Əldə etdiyimiz məlumatlar və qədim alimlərin kitabları bəşər tarixi boyu bu kimi sualların mövcudluğunu xəbər verir. Xüsusi ilə acı hadisələr baş verən vaxt belə suallar insanları daha çox düşündürür. Dinlərin tarixini mütaliə etdikdə görürük ki, bu kimi suallara cavab tapılmaması bəzilərini allahpərəstlikdən uzaqlaşdırmış, hətta materializmə sövq etmişdir. Çünki fəlakətli hadisələrin mahiyyətini dərk etmək üçün səthi mütaliə kifayət etmir. Bu hadisələr ilk baxışdan ikrah doğurur. Bəzən insanlar bu hadisələri təbiətin qəzəbi kimi yozurlar. Hansı ki, yer üzərində baş verən acı hadisələrin əsil mahiyyətini anlamaq üçün onlara ağıl və düşüncə gözü ilə baxmaq lazımdır. Bu halda tamamilə başqa bir nəticə əldə olunur. Bizim hadisələr haqqında əksər mühakimələrimiz nisbidir. Biz xeyrimizə olan hadisələri faydalı, zərərimizə olan hadisələri isə faydasız hesab edirik. Heç vaxt nəzərə almırıq ki, bizim üçün zərərli olan bir hadisə cəmiyyətimiz, gələcəyimiz üçün hansı təsirə malikdir. Axı bizim üçün zərərli olan kimyəvi maddə bir çox xəstələr üçün şəfaverici təsirə malik ola bilər.
Məgər hər hansı hadisənin şəxsən bizə faydalı və ya zərərli olması həmin hadisənin qiymətləndirilməsi üçün meyar, ölçü ola bilərmi? Yoxsa bir hadisəni qiymətləndirmək üçün onun bütün təsirləri nəzərdən keçirilməlidir? Deyilənləri aydınlaşdırmaq üçün sadə bir misal çəkək: şübhəsiz ki, yağış kiminçünsə faydalı, kiminçünsə zərərli ola bilər. İnsanlar yağışa müxtəlif cür münasibət göstərirlər. Əkin sahəsini sel basmış insan fəryad qoparıb deyir ki, bilmirəm nə üçün başıma belə bir bəla gəldi. Əkin sahəsi susuzluqdan yanan insan isə, əksinə, yağışı Allahın böyük neməti bilərək, şükr edir. Amma yağışın bütün təsirləri nəzərə alınarsa, kimsə onu təbiətin qəzəbi kimi qəbul etməz və onun ilahi mərhəmət olduğu hamı tərəfindən təsdiq olunar.
Mahiyyətindən xəbərsiz olduğumuz bəzi bəlalar isə əslində böyük bir nemətdir. Məsələn, elə xəstəliklər var ki, insan bircə dəfə həmin xəstəliyə yoluxduqda onun orqanizmində bu xəstəliyə qarşı müqavimət qüvvəsi yaranır və bu xəstəlik ikinci dəfə təkrarlanmır. Demək, ilk baxışdan bəla kimi görünən bəzi xəstəliklər insanın gələcək həyatında müsbət təsirlərə malik olur.
Bəlaların digər bir fəlsəfəsi nemətlərin dəyərinin dərk olunmasıdır. İnkar edə bilmərik ki, biz insanlar nemət dəryasında qərq olmuşuq. Amma bir çox nemətlərin varlığını dərk etmirik. Yalnız bu nemətlər əlimizdən çıxdıqda onların qədrini bilirik. Axı yer üzündə xəstəliklər olmasaydı, sağlamlığın böyük nemət olması necə dərk olunardı?! Gecənin qaranlığı insanı ağuşuna almasaydı, yer üzünü işıqlandıran günəş nurunu kim qiymətləndirərdi?! Əgər arabir yer titrəməsəydi, onun sakit vəziyyətini nemət sayardıqmı?! Yer üzündə quraqlıq deyilən bəla olmasaydı, həyatımızda yağışın rolunu lazımınca qiymətləndirərdikmi?!
Demək, insanın həyatdakı nemətlərin dəyərini bilməsi, bu nemətlərə görə Allaha şükr etməsi üçün bəzən onlardan məhrum olması zəruridir. Bu müvəqqəti məhrumiyyət həmin böyük və dəyərli nemətlərin zərurətini açıqlayır. Biz isə ötəri məhrumiyyətləri bəla adlandırırıq.
Bütün bu incəliklər nəzərə alınarsa, yer üzündəki bəlaları ibrətamiz dərs hesab etməli deyilikmi?! Deyilənləri nəzərdə saxlayaraq, bəlaların özünü böyük nemət saymaq lazım gəlir.
Növbəti sual isə budur ki, nə üçün bu bəlalar yer üzünün bir hissəsində baş verir, digər hissəsində yox?
Bilməliyik ki, bəlaların da təbii əsasları vardır. Harada şərait yaranırsa, bəla da orada baş verir.
Rəvayətlərdə bildirildiyi kimi, bəla gəlməsinin şərtlərindən biri xalq arasında müəyyən günahların rəvac tapmasıdır. “Kumeyl” duasında belə oxuyuruq: “Pərvərdigara! Günahlarımızı bağışla. Bu günahlar nemətləri aradan aparır. Pərvərdigara! Bağışla bizim o günahlarımızı ki, bəlalara səbəb olur!” Quranda isə belə buyurulur: “Bəlalardan qorxun ki, bu bəlalar təkcə zalımlara aid deyil.” (Zalımlar zülmünə, başqaları isə bu zülm qarşısında susduqlarına görə bəlaya düşər)
Bir qrup insanlar (mücəbbirə, yaxud sırf icbara etiqad bəsləyənlər[i]) bu əqidədədirlər ki, məxluqun fellərini (işlərini) görən məhz Allah olub insanları günah işlərə məcbur etməklə eyni zamanda onlara əzab da verəcək, bəndələri Öz itaətinə vadar etməklə eyni zamanda onlara savab da verəcəkdir. Onların fikrincə “bəndələrin felləri həqiqətdə Allahın felləridir və bəndələrə məcazi mənada aid edilir. Çünki bəndələr bu fellərin baş vermə vasitəsi və yeridir”. Bu əqidənin nəticəsində əşyalar və hadisələr arasındakı səbəb-nəticə qanunu inkar olunur, yalnız Allahın həqiqi səbəb olduğu və Ondan başqa heç bir səbəbin olmadığı iddia olunur.
Bu məzhəb ardıcılları əşyalar və hadisələr arasındakı təbii asılılığı, səbəbiyyəti inkar edirlər. Çünki onlar güman etmişlər ki, bu məsələ Onun şəriki olmayan Xaliq olmasının tələbidir.
Bu sözləri Allaha aid edənlər, şübhəsiz ki, Ona zülm nisbəti vermişlər, halbuki Allah heç bir zaman, heç bir vəchlə zülm etməz.
Başqa bir qrupun (müfəvvizə, mütləq ixtiyara inananların) nəzərinə görə, “Allah-Taala bütün felləri məxluqun (bəndələrin) ixtiyarına buraxmış, Öz qüdrətini, hakimiyyətini (qəzavətini), təqdirini onlardan götürmüşdür. Səbəbi də budur ki, fellərin Allaha aid edilməsi Ona qarşı bir növ nöqsanlıq gətirir. Habelə, mövcudatın da özünəməxsus səbəbləri vardır, hərçənd ki, bu səbəblərin hamısı ilk səbəbə–Allaha qaytarılır.”
Hər kəs bu kimi şeylərə etiqad bəsləsə sanki Allahı Onun Öz hakimiyyətindən[ii] çıxarmış, yaradılışda Ondan qeyrilərini şərik qoşmuşdur.
Bizim bu barədəki etiqadımız məsum İmamlarımızdan (əleyhimüs-salam) gəlib çatan rəvayətlərdir ki, sırf ixtiyar və sırf icbar deyil, bu ikisinin arasında orta mövqedə olan bir əqidədir. Elə bir əqidə ki, kəlam əhlindən olan bu sayaq cədəlçilər (sofistlər) bunu dərk edib anlamaqda acizdirlər. Belə ki, onların bəziləri ifrata varmış, bəziləri isə təfritə düçar olmuşlar. Elm və fəlsəfə isə onların yarandığı vaxtdan neçə-neçə əsr sonra onların sofistikalarını aşkara çıxara bilmişdir.[iii]
Bizim məsum İmamlarımızın hikmət dolu elm xəzinəsindən agah olmayan bəzi savadsızların, bu kəşfi (nə cəbr, nə də ixtiyar) qərbin son əsrlərdəki mütəfəkkirlərinin kəşfi hesab etmələri doğrudan da qəribədir. Çünki, bizim İmamlarımız (əleyhimüs-salam) hələ 10 əsr onlardan öncə bu məsələni bəyan etmişlər.
İmam Sadiq (əleyhis-salam) bu iki məsələ arasındakı orta haqq yolu məşhur bir cümlədə belə bəyan etmişdir:
“İslamda nə sırf cəbr vardır, nə də sırf təfviz, əksinə, (haq yol) bu ikisinin arasında olan bir yoldur.”[iv]
Necə də gözəl söz ustası! Necə də dəqiq və incə məna! Xülasə şəkildə demək olar ki, bizim fellərimizin həqiqətdə bizdən baş verdiyini, bu fellərin təbii səbəbkarının biz olduğunu (onların da bizim qüdrət və ixtiyarımızla olduğunu), digər tərəfdən isə, bu işlərin Allah tərəfindən müqəddər olunduğunu, Onun səltənəti dairəsində olduğunu nəzərə alsaq (səbəbi də budur ki, yalnız Allah bizə varlıq bəxş edir, hər şeyi yalnız O əta edir), O bizi hansısa feli görməyə əsla məcbur etmir ki, üsyan etdikdə bizi cəzalandırması zülm kimi təsəvvür olunsun. Çünki hansısa feli görməkdə qüdrət və ixtiyar bizimlədir. Həmçinin O, fellərimizi vücuda gətirmək işini bizim tam ixtiyarımıza verməyib ki, onları Öz səltənəti dairəsindən çıxarmış olsun. Əksinə xəlq, hökm və əmr[v] Ona məxsusdur. O, hər bir şeyə Qadir, bəndələrə Mühit (əhatə edən)-dir.[vi]
Ümumiyyətlə, bizim bu barədəki əqidəmiz budur ki: qəzavü-qədər məsələsi Allahın sirlərindəndir. Hər kəs bu məsələni lazımınca başa düşsə və təfritə, yaxud ifrata varmasa, çox yaxşı; amma əks təqdirdə özünü həddindən artıq zəhmətə salıb dəqiqliklərə varması vacib deyildir. Fəhmi, dərki çatmadığı yerdə məsələnin dərinliyinə gedərsə yoldan azar, əqidəsi korlanar. Çünki bu məsələ ən dəqiq və ən incə, hətta yalnız çox cüzi sayda fərdlərin dərk etdiyi dəqiq və çətin fəlsəfi bəhslərdəndir. Məhz bu səbəbə görə də çoxlu mütəkəllimlər bu yerdə inhirafa düşmüşlər.[vii]
Bu məsələ barəsində təhqiqat aparmaq adi insanların qüdrəti dairəsindən xaricdir və bu barədə ümumi şəkildə məsum İmamların sözlərinə etiqad bəsləmək kifayətdir. Onlar buyururlar: “İslamda sırf cəbr və sırf ixtiyar deyil, bu ikisinin arasında olan məsələdir.”
Bu məsələnin etiqad (üsuli din) əsillərindən olmadığına görə də dəqiq və müfəssəl şəkildə təhqiqat aparmaq vacib deyildir.
[i]Səbəb-nəticəqanununuinkaredənlərdənbiridə“Əşairə”məzhəbiardıcıllarıdır.OnlardasəbəbiyalnızAllahdahəsredərəkdeyirlərki, məsələnodheçnəyiyandırmır, əksinə, Allahınadətiodayaxınlaşanpaltarıyandırmaqəsasındadır, odunisəyandırmaqdaheçbirdəxalətiyoxdur. Eləbuəsasdainanırlarki, bəndələrinfelləriAllah-Taalatərəfindəngörülür, bəndələrinisəheçbirdəxalətiyoxdur, yənibirfelinvücudagəlməsindəbəndəninheçbirroluyoxdur.
(Bax:“Bidayətül-məarifil-ilahiyyə”, 1-cicild, səh.159)
Ammaşiəməzhəbikitablarınabaxanlarüçünheçdəgizlideyildirki, şiələr“Əşairə”lərinəksinəolaraqcəbribatilhesabetdiklərikimi, təfizi (“Mötəzilə”lərindediyimütləqixtiyarı) dabatilhesabedirlər.
İmamHadi (əleyhsalamdan)-danbəndələrinfelləribarədəsoruşubdedilərki, bufellərAllahaaidedilirmi?
Həzrətbuyurdu:“ƏgərO, bufellərinxaliqiolsaydı, heçvaxtonlardanbezarlıqetməzdi, halbukiAllahbuyurur:
“HəqiqətənAllahvəOnunRəsulumüşriklərdənbezardır.” (“Ət-tövbə”surəsi, 3)
Allahonlarınzatlarınınxilqətindəndeyil, şirkvəqəbahətliişlərindənbezarlıqedir.”
Bax:“Təshihül-e”tiqad” (AeyxMüfid), 5-cicild, səh.43;“Biharül-Ənvar”, 5-cicild, səh.20.
Müfəvvizəardıcılları (əksəriyyətimötəzilədir) cəbritamamilərəddedibdeyirlərki, fe”llərinhamısıbizlərəhəvaləedilmişdirvəAllahıniznvəiradəsininheçbirdəxalətiyoxdur. Bubatiləqidəninyaranmasəbəbindəiddiaolunurki, məqsədəvvəlkifirqəninəksinəolaraqgünah, küfr, qəbahətlivəçirkinişlərinOnaaidedilməsindənqaçmaqdır. Təfvizinsanlardanfellərinharamlığınıaradanqaldırır, istədiklərihərişionlarüçünrəvabilir. Budaeynilədinsizlərinsözləridir. Bax:“Təshihül-etiqad” (AeyxMüfid), 5 -cicild, səh.47;“Bidayətül-məarifil-ilahiyyə”, 1-cicild, səh.166.
[ii]BubarədəİsbəğibniNəbatəninuzunbirhədisdərəvayətetdiyininəqletməkyerinədüşərdi. Odeyir:“Əmirəl-mö”mininƏliyyibniƏbitalib (əleyhissalam) “Siffeyn”müharibəsindənqayıdandayoldabirqocakişisoruşdu:YaƏli, xəbərvergörəkbizim AamaqayıtmağımızAllahınqəzavü-qədəriilədir, yayox?
Əli (əleyhissalam) buyurdu:Andolsunçərdəyiyaran, canlılarıxəlqedənKəsə (Allaha)! Hərbiryerə (yüksəkliyə) çıxırıqsa, hərbirvadiyədaxiloluruqsahamısıAllahınqəzavü-qədəriilədir.
Qocadedi:MənimçəkdiyimzəhmətlərAllahyanındadır, lakinmənözümüçünheçbirmuzdgörmürəm.
İmam (əleyhissalam) buyurdu:Sus! Allahaandolsunki, O, seyretdiyimizvəqayıtdığımızyollardasizəböyükəcrvəmuzdvermişdir. Sizbuhallardanəbirşeyəməcburedilmiş, nədəməcburiyyətüzündənbirşeyetmisiniz.
Qocadedi:Qəzavü-qədərinbizimişlərimizəşərikolduğuhalda, bunecəolabilər?
İmam (əleyhissalam) buyurdu:Vayolsunsənə, bəlkəsənhökmən (hətmi) qəzavü-qədərigümanedirsən? Əgərbeləolarsa, savabvəcəzaməsələsiaradangedər, xoşvədlərvəəzabvədəsi, əmrvənəhybatilbirişolardı;günahişüçünAllahtərəfindənməzəmmət, salehəməlüçüntərif, mədhgəlməzdi;yaxşıəməlsahiblərimədholunmaqüçüngünahkarlardanüstün, pisəməlsahibiməzəmmətolunmağaəməlisalehdəndahalayiqliolmazdı.
Sənindediklərinbütlərəsitayişedənlərin, şeytanlarınqoşunlarının, zorakılıqedənlərin, haqdanazanlarınsözləridir. Onlardabuümmətinqədəriyyələri (Allahınqəzavü-qədəriniinkaredənlər) vəməcusiləridir.
HəqqətənAllah-Taalaixtiyarıəmr, təfvzirinəhy, asanıvəzifəlietmişdir;Onukimsəməğlubedibməsiyətedəbilməz, ikrahüzündənitaətolunmaz, peyğəmbərləriəbəsyerəgöndərməz, yeri, göylərivəbuikisininarasındaolanlarıbatilyerəxəlqetməyib.
“Bu (batilvəəbəsyerəxəlqedilməsi), kafirolanlarıngümanlarıdır, vayolsunkafirolanlaraoddan!” (“Sad”surəsi, 27)
Qocadedi:Bəsondabiziməsasındahərəkətetdiyimizqəzavü-qədərhansıdır?
İmam (əleyhissalam) buyurdu:O, MütəalAllahtərəfindənolanəmr, hökmdür. (Sonrabuayənitilavətetdi:)
“Allahhökmetmişdirki, Ondanbaşqaheçkəsəibadətetməyin.” (“İsra”surəsi, 23)
Qocasevincbürümüşhaldabuşerioxudu:
Sənoİmamsanki, sənəitaətetməklə
QiyamətgünüRəhmandanbehiştarzularıq.
Dinimdəşübhəliməsələnimənəanlatdın,
Allahbiziməvəzimizdənsənəxeyirəvəziversin!
Bax:“Nəhcül-bəlağə”ninşərhi, 18-cicild, səh.227. (İbniƏsakirbuhədisi“Tarixi-Dəməşq”dəİbniAbbasaistinadvermişdir.) AeyxSəduq, “Tovhid”, səh.380;“Təcridül-etiqad”, səh.200;“Əqaidül-islamfil-Qur”anil-Kərim”, səh.455.
[iii]AeyxMüfid“Təshihül-etiqad”kitabındabuyurur:Buikiməsələ (cəbrvətəfviz) arasındakıortamövqebelədir:Allah-Taalainsanlarıonlarınözfelləriəsasındabacarıqlı, əməlləriəsasındaqadiretmişdirvəbubarədəhədd-hüdud, qayda-qanunmüəyyənetməklə, zəcr, təhdid, vədəvəcəzailəonlarıqəbahətliişlərdənnəhyetmişdir. Onlarıqadiretməkləheçdəbuəməllərəməcburetməmiş, onları, əksərəməllərdənçəkindirməkləheçdətamixtiyarlıetməmişdir. Buəməllərdəonlarüçünhədd-hüdudqərarvermiş, yaxşıəməllərəəmredib, pisvəqəbahətliişlərdənçəkindirmişdir. Budaeləcəbrvətəfvizdənfərqlənənortamövqedir.
[iv]“Əl-kafi”, 1-cicild, səh.160, 13-cühədis;“Əl-ehticac”, 2-cicild, səh.490;“Ət-tovhid”, səh.362;“Əl-etiqad” (AeyxSəduq), səh.101;“Təshihül-etiqad”, 5-cicild, səh.46.
[v]Əmr:metafizika, bəsitləraləmi, həqiqivəhdət;xəlq:tədricitəkamül, çoxluq, hərəkətvəzaman
[vi]ƏbuHənifəİmamMusəbniCəfər (əleyhissalam)-danbəndələrinfelləribarəsində, “bufellərkimdənbaşverir?”deyə, soruşdu. İmam (əleyhissalam) buyurdu: Aübhəsizki, bəndələrinfellərilabüdolaraq 3 haldanbirindəolabilər:
1-YafəqətAllahtərəfindəndir;
2-YabəndəvəAllaharasındamüştərəkdir;
3-Yadafəqətbəndətərəfindəndir.
ƏgəryalnızAllahtərəfindənolarsa, gözəlişləritərifləməkvəpisişləriməzəmmətetməkOnunüçündahayerindəolar, Ondanqeyrisinəheçbirtərifaidolmaz, İşlərindədəheçbirməzəmmətolmaz. AmmaəgərAllahiləbəndəhərikisifeldəşərikolarsa, ondahəmyaxşıişlərdəkitərif, həmdəpisişlərdəkiməzəmməthərikisinəaidolar. Buikihalbatilolduğuüçün, buişlərinbəndələrdənbaşverməsiisbatolunur. BeləolanhaldaəgərAllahonlarıüsyankarlıqvəcinayətlərinəgörəcəzalandırsa, eləcəzaverməkOnalayiqdir;yoxəgərbağışlasaO, (bağışlamaqüçündahalayiqliolub) təqvavəməğfirətəhlidir. “Təshihül-etiqad” (AeyxMüfid), 5-cicild, səh.44.
[vii]Mərhum AeyxMüzəffərözününfəlsəfimühazirələrindəbudəqiqfikriaşağıdakışəkildəxülasələndirmişdir:
Hərikifirqə–cəbrvətəfviztərəfdarlarıyalnızbircəhətənəzərsalmış, başqabircəhətdənisəqafilqalmışlar. Lakininsanbuməsələyəeynizamandaikicəhətdənbaxmalıdır, əgəryalnızbircəhətdənbaxarsa, mütləqyanılacaqdır. Beləki, mövcudata“vücud”verilməsicəhətinənəzərsalırvəbelətəsəvvüredirki, məxluq (insanlar) hərbirişdəməcburdurlar. Digərtərəfdən, əgəryalnızəməllərdəixtiyariolaraqgördükləriəməllərənəzərsalıbtəsəvvüredirlərki, insanlarbütünişərdətamazaddırlar. LakinəgərAllah-Taalanınmövcudataolanfeyzihəttabiranlığakəsilərsə, bütünvarlıqlar, həttafe”llərdəaniolaraqməhvolub“mütləqyoxluq”açevrilər.
Cəbrinmənası:Vücudunbaşlanğıcıolanbirfail (maminhül-vücud) eləonunvücudagəlməsisəbəbidir (mabihil-vücud), odaAllahdır.
Təfvizinmənası:İnsanbaşlanğıc (maminhül-vücud) vəsəbəbdir (maminhül-vücud). Lakinonlarbuməsələyədiqqətyetirməyiblər. Çünkibəndə (insan) “mabihil-vücud”unfailidir;Allahisə“maminhül-vücud”dur. Deməli“mabihil-vücud”nahiyəsindəncəbryoxdur, “maminhül-vücud”nahiyəsindənisətəfvizyoxdur. Beləliklə, Əhli-beyt (əleyhimüssalam)-dangəlibçatanhədisözhəqiqimənasındasəhihdir:“Nəcəbr, nədətəfviz–buikisininarasındaqərarlaşanbirişdir.”
Din bəşəriyyətə səadət yolunu göstərmək üçün Allah tərəfindən peyğəmbərlər vasitəsi ilə göndərilmiş həyat proqramıdır. Xoşbəxt olmaq istəyən insan bu proqrama əməl etməlidir. Dini əqidə insanın qəlbində yerləşmiş gizli nəzarətçi kimidir. O, insanı çirkin işlərdən çəkindirir, gözəl sifətlərə vadar edir.
Dünya həyatı öz eniş-yoxuşları ilə labirinti xatırladır. Din iki yol ayrıcında dayanmış insana doğru yolu göstərir. Dünya çətinlikləri ilə üzləşmiş insan iman qüvvəsindən güc alaraq Allaha üz tutur və Allahın yardımı ilə keçilməz sədləri aşır.
124 min peyğəmbərin sonuncusu Həzrət Məhəmməd (s), beş ilahi kitabın sonuncusu isə Qurani-kərimdir. Qurani-kərimin “Bəqərə” surəsində buyurulur: “Bu kitab heç bir şübhə olmayan və təqvalılara doğru yol göstərən kitabdır. (Təqvalılar) o kəslərdir ki, qeybə inanır, namaz qılır, və onlara verdiyimiz ruzilərdən ehsan edirlər.” (a - 2 – 3)
İslam təlimləri üç hissədən ibarətdir:
1. Etiqadlar (üsuli-din: tövhid, ədl, nübüvvət, imamət, məad).
2. Əxlaq
3. Əməllər (fürui – din: namaz, oruc, xums, zəkat, həcc, cihad, əmr be məruf, nəhy əz münkər, təvəlla, təbərra)
Bu üç elmi öyrənmək üçün bütün müsəlmanlar üçün fərizə, yəni vacib hesab olunur. Xoşbəxt olmaq istəyən insan dinin əsaslarına inanmalı, düzəldib dini hökmlərə əməl etməlidir.
Allah sizə yar olsun.