Sual (1) : Salam.Çox vaxti insanlar telfon konturu qutarandan sora kredit gòturur telfondan,,,aya bu werietde icaze vardi yayox
Ad: Abdulla, Ölkə: Azәrbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Borc almağın öz-özlüyündə işkalı yoxdur.
Ancaq bu borc ribalı olduğu surətdə (yəni artıq ödənilməsi şərt olduğu surətdə) icazəli deyil.
http://sual.nur-az.com/az/22/Alq%C4%B1-satq%C4%B1/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (2) : salamun aleykum..islam dinimizde selem yemek haram isdir.borc vererken oz miqdarinda da geri almaliyiq..amma mene bir sual maraqlidir..BANKlar kredite pul verir ve evezinde faiz de qoyur..bunun gunah olduguna ise bir az subhem var.cunki birine eger ev lazimdisa o miqdarda hec kesden borc ala bilmez..bu halda bele borc veren bir qurum olmalidir ki ona lazim olan pulu elde ede bilsin..Bank da tebii ki ustune faiz qoymalidir ki iscilerinin emek haqqisini versin..bunun hokmu nedir..bu da mi haramdir(bank)...tesekkurler
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim 
Bankdan kredit borc götürməyin eybi yoxdur. Kredit borclar iki qisimdir: 1. qərzul -həsənə (xeyriyyə) borcu. Onların qazancı 4 faizdən artıq olmamalıdır. 2. Şəriət əqdlərinin (məsələn, müzaribə, cualə, vəkalət, müşarəkət və s.) birinə uyğun alınan kredit borclar. Belə ki, onların şərtləri gözlənilsə, bank tərəfindən əlavə pul alınmasının eybi yoxdur. Söz yox ki, hər iki halda pulu hansı iş üçün alırlarsa, müqaviləyə əsasən əməl etmək lazımdır. 
http://sual.nur-az.com/az/22/Alq%C4%B1-satq%C4%B1/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (3) : Salam aleykum. Kimsə haqqı olan pulun ona ödənilən şəxs tərəfindən halal-haram olmasına əminliyi yoxdursa, hökm nədir? Yəni həmin pulu verən şəxs halal işdə işləyir. Şübhə varsa ki, haramdan oıar verdiyi pul, vəzifə nədir? Allah razı olsun inşəllah.
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər haramdan olmasına əmin olmasanız, onu ala bilərsiniz.
http://sual.nur-az.com/az/22/Alq%C4%B1-satq%C4%B1/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (4) : Azərbaycanın milli valyutası olan manat devolivasiya nəticəsində Amerika dollarına nisbətən öz dəyərini itirir. Belə ki, 10 ay bundan əvvəl 1000 Amerika dollari 780 Azərbaycan manatına bərabər idisə, bu gün həmin məzənnə 1000 ABŞ dolları 1550 Azərbaycan manatı olaraq müəyyən edilib. Qeyd edim ki, manatın dollara olan nisbətdə daha da ucuzlaşması ehtimalı böyükdür. Sual bundan ibarətdir; əgər mən bir il bundan əvvəl (1000 Azərbaycan manatı 1250 Amerika dollarına bərabər olan vaxtda) bir şəxsə 1000 manat borc vermişəmsə, bu gün həmin borcu hansı məzənnə ilə tələb etməliyəm? Həmin borcu bir il bundan əvvəl verdiyim dəyər əmsalında tələb edim, yoxsa hal-hazırkı dəyər əmsalında? Nəzərinizə çatdırım ki, hal hazırda 1000 Azərbaycan manatı dəyərdən düşərək təqribən, 645 Amerika dollarına bərabərdir.
Ad: Sakit, Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Yalnız həmin 1000 manatı tələb edə bilərsiniz.
http://sual.nur-az.com/az/22/Alq%C4%B1-satq%C4%B1/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (5) : Mənə borcu olan şəxs dünyasını dəyişsə, borcumu necə ala bilərəm?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Mərhum şəxsin varisləri, varislik miqdarına görə bu borcu ödəməli və ya ölən şəxs özünə adil bir şəxsi vəsi təyin etmişsə, o, borcu ödəməlidir.
http://sual.nur-az.com/az/22/Alq%C4%B1-satq%C4%B1/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (6) : Salam Aleykum və Rahmətullah Bir nəfər tanıdığım şəxs, cərrahiyyə əməliyyatı etdirmək məqsədilə satmaq istədiyim maşınımı məndən bir həftə müddətinə pulunu ($14000) vermək şərtilə aldı və verdiyi sözə əməl etmədi. Sonradan məlum oldu ki, mənim kimi xeyli insanların, müəyyən yolla aldadaraq pullarını mənimsəyib və “TOPAZ”da - Futbol hesablarının nəticələrinə proqnoz qoymaqla oynanılan qumarda uduzub. Dəfələrlə evlərinə gedib pulumu geri istəməyimə baxmayaraq məni aldadıblar və hətta onları tapa bilməyim deyə kirayə qaldığı evləri dəyişiblər. Onun yaxınlarına da dəfələrlə bildirmişəm ki, pulu vermədiyi halda polis orqanlarına şikayət edəcəyəm. Artıq iki ildən çoxdur ki, hamıdan qaçaraq gizlənir və yenə də onu tanımayan başqa insanları aldadaraq pullarını mənimsəyir. Xülasə, onun haqqında polisə mənimlə bərabər bir neçə nəfər şikayətlə müraciət edib. Artıq o şəxs dövlət tərəfindən həbs edilib. Bəziləri (bir neçə nəfər) polisə şikayət etmənin nə dinlə, nə də ki İslamla düzgün olmamasını dilə gətirərək, bu addımı atanın və şikayət etməyin icazəli olduğunu bildirən ruhaninin “ləkəli” olduğunu və cəmiyyət içində pis baxılmasını iddia edərək məsləhət qismində bu işdən çəkilməmi istəyirlər (Bu “bir neçə nəfər” onun yaxınları və yaxınlarının dostlarıdırlar.) Sual 1: “Belə olan halda mənim vəzifəm haqqımı polisə müraciət etməklə tələb etməkdir yoxsa illərlə pulumun geri gəlməyəcəyini bildiyim halda oturub gözləməkdir?” Sual 2: “O “bir neçə nəfər”-ə mənim verdiyim cavab və yaxud sizin tövsiyyəniz nədir?” Sual 3: “İslamda buna uyğun kər hansı nümanə ola biləcək hadisə baş veribmi?” Çox xahiş edirəm sualıma dolğun cavab verərək necə addım atmağımda məndən dəyərli tövsiyyənizi əsirgəməyin ! Assalamu aleykum və rahmətullahi və bərakətuh.
Ad: Ruslan, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
1. Siz səlahiyyətli və qanuni orqanlara müraciət edərək oz pulunuzu tələb etməyə haqlısınız.
2. Bu sizin öz işinizdir, pulunuzu tələb də edə bilərsiniz, ondan keçə də bilərsiniz.
3. Cəmiyyətdə belə hadisələr çox olur, istər islami cəmiyyətlər olsun, istərsə də qeyri-islami.

http://sual.nur-az.com/az/22/Alq%C4%B1-satq%C4%B1/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (7) : menim banklara borcum coxdur vere bilmirem menim ailemin yediymiz ruzi haramdir
Ad: vidadi, Ölkə: rusiya, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər haram yolla ruzi qazanmayıbsınızsa, yediyiniz və istifadə etdiyiniz də haram deyil. Allah sizə ruzi bolluğu versin və borclarınızı ödəməkdə yardımçı olsun.
http://sual.nur-az.com/az/22/Alq%C4%B1-satq%C4%B1/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (8) : assalamu aleykum! menim bir ticarete baslamaqim ucun pula ehtiyacim var. borc axtardim , veren yoxdur. yalniz bir nefer var ki, ondan istesem verer,amma men bilirem ki, o bu pullari haram yolla qazanir.men mecburiyyet qarsisinda ondan pul ala bileremmi?
Ad: salman, Ölkə: rusiya, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Sualın fərzində əgər haram olmasına əmin olsanız, ala bilməzsiniz.
http://sual.nur-az.com/az/22/Alq%C4%B1-satq%C4%B1/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (9) : Salamun aleykum. Bir nece adam oz aralarinda bele ish gorurler ki, buna el arasinda lotereya deyirler. Meselen 5 nefer her ay 100 manat pul verirler ki, duzelen 500 manati icerilerinden 1 nefer goturub maddi ishlerini hell edir. Bele ki bu ish 5 ay sira ile hamisinin 500 man goturmesi ile davam edir. Bir nov bir-birlerine borc verirler.Bu ishin selemcilikle elaqesi varmi? Yeni inshallah haram ish deyil.
Ad: ayaz, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu iş borc vermək sayılır və bir maneçiliyi yoxdur.
http://sual.nur-az.com/az/22/Alq%C4%B1-satq%C4%B1/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (10) : Salamun aleykum.Xahis edirem bu barede Xamenei agadan basqa Sistani aganin da nezerini yazasiz.men sorusmaq isteyirdim ki eger men oz halal qazancimdan kimese borc versem ve hemin adam mene o pulu haram yolla qaytarsa o pul mene halal olur ya yox?diqqetinize gore tesekkur edirem.Allah razi olsun
Ad: Tural, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bütün müctəhidlərin nəzəri: Əgər borcunuzu haramdan qaytarmasına əminliyiniz olsa, onu almağa haqqınız yoxdur və aldığınız surətdə onun sahibi olmursunuz. Amma qaytardığı pulun haramdan, yoxsa halaldan olmasını bilməsəniz, onu almağın eybi yoxdur. 
http://sual.nur-az.com/az/ 
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq
Go to TOP