Əleykumus-salam.
Sualınızın izahlı cavabını bilmək üçün saytın kitabxanasına müraciət edib qeyd olunan kitabdan oxuya bilərsiz.
İslamda ailə 1 ci cild 10 cu fəsil ZİFAF ƏNƏNƏLƏRİ
http://kitab.nur-az.com/az/lib/view/218
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Müvəqqəti izdivac həvəsbazlıq və şəhvətpərəstlik deyil. Əksinə onun aydın fəlsəfəsi var. O cümlədən: müxtəlif səbəblərdən daimi evlənmək imkanı olmayan, habelə misal üçün həyat yoldaşları xəstə olduğuna görə adi yolla cinsi ehtiyaclarını ödəyə bilməyən kişilər bu yolla öz cinsi ehtiyaclarını ödəyə bilərlər. Bundan sui-istifadə edirsə həqiqətdə özünü alçaldır, insan özünü tərbiyə etməsə ya istəməs onu islah etməkdə mümkün deyil. Əlbətdə qadın da gərək ərinin tam cinsi ehtiyaclarını ödəsin və ərinin ətr vurmaqla, kosmetikadan istifadə edərək, təmiz və cəlb edici paltarlar geyiməklə diqqətini özünə cəlb etsin.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Nur surəsi ayə 61 ...Evlərə daxil olan zaman özünüzə (qohum və dindaşlarınıza) salam – Allah tərəfindən olan bərəkətli və pak bir salam verin. Allah, ayələri (hökmləri) sizin üçün bu cür açıqlayır ki, bəlkə düşünəsiniz.Allah sizə yar olsun.
Əleykumus-salam.
Sualınızın cavabını saytın kitabxanasında olan kitabdan oxuya bilərsiz.
Ailə səadətinə necə nail olaq?
Allah sizə yar olsun.
Əleykumus-salam.
Sualınızın cavabını saytın kitabxanasında olan kitabdan oxuya bilərsiz.
Kitabın adı: İslamda evlilik və ailə hüquqları-2
DÖRDÜNCÜ HİSSƏ: QADININ KİŞİ ÜZƏRİNDƏKİ HAQQI
BEŞİNCİ BÖLMƏ: KİŞİNİN QADIN ÜZƏRİNDƏ OLAN HÜQUQLARI
http://kitab.nur-az.com/az/lib/view/221
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Nisa surəsi ayə 34. Allah bəzilərini (kişiləri düşüncə, ruh və cismani qüvvə baxımından) digər bəzilərindən (qadınlardan) üstün etdiyi üçün kişilər qadınların ixtiyar sahibidir (və buna görə də cəmiyyətin işlərinin peyğəmbərlik və imamət məqamı ilə, eləcə də məsum tərəfindən təyinatla idarə olunmasını kişilərə məxsus etmişdir)....
Qadınlar fiziki keyfiyyətləri və bioloji xüsusiyyətlərinə görə kişilərdən fərqlənir.
Qadının kişidən itaət etməyi Allahın göstərişidir, qadın həqiqətdə bu işi ilə Allaha itaət edir çünki Allahın əmrini yerinə yetirir.
Qadının əvdən çıxarkən kişidən icazə almasında bir çox məsləhətlər var, adətən qadınlar daha çox zorakılığa məruz qalırlar və kişi öz namusunu qorumaq üçün icazə onun əlindədir. Bununla ailə həyatının sağlamlığı qorunur və kişilərdə bəq gümana şərait yaranmır. həmçinin ailədə nəzm və inzibat yaranır. Bunun müqabilində kişilərində bir sıra vəzifələri vardır. Əlbətdə qadın nikah bağlayanda şərt edə bilər ki, icazəsi kişinin əlində olmasın. Kişilərə şəri baxımdan qadından icazə almaq vacib olmasada amma əxlaqi baxımdan yaxşıdır ki, evdən çıxanda öz ailəsin xəbərdar etsin.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Ümumiyyətlə adları qısa demək əgər tənə vurmaq məqsədi ilə olarsa bu günahdır, amma adətən dosluq və səmimiyyət məqsədi ilə qısa deyilir və ad sahibidə narahat olmur. Məsumların adlarını xülasə dedikdə məsumlar nəzərədə tutmaq olsa bu hörmətsizlik və günahdır, amma adətən belə deyil bəlkə bu adların qoyulduğu şəxslər nəzərdə tutulur. Şəriətdə belə bir hökm var ki, məsumların adlarına toxunduqda dəstamazlı olmaq lazımdır və o adlara hörmətsizlik etmək misal üçün ayaq altda qalmağı və.... haramdır, amma bu adlar başqalarında olsa misal üçün başqasının adı ƏLİ olsa dəstamazlı toxunmaq və yerə düşərsə götürmək və... lazım deyil. Hər halda yaxşı olar adları olduğu kimi deyək xüsusi ilə müqəddəslərin şərəfinə qoyulan adları.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bəli, dini qəbul etməkdə məcburiyyət yoxdur amma müsəlmana dini qanunlara riayət etmək vacibdir. Kişi öz yoldaşına məcbur edə bilməz hicab bağlamağa amma əmr be məruf və nəhy əz münkər etməlidir. Kişi öz yoldaşına şərt qoya bilər ki, yalnız hicablı surətdə evdən çıxa bilər və qadınada vacibdir ki, ərinin icazəsi olmadan evdən çıxmasın. Amma daha yaxşı olar dini düzgün şəkildə təbliğ etməklə və gözəl rəftarla hicabın vacibliyini başa salasınınz. Əvvəlcə Allahın məhəbbətin və Əhli-beytin sevgisin çatdırasınız ondan sonra Allahın istəklərini və dində vacib olanları.