Sual (1) : Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh. Sizə iki sualım olacaqdı: 1)Qurani-Kərimi başı açıq oxumaq olarmı? 2) Qurandan surəni oxuyarkən təcili bir iş olduqda, onu yarımçıq qoyub sonra davam etmək olarmı? Allah razı olsunn..

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

1. Bəli, olar.

2. Bəli, olar amma yaxşı olar başlayanda “Əuzu billahi minəş-şeytanir-rəcim” cümləsini deyin.

Allah sizə yar olsun.

Sual (2) : salam.quranda allah deyirki onlarin derilerini tezeleyerikki ezabi hemiwe teze hiss etsinler,ve ebedi bu ceza olar onlar ucun,buna iman getirerek qelben Bismillah deyerek Allahi zikr etmek mumkundur?yoxsa ikisinnen birine ola bilsinki iman getirmemiwik,ve yaxud biz ozumuz ozumuzu inandiririq?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Sualınızdan nəyi qəsd etdiyiniz aydın deyil. 
Allahın Quranda buyurduğu həqiqətdir, təmisil və oxşatma deyil. Mümkündür bizim buna yəqinimiz olmasın amma bu inanmamaq və iman gətirməmək deyil. Quranda İbrahim peyğəmbərin hekayəsini yəqinki eşitmisiz. Bəqərə 260. (Yada sal) o zaman(ı) ki, İbrahim dedi: «Ey Rəbbim, ölüləri necə diriltməyini mənə göstər». Dedi: «Məgər (Mənim qüdrətimə və ya axirət gününə) imanın yoxdur?» Dedi: «Əksinə (imanım var)! Lakin qəlbimin (gözlə görərək) rahatlıq tapması üçün (istədim)». Dedi: «Belə isə, dörd (növ) quş götür... 
Allah sizə yar olsun. 
Sual (3) : Salamun əleykum.«Allahın günləri» hansı günlərdir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Qurani-kərimi nəzərdən keçirərkən, belə bir ayə ilə rastlaşırıq: «Biz Musaya «tayfanı zülmətdən nura çıxar və Allahın günlərini xatırlad, bunda səbir və şükr edənlər üçün ibrətlər var» deyib, onu möcüzələrimizlə göndərdik» «İbrahim» surəsi, ayə 5. .
«Əyyamullah» kəlməsindən tərcümə olunmuş «Allahın günləri» hansı günlərdir?
İmam Baqir (ə) buyurur: «Allahın günləri imam Mehdinin (ə) qiyam günü, rəcət günü və qiyamət günüdür»«Nurus-səqəleyn», 2-ci cild, səh.526. Bəzi hədislərdə rəcət günü əvəzinə, ölüm günü göstərilmişdir.
Böyük günlərin xatırlanması, millətlərin əhval-ruhiyyəsində dərin iz salır. Dünyadakı əksər millətlər diktator rejimindən qurtulub, hürriyyət qazandıqları günü əzəmətlə qeyd edirlər.
Allah günləri xatırlanması isə, insanı rəzil hisslərdən uzaqlaşdırır, onu Allah, vətən və xalq qarşısında öz vəzifələrini yerinə yetirməyə vadar edir. Ölümü, qiyamət sorğusunu yaddan çıxarmayan insanın, şeytanın təhriki ilə günaha batması qeyri-mümkündür.

Allah sizə yar olsun.
Sual (4) : Salamun əleykum.Hansı ayədə dəstamaz almaq qaydası bildirilir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
“Maidə” surəsinin 6-cı ayəsində dəsnəmaz haqqında söz açılır.
Allah sizə yar olsun.
Sual (5) : Salamun əleykum.Xahiş edirik Quran ayələrindən istifadə edərək açıq olaraq Müsəlmanın mənasını tərif edin.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Quran terminində, müsəlman Allahın göstərişləri bərabərində tam şəkildə təslim olmaq və hər növ şərik qoşmaqdan kənar olub Allahın birliyini qəbul edib Allahdan başqasını pərəstiş etməmək deməkdir. Buna görə ki, Qurani- kərim həzrət İbrahimi (ə) müsəlman tanıtdırır.
Allah yanında həqiqi din İslam dinidir ان الذین عندالله الاسلام bunun üçün də hər kəs öz dövründə İlahi dini qəbul etsə və Allahın göstərişlərinə əməl etsə, o şəxs müsəlmandır.
Quran nəzərində, hər bir şıxs əgər öz dövründə İlahi dindən itaət etmişdirsə müsəlmandır; Məsihlər, Yəhudilər və... əgər dinləri təzə din vasitəsiylə batil olmamışdırsa müsəlmandırlar; çünki Allaha təslimdirlər və əgər onlara Yəhudi və yaxud məsihi deyilirsə onların Peyğəmbərlərinə görə deyilirdi. Bəs açıqladığımız kimi bütün İlahi dinlərə İslam deyilir onlar yalnız şəriət hökümlərində fərqlidirlər.
Doğrudur ki, bu gün müsəlman yalnız İslam dininin davamçılarına deyilir, ona görə ki, onlar İslam dinini, bütün Peyğəmbərləri və səmavi şəriəti qəbul etməklə, Allah qarşısında təslim olduqlarını bildirirlər. bu məna əsasında başqa dinlərin davamçılarına müsəlman deyilmir; çünki İslam Peyğəmbərinin dininiqəbul etməklə, Allaha itaət etməkdən boyun qaçırmaqla, müsəlmanlıq vəsfini və təslim olmağı özlərindən uzaqlaşdırırlar.
Əlbəttə, həqiqi müsəlman o şəxsdir ki, istər dildə istərsə də əməlində İlahi göstəriş və əmrlərə tabe olsun; yəni həm dilində Allahın birliyini Peyğəmbərlərin risalətini və həzrət Məhəmmədi (s) qəbul edir və həm də əməlində İlahi və dini əmrlərə əməl edir misal üçün cəmiyyətdə digərlərinin hüquqlarını gözləyir, vətəndaşların hüquqlarına ehtiram qail olur və ... şəxsi hökümlərdə misal üçün namaz, oruc və... kimi məsələlərdə payidardır. Qurani- kərimdə həqiqi müsəlmanı mömin olaraq adlandırmışdır.
Allah sizə yar olsun.
Sual (6) : Salamun əleykum.Qurandakı bəzi kişi şəxs əvəzliklərinin qadınlara da şamil olmasının səbəbi nədir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bildiyimiz kimi Quran ərəb dilində yazılmışdır. Ərəb dili qramatikası da bəzi dillərin və qramatikaların əksinə olaraq bir neçə şəxs və cinslərdən ibarətdir. Təbiidir ki, hər bir kitabı müəyyən dildə yazılsa və ya tərcümə olunsa o dilin qramatikasına uyğun təltif edilməlidir. Ərəb dili qramatikasında xonsa cinslər (cinsi məlum olmayan) kişi cinsində yazılır. Bu qayda həmçinin bəzi qramatikalarda da mövcud olur. (misal üçün fransız dili qramatikasında bu məsələ mövcuddur)
Deməli, ərəb dili qramatikasında bu qaydaya uyğun olaraq kişi cinsində işlənən sözlər şəxsin kişi olub- olmamasından xəbər vermir. Bundan əlavə Qurani- kərim zamanının cahil təfəkkürünə deyil, əksinə, ərəb dili qramatikasına uyğun olaraq nazil olmuşdur. Deməli, Qurani kərim ərəb dili qramatikasının tələblərinə uyğun olaraq nazil olduğu üçün Allah- Taala barəsində ayələri kişi cinsinə aid etmişdir.
Başqa sözlə desək:
Ərəb dilində ismlər və fellər (mən və biz şəxs əvəzliklərindən savayı) iki əsas cinsə bölünür: Həqiqi kişi və qadın cinsi, məcazi formada olan kişi və qadın cinsi. O yaranmışların ki, qadınlıq və kişilik cinsi orqanı vardır (hətta heyvanlar) o yaranmışlar həqiqi kişi və ya qadın cinsinə aid edilir. Əgər bunun əksinə olarsa məcazi kişi və qadın cinsinə aid ediləcəkdir. Məsələn həqiqi kişi cinsi deyəndə (رجل) yəni kişi və (جمل) yəni erkək dəvə nəzərdə tutulur. O cümlədəndə (زن) yəni qadın və (ناقة) dişi dəvə deyəndə həqiqi qadın cinsi nəzərdə tutulur.
Amma məcazi kişi və qadın cinsləri deyəndə bütün əşyalar nəzərdə tutulur. Bunların içində yalnız insanın bədən üzvləri və şəhər adları qanun şəklində məcazi qadın cinsinə aid edilir. Yerdə qalan əşyalar isə heç bir qanuna əsaslanmadan məcazi kişi və qadın cinsinə aid edilir. Yəni qədim dövrdən ərəblərdən necə eşidilibsə elə də qəbul edilib. Məsələn: qədimdən ərəblər qələmi, (قلم) ayı, (قمر) evi, (دار) və sair. Kişi cinsində işlədiblər və divarı, ağacı, günəşi və sair. qadın cinsində.Amma belə bir qayda var ki, xonsa cinslər (yəni saydığımız cinslərə aid olmayan və bu şəraitin onlarda olmaması) məcazi kişi cinsinə aid edilir. Həmçinin Allah- Taala nə doğub və doğulub. Eyni zamanda da onun heç bir bənzəri yoxdur.
Bu məsələyə də diqqət yetirmək lazımdır ki, yalnız dildə kişi və qadın cinslərində işlənən sözlərin heç bir üstünlükləri yoxdur. Əgər belə olsaydı bəzi insan olmayan çirkin yaranmışları (şeytan. iblis) dəyərləndirməli olardıq. Belə olan halda gərək heç bir məcazi kişi və qadın cinslərindən istifadə etməyək. Əks halda isə, yəni məcazi, dildə işlənən kişi və qadın cinsləri naqis bir yaradılışdan xəbər versəydi, yəni bu əskiklik hesab olsaydı dəyərli şeylər (namaz, su, günəş, yer və sair) məcazi qadın və kişi cinslərində işlədilməzdi.

Allah sizə yar olsun.
Sual (7) : Salamun əleykum.İman eşqdir, yoxsa ağılın dərki?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Qurani-kərimin «Hücərat» surəsinin 7-ci ayəsində buyurulur: «...Allah sizə imanı sevdirmiş, onu, ürəklərinizdə süsləmiş küfrə, asi olmağa qarşı nifrət oyatmışdır».
Adətən, insanlar həqiqətin qəbulu üçün dəlil-sübut istəyirlər. Belə bir istək təbiidir və İslam tərəfindən inkar olunmur. Amma insan qəbul etdiyi həqiqəti sevməyə də bilər. İmam Sadiq (ə) buyurur: «İman, sevgi və nifrətdən başqa bir şey deyil» buyurur.
İmam Baqir (ə) buyurur: «Din məhəbbət, məhəbbət isə dindir».
Təsadüfü deyildir ki, kainatın obyektiv nizamlı quruluşunu dərindən mütaliə edən astronom Allahın varlığını təsdiqlədiyi halda, ibadət etməyə də bilər. Əksinə, bu dəlillərdən tamami ilə xəbərsiz, yalnız fitrətinin səsini dinləməklə iman gətirmiş savadsız çoban, heç bir şəkk-şübhəyə yol vermədən Allahına ibadət edir!

Allah sizə yar olsun.
Sual (8) : Salamun əleykum.Nə üçün dünya bir anda yaradılmadı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
«Əraf» surəsinin 54-cü ayəsində buyurulur: «Həqiqətən, Allah-təala göyləri və yeri altı gündə xəlq etdi». Maraqlıdır ki, görəsən, misilsiz əzəmət sahibi olan Rəbbimiz nə üçün dünyanı bir anda yaratmadı?
Təfsirçilər bu fikirdədirlər ki, hər hansı bir işin bir anda həyata keçməməsi, həmin işin hikməti haqqında düşünməyə imkan verir. Məsələn, insanın ana bətnində doqquz ay müddətində mərhələ-mərhələ formalaşması, yaradanın əzəmətini daha da aşkar göstərir.
Allah-təala yeri və göyləri bizim ölçülərlə hər biri neçə milyon il davam etmiş altı dövürdə yaratmışdır. Quranda buyurulan altı gün, bizim iyirmi dörd saatlıq günümüzdən tamam fərqlənir. Bu altı günün hikmətlə dolu olan hər anı, ilahi elmin əzəmətindən danışır.
Bəs bu altı gündə hansı hadisələr baş verdi?
İlk gün, toplu qaz formasında olan dünya öz oxu ətrafında fırlanaraq parçalandı və planetlər yarandı; İkinci gün, planetlərdən bəzisi közərmiş, bəzisi isə donmuş halda dayanıqlı vəziyyətə keçdi. Üçüncü gün, günəş sistemi yaranmaqla, yer günəşdən ayrıldı. Dördüncü gün, yer soyudu və həyat üçün şərait yarandı. Beşinci gün, otlar və ağaclar yaradıldı. Altıncı gün heyvanlar və insan yer üzündə zahir oldu.

Allah sizə yar olsun.
Sual (9) : Salamun əleykum.Musa (ə) nə üçün tövbə etdi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Musa peyğəmbər Bəni-İsrail tayfasının inadkarlığı qarşısında bir çox çətinliklərlə üz-üzə gəlirdi. «Nisa» surəsinin 153-cü ayəsində Allah-təala buyurur: «(Ya Məhəmməd) kitab əhli sənin onlara göydən bir kitab endirməyini istəyirlər. Halbuki, onlar Musadan bundan daha böyüyünü istəmiş və «bizə Allahı aşkar göstər» demişdilər».
Bəni-İsrailin bu axmaq istəyi qarşısında Musanın Allah-təalaya müraciət etməkdən başqa yolu qalmamışdı. Beləcə, Musa Bəni-İsrailin nümayəndəsi olaraq «Ey Rəbbim, özünü mənə göstər», dedi. Musanın istəyi qarşısında, Allah-təala buyurdu: «Sən məni əsla görə bilməzsən. Lakin dağa bax. Əgər o yerində dura bilsə, sən də məni görə bilərsən».
Quranda belə buyurulur ki, Allah-təala dağa təcəlli etdi və dağ parça-parça oldu. Musa huşunu itirdi. Ayılandan sonra isə bu yersiz istəyə görə tövbə etdi.
Musa (ə) Bəni-İsrailin istəyini yerinə yetirdiyi halda, nə üçün özü tövbə etməli idi? Təfsirçilərin fikirincə, Musa Bəni-İsrailin nümayəndəsi olaraq onların tərəfindən tövbə edirdi.

Allah sizə yar olsun.
Sual (10) : Salamun əleykum.Qurani-kərimin bəzi ayələrində yeddi qat göydən danışılır. Yeddi qat göy dedikdə nəyə işarə olunur?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Quranda da adı çəkilən yeddi qat göy haqqında İslam alimləri və təfsirçilərinin bir neçə baxışı var:
1. Burada yeddi rəqəmi çoxluğu bildirir. (Yəni müxtəlif səmalar) İşarə olunur ki, müxtəlif kürələr xəlq olunmuşdur. Bir çox dillərdə hər hansı bir ədədi qeyd etməklə çoxluğu bildirmək istəyirlər. Yəni məqsəd konkret bir rəqəm yox, çoxluqdur. Məsələn, fars dilində belə bir söz işlədilir ki, bu sözü əlli dəfə demişəm! Deyənin məqsədi bu deyil ki, eyni bir sözü əlli dəfə təkrarlamışdır. O, sadəcə, bu sözü dəfələrlə dediyini nəzərə çatdırır.
Qurani-kərimdə Allahın buyuruqları haqqında belə məlumat verilir: “Əgər yerdəki bütün ağaclar qələm, dəryalar isə mürəkəb olsaydı və yeddi dərya belə ona qoşulsaydı, yenə də Rəbbinin sözləri tükənməzdi. Həqiqətən, Allah yenilməz qüdrət və hikmət sahibidir.” Təbii ki, ayədəki “yeddi” sözü çoxluğa işarədir. Əlbəttə ki, yeddi yox, yüz yeddi dərya da əlavə olunsaydı, Allahın sözlərini yazıb qurtarmaq olmazdı. Çünki Allah bütün cəhətlərdən sonsuzdur. Quranda, digər mətnlərdə yetmiş rəqəmi də çoxluğu bildirmək məqsədi ilə işlədilmişdir. Bu rəqəmlərin adı çəkildikdə konkret bir say nəzərdə tutulmur. Məqsəd çoxluğu nəzərə çatdırmaqdır.
2. Yeddi qat göy dedikdə, Quran nazil olduğu vaxt xalqa məlum olan yeddi kürə nəzərdə tutulur. İndi də həmin kürələri adi gözlə görmək mümkün deyil.
3. Yeddi qat göy dedikdə atmosferin qatları nəzərdə tutulur.
4. Amma bir çox tanınmış alimlərin nəzərincə, gözlə görünən bütün kəhkəşanlar yalnız birinci göyün tərkibidir. Gördüyümüz göy qatından sonra da altı qat başqa göy vardır.
Quran yeddi qat göy dedikdə yeddi aləmi nəzərdə tutur. Bu gün elm həmin yeddi aləmi kəşf edə bilməsə də, gələcəkdə bu iş mümkün olasıdır. Bu baxışın tərəfdarları sübut olaraq aşağıdakı ayəni göstərirlər: “Biz ən yaxın olan göy üzünü ulduzlarla bəzədik.” Ayədən belə məlum olur ki, qeyd etdiyimiz ulduzların hamısı birinci göy qatına aiddir.
Belə bir nöqtəni də xatırlatmaq lazım gəlir ki, uyğun ayə və rəvayətlər bu gün atmosfer qatları haqqında olan bəzi nəzəriyyələri təsdiq etmir. Çünki uyğun nəzəriyyələrə görə göy qapıları doqquzdur.
Quranda yeddi qat yer haqqında da danışılır. Bu rəqəm də çoxluğu bildirir. Təfsirçilərin rəyinə görə, yeddi qat göy dedikdə hər bir kürəni əhatə etmiş göy qatı nəzərdə tutulur.
Başqa sözlə, hər bir kürə bir yer hesabındadır. Bu kürələrin hər birinin ətrafında səma qatı var. “Səma” dedikdə ərəb lüğətində yuxarıda qərar tutmuş hər bir şey nəzərdə tutulur.
Müxtəlif təfsirçilərin nəzərlərini diqqətinizə çatdırdıq. Hər bir nəzəriyyənin tərəfdarları öz baxışlarının sübutu üçün dəlillər göstərmişlər. Amma sonuncu təfsir daha əsaslı görünür.

Allah sizə yar olsun.
Go to TOP