mömin fəaliyyətsiz dayanmır. Hətta qüvvəsi çatan işdə də, əsl səbəbkar Allahı bilir.
Allaha təvəkkül, çətinliklər zamanı insanın müqavimətini artırır. Qurani-kərimin müxtəlif ayələrində belə müqavimətin nümunələri ilə rastlaşırıq:
«Allaha təvəkkül, cihad meydanında iki vuruşqan tayfanın süstlüyünün qarşısını aldı»[4140].
«...İşdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə, Allaha təvəkkül et»[4141].
«O şəxslər şeytana müqavimət göstərib, onun təsirindən çıxa bilərlər ki, iman və təvəkkülə malik olsunlar»[4142].
Allaha təvəkkülün təbii gedişatla zidd olduğunu düşünənlər yanılırlar. Təbii səbəbləri Allahın iradəsindən ayrı bilmək, şirk hesab olunur. Şirk isə, cəhənnəm odu vəd edilmiş günahlardandır.
[4140]  «Ali-imran» surəsi, ayə 173.
[4141]  «Ali-imran» surəsi, ayə 159.
[4142]  «Nəhl» surəsi, ayə 99.


Allah sizə yar olsun.
Go to TOP