Sual (1) :
Salam-sleykum. Aga, zuhur olacaq, qiyamet olacaq, cennet-cehennem ve s. Her sey Qurani-kerimin buyurdugu kimi bas verecek. Ne olsun ki? Bunlara ne ehtiyac var axi? Ve ya butun bunlarin subutuna? Allah-tealanin yaratdiglarina ehtiyaci yoxdursa bizi neynirdi? Eylenirdi? Bu yaradilis evvelki yaradilisin davami deyilmi?
Allahın adı ilə.
Əleykumus-salam.
Əgər gözəl nitqi olan bir alim danışarsa, ondan nə üçün danışdığı soruşulmamalıdır. Çünki malik olduğu elm və natiqlik onu öz biliklərinin bəyanına vadar edir. Əgər o susub, elmini gizlədərsə, bu iş sual doğura bilər. Qadir, həkim və mehriban Allah torpaqdan buğda, buğdadan nütfə, nütfədən kamil insan yarada bildiyi halda, nə üçün də yaratmamalıdır?!
Allah sizə yar olsun.
Sual (2) :
Bismillahi və billah.
Salam aleykum. Sizin etiqad bölməsindəki "Allahın xaliqi kimdir" sualına verdiyiniz cavab baxdım. Siz həmin sualları islami yolla cavablandırdız. Bu ateistləri qane etmir. Əgər mümkündürsə, zəhmət olmasa, bu sual barədə daha geniş cavab verərdiz.
Minnətdaram.
Vəssəlamu aleykum əla ibadis-salihin!
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Əlbəttə "Allahın xaliqi kimdir" sualının cavabı əqli yolladır ki, insnlar arasında ortaqdır.
Uyğun mövzuyla əlaqədar aşagıda qeyd olunan kitaba müraciət edin:
Kitabın adı: "Allahın varlığının isbatı" Mövzu: Etiqad Müəllif: Şəhid Ayətullah Seyyid Məhəmmədbaqir Sədr
Allah sizə yar olsun.Â