Ad: ...., Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanir-rəhim.
Valideyn, övladın mühüm
və taleyini həll edən işlərlə səbəbsiz yerə müxalifət etdikləri məsələlərdə
onlardan təbəiyyət
etmək vacib deyil və razılığlarını
ələ gətirmək lazım deyil. Amma çalışışın valideynlərinizlə ədəb və
ehtiramla davranın. Əgər valideynin razılığını ələ gətirmək mümkün deyilsə, təkcə vaciblərə əməl etməklə kifayətlənin. Namaz heç bir halda insanın üzərindən götürülmür. Çalışın valideynlərinizin inam və etimadını qazanasınız və onları inandırın ki, namaz sizin başqa fəaliyyətlərinizə maniə törətmir, əksinə müvəffəqiyyətinizə səbəb olacaq.
Allah sizə yar olsun.
Ad: etibar, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Şərait olduğu halda, yumşaq söz və xoşdillə ehtiram edərək onlara “əmr be məruf və nəhy əz münkər” etsin, bundan artıq boynunda vəzifəsi yoxdur.Allah sizə yar olsun.
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Əgər həyat yoldaşınızın hüquqları ilə ziddiyyəti olmasa haram deyil. İki məsələdə ərin hüququ var ki, qadın təbəiyyət etməlidir. Biri evdən xaric olmaqda ərindən icazə almalıdır və birdə qadın ərinin cinsi istəklərinin qarşısında təmkin etməlidir. Amma yaxşı olar ailə münasibətlərini möhkəmlətmək üçün digər məsələlərdə də təbəiyyət olunsun, tainki ailədə qarşılıqlı etimad yaransın.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Nəfəqə - ehtiyacı olanlara göstərilən təmənnasız yardım deməkdir. Sədəqə də infaqa aiddir. Şəriətdə ailə başçısının öz ailə üzvləri üçün xərclədiyi pula, eləcə də, yardıma ehtiyacı olan şəxslər üçün bunu verməyə borclu olan adamlardan alınan məbləğə (alimentə) də nəfəqə deyirlər. Öz həyat yoldaşının nəfəqəsini təmin etmək kişinin borcudur. Yetikinlik yaşına çatmamış övladların da nəfəqəsini ata verməlidir. Həzrət Mühəmməd Peyğəmbər (s) insanın öz yaxınlarına (ailə üzvlərinə, valideynə, yaxın qohumlara, qonşulara) etdıyi nəfəqənin ən üstün nəfəqə olduğunu bildirmişdir.Allah
sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Həqiqətdə el arasında deyilənlər dindən və hədislərdən götürülüb. Bu haqda həddən artıq islamda tövsiyələr var. Hədislərdə qidaların, rəftarların və hansı gündə hansı saatda nütfənin bağlanmasının hətta niyyətlərin nütfədə və ana bətnində olan körpənin görnüşündə və əxlaqında olan təsirindən söz açılır. Bu barədə Möminlərin zinəti kitabına, həmçinin saytın kitabxanasına müraciət edə bilərsiz.Kitabın adı: Ailə səadətinə necə nail olaq? Mövzu: Əxlaq Müəllif: Ayətullah Hüseyn Məzahiri
http://kitab.nur-az.com/az/lib/view/133Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Əgər bu insan yazdığınız kimi olmasaydı, yəni sizdən borc alıb qaytarmaq istəsəydi, amma müflistləşdiyi üçün pulu geri qaytarmaq imkanı olmasaydı, belə şəxsə möhlət vermək məsləhət olunur. Amma borcunu ödəmək məqsədi olmayan fırıldaqçılıqla məşqul olan insandan öz haqqını almaq üçün şikayət etməyin heç bir eybi yoxdur və əksinə belə fırıldaqçıların qarşısı alınması üçün lazımdır.
Həzrət Əli (ə) öz zirehini başqasında görüb istədi, amma o şəxs inkar etdi, Hz. Əli (ə) qaziyə şikayət edib öz haqqını tələb etdi.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Ailə davranışında bir şəri və qanuni rəftarlar var ki, bu əhkam kitablarında gəlib. Misal üçün cinsi istəklər, yemək-içmək, geyim, məskəni və s təmin etmək. Amma əxlaqi baxımdan davranışın həddi yoxdur və ya daha doğrusu insan özü bu həddi müəyyənləşdirir. Şəriət qanunlarına zidd olmayan və abır-həyanı qoruyub saxlayan həddə qadının istəklərini yerinə yetirmək olar.Bu barədə Ayətullah Xameneinin bir neçə cümləsini qeyd edirik: Ailə elə bir yerdir ki, orada duyğu və hisslər inkişaf etməli, uşaqlar məhəbbət və nəvaziş görməlidirlər. Ər kişi olduğundan, xüsusi bir sahədə qadına nisbətən xarakteri daha xam və zəif olur. Onun yarasının məlhəmi yalnız və yalnız həyat yoldaşının nəvazişidir. Həyat yoldaşı böyük bir kişi üçün, ananın öz kiçik uşağına gördüyü işi görür. Diqqətli xanımlar bunu bilirlər. Bu hiss və duyğuların evin əsas mərkəzinə, yəni xanımına ehtiyacı var. O olmasa, ailə mənasız bir şeyə çevrilər.
Ailə davranışı barədə saytın kitabxanasındakı kitablara müraciət edin.
Kitabın adı: Gənc ailələr üçün göstərişlər
http://kitab.nur-az.com/az/lib/view/182
İslamda evlilik və ailə hüquqları-1 -2
http://kitab.nur-az.com/az/lib/view/220
İslamda ailə-1 -2
http://kitab.nur-az.com/az/lib/view/218
Allah sizə yar olsun.
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Əleykumus-salam.
Halaldı, amma icazəsiz getdiyi üçün günaha mürtəkib olub, tövbə etmlidir.
Allah sizə yar olsun.
Ad: bedbax, Ölkə: rusiya, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Çalışın bu işdən tezliklə çəkinəsiniz çünki bu şeytanın tələsidir, həm günahı böyükdür və həmdə fəsadı. Bu iş, iki ailənin dağılmagına səbəb ola bilər. Mümkündür insanın aşiq olmağı öz ixtiyarında olmasın və bunun üçün günah yazılmasın amma iqdam etmək isə ixtiyarlı olduğu üçün böyük günahdır. Bu fikri zehninizdən çıxardın və səmimi-qəlbdən tövbə edin, Allahdan kömək istəyin inşəllah Allah bağışlayar və kömək edər. Bu eşqi Allah eşqi ilə əvəz edin, çünki əbədi eşq yalnız Allah eşqidir, ondan qeyrisi peşmançılıqladan başqa bir şey deyil. İmam Sadiq (s) buyurur: Allahı yad etmək insanın qəlbində olmasa qəlbdə başqalarının məhəbbəti yer tutar. Nizami Gəncəvi Leyli və Məcnun hadisəsinin sonda yazır ki, Leyli ölüm yatağına düşəndə vəsiyyət edir ki, Məcnuna deyin eşqini elə şeyə bağlasın ki, əbədi və cavidandır, mənim kimi ixtiyarı öz əlində olmayan və ölümlə üz-üzə olan müvəqqəti və dəyişənlərə aşiq olmasın.Allah sizə yar olsun.
Sualınızın cavabın saytın kitabxanasında olan kitabdan oxuya bilərsiz.
İslamda ailə-2 Hüseyn Ənsariyan
İYİRMİ DÖRDÜNCÜ FƏSİL
http://kitab.nur-az.com/az/lib/view/219
Allah sizə yar olsun.