Sual (1) :
salam-aleykum. 1.Dosta, qohuma, tanis-bilise borca pul verende seri hokme emel etmeyin yolu necedir? 2.Indi borc alanlarin 95%-nin qaytarmaqi dusunmurlerse borc vermeyi tovbe etmek olarmi?
Ad:
keblei,
Ölkə:
rusiya,
Müctəhid:
Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
İslamda çox təkid olunan məsələlərdən biri də ehtiyaclı
möminlərə borc verməkdir. Hətta rəvayətlərimizdə bu iş sədəqədən üstün hesab
olunmuşdur. (Məclisi, Məhəmməd Baqir, “Biharul-ənvar”, 71-ci cild, səh. 104)
Amma bəzi hallarda mövcud qayda-qanunlarla əlaqədar
vəzifələrimizə əməl etmirik. Buna görə də bizə çoxlu maddi xəsarətlər dəyir. Bu
halda bilə-bilə, yaxud da xəbərimiz olmadan günahı başqalarının boynuna atırıq.
Faizsiz borc vermək üçün bu gözəl sünnə barəsində müəyyən şərtlər qeyd
olunmuşdur. Quranın ən uzun ayəsində deyilir: “Ey iman gətirənlər! Bir-birinizə
(uzunmüddətli borc və ya alver üçün) müddətli borc verərkən onu yazın. Gərək
bir katib (borc sənədini) ədalət əsasında yazsın. Bir kimsənin yazmağa imkanı
olarsa, gərək – Allahın ona təlim verdiyi kimi yazmaqdan imtina etməsin və
gərək yazsın. Üzərində haqq olan kəs gərək imla etsin və öz Pərvərdigarı olan
Allahdan qorxsun və heç bir şeyi əskiltməsin.” ("Bəqərə” surəsi, ayə:
282-ci ayə)
Rəvayətlərdə də bu mühüm məsələyə təkid olunur. (Hürr Amili,
“Vəsailuş-şiə”, 17-ci cild, səh. 11)
İslam şəriətində borc işinə ciddi yanaşılması və bunun
möhkəm tutulması ilə əlaqədar təkidlərə diqqət yetirməklə, əgər bu işdə
səhlənkarlığa yol versək və nəticədə bizə xəsarət dəysə, onu din rəhbərinin
öhdəsinə qoymamalıyıq.Â
Borc verməyin şərtləri və qaydaları
Mömin qardaşlara borc verməklə əlaqədar dini mənbələrdə
müxtəlif şərtlər və qayda-qanunlar vardır ki, onların bəzilərini qeyd edirik:
1. Borc tam ixlasla və xalis niyyətlə verilməlidir;
2. Tam razılıq və səmimi qəlbdən verilməlidir;
3. Halal maldan borc verilməlidir; (Kuleyni,“Üsuli kafi”,
3-cü cild, səh. 843)
4. Borc verərkən tərəflər onu yazmalıdır; (“Bəqərə” surəsi,
ayə: 28)
5. Mömin şəxsə borc verən bir adam gərək onun öz borcunu
qaytarmaq üçün maddi imkanları olan vaxta qədər gözləsin. Yəni borclu şəxsin
imkanı olduğu halda öz pulunu qaytarmağı təxirə salması icazəli olmadığı kimi,
borc verən şəxsin də borclunun maddi imkanı olmadığını bildiyi halda onu
təzyiqə məruz qoyması icazəli deyildir.(Şeyx Səduq, “Səvabul-əmal və iqabul-əmal”,
səh. 1318)
Burada borc verməyin qayda-qanunları və əhəmiyyəti ilə
əlaqədar bir neçə rəvayəti qeyd edirik:
İmam Sadiq (əleyhis-salam) buyurur: “Əgər bir şəxs müəyyən
bir malı (pulu) başqasına borc versə və onun ödənməsi üçün vaxt təyin etsə,
amma borc, təyin edilən müddətdə qaytarılmasa, (verməyə imkanı olmasa), hər gün
təxir müqabilində borc verən şəxsə bir dinar sədəqənin savabı yazılacaqdır.” (Şeyx
Səduq, “Səvabul-əmal və iqabul-əmal”, səh. 1318)
Əbdullah ibni Sənan imam Sadiq (əleyhis-salam)-dan rəvayət
edir ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) belə buyurmuşdur: “Əgər min
dirhəm pulu (bir kəsə) iki dəfəyə borc versəm, mənim üçün onu bir dəfəyə (və
bir yerdə) sədəqə verməkdən daha sevimlidir. Səndən borc alan şəxsin öz borcunu
ödəməsini – imkanı olduğu halda – təxirə salması icazəli olmadığı kimi, sənin də borc verdiyin şəxsin sıxıntıda və
yoxsulluqda olduğunu bildiyin halda öz haqqını almaq üçün ona təzyiq göstərib
pulunu tələb etməyin icazəli deyildir.”( Şeyx Səduq, “Səvabul-əmal və iqabul-əmal”,
səh. 1318)
2. Burda tövbənin mənası yoxdur.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (2) :
Ramazan ayının 19-21-23-cü gecələrində məscidə yığışan camaat adətən öz qəza namazlarını camaatla qılırlar. İmam-camaat da meyyitin isticari namazlarının qəzasını, ya öz namazlarını ehtiyata əsasən təkrar qılır. İmamın və məmumların ehtiyat etməsini onların keçmiş namazlarına xələl gətirməsinə ehtimal veriləcəyini fərz etsək, bu əməl səhihdirmi?
Ad:
Zahid,
Ölkə:
Azərbaycan,
Müctəhid:
Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən nə təkcə səhih və işkalsızdır, hətta daha fəzilətli və daha üstündür. Məmumlar müəyyən olunmuş qəza namazlarını, İmam isə ehtiyata görə öz namazını təkrar qılırsa, iqtida etmək müşküldür.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (3) :
(İsfahan) sakini olan bir şəxs iyirmi fərsəx aralıda yerləşən rayondan bir bağ almış, orada özü üçün yaşayış şəraiti yaratmışdır. İl ərzində istirahət günləri oraya gedir, bəzən də cümə gecələrini orada qalır? Oraya yalnız gəzmək və havasını dəyişmək üçün gedirsə namaz və orucunun hökmü nədir?
Ad:
Davud,
Ölkə:
Azərbaycan,
Müctəhid:
Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Onun işi səfər olmadığı üçün namazı qəsrdir və orada orucunu da gərək iftar etsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (4) :
Bankdan müəyyən məbləğdə pul borc almışam. Onun ödənmə tarixi mənim xums ilimdən sonra qurtarır. Qorxuram ki, o borcu bu il ödəməsəm, gələn il də ödəyə bilməyəm. Mənim xums ilim başa çatan zaman xumsu vermək barəsində məsələm necədir?
Ad:
Cavad,
Ölkə:
Azərbaycan,
Müctəhid:
Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər iliniz qurtarmamış illik qazancdan borcunuzu vermisinizsə və bu borc da sərmayənizi artırmaq üçün olmayıbsa, onda o pula xums düşmür. Amma əgər o borc sərmayəni artırmaq üçün olubsa və ya il qurtarmamış borcu qaytardıqdan sonra illik qazancı ehtiyat saxlamaq niyyəti ilə olubsa, onda vacibdir ki, xumsu verəsiniz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (5) :
Keçən il müəyyən məbləğdə pul borc götürdüm və həmin pulla bir yer aldım ki, onu qiymətlər qalxdıqdan sonra satıb pulunu hal-hazırda yaşadığım evi satdıqdan sonra alacağım pulun üstünə qoyum və öz məskən problemimi həll edim. İndi isə mənim xumsumün hesab ili gəlib çatıb. Sualım budur ki, xumslü pulların içərisindən həmin borcumu ayıra bilərəmmi ki, ona xums verməyim?
Ad:
Elnur,
Ölkə:
Azərbaycan,
Müctəhid:
Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Aldığınız borc gələcəkdə satmaq məqsədi ilə alınan həyat üçün olubsa, onda onu illik qazancınızdan ayıra bilməzsiniz və illik dolanışığınızdan artıq qalan bütün qazanclar üçün xums vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (6) :
Təminat idarələrinin verdiyi mallara xums gələrmi? Özü də müqaviləyə əsasən bu mallara xəsarət toxunarsa, əmanət götürən onun pulunu ödəməlidir.
Ad:
Mahir,
Ölkə:
Azərbaycan,
Müctəhid:
Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Təminat idarələrinin vətəndaşlara verdiyi mallara xums düşməz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (7) :
Öz hesab ilinin axırına pulu və ya malı qalan, eyni zamanda borcu da olan adama xums vacibdirmi? Özü də bu adamın, borcunu bir neçə il müddətində ödəməyə fürsəti var.
Ad:
Mahir,
Ölkə:
Azərbaycan,
Müctəhid:
Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Borc qısa, yaxud uzun müddətli olmasından asılı olmayaraq, illik qazancdan ayrılmaz. Amma illik dolanışıq üçün edilən borclar belə deyildir və onlar illik qazancdan ayrılar və ümumi məbləğdən borcların dəyəri qədərinə xums düşməz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (8) :
Mən bir qədər pul borcluyam. Əgər ilin başı gəlib çatsa və borc sahibi pulunu tələb etməzsə, həmçinin məndə də illik qazancımdan bir qədər artıq qalsa, (mən də borcumu qaytara bilərəm, amma borc sahibi istəmir) o borc illik qazancdan ayrılmalıdır, yoxsa yox?
Ad:
Mahir,
Ölkə:
Azərbaycan,
Müctəhid:
Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Nəqdi, yaxud da nisyə yolla məişət avadanlıqları almaqla edilən borc, əgər illik dolanışıq xərclərini təmin etmək üçün olsa, illik qazancdan ayrılmalıdır və həmin məbləğinə xums düşmür. Amma o borc illik dolanışıq xərclərini təmin etmək üçün olmasa, yaxud qabaqkı illərin borcu olsa, onda onu ödəmək üçün illik qazancdan götürülməsinə icazə verilməsinə baxmayaraq, ilin axırına qədər ödənməsə, o qazancdan ayırmaq olmaz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (9) :
Əsirlərin valideynlərinə, övladları əsirlikdə olan müddətdə İslam Cumhuriyyəti tərəfindən aylıq maaş verilir və onlar da bu məbləğləri banklarda saxlayırlar. O pullara xums düşürmü? Onu da bilmək lazımdır ki, əgər o əsirlər azad olsaydılar, bu pulları xərcləyəcəkdilər.
Ad:
Sahib,
Ölkə:
Azərbaycan,
Müctəhid:
Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Həmin pullara xums düşmür.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (10) :
Təqaüd vaxtı çatan və müntəzəm olaraq təqaüd alan şəxslərə illik əmək haqlarının xumsunu vermək vacibdirmi?
Ad:
Cavad,
Ölkə:
Azərbaycan,
Müctəhid:
Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər aldığı təqaüd onun qulluqçu və ya fəhlə işlədiyi zaman əmək haqqından tutulan pullardandırsa və sonradan təqaüd adı ilə ona qaytarılırsa, onda onun illik dolanışıqdan artığına xums vermək vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.