Sual (1) : Tibb elminin inkişafına diqqət etməklə, bir çox xəstəlikləri üzv köçürülməsi yolu ilə müalicə etmək olur. Sualımız budur ki, başqasına verdiyimiz üzv qarşısında pul ala bilərikmi? Ümumiyyətlə, bədənimizin hər üzvünü köçürülmə üçün sata bilərikmi?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər o üzvü götürməklə bədənə təhlükə yaranmırsa, yaxud nəzərə çarpan zərər dəymirsə, eybi yoxdur.  
http://sual.nuraz.in/az/6/Tibb/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (2) : Salam..Kiwi hekimin qadin xestenin emeliyyat etmesi dini terefden ne qeder dogrudur??Bu hansi hallarda icaze var?? Mehrem ve na mehrem hallarina gore .
Ad: Zamin, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər xəstə qadını cərrahiyyə əməliyyatı etmək üçün qadın həkim olmasa, yaxud kişi həkim ondan daha bacarıqlı olsa və ya qadın həkimə müraciət etmək üçün lazım olan imkan olmasa (məslən qadın həkimin istədiyi məbləği tapmaq mümkün deyilsə, ya qadın həkim çox uzaqda olduğu üçün xəstəni onun yanına aparmq, ya onu xəstənin yanına gətirmək mümkün olmasa), onda kişi həkim bu işi görə bilər. 
http://sual.nuraz.in/az/6/Tibb/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (3) : Uzunqulaq südündən və it ətindən müalicə üçün istifadə etmək olar
Ad: Sabir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
1. Uzunqulağın südündən, yaxud ondan hazırlanmış dərmandan istifadə eyməyin bir iradı yoxdur. 
2. İt əti murdar və haramdır. Əgər mütəxəssis bir həkim müalicənin yalnız bunda olduğunu bildirsə və onu əvəz edəcək bir dərman olmasa, onda zərurət mirqdarında istifadə etmək olar.
http://sual.nuraz.in/az/6/Tibb/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (4) : Sual; özü diri olan şəxs kiməsə özünün hər hansı orqanını verə bilərmi?
Ad: Sənan, Ölkə: Ayətullah Xamneyi, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Mükəlləfin həyatda ikən ona ciddi ziyanı olmadığı təqdirdə öz böyrəyini və yaxud hər hansı bir üzvünü xəstələrin istifadəsi üçün satmasının, yaxud hədiyyə etməsinin işkalı yoxdur. 
http://sual.nuraz.in/az/6/Tibb/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (5) : Salam.Allah ecr versin.Sualım budur ki, bəzən bir ailənin bir-iki övladı olduqdan sonra daha övlad istəmirlər.Qadın yenidən hamilə qaldıqda uşağı saldırırlar.Bunun şəri cəhətdən hökmü nədir?və ya bunun zaman cəhətdən bir həddi varmı?
Ad: İftixar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Hər yaş və mərhələdə abort və uşağı salmaq haramdır və mürtəkib olduqda diyə şamil olur.
http://sual.nuraz.in/az/6/Tibb/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (6) : Essalamu eleykum ve rehmetullahi ve bereketuh.Bir xanim hamiledi aparatda uwaqin cox az gorunen bir xesteliyinin olduqu deyilib yeni qarninin wiw olduqu.Hekim deyib ola bilerki uwaqda anormalliq olsun eybecerlik ve s. yeni ele uwaqi abort eleyirler.Uwaqin qalmaqinin ana ucun hec bir tehlukesi yoxdu.Aile her ne olur olsun abort istemir hekim meslehet eleyib ki,bir test var uwaqin ne derecede xeste olduqunu teyin eden hemin test ananin gobeyinden goturulur onu etsinler amma o testin 99% uwaqi salma tehlukesi var.Indi sizce onu etmek olar bir haldaki uwaqin raxitlik ve ya her hansi xesteliyini teyin eden testdi hemde uwaqin duwme ehtimali var.Aile neylemelidi o testi etmek olar ya yox.Hekime gore eger o testin neticesinde uwaqda ne derecede xestelik olduqu mueyyen olacaq eger bawda ve ya bawqa yerlerinde ele xestelikler awkarlansa abort etdirmeyi meslehet gorecek.Allah taala,weriet bele halda uwaqi mehv etmeye icaze verir. Allah sizden razi olsun.
Ad: Allah bendesi, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Rüşеymin hansı ayında olursa olsun, sadəcə naqis olacağını, yaxud doğuşdan sonra həyatı boyu çətinliklərlə qarşılaşacağını əsas tutaraq uşağı saldırmaq icazəli dеyil.
http://sual.nuraz.in/az/6/Tibb/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (7) : Salam aleykum.bir wexsin burnunda ceper eyriliyi var cetin nefes alir.o burnunu emeliytat etdirmelidi.bu estetik emeliyyat sayilir ve gunahdir?
Ad: zehranur, Ölkə: , Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanır-rəhim 
Öz-özlüyündə (digər cəhətləri nəzərə almasaq) eybi yoxdur.
http://sual.nuraz.in/az/6/Tibb/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (8) : Uşağı saldırmaq üçün birinə yol göstərməyin hökmü nədir? Uşağı saldırmaq üçün olan dərmanlar satmağın hökmü nədir?
Ad: Anonim, Ölkə: , Müctəhid: Ayətullah Zəncani
Bismillahir-rəhmanır-rəhim
Bu işə yol göstərmək icazəli deyil və haramdır.
Uşağın salınmasının haram olduğu işə görə belə dərmanı satmaq icazəli deyil.

http://sual.nuraz.in/az/6/Tibb/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (9) : “Gen mühəndisliyi” sahəsində bəzi alimlər genlərə təsir etməklə aşağıda qeyd olunan formada insan nəslini bioloji yolla yaxşılaşdırmaq barədə iddialar edirlər: 1. Forma və görünüşdəki çirkinliyi aradan qaldırmaq. 2. Bunun əvəzinə gözəl spesifikalar hazırlamaq. 3. Hər ikisini icra etmək. Alimlərin bunu etmələri icazəlidirmi? Müsəlman şəxs həkimlərə genini bioloji yolla yaxşılaşdırmalarına icazə verə bilərmi?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər bunun başqa mənfi təsirləri olmasa, öz-özlüyündə, maneəsi yoxdur.
http://sual.nuraz.in/az/6/Tibb/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (10) : İnsаnа hеyvаnın, о cümlədən dоnuz və itin bədən üzvünün implаntаsiyаsı (köçürmək) icazəlidirmi?
Ad: Eli, Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
İnsаnа hеyvаnın, о cümlədən dоnuz və itin bədən üzvünün implаntаsiyаsı icazəlidir. İnsаn bədəninə implantаsiyа еdilmiş hеyvаnın bədən üzvü, insаnın bədəninn hökmünü dаşıyır. İnsаnın bədən üzvündən sаyıldığı və həmin hissədə həyаt оlduğu üçün pаkdır və оnunlа nаmаz qılmаq icazəlidir.
http://sual.nuraz.in/az/6/Tibb/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Go to TOP