Sual (1) : Salamu-əleyke. Bağışlayın narahat edirem, Allah Quranda kafirlerle dost olmayın hökmünü bizə buyurur. Mənim Allahı qebul etməyən bir "dostum" var. Şəriətdə dostluğumuzun hökmü nədir?
Имя: Əli, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər onu hidayət etmək imkanı olsa, eybi yoxdur. 
http://sual.nur-az.com/az/57/%C6%8Fmr-be-m%C9%99ruf-v%C9%99-n%C9%99hy-%C9%99z-m%C3%BCnk%C9%99r/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (2) : Salam aleykum. Tanimadigim adamin qeybetine qulaq asmaq haramdir? Allah sizden razi olsun
Имя: , Страна: , Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Sualda qeyd olunanlara əsasən, qeybət sayılmır.
http://sual.nur-az.com/az/57/%C6%8Fmr-be-m%C9%99ruf-v%C9%99-n%C9%99hy-%C9%99z-m%C3%BCnk%C9%99r/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (3) : Salamun eleykum .saqaLl ulgucle qlrxmaq haramdl .bizim olkede bele bir adet enene var bir insan dunyasln deywende o merhumun qohumlarl 40gun saqalln qlrxmlr. Bu adete cahil insanlar riyayet edir .biliriy ki merhumun 40xl clxanan sora uzderin qlrxacaqlar bu iwden olarl cekindirmey olar?.xayiw edirem fikirinizi bildiresiz?
Имя: , Страна: Abdullayev, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Saqqalı qırxmaq və üzqırxan maşınla qırxmaq kimi götürmək, vacib ehtiyata əsasən, caiz deyildir. Hər bir surətdə, sizin vəzifəniz - əmr be məruf və nəhy əz munkərin şərtləri mövcüd olduğu təqdirdə -dillə əmr və nəhy etməkdir, ondan qeyri bir vəzifəniz yoxdur.
http://sual.nur-az.com/az/57/%C6%8Fmr-be-m%C9%99ruf-v%C9%99-n%C9%99hy-%C9%99z-m%C3%BCnk%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (4) : Əmr bil-mərufun və nəhy ən-münkərin hansı mərhələləri var?
Имя: Xetai, Страна: , Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Hədisdə və fəqihlərin "Tovzihul-məsail" risalələrində qeyd olunduğu kimi yaxşı işlərə dəvət və pis işlərdən çəkindirməyin üç mərhələsi var:
1. Qəlb mərhələsi: Yəni, insan ürəyində “mərufu” sevir və “münkərə” nifrət edir. Mərufa rast gələn zaman şadlanır və münkərlə üzləşəndə kədərlənir. Qısası odur ki, bu iki ünsürlə qarşı-qarşıya gələndə daxili hissləri eyni olmur. Bu daxili hal praktiki mərhələ üçün stimula çevrilir.
2. Dil mərhələsi: Mərufu daxilən sevmək və münkərə daxilən nifrət bəsləməklə yanaşı onu dilə də gətirir, münkərlərlə və mərufların tərk olunduğu hal ilə üzləşəndə dillə nəzakətli şəkildə xəbərdarlıq edir. Əgər zorakılıq və ədəbsizliyə yol vermədən, digərinin hisslərinə toxunmadan ona yanaşsa, mütləq təsir göstərəcək.
3. Əməli və fiziki yanaşma: Əmr bil-mərufun və nəhy ənil-münkərin üçüncü mərhələsi hökumətə aid olan fiziki və əməli yanaşmadır. Əgər fərd və ya qrup cəmiyyət içində aşkar formada münkər əməllərə qurşansa, mərufları tapdalayıb digərlərinin etirazlarına əhəmiyyət verməsə, İslam hökuməti onları saxlayıb məsuliyyətə cəlb etməlidir. Onların azadlığı İslam quruluşuna zərbə vurarsa, onları həbsdə saxlamaq lazımdır. Təkrar edirik ki, bu mərhələ adi fərdlərin işi deyil, hökumətin işidir.

http://sual.nur-az.com/az/57/%C6%8Fmr-be-m%C9%99ruf-v%C9%99-n%C9%99hy-%C9%99z-m%C3%BCnk%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (5) : Hansı şəkildə insanları əmr be məruf və nəhy əz münkər etmək (yaxşı işlərə dəvət və pis işlərdən çəkindirmək) olar?
Имя: , Страна: , Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Haqqa dəvət edib, fəsada qarşı mübarizə aparmaq kimi vacib bir vəzifəni həyata keçirmək üçün yaxşı niyyətli və pak məqsədli olmağı unutmaq olmaz. Zəruri hallar istisna olmaqla yalnız dinc yollardan istifadə olunmalıdır. Bu vəzifənin yerinə yetirməklə zorakılıq, bir yerə sığmır. Amma təəssüflər olsun ki, bəzi şəxslər bu vəzifəni yerinə yetirərkən heç bir zərurət olmadan zorakılığa əl atır. Bəzən çirkin sözlərdən istifadə edirlər. Ona görə də görürük ki, belə əmr bil-məruf və nəhy ənil-münkər, müsbət təsirə malik olmur, bəzən əks nəticə də verir. Halbuki, Peyğəmbərin (s) və imamlarımızın (ə) metodları göstərir ki, onlar bu iki vəzifəni son dərəcə lütfkarlıq və məhəbbətlə yerinə yetirirdilər. Məhz ona görə də ən sərt insanlar onların qarşısında təslim olurdu. "Əl-mənar" kitabı, "Bəqərə" surəsinin 104-cü ayəsinin təfsirində belə yazılır: Bir gənc Peyğəmbərin (səlləllahu əleyhi və alih) hüzuruna gəlib ərz etdi: - Ey Allahın rəsulu, mənə zina etmək üçün icazə verirsənmi?
Bu sözü deməklə orda olanların səs-küyü göyə ucaldı. Hər tərəfdən ona etiraz etdilər. Lakin Peyğəmbər (s) tam sakit və mülayim tərzdə buyurdu: “Yaxın gəl!”. Gənc yaxına gəldi və Peyğəmbərlə üzbəüz dayandı. Həzrət (s) məhəbbətlə ondan soruşdu: “Ananla belə edilməsini istərdinmi?!”. Gənc dedi: - Xeyir. Həzrət buyurdu: “Eləcə də insanlar istəmirlər ki, onların anası ilə belə rəftar olsun. İstərdin ki, sənin qızınla belə etsinlər?” Gənc dedi: -Xeyir, qurbanın olum. Peyğəmbər (s) buyrudu: “İnsanlar da qızları ilə rəftar olunmasına razı deyillər. De görüm sən bacın üçün istəyərsən?” Gənc yenidən inkar etdi (öz sualından tamamilə peşman oldu).Peyğəmbər (s) əlini onun sinəsinə qoyub onun üçün dua etdi: "İlahi, onun qəlbini pak et, onun günahını bağışla, ətəyini iffətsizlikdən saxla."
 O gündən bəri həmin gəncin nəzərində ən mənfur əməl zina idi.
Bu, məhəbbət və mülayimliklə pis işdən çəkindirməyin nəticəsi idi. ("Təfsiri nümunə", cild 3, səh. 60)

http://sual.nur-az.com/az/57/%C6%8Fmr-be-m%C9%99ruf-v%C9%99-n%C9%99hy-%C9%99z-m%C3%BCnk%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (6) : assalamu aleykum! emr be meruf ve nehy ez munkerin sertleri nedir? eger bu sertler yoxdursa mominin bunu etmeye ixtiyari varmi?
Имя: salman azeri, Страна: rusiya, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əmr be məruf və nəhy əz münkərin şərtləri

1. Məruf və münkəri müxtəsər şəkildə olsa da, tanımaq; deməli məruf və münkəri tanımayan və onları bir-birindən seçə bilməyən şəxsə əmr bil-məruf və nəhy ənil-münkər vacib deyil. Bəli bəzi vaxtlar əmr bil-məruf və nəhy ənil-münkəri öyrənmək və tanımaq vacibdir.
2. Əmr və nəhyinin təsirli olacağına ehtimal versin; Deməli, onun sözünün təsirli olmayacağını bilsə fəqihlərin arasında məşhur budur ki, onun öhdəsində bir təklif yoxdur və əmr bil-məruf və nəhy ənil-münkər ona vacib deyil. Amma ehtiyat-vacib budur ki, öz narahat və incidiyini hər bir mümkün olan vasitə ilə hətta onda təsir etmədiyini bilsədə, günhkara bildirsin.
3. Günahkarın pis işləri davam etdirməsinə qəsdi olsun; Deməli günahkar pis işləri davam etdirmək istəməsə əmr bil-məruf və nəhy ənil-münkəri etmək vacib deyil.
4. Günahkar pis və xilaf işlərdə üzürlü olmasın; Bu etiqadla ki, etdiyi pis iş haram deyil bəlkə mübah və ya tərk etdiyi yaxşı iş vacib deyildi.
Bəli əgər münkər müqədəs Şarinin edilməsinə razı olmadığı işlərdən olsa ehtiramı olan şəxsin öldürülməsi kimi, hətta işi edən üzürlü olub və mükəlləf olmasa da onun qarşısını almaq vacibdir.
5. Can, abır və mali zərər (əhəmiyyət verici dərəcədə) olsa; Bir şəxs əmr bil-məruf və nəhy ənil-münkər edəni təhdid etməsin. Çətinlik və məşəqqət dözülməz dərəcədə olmasın. Əgər yaxşı və pis iş müqədəs Şarinin yanında çox əhəmiyyətli olsa gərək onun yolunda zərər və çətinliklərə dözülsün.
Əgər əmr bil-məruf və nəhy ənil-münkər edənə zərər olmasa amma digər müsəlmanlara can, abır və mali zərər (əhəmiyyət verici dərəcədə) olsa əmr bil-məruf və nəhy ənil-münkər vacib deyil. Belə olan surətdə zərər və o, işin əhəmiyyəti müqaisə olunur ki, bəzi vaxlar zərər olan halda da əmr bil-məruf və nəhy ənil-münkər tərk olunmur.
Əmr be məruf və nəhy əz münkərin qaydaları
Yaxşı olar ki, əmr be məruf və nəhy əz edən şəxs:
1. Ürəyiyanan bir həkim, nəvazişli və mehrian bir ata kimi olsun.
2. Öz niyyətini xalis etsin, bu işi yalnız Allahın razılığı üçün görsün, öz işini hər növ təkəbbürçülükdən uzaq eləsin.
3. Özünü pak-pakizə hesab etməsin; çox hallarda ola bilər ki, hazırda xətaya mürtəkib olan kimsənin bu əməlinin haiyədə xoşagəlməz və Allahın qəzəbləndiyi bir iş olmasına baxmayaraq, Allahın sevdiyi xislətlərə də malik olsun.

http://sual.nur-az.com/az/57/%C6%8Fmr-be-m%C9%99ruf-v%C9%99-n%C9%99hy-%C9%99z-m%C3%BCnk%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (7) : assalamu aleykum! men bu gun bir momin qardasin uzunu lezva ile qirxdiqini gordum ve bu isin haram is olduqunu soyledim, tebiki tebessumle. yanimizdaki basqa bir momin qardas qezeblenerek esas icinizdir zahirin ferqi yoxdur soyledi. men cavabinda haram isden qacmadan icerini temizlemeyin mumkun olmadiqini soyledim. o daha da qezeblenerek sen kimsen ki, kimdese nese axtarasan senin buna haqqin yoxdur soyledi. amma ALLAH sahiddir ki, men bunu onda eyb axtarmaq niyyetile demedim, sadece momin qardas olduqu ucun dedim. o qezebli qardas menim esl momin olduqdan sonra kimese nese deye bileceyimi soyledi. bunu basa dusurem, amma onda gerek hec vaxt hec kim hec kimi haramdan gunahdan uzaqlasdirmasin ve sadece yalniz ozu ile mesqul olsun. bu doqrudurmu?
Имя: salman azeri, Страна: rusiya, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əmr be məruf və nəhy əz münkər (yaxşılığa dəvət etmək, pislikdən çəkindirmək) hər bir müsəlmanın vəzifəsidir və insan bu ilahi vəzifəni yerinə yetirmədikdə günah etmiş olur. Lakin bunun özünün şərtləri və dərəcələri vardır.
http://sual.nur-az.com/az/57/%C6%8Fmr-be-m%C9%99ruf-v%C9%99-n%C9%99hy-%C9%99z-m%C3%BCnk%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (8) : Məsciddə imamlıq edən, hüzür məclislərində mollalıq edən şəxs övladına müsiqi ilə toy edirsə o şəxsə münasibət necə olmalıdir?
Имя: Kərbəlayi Hasil, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Hər bir kəsə hüsnü-zənlə yanaşmaq İslamın tövsiyəsidir.
Əgər bir kəsin günah etməsinə əmin olsanız onda sizin vəzifəniz əmr be məruf və nəhy əz münkər etməkdir.

http://sual.nur-az.com/az/57/%C6%8Fmr-be-m%C9%99ruf-v%C9%99-n%C9%99hy-%C9%99z-m%C3%BCnk%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (9) : Salam Ağa. Bir evin gəlini öz qaynanasını (qaynana erli olduğu halda)qizinin eri ilə(yeznəsi)birgə evin xelvet bir otaqinda cinsi elaqede olarkən görüb,və zina edənlər heçnə olmamış kimi qüsül edib ibadetlərini yerinə yetirirlər.Bildiyimiz kimi İslamda zina edenlərin cəza hökmu var, və nəzərə alsaq bu Azerbaycanda baş verib və burda qaynana və yeznənin cəza həddi nədir?və yaxud günahkar olduğu halda nə etməlidirlər? Və şahid olan gəlin bu hadisəni yaxinlarina deyib o məqsedlə ki qaynanaslnı bu işdən çəkindirib tövbə etmələri üçün ama qaynana bu halda bunun gəlinin ona atdiği böhtan hesab günahina davam edir, gəlin bu vəziyyetden bohtandan bezib boşanmaq istyir gəlinin burda vəzifesi nədir? Çox xahiş edrik bu meseleni tez nezere alıb cavab deyesiz Allah razi olsun sizlərdən
Имя: Azerbaycan, Страна: , Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Sualda qeyd olunan halda, əgər təsirli olacağı ehtimal olunsa, gəlin (söz ilə) əmr beməruf və nəhy əz munkər etməlidir. Bundan başqa heç bir vəzifəsi yoxdur.
http://sual.nur-az.com/az/57/%C6%8Fmr-be-m%C9%99ruf-v%C9%99-n%C9%99hy-%C9%99z-m%C3%BCnk%C9%99r/

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (10) : salam aleykum. bizdə istər şəxsi, istərsə də dövlət taksi maşınlarıda hamı musiqi oxudur. biz də maşına mindikdə məcbur oluruq onu eşidək. belə olan halda bizim vəzifəmiz nədir?
Имя: Dayaq, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Belə olan halda əgər dəvətinizin təsir və faydası olacağını güman etsəniz sizin vəzifəniz əmr be məruf və nəhy əz münkərdir, yəni onu yaxşı işlərə dəvət edib, pis işlərdən çəkindirməlisiniz. Amma sizin dəvətinizin təsiri olmayacaqsa, hətta bunun sizə zərəri də ola biləcəksə, onda siz musiqiyə qulaq asmayın və siz dinləmək istəmədiyiniz halda musiqinin səsinin sizə çatmasının sizə günahı yoxdur.
Əlbəttə, əgər musiqi oxutmayan başqa bir maşınla getmək imkanı varsa, həmin maşına oturun.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Go to TOP