Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
salam verməyin ədəbləri:
1. Müstəhəbdir:
* Minikdə olan piyadaya;
* Ayaq üstə olan oturana;
* Az qrup çox qrupa (kütləyə);
* Kiçik böyüyə salam versin.
2. Namazdan qeyri halda müstəhəbdir salamın cavabını ondan yaxşı versin, əgər bir kəs desə: "salam əleykum" müstəhəbdir cavabında deyilsin: "salam əleykum və rəhmətullah".
3. Kişinin qadına, xüsusilə də gənc xanıma salam verməsi məkruhdur.
Salam barədə ayə və hədislər:
Quran:
«Orada belə dua edərlər:«Allahım, Sən uca və paksan. Görüşən zaman «salam» deyərlər. Dualarının axırı isə budur:Şükr olsun, aləmlərin Rəbbi olan Allaha.» (Yunis, ayə 10)
Hədis:
Allahın Peyğəmbəri (s):«Ən xəsis insan, salam verməkdə xəsislik edəndir.» (Əmali-Tusi, səh.89 , hədis 136)
Allahın Peyğəmbəri (s):«Salama rəvac ver ki, evinin xeyir-bərəkəti artsın.» (əl-Xisal, səh.181 , hədis 246)
İmam Baqir (ə):«Allah-taala insanları yedirtməyi və salama rəvac verməyi sevər.» (əl-Məhasin, c.2, səh.143 , hədis 1371)
İmam Sadiq (ə):«Salam sözdən qabaqdır.» (Camiul-Əxbar, səh.231 , hədis 596)
İmam Sadiq (ə) (öz ata babalarından nəql edir): «Allahın Rəsulu (s) buyurmuşdur:«Kim salam verməmiş sözə başlasa, ona cavab verməyin.» Eləcə də buyurmuşdur: «Heç kəsi salam verməyincə yeməyinə də‘vət etmə.» (əl-Xisal, səh.19 , hədis 67)
Salamda qabaqlamaq
Allahın Peyğəmbəri (s):«Allaha və Onun Rəsuluna (s) ən yaxın olan insan birinci salam verəndir.» (Biharul-Ənvar,c.76, səh.12 , hədis 50)
Allahın Peyğəmbəri (s) :«Birinci salam verən təkəbbürdən uzaqdır.» (Kənzul-Ummal, hədis 25265)
İmam Əli (ə):«Salamın 70 savabı var: altmış doqquzu salam verənə, biri də salam alana çatar.» (Biharul-Ənvar,c.76, səh.11 , hədis 46)
Evə daxil olanda salam vermək
Qur‘an:
«Evə daxil olanda özünüzə salam verin ki, bu Allah tərəfindən mübarək və pak salamlamadır.» (Nur, ayə 61)
Hədis:
Allahın Peyğəmbəri (s):«Sizlərdən biriniz evə daxil olan zaman salam versin. Çünki salam həmin evə bərəkət endirir və mələklər o evlə ünsiyyətə girir.» (Biharul-Ənvar,c.76, səh.7 , hədis 25)
Salamın cavabı vacibdir
Qur‘an:
«Sizə salam verildiyi zaman ondan daha yaxşı, ya onun kimi salamla cavab verin ki, Allah-taala hər şeyi hesaba alandır.» (Nisa, ayə 86)
Hədis:
Allahın Peyğəmbəri (s):«Salam vermək müstəhəbdir, salamı almaq isə vacib.» (Kənzul-Ummal, hədis 25294)
Salam verməyin qaydası
Allahın Peyğəmbəri (s):«Kiçik böyüyə salam versin, bir nəfər iki nəfərə, sayları az olanlar sayları çox olanlara, yol gedən dayanana, ayaq üstə duran oturana salam versin.» (Kənzul-Ummal, hədis 25321)
Allahın Peyğəmbəri (s):«Beş şeyi hələ ki, sağam tərk etməyəcəm:… uşaqlara salam verməyi, məndən sonra sünnə olsun deyə.» (Biharul-Ənvar,c.76, səh.10 , hədis 38)
İmam Baqir (ə):«Nə yəhudiyə salam verin, nə də xaçpərəstə. Nə məcusiyə, nə bütpərəstə, nə süfrə başında şərab içənlərə, nə şahmat və nərd oynayanlara, nə özünü qadın surətinə salan kişiyə, nə ismətli qadına böhtan deyən şairə və nə də namaz qılana (namaz vaxtı) salam verməyin. Çünki namaz qılan salamın cavabını verə bilmir, halbuki müsəlmana salam vermək müstəhəbbdir, salamı almaq isə vacib. Nə sələm yeyənə salam verin, nə ayaq yolunda olana, nə hamamda olana, nə açıq-aşkar günah və fisq edən fasiqə salam verməyin.» (Biharul-Ənvar,c.76, səh.9 , hədis 35)
İmam Sadiq (ə) :«Allahın Rəsulu (s) qadınlara salam verərdi. Onlar da Həzrətin salamının cavabını alardılar. Əmir-əl-mö’minin(ə) də həmçinin qadınlara salam verərdi. Amma cavan qadınlara salam verməkdən xoşu gəlməzdi və buyurardı:«Qorxurdum ki, səsləri mənim xoşuma gəlsin, nəticədə savab və əcr (mükafat) qazanmaq əvəzinə günaha batım.» (əl-Kafi, c.5, səh.535 , hədis 3)
Ad: Ramal, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Əgər bir heyvan və həşərat insanın özünə və malına həqiqətən də, zərər verib xəsarət yetirəcəksə, insan bu təhlükəyə qarşı özünü qorumaq üçün onu öldürə bilər. Ancaq əgər bir heyvan insana zərər vermirsə və sadəcə olaraq: “Bu heyvan zərərli heyvandır”, – deyib onu öldürmək olmaz. Peyğəmbər (s) əmr verib ki, beş heyvanı öldürsünlər; qarğa, sağsağan, ilan, əqrəb və quduz it.Peyğəmbər (s) buyurub bir neçə heyvanı öldürməyin: Bal arısı, qarışqa, şanapipik (hüd hüd), sağsağan, qurbağa və qarışqa buna daxildir.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Hədislərdə qabın sınıq yerindən və eləcədə qulp tərəfindən su içmək məkruh sayılıb. Səbib də çirk və mikrobların orada yığılması bildirilib.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Əlbətdə üzü üstə yatmaq günah deyil, məkruhdur. Hətta tibbi baxımdan da üzü üstə yatmaq insanın sağlamlığına ziyandır. İslamda olan müstəhəb və məkruhların tibbi və elmi səbəbləri var. Hər halda yuxuya getdikdən sonra əgər üzü üstə çevrilsə şəri baxımdan məkruh hesab olmur. Çünki yatmış insanın təklifi yoxdur.Günah məclislərində iştirak etmək haramdır. Amma zərurət bunu tələb edərsə, zərurət miqdarında belə məclislərdə iştirak edə bilərsiniz və yaxud günah baş verməyən və günah hesab olunmayan yerlərdə əyləşə bilərsiniz.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əgər bu dostluq sizdə mənfi təsir qoymaq və əqidənizdə süstlük və şəkk-şübhə yaradmaq ehtimalı verilərsə bu işdən çəkinin. Amma bu dostluqla onun hidayət olmağını güman edirsinizsə dostluq etməyin eybi yoxdur.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Əgər uşaq narahat olur və yuxusu pozulursa onda oruca nisbət pisixi mənfi təsir qoyacaq və dərslərinə zərbə vuracaq yaxşı olar bir yolla uşağın yuxusunu təmin edəsiz otağın dəyişməklə ya axşam tez yatızdırmaqla və s.. Əgər mümkün olmursa uşaq məktəbə getməyən günlər oruc tutun.Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Boyuna o cür (Quran ayəsi yazılan) boyunbağı salmağın işkalı yoxdur. Amma dəstəmazsız halda Quran yazılarına toxunmaq haramdır və o yazı bədənə toxunmamalıdır. Onun üstünə bir plastik çkmək lazımdır. Əgər ehtiramsızlıq olmasa ayaqyoluna aparmaqın eybi yoxdur.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Günah və Allaha itaətsizlikdə valideynə itaət etmək vacib deyil. İnsan hər işdə valideynin razılığın ələ gətirməsi lazım deyil bəlkə valideyni incitməmək və narazı etməmək şərtdir. Əgər valideynin hörmətini saxlamaq məqsədi ilə pərdə saxlamaq olar.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bucürə təhqirlər ya cahillik və nadanlıq üzündəndir ya kin-küdurət və düşmənçilik. Hər halda bunun qarşısında təmkinli və səbirli olmaq lazımdır çünki öz əqidəmizin haqq olmağına imanımız var. Hz. Əli (ə) buyurur: «Sənin qarşında səbirli və təmkinli olan şəxs sənə qalib gəlmiş olur», «Səbirli və təmkinli olmaq bütün pisliklərin üzərinə pərdə çəkir». Cahili başa salmaq düşmənlə özü kimi rəftar etmək lazımdır. Təhqir absurd və acizlik əlamətidir. Hər kəs bacardığı qədər öz əqidəsindən müdafiə etməlidir. Bugün virtual aləmd əqidə müharibəsi gedir biz bunların hamısına cavab vermək imkanında deyilik onun üçün bizdə dinimizi və əqidəmizi zamanəyə uyğun təbliğ etməliyik kənarında məntiq və dəlillə şübhələrə cavab verməli.
Allah sizə yar olsun.