Sual (41) : salam. eger evden hicab baglamaga qoymurlarsa kimdi gunahkar

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Günahkar hicabı qadağan edəndir amma sizində vəzifəniz budur ki, hicabsız naməhrəm qarşısına çıxmayasız.

Allah sizə yar olsun.

Sual (42) : ALLAHIN SALAMI UZERINIZE OLSUN.EGER EVDEN HICAB BAGLAMGA QOYMURLARSA. GUNAHI KIM QAZANIR?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Allahın əmirləri qarşısında başqalarının qadağasına itaət etmək doğru deyil. Allahın vacib etdiyi işin qarşısını alan insan Allahla mübarizə edir və günahdadır. Amma belə şəraitdə gərək naməhrəm qarşısına çıxmılmasın əgər riayət edilməssə hicabı tərk edən şəxsdə günah qazanmış olur.

Allah sizə yar olsun.

Sual (43) : Salam. Bәzilәri dеyirlәr ki, günаhın sәğirә vә yа kәbirә оlмаsı nisbidir. Yәni kәbirә bir günаh hаnsısа günаhа nisbәtdә sәğirә sаyılа bilәr. Мәsәlәn, оğurluq böyük günаhdır. Амма günаhsız öldürмәk günаhınа nisbәtdә kiçik sаyılмаlıdır. Bеlә bir prinsipә әsаslаnsаq, оndа bütün günаhlаr bаğışlаnаsı оlаr. Qurаndа isә bеlә buyurulur: “Sizә qаdаğаn оlunмuş böyük günаhlаrdаn çәkinsәniz, sizin kiçik günаhlаrınızı örtәrik.” Dемәli, hәr bir günаhdаn pәhriz еtdikdә günаh bаğışlаnа bilәr. Амма әn böyük günаh sаyılаn şirk hеç vәchlә bаğışlаnаsı dеyil. Bеlә çıхмırмı ki, şirkdәn sаvаy bütün günаhlаr bаğışlаnılаsıdır?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Qеyd еtdik ki, günаhlаr sәğirә vә kәbirә оlмаqlа gеrçәk şәkildә ikiyә bölünмüşdür. Günаhlаrı bir-birinә nisbәtdә dәyәrlәndirмәk düzgün dеyil. Yuхаrıdа zikr оlunмuş аyәdәn dә hәqiqәt аydın оlur. Әgәr insаn kәbirә аdlаndırılаn bir qrup günаhdаn çәkinәrsә, оnun kiçik günаhlаrı bаğışlаnılаr. Bu günаhlаr аrаsındа kоnkrеt sәrhәd vаrdır. Kiçik günаh böyük, böyük günаh isә kiçik sаyılа bilмәz. Dемәk, kiçik günаhlаr yаlnız böyük  günаhlаrdаn çәkindikdә bаğışlаnılır. Sаdәcә, bir şеyi qеyd еtмәliyik ki, kiçik günаhlаrın tәkrаrlаnмаsı dа böyük günаh sаyılır.

Allah sizə yar olsun.

Sual (44) : Salamun əleykum. Kiçik vә böyük günаhlаrı bir-birindәn nеcә fәrqlәndirмәk оlаr?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Sәğirә vә kәbirә günаhlаr Qurаn аyәlәrindә fәrqlәndirilмişdir: “Әgәr böyük günаhlаrdаn çәkinsәniz, kiçik günаhlаrınızı örtәrik. Bәs günаhın böyüklüyü hаnsı ölçü ilә tәyin оlunur?

Fәqihlәriмiz dеyirlәr ki, istәr kiçik оlsun, istәr böyük, Аllаhın әмri ilә мüхаlifәtçilik böyük günаhdır. Bununlа bеlә günаhlаr iki dәstәyә bölünмüşdür: kәbirә günаhlаr, sәğirә günаhlаr. Bu günаhlаrı bir-birindәn fәrqlәndirмәk yоlu çохdur. Әgәr bir günаhа görә Qurаndа vә rәvаyәtlәrdә әzаb vәd оlunмuşsа, bu günаh böyük günаhdır. Мәsәlәn, günаhsız insаnın öldürülмәsi böyük günаhdır. Qurаn bu bаrәdә buyurur: “İмаnlı şәхsi bilәrәkdәn öldürәnin cәzаsı cәhәnnәмdir.”

Bаşqа bir qrup аliмin fikrincә, ciddi şәkildә qаdаğаn оlunаn günаhlаr dа kәbirә günаhlаrdır. Bu әsаslа dа Qurаndа әzаb vәd еdilмәмiş bәzi günаhlаrı dа böyük günаhlаr cәrgәsinә dахil еtмişlәr.

Мәsәlәn, sәlәм hаqqındа Qurаndа bеlә buyurulur: “Bilin ki, Аllаh vә Оnun rәsulu sizinlә (bu işә görә) sаvаşа qаlхаcаqdır.” İslам şәriәtindә sәlәмçiliyin böyük günаh sаyılмаsı üçün bеlә bir ifаdә kifаyәt sаyılмışdır. Hәttа rәvаyәtlәrdә dә bu günаhа görә әzаb vәd еdilмәмiş оlsаydı, аyәdәki sәrt bәyаnаt sәlәмin hаrам sаyılмаsı üçün yеtәrdi. Dемәk, еyni bir günаh hәм böyük, hәм dә kiçik оlа bilмәz. Әgәr günаh мüqаbilindә әzаb vәd оlunмuşsа vә yа bu günаh sәrt şәkildә qаdаğаn еdilмişsә, оnu kәbirә günаh  sаyмаlıyıq.

Allah sizə yar olsun.

Sual (45) : Salam...Naməhrəm kişi ilə naməhrəm qadın bacı qardaşlıq əhdi ilə unsiyyət qurmaları məsələn telefonla danışmaq, sosial yazışma, və üzbəüz deyib gülmək zarafatlaşmaq və s. bu kimi şeyləri etmək və başqasınada biz düzgün hərəkət edirik deyənlər hansı dərəcədə düzgün edirlər? barəsində sözü gedən şəxslər dindardırlar.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Naməhrəm kişi və qadın arasında bacı-qardaşlıq əhdi və əqdi yoxdur. Naməhrəm kişi və qadını biri-birinə halal edən yalnız evlənmək və nikah əqdidir. 
Kişilər aşağıdakı şərtlərlə naməhrəm qadınlarla söhbət edə bilərlər: 
1-Ləzzət və reybə qəsdi olmasın. 
2-Bu cür söhbət etməklə günaha düşülməsin. 
Zərurət halı olmadan naməhrəmlə söhbət etmək məkruhdur.
Hәzrәt Peyğəmbər (s) buyurmuşdur: “(Naməhrəmə) baxmaq şeytanın zəhərli oxlarından biridir.Kim (naməhrəmə) baxmasa, Allah ona ilahi xof səbəbindən bir iman əta edər ki, qəlbində onun şirinliyini duyar.”
Hәzrәt Peyğəmbər (s) buyurmuşdur: “Kim gözünü haramla doldursa, Allah Qiyamət günü onun gözünü odla doldurar. Yalnız tövbə edən istisnadır.”
Allah sizə yar olsun.
Sual (46) : Salam alekum;Gunahdan cekinmek isteyen insan ne etmelidir??
Allahın adı ilə.   
Əleykumus-salam. 
Xəstəxana, idman zalı, həbsxana nə üçündür? Heç şübhəsiz ki, insanın mənəvi və fiziki tərbiyələndirilməsi üçün! Amma ötəri bir xəstəliklə əlaqədar həkimə müraciət edən şəxs düzgün müalicə olmazsa, ağır xəstəliyə düçar ola bilər. Az olmayıb ki, gözləri zəif görən insan göz cərrahiyyə əməliyyatından sonra kor olub. Amma həmin adamlar ümidini üzməyib, başqa həkimə müraciət ediblər.
Cəld və güclü olmaq həvəsi ilə müəyyən bir idman növü ilə məşğul olub, ehtiyatsızlıq üzündən şikəst olanlar da var. Amma bu sayaq uğursuzluqlara baxmayaraq, insanlar idmandan üz döndərmir.
Hansısa kiçik bir səhvə görə həbsxanaya düşüb, oradan narkoman kimi çıxanlar da az deyil. Amma həbsxanalar mövcuddur və gələcəkdə də mövcud olacaq.
Qurani-kərimdə buyurulur: «Namaz insanı çirkin işlərdən çəkindirir». 
Bəli, müttəqilərə doğru yol göstərən Quran, günahdan çəkinmək istəyənləri namaza çağırır. «Filan namaz qılan nə üçün çirkin işlərdən çəkinməyib» sualına yuxarıdakı misallar cavab verir. Ayədə həqiqi namaz nəzərdə tutulur. Əsl həkim şəfabəxş, əsl idman faydalı, əsl həbsxana tərbiyəverici olduğu kimi, əsl namaz da istisnasız olaraq, insanı günahdan uzaqlaşdırır. Həqiqi namazın şərtləri vardır. Namazda xalis niyyət, Allahın əzəmətini, özünün kiçikliyini anlamaq əsas şərtlərdəndir. İmam Sadiq (ə) buyurur: «Namazın qəbul olunmasının əlaməti, onun insanı çirkinlikdən uzaqlaşdırmasıdır». 
Allah sizə yar olsun. 


Sual (47) : salam etrafli sekilde yazmaq isteyirem ki deqiq cvb in veresiz hekime getmisdim yoxlanisdan kecdim dediki rengen meslehet gorulur otaqdan cole cxdiqda tibb bacisi mene dediki get hekime de ki rengen hekimi gonderdiki bura rengene getmey yazilisin ama rengen hekimi bunu dememisdi yeni yalandan gedib bir hekimin adindan diygerine yalan demeyimi istedi qisa olaraq sual budur anketi tibb bacisina verib dedim yeni muayine qurtardiqda sonra "yalandan danisma də " bu sozu dedim meqsedim onu tehqir ve yaxud qelbini qirmaq deyildi sadece bir meslehet olaraq dedim ve getdim indi dusunurem ki ondan halalliq almaq lazim dir yoxsa yox ama o sozu demeyi mden meqsed onu yalandan cekindirmey idi coxsagolun sualim uzundur cunki ozumde narahatam ki birden haqqina girerem
Allahın adı ilə.   
Əleykumus-salam. 
Halallıq almaq lazım deyil çünki bu iş əmr be məruf və nəhy əz münkərin nümunəsidir. Əgər qəlbiniz rahat deyilsə özünüz və onun əvəzində Allahdan istiğfar və bağışlanmaq istəyin.
Allah sizə yar olsun.  

Sual (48) : Salamun əleykum. İnsanın günahdan paklanmas barədə geniş bəyan verin.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Qurani kərimin müxtəlif ayələrinə istinad edərək deyə bilərik ki, insanın bağışlanmaq yolları bir- birindən fərqlidir. Onların bir neçəsinə aşağıda işarə edirik.
1). Tövbə edərək böyük günahlardan çəkinmək, peşiman olaraq bir daha o günahlara qayıtmamaq, gələcəkdə belə kiçik günahlara yol verməmək və yaxşı əməllər yerinə yetirməklə insan bağışlanmaq şəraiti əldə edir. Həmçinin bu barədə çoxlu ayələr mövcuddur. Amma biz onların birini qeyd etməklə kifayətlənirik:
«هُوَ الَّذِي يَقْبَلُ التَّوْبَةَ عَنْ عِبادِهِ وَ يَعْفُوا عَنِ السَّيِّئاتِ»
"Bəndələrdən tövbəni qəbul edərək günahları bağışlayan odur."
Tövbənin əsil anlamı peşiman olaraq Allaha tərəf qayıtmaqdır. Belə ki, insan tövbə etdikdən sonra tam ciddiyyətlə günahları tərk edir və yaxşı əməllərlə məşğul olmalıdır. "İstiğfar" etmək də bu mənada işlədilir. Bu üsulla tövbəni sıra ilə beş əsas şərtlə bağışlamaq olar:
1). Günahı tərk etmək, 2). Peşimançələq, 3). Gələcəkdə günaha yol verməməyi qərarlaşdırmaq. 4). Keçmişdəki günahların cəriməsini ödəmək, 5). İstiğfar etmək
2). Gözəl əməlləri yerinə yetirməklə keçmişdə olan günahların bağışlanması barədə Qurani kərim buyurur:
«ِنَّ الْحَسَناتِ يُذْهِبْنَ السَّيِّئاتِ»
"Gözəl əmələr günahların təsirini zərərsizləşdirir".
3). Böyük günahlardan çəkinmək kiçik günahların bağışlanmasına səbəb olur. Qurani- kərim bu haqda buyurur: "Əgər böyük günahlardan çəkinsəniz sizin kiçik günahlarınızı gizlədərik və sizi gözəl məqamlara yüksəldərik".
4). Dünyanın bütün müsibətlərinə dözmək və səbr etmək möminlərin günahlarının yüngülləşməsinə səbəb olur.
«إِنْ تَجْتَنِبُوا كَبائِرَ ما تُنْهَوْنَ عَنْهُ نُكَفِّرْ عَنْكُمْ سَيِّئاتِكُمْ وَ نُدْخِلْكُمْ مُدْخَلاً كَريماً»
5). Şəfaət: Böyük mövcudların kiçik mövcudlara kömək etməsinə şəfaət deyilir. Bu məsələ bəzən əməllərin gözəlləşməsinə və bəzən də günahların bağışlanmasına səbəb olur.
Şəfaət anlamı İslam dini və vəhy baxımından
«و لسوف یعطیک ربک فترضی»
bir şeyin başqa bir hala (şəfaət olunanın halı nəzərdə tutulur) keçməsinə deyilir. Yəni şəfaət olunan bəzi əməlləri yerinə yetirməklə onun şəraitini yaradır və pis bir vəziyyətdən nicat tapır. Belə ki, şəfaət edənin vasitəsi ilə onun vəziyyəti yaxşılaşır. Bundan belə nəticə alırıq ki, hər bir günahkar şəfaət vasiitəsilə bağışlana bilmir. Əksinə onun şəraiti gərək hər bir şəfaət olunanda olmalıdır.
Belə bir şəfaətə iman gətirmək günahkar şəxslərin oyanmasına və böyük bir ictimai islahatın baş verməsinə səbəb olur.
Bu məsələ çoxlu hədislərdə də qeyd olunmuşdur. Həmçinin Quranda "Mahmud məqamı" Məhəmməq (s) Peyğəmbərə şamil olur. Belə ki, "Allah sənə o qədər əta edəcək ki, sevinəcəksən" ayəsi də bu məsələyə və İlahinin bəndələri bağışlamasına aid edilir. Bunu da qeyd edək ki, bu bağışlanma Peyğəmbərin ixtiyarında olan şəfaətin vasitəsi ilə həyata keçir.
Beləliklə möminlərin ən son ümidləri onlara vəd edilmiş şəfaətdir. O şəfaət ki, müəyyən şərait çərçivəsində möminlərə ümid verir və ictimaiyyətdə günahların azalmasına səbəb olur.
6). İlahinin xüsusi bağışlaması: Bu məsələdə şəfaət məsələsində qetd edildiyi kimi müəyyən şərait çərçivəsində özünü doğruldur.
Bu anlamda hər bir bəndəyə şamil olmur. Öz əməlində səhlənkarlıq edən və kiçik günahlara qatılan möminlərə şamil edilir. Həmçinin bu şərəfə nail olan möminlər gözəl behişt məkanları ilə vədələnmişdirlər. Amma bunun əksinə olarsa o şəxslər mütləq cəhənnəm əzabına düçar olacaqlar. Bunu da qeyd edək ki, onlar əbədi olaraq cəhənnəm əzabında qalmayacaqlar. Əksinə bir müddətdən sonra yenidən İlahi əffə nail olacaqlar.
Yenə də təkrar olaraq deyirik ki, Allahın insanları bağışlaması bir- başa onun əmrində olsada bu məsələ qeyd və şərtsiz deyil. Bu əmr yalnız bağışlanmağa ləyaqəti olan insanlar üçündür. Bundan əlavə Allah- Taala insanı yaradan olduğu üçün bütün xüsusiyyətlərini biləndir. Bu səbəbdən insanın bütün günahlarının bağışlanmasının mümkün olduğunu buyurur: Buna görə də bütün insanları bağışlanmaq yoluna dəvət edir və İlahinin rəhmətindən naümid olmağı böyük günah sayır. Bütün Peyğəmbərlər insanı Allahın tükənməyən rəhmət dəryasına çatdırmaq üçün seçilmişlər. Peyğəmbərimizin (s) "rəhmət Peyğəmbəri adlandırılmasına əsas amil bu İlahi məqsəd olmuşdur.
Mövzunun sonunda bu mətləbi də çatdırırıq ki, əgər mömin insan öz imanını qəbr evinə kimi qoruyub saxlayarsa, böyük günahlara qatılsa (böyük günahlara qatılmaq insandan bütün müvəffəqiyyətləri alar və onda şəkk- şübhə yaradar) və bir sözlə imanla dünyadan köçərsə əbədi əzaba mübtəla olmayacaqdır. Onun kiçik günahları böyük günahdan çəkindiyi üçün və böyük günahları da tövbə edəcəkdir. Amma buna nail olmasa dünya müsibətlərinə səbr etmək onun günahlarının yüngülləşməsinə səbəb olacaqdır. Əgər buna da nail olmasa gözəl əməllər etməklə məsumların şəfaətinə nail olmaqla günahları yüngülləşəcəkdir. Çünki şəfaət anlamı İlahinin tükənməyən mehribançılığından doğan bir anlamdır. İnsanlar bunun vasitəsi ilə cəhənnəm əzabından şəfa tapacaqdırlar. Amma insan buna arxayın olmaqla günah etməməli və daim İlahi əzabdan qorxmalıdır. Bundan əlavə əgər insan bəzi əməlləri (günah əməlləri) yerinə yetirərsə istər- istəməz o günahın təsirindən sonu xeyirlə bitməyən ölümlə üzləşəcəkdir. Yəni dünyadan imanla köçə bilməyəcəkdir. İnsan gərək elə əməl edə ki, dünyanın bəyənilməyən xüsusiyyətinə qatılmasın. Belə olmazsa o İlahi əzaba düçar olacaqdır.

Allah sizə yar olsun.
Sual (49) : Salamun əleykum. Mən hər hansı bir haram işdən tövbə etmək istəyirəmsə, bunu necə etməliyəm? Bunun bir qayda-qanunu varmı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Tövbə, səmimi qəlbdən günahlardan peşman olamqdır. Bu peşmançılıq hissi özünü əməldə də göstərməlidir. Bunun ən yaxşi gostəricisi vacib əməlləri icra edib haram işləri tərk etməkdir.
Bununla yanaşi tövbə etməyin bəzi mustəhəb əməlləri vardir:
Çərşənbə, çərşənbə axşami və cümə gunlərində üç gun oruc tutmaq.
Tövbə qüsulü etmək, səcdə etmək.
İki və ya dord rukət namaz qılmaq.
Tabəin munacatını oxumaq.
Istigfar etmək.

Allah sizə yar olsun.
Sual (50) : Salamun əleykum. Haçansa bir gunah etmişsə insan özünü baqışlaya bilmir. sırf dini elmlərlə məsğul olmaq istəyən insan özünü işlədtiyi günaha görə diyir daha mənimki getdi işlətdiyi günaha görə özünü günahlandırır diyirki daha mən Arzuladığım ilahi elmlərin daliyca gedib məqama çana bilmərəm Allaha yaxın ola bilmərəm.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Allah tövbələri qəbul edəndir, həm də Allah çoxlu tövbələri qəbul edəndir. Insan etdiyi günaha görə utanmalidir, əzab çəkməlidir, lakin Allahın mərhəmət və şəfqətindən ümidsiz olmamalıdır. Belə olan halda insan elədiyi günaha yox, Allahının mərhəmətinə baxmalıdır və ya müqayisə etməlıdır, hansı daha böyükdür, etdiyi günah və ya Allahın mərhəməti?
Hər bir halda, insan vəzifəsini yerinə yetirməlidir, hansısa məqama çata biləcəyi, bilməyəcəyi barədə düşünməməlidir.

Allah sizə yar olsun.
Go to TOP