Sual (181) : Qadınlar və kişilər üçün bəzi işlər və peşələr var ki, bir-birinin bədəninə baxmağı və toxunmağı tələb edir. Məsələn, diş həkimi, mamalıq, cərrahlıq və s. ... Belə hallarda hökm nədir? Zəruri hallarla və ya qeyri-zəruri hallar arasında fərq varmı? Zərurətin meyarı nədir?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Belə işlər yalnız zərurət hallarında mümkündür və zəruriliyin meyarı sağlam olan ümum-camaatın fikridir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (182) : Tələbə qızlar dərsdə keçilənlər və ya elmi məsələlər barəsində oğlanlar arasında lövhəyə çıxıb dərsi danışa bilərlərmi?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Orada şəriət meyar və qanunlarına riayət olunarsa və xüsusi bir fəsadı da olmasa, maneəsi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (183) : Naməhrəm qadınla bütün hallarda söhbət etmək caizdirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Adi şəkildə olsa, maneəsi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (184) : Kişinin naməhrəm qadına salam verməsi məkruhdurmu?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Məkruh deyil, lakin bəzi hədislərdən belə başa düşmək olur ki, cavan qadına salam vermək məkruhdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (185) : Sağlamlığa nəzarət, işə götürülmə, hərbi xidmət və s. üçün keçirilən tibbi praktika zamanı sağlam insanları müayinə etmək, onların bədənlərinə toxunmaq, eyni cinsiyyətdən olmadıqları şəraitdə caizdirmi?
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Cəmiyyət üçün zərurəti olan şəraitdə caizdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (186) : Müəllim tərəfindən vacib sayılan elmi praktika zamanı qadının nəbzini tutarkən, onu müayinə və müalicə edərkən oğlan tələbənin əlinin qadının əlinə toxunmasının, zəruri və qeyri zəruri halların hər ikisini nəzərə almaqla hökmü nədir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Yalnız zəruri hallarda caizdir. Əgər köynəyin üzərindən tutmaq mümkün olarsa, bu üsluba üstünlük vermək lazımdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (187) : Dərs saatında qadın müəlliməsinin oğlan və qız tələbələrin, tələbələrin yorğunluqlarını almaq və ruhiyyələrinin bərpası üçün etdiyi zarafat və gülüşlərinin hökmü nədir?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Sinifdə ismət qaydalarına riayət etmək vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (188) : Əgər bir qadın uca səslə Quran oxuyursa, kişi ona qulaq asa bilərmi? Belə hallarda lent yazısı ilə qeyrisinin arasında fərq varmı?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Qadın sadə şəkildə Quran oxuyarsa, maneəsi yoxdur. Lakin nəğmə ilə və ya gözəl səslə oxuyarsa, naməhrəm kişi üçün buna qulaq asmaq caiz deyil. Lent yazısı və qeyrisinin də (bu hökmdə) fərqi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (189) : Kişilərin müraciət etdikləri idarələrdə qadınların işləməsi caizdirmi?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
İslam qaydalarına riayət etməklə, eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (190) : Bəzi qadınların peşəsi qadın məclislərində Əhli-beytə (ə) təvəssül və rövzə oxumaqdır. Bəzən rövzə oxuduqları zaman, o evin həyətinə kişi və ya yaxşını-pisi ayıran (səğir) uşaq daxil olur və bu qadının səsini eşidirlər. Bu qəbildən olan “rövzə oxumaq”ların hökmü nədir?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Qeyd etdiyiniz halda daha astadan və ya nəğmədən istifadə etmədən oxumalıdır.

Go to TOP