Sual (21) : Salam aleykum. Aye varki Allah oz ruhundan Ademe ufurdu. Oz ruhu deyende ne nezerde tutulur? Allahinda ruhu var?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Allahın ruhunun insana üfürülməsi onun cana gəlib nəfəs alması deyil. Çünki heyvanlar da nəfəs alır. Əslində məqsəd insana yaradıcılıq, iradə, elm kimi sifətlərin əta olunmasıdır. Ruh şərafətlilik baxımından Allaha aid edilir. Burada məqsəd Allahdan bir şeyin ayrılaraq insana birləşməsi demək deyil, bəlkə ruh da cism və digər bütün işlər kimi Allahın məxluqudur.Məsələn, “Beytullah” dedikdə “Allahın evi” nəzərdə tutulur. Əslində isə Allah evə ehtiyacsızdır və belə bir ad evi şərafətləndirmək xatirinə verilir.

Allah sizə yar olsun.

Sual (22) : Salamun əleykum. Xahiş edirəm Bqərə surəsinin 223 -cü ayəsini izah edəsiz. Yəni belə çıxır ki, kişi qadının hansı tərəfindən istəsə ona yaxınlaşa bilərmi?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

نِسَآؤُكُمْ حَرْثٌ لَّكُمْ فَأْتُواْ حَرْثَكُمْ أَنَّى شِئْتُمْ وَقَدِّمُواْ لأَنفُسِكُمْ وَاتَّقُواْ اللّهَ وَاعْلَمُواْ أَنَّكُم مُّلاَقُوهُ وَبَشِّرِ الْمُؤْمِنِينَ (223)
TƏRCÜMƏ:
“Qadınlarınız sizin üçün əkin sahəsi kimidir. Hər vaxt istəsəniz, öz əkin sahənizə daxil ola (və onlarla yaxınlıq edə) bi-lərsiniz. (Çalışın, yaranan bu fürsətdən istifadə edib saleh öv-lad tərbiyə edərək) əvvəlcədən özünüz üçün xeyir (saleh əməl) göndə-rin. Allah qarşısında təqvalı olun və bilin ki, Ona qovuşacaq-sınız. Və möminlərə müjdə ver.”
TƏFSİR:
BƏŞƏR NƏSLİNİN QORUNMA VASİTƏSİ
Bu ayədə qadınlar əkin sahəsinə təşbih edilmişdir. Bəlkə də bu təşbih və bənzətmə bəziləri üçün qeyri-adi gö-rünsün. Onlar “nə üçün islam dini bəşər cəmiyyətinin yarı-sından çoxunu təşkil edən qadınlar üçün belə bir məsəl irəli sürmüşdür?” - deyə etiraz edə bilərlər.
Amma qeyd etməliyik ki, bu təşbihdə çox dəqiq və incə bir məsələ gizlənmişdir. Həqiqətdə Quran bu bəyanla qadın-ların insan cəmiyyətində rolunun zəruri olmasını əyani olaraq canlandırmaq istəyir və buyurur ki, qadın təkcə şəh-vət hissinin təmin edilməsi üçün deyil, həm də bəşər həya-tının davam etdirilməsi vasitəsidir.
İnsan öz həyatını davam etdirmək üçün qidalanmaya eh-tiyaclı olduğu, digər tərəfdən də əkin əkmədən qida əldə edə bilmədiyi kimi, qadınlar olmadan da öz nəslini davam et-dirə bilməz. Buna görə də onların vücuduna zəruri və həyati ehtiyac duyur.
Müqəddəs kitabımız belə bir ifadə ilə qadına yalnız nəfsani istək və ehtirasların təminat vasitəsi kimi ba-xanlara cavab verir və onlara bir növ xəbərdarlıq edir.
وَقَدِّمُواْ لأَنفُسِكُمْ “Və qəddimu li ənfusikum” cümləsi həqiqətdə bu məsələni göstərir ki, intim yaxınlıqdan əsas və son məq-səd təkcə cinsi ləzzət almaq olmamalıdır. İmanlı şəxslər layiqli övladlar yetişdirib tərbiyə etmək üçün bundan isti-fadə etməli və müqəddəs bir xidmət olan təlim-tərbiyə mə-sələsini bir savab iş olaraq öz gələcəkləri (axirət) üçün mənəvi bir ehtiyata çevirməlidirlər. Quran xatırladır ki, həyat yoldaşı seçdikdə müəyyən qayda-qanunlara riayət edin ki, saleh övlad tərbiyə edib insan cəmiyyəti üçün böyük xid-mətlər edə biləsiniz.
Peyğəmbəri-əkrəm (s)-dən nəql olunmuşdur ki, insan ölərkən onun əməl dəftəri bağlanır və artıq bundan sonra o, üç şey istisna olunmaqla, özü üçün heç bir yol azuqəsi götürə bilməz:
1- Davamlı sədəqə; yəni insanın özündən sonra ictimai faydalara malik olan və həmişə işlədilən məscid, xəstəxa-na, mədrəsə, kitabxana və bu kimi digər şeylər qoyub getməsi.
2- Elmi əsərlər yadigar qoyması, kitab yazıb şagird tər-biyə etməsi;
3- Ata-ana üçün əməldə və sözdə bağışlanmaq istəyən sa-leh övlad tərbiyə edib getməsi.
Cinsi yaxınlıq mühüm bir məsələ və insanın ən kəskin qərizəsi ilə əlaqədar olduğundan Allah-taala bu cümlə ilə insana həmin məsələdə diqqətli olmağı və ilahi göstəriş-lərə əməl etməyi tövsiyə edib Allah qarşısında təqvalı ol-mağı buyurur.
Sonra xatırladılır ki, Qiyamət günü Pərvərdigari-aləmlə görüşərək əməllərinizin nəticəsini görəcəksiniz.
وَاتَّقُواْ اللّهَ وَاعْلَمُواْ أَنَّكُم مُّلاَقُوهُ
Axırda həm maddi, həm də mənəvi səadət olan bu göstə-rişlərə təslim olan imanlı şəxslərə müjdə verib buyurur: “Və bəşşiril-muminin”, yəni möminlərə müjdə ver.

Allah sizə yar olsun.

Sual (23) : Salam aleykum. Hz Musanin kecdiyi deniz Qirmizi deniz idi yoxsa Nil cayi?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Quranda bu möcüzəyə dəfələrlə işarə olunsa da hansı sudan keçməkləri aşkara deyilmir, lakin Tövratda aşkar şəkildə Qırmızı dəniz olmağı yazılır. Şiə təfsirçilərinin əksəriyyəti Nil çayını yazırlar. Bu məsələ Quranda "yəm" və "bəhr" ifadələri ilə gəlib. Bu iki ifadə dənizə deyilsədə böyüklüyünə görə Nil çayınada şamil olur. Quran həzrət Musanın (ə) əhvalatında anasının onu suya atmağından "yəm" kəlməsi işlədir. Təfsirçilər bunun qətiyyətlə Nil çayı olmasını yazırlar. Eyni kəlmənin Bəni İsrailin keçdiyi su barədə deyilməsindən istifadə edirlər ki, məqsəd Nil çayıdır.

Allah sizə yar olsun.

Sual (24) : Salam aleykum. Xahis edirik Mucadele suresi aye 2 nin tefsirin veresiz

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

“Həzrət Peyğəmbərin (s) zamanında Ovs ibn Samit evinə gələndə mehriban həyat yoldaşını namazda səcdə halında gördü. İstədi ki, namazdan sonra onunla cinsi əlaqədə olsun. Lakin həyat yoldaşı bu işə meyilsiz olduğunu bildirdi. O narazı oldu və dedi: “Əntə ələyyə kə zəhri ummi”.
O zaman bu sözə “zihar” deyilir, qadını boşamaq və onun kişiyə əbədi haram olması sayılardı. Xovlə hərçənd ki, təqsirkar idi, amma Ovs da tələsik belə qərara gəlməməli və arvadının şəxsiyyətini sındırmamalıydı. Hər halda o çox peşiman oldu və çarə yolu fikirləşməyə başladı. Xovlə də çox narahat olaraq özünü Peyğəmbərin (s) yanına çatdırdı. Əhvalatı ərz etdi və bildirdi: “Ovs mənim əmim oğludur. Ondan bir neçə övlad sahibiyəm. Onu çox sevirəm. Görəsən bir çarə yolu var?”
Peyğəmbər (s) buyurdu: “Hələlik bu barədə Allah tərəfindən bir əmr yoxdur. Əgər bir əmr olsa sizə bildirərəm”.
Qadın ağlaya-ağlaya evə qayıtdı. O hər gün Mütəal Allah tərəfindən bu barədə bir əmrin gəlməsi ümidi ilə Peyğəmbərə (s) müraciət edirdi. Mehriban Allah “Mücadilə” surəsinin ilk ayələrini əziz Peyğəmbərinə (s) nazil etdi. Ayələrin mənası belədir: “Ya Peyğəmbər! Sənə şikayət edən və səninlə danışan qadını eşitdim. Allah eşidən və görəndir. Əmr belədir: Qadınları ilə zihar edib, sonra sözlərindən peşiman olub dönənlər bir kölə azad etdikdən sonra qadınları onlara halal olur. Kim (azad etməyə bir kölə) tapmasa, iki ay ardıcıl oruc tutsun. Əgər buna da gücü çatmasa, altmış yoxsulu yedirdib doydurmalıdır”.
Həzrət Peyğəmbər (s) Allahın əmrini Ovsa xəbər verdi. Ovs dedi: “Oruc tutmağa və kölə azad etməyə gücüm çatmır. Siz kömək etməsəniz, altmış fəqiri də doydura bilmərəm”.
Peyğəmbər (s) ona lızmı miqdarda buğda, ya arpa yeməyi verərək dua etdi. O da həmçinin Allahın əmrini icra etdi. Həzrət Peyğəmbər (s) bu ər-arvadın yenidən bir-biri ilə qalan həyatlarını davam etdirəcəyini bildirdi. Onlar  təzədən ailə qurub, yeni həyata başladılar. Bu, gücsüz qadının müdafiəsi idi ki, onun barəsində Quran ayələri nazil oldu. Peyğəmbər (s) şəxsən özü ailə mühitinin islahı və qorunması üçün tam ciddiyyətlə çalışdı.
Bu macəradan belə nəticə alınır ki, qadınlar da gərək öz ərlərinin iffətinin qorumağa çalışsınlar və özləri üçün çətinliklər yaratmasınlar. Gördüyümüz kimi, adı çəkilən qadın ərinə lazım olan şəraiti yaratmamaqla, onun həyat yoldaşı olan kişi isə tələsik qərara gəlməklə özlərini necə də çətinliyə saldılar.
Həzrət Peyğəmbər (s) buyurub: “Hər kəs Allaha xatir özünün bədxasiyyət qadınıyla səbirli və mehriban olsa, Allah ona dərgahında şükr edənlərin mükafatını verər”.
Allah sizə yar olsun.

Sual (25) : Salam aleykum. Ne ucun melekler bedr doyusunde musrikleri oldurmekde Islam ordusuna komek etmediler (enfal 10) amma huneyn doyusunde etdiler (tovbe 26)? Bunun hannsisa sebebi var? Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Ənfal surəsi 62 ci, 9 və 10 cı ayələrinə əsasən Bədr döyüşündə Allah-taala 1000 mələki köməyə göndərir.
Allah sizə yar olsun.
Sual (26) : Elhamdulillahi rabbil alemin ayetinde isim sifetler tevhidini, uluhiyyet tevhidini ve rububiyyet tevhidini gosterin

Bismillahir-rəhmanir-rəhim.

Ayənin təfsirini saytın kitabxanasında Quaran bölməsindəki Nur və Nurul-Quran təfsirlərindən oxuya bilərsiniz.
http://kitab.nur-az.com/az/lib/category/46

Allah sizə yar olsun.

Sual (27) : Salam aleykum. Eshabi kehf nece nefer olub?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Kəhf surəsi ayə 22. Tezliklə (sənin qövmünün kafirləri) deyəcəklər: «Onlar üç nəfərdirlər, dördüncüsü itləridir.» Və deyəcəklər: «Beş nəfərdirlər, altıncısı itləridir.» Dəlili olmayan söz! Və deyəcəklər: «Yeddi nəfərdirlər və səkkizincisi itləridir.» De: «Mənim Rəbbim onların sayını daha yaxşı bilir.» Onları(n sayını kitab əhlindən və sənin ümmətindən) az (bir qism) istisna olmaqla (heç kəs) bilmir. Buna görə də onların barəsində yalnız (Quranın bəyan etdiyi miqdar və çərçivədə) zahiri söhbətlə mübahisə et və onlar (mağaradakılar) barəsində onların heç birinin nəzərini soruşma!
Təfsir alimləri qeyd olunan ayədən, onların sayının 7 nəfər və səkkizincisi itin olmağını başa başa düşürlər.

Allah sizə yar olsun.

Sual (28) : Salam aleykum.....Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər! El-maide 44. Bu ayenin tefsirin vererdiz. Bizim oldede Allahin kitabi ile homk olunmur. Indi bizim olke kafir olkesidi? Olarin hokumune emel etmek olmaz? Yeni hansisa muselman olkesinde quranla hokm olunmursa ora kafir olkesi olur? Allah sizden razi olsun
Bismillahir-rəhmanir-rəhim. Əleykumus-salam. Azərbaycan xalqının əksəriyyəti müsəlman olduğu üçün müsəlman ölkəsi sayılır, amma islam dövləti hesab olmur. Ayənin təfsirini bilmək üçün saytın kitabxanasında Quran bölməsində Nur təfsirinin 3-cü cildinə müraciət edin. http://kitab.nur-az.com/az/lib/view/368 Allah sizə yar olsun.
Sual (29) : Salam aleykum. Kehf 60-66da unutqanin yeni Musanin yoldasinin Yusa Ibn Nun oldugun deyir bezi tefsirciler. Yusa Ibn Nun eger peygemberdise nece unutqan ola biler? Xahis edirik izah edesiz. Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Əgər yaddan çıxartmaq məsələsini şeytana və onun təsərrüfünə nisbət versək, eyib və problem ortaya çıxmır və peyğəmbərlərin məsum olmağı ilə zidiyyət daşımır. Çünki, peyğəmbərlər Allaha itaətsizlik hesab olan  şeylərdə  (o cümlədən Allaha itaətdə səhlənkarlıq etməkdə) məsumdurlar.  Mütləq  şəkldə Şeytanın təqib və əziyyətlərindən siğortalanmayıblar.

Allah sizə yar olsun.

Sual (30) : Salam aleykum. Biz deyirik ehzab 33 deki ehli beyt kisi cinsinde oldugu ucun ehli beyt peygemberin qadinlarina aid deyil. Vehabilerde deyir Hud 73 deki ehli beyt kisi cinsindedi amma Ibrahimin zovcesine aiddi. Xahis edirik bunu izah edesiz. Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Ayə 73:
﴿قَالُواْ أَتَعْجَبِينَ مِنْ أَمْرِ اللّهِ رَحْمَتُ اللّهِ وَبَرَكَاتُهُ عَلَيْكُمْ أَهْلَ الْبَيْتِ إِنَّهُ حَمِيدٌ مَّجِيدٌ﴾
“(Mələklər İbrahimin zövcəsinə) dedilər: “Allahın işinə təəccübmü edirsən? Siz ev əhlinə Allahın rəhmət və bərəkəti nazil oldu. Həqiqətən, O, mədh olmuş və böyükdür.”
Sual: Hazırki ayədə mələklər həzrət İbrahimin zövcəsinə onun “əhli-beyti” deyə xitab etdilər. Adətən hər bir şəxsin zövcəsi onun ev əhli sayılır. Nə üçün İslam Peyğəmbərinin (s) zövcələri onun əhli-beytindən sayılmır?
Cavab: Əgər sözün yalnız lüğət mənasına istinad etsək, “Əhli-beyt” sözü insanın zövcəsinə aid olur. Amma bə`zən sözün mənasını dəyişən dəlillə rastlaşırıq. Məsələn “Hud” surəsinin 46-cı ayəsində Nuhun oğlu onun əhli sayılmır. Necə ki, həzrət Peyğəmbər (s) Salman haqqında buyurur: “Salman bizim əhli-beytdəndir.”  Təthir ayəsi  haqqında bir çox rəvayətlər var. Peyğəmbər (s) müəyyən şəxsləri öz əbası ilə örtərək yalnız onları əhli-beyti saymışdır. Həzrət öz zövcəsi Ümmü-Sələməyə əbaya daxil olmağa icazə verməmişdir.

Allah sizə yar olsun.

Go to TOP