Sual (21) : İndi xəstə bir vəziyyətdədir ki, həkimin öhdəçilik və zamin olmamaq şərtini almağa fürsət tapmayıb dərhal xəstənin cərrahiyyə əməliyyatına başlasa, əgər bu əməl xəstənin ölümünə səbəb olsa, həkim məsuldurmu?
Ad: Aydin, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən möhtərəm nəfsi qorumaq aydındır. lazımdır, həkim dərmanı başlasın və şəri cəhətdən xəstəni buraxmağı caiz deyil. Əgər səhv etməsə zahir odur ki, diyəyə məsul olmayacaq. hərçənd imkan olan surətdə şəriət hakimi ya onun nümayəndəsindən icazə alsın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (22) : Ölümə ya iflic olmağa səbəb olan bəzi xəstəliklərin keçməsinin qarşısını almaq üçün bədənin bir üzvünü kəsmək caizdirmi? caiz olan surətdə diyəsi də varmı?
Ad: xaliq, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Ümumiyyətlə müalicənin dərmanla sağalmasına ehtimal verilmirsə və sağalmağa gecikdirməklə də olsa, ümüd yoxdursa, ən mühüm məsələlərə riayət etməklə xəstənin ya onun şəri vəlisinin icazəsi ilə üzvü kəsməyin maneəsi yoxdur. Bu halda diyəsi də yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (23) : Müalicə həkimi xəstəni ayıltmaq üçün, çarəsizlikdən onun üzünə şillə vurur, yaxud massaj edir. Bu əməl bəzən xəstənin sinə ya yan sümüyünün sınmasına yaxud üzünün qaralmasına səbəb olur, bəzən də başqa səbəblər meydana çıxır. nə çox xəstənin ölümünə də səbəb olur. Bu əməllər hansı həddə və hansı şəraitə qədər caizdir? caiz olan yerlərdə zamin və diyəyə də səbəb olurmu?
Ad: məhəmməd, Ölkə: , Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Ümumiyyətlə mütəxəssis həkimin nəzərinə əsasən bu əməllər müalicə məqamında lazım olsa və xəstə ya şəri vəlisi tərəfindən müalicədə icazə verilmiş olsa, həmçinin arada ifrat, təfrit və təqsir olmasa əlavə olaraq müalicəyə başlamamışdan əvvəl bəraət almış olsa, bu şərait və müqəddimatla bu əməllər zərurət həddində caizdir. zaminlik və diyəyə səbəb olmur. amma əgər həkim mütəxəssis və mahir olmasa yaxud icazəsiz və bəraət almadan bu işə başlasa, əsl əməl caiz deyil, zaminlik və diyəyə səbəb olur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (24) : Beyin ölümünə düçar olmuş şəxsin bədən üzvünü götürmək, halbuki, ürəyinin və damarlarının işləməsi, nəfəs alması ona bağlıdır, icazəlidirmi?
Ad: Met, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
İcazəli deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (25) : Tibbi məqsədlər üçün böyrək alıb-satmağın hökmü nədir?
Ad: bəndə, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Tibbi məqsədlər üçün böyrək alıb-satmaq caizdir, lakin daha yaxşısı budur ki, pulu onun (böyrəyin) özünün müqabilində yox, şəxsin böyrəyi götürmək üçün verdiyi icazənin müqabilində alsınlar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (26) : Müəllim tərəfindən vacib sayılan elmi praktika zamanı qadının nəbzini tutarkən, onu müayinə və müalicə edərkən oğlan tələbənin əlinin qadının əlinə toxunmasının, zəruri və qeyri zəruri halların hər ikisini nəzərə almaqla hökmü nədir?
Ad: nadir, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Yalnız zəruri hallarda caizdir. Əgər köynəyin üzərindən tutmaq mümkün olarsa, bu üsluba üstünlük vermək lazımdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (27) : İnsanın öz göz, ürək və s. kimi bədən üzvünü onun ölümündən sonra istifadə edilməsi üçün satması icazəlidirmi?
Ad: Kazım, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Müsəlman meyitin bədən üzvünün kəsilməsi icazəli deyil və kəsildiyi surətdə diyə verməyə səbəb olur, kəsilən üzv isə dəfn olunmalıdır. Müsəlman şəxsin həyatının qorunması ona bağlı olduğu surətdə isə icazəlidir. Amma yenə diyəsi verilməlidir. Meyit özü üzvünün veilməsini vəsiyyət etdikdə isə diyə vermək lazım deyil.Amma müsəlman şəxsin həyatı ona bağlı olmasa, meyitin vəsiyyət etməsinə baxmayaraq, onun üzvünü götürmək iradlıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (28) : Bədən üzvlərinin köçürülməsi icazəlidirmi? Ölmüş şəxsin bədən üzvünü bağışlamaq olarmı? Başqa sözlə desək, ölmüş şəxsin bədən üzvünü bu üzvün çatışmamazlığı və naqisliyi üzündən əzab-əziyyət çəkən bir şəxsə bağışlamaq olarmı?
Ad: samir, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər ölmüş şəxs müsəlman olsa, yalnız bu surətdə deyilən əmələ icazə verilir ki, müsəlman şəxsin həyatı həmin ölünün üzvünün kəsilib, ona köçürülməsinə bağlı olsun. Amma bu surətdə də diyəsi verilməlidir. Diyə meyitin özünə çatır və onun üçün məsləhətli olan məsələn, borcunu vermək, ya xeyriyyə işləri kimi yerlərə işlədilməlidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (29) : salam olsun Allahın mömin bəndələrinə. belə bir sual vardır Şikəst, yaxud irsən fiziki və ruhi xəstəliklərə tutulacaq uşaq doğmasına münasib şərait olan qadınlar üçün hamiləliyin qarşısını daimi olaraq almaq caizdirmi? çox saq olun. cavabınızı gözləyirəm
Ad: Zaur, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Əgər ağlabatan (əql sahibləri tərəfindən bəyənilən) bir məqsədlə baş verərsə, nəzərə çarpacaq zərər verməzsə və ərinin icazəsi ilə olarsa, eybi yoxdur.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (30) : Sağlam olan bir qadın üçün nütfənin mayalanmasının qabağını alan vəsait və maddələrdən istifadə etməklə müvəqqəti olaraq hamiləliyin qarşısını almaq caizdirmi?
Ad: məhəmməd, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Əgər ərinin razılığı ilə olsa iradı yoxdur.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP