Sual (11) : Qadın və kişinin sperma yollarını başlamalarının hökmü nədir?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Safi
Bismillahir-rəhmanır-rəhim
Əgər o yolları bağlamaq. Həmişəlik sonsuzluğa səbəb olsa, icazəli deyil. Vallahul-alim.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (12) : İnsanın həyatı zamanı və öldükdən sonra bədən üzvlərinin köçürülməsinin hökmünü açıqlayın?
Ad: Rauf, Ölkə: AZERBAYCAN, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Həyatda olduğu zaman əgər bədən üzvünün götürülməsinin məsələn, həkimin müayinəsindən sonra iki böyrəkdən birinin götürülməsi kimi ona mühüm bir zərəri olmasa, eybi yoxdur. Amma öldükdən sonra yalnız o surətdə icazə verilir ki, bir müsəlmanın həyatının qorunması ona bağlı olsun. Bu surətdə onun diyəsini vermək lazımdır. Amma meyit özü (öz üzvünün köçürülməsini) vəsiyyət etsə, diyə lazım deyil. Bu qeyd olunan surətdən başqa bədən üzvünün köçürülməsi işkallıdır.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (13) : Bədən üzvlərinin köçürülməsi icazəlidirmi? Ölmüş şəxsin bədən üzvünü bağışlamaq olarmı? Başqa sözlə desək, ölmüş şəxsin bədən üzvünü bu üzvün çatışmamazlığı və naqisliyi üzündən əzab-əziyyət çəkən bir şəxsə bağışlamaq olarmı?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər ölmüş şəxs müsəlman olsa, yalnız bu surətdə deyilən əmələ icazə verilir ki, müsəlman şəxsin həyatı həmin ölünün üzvünün kəsilib, ona köçürülməsinə bağlı olsun. Amma bu surətdə də diyəsi verilməlidir. Diyə meyitin özünə çatır və onun üçün məsləhətli olan məsələn, borcunu vermək, ya xeyriyyə işləri kimi yerlərə işlədilməlidir.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (14) : salam. camaat arasında ən çox danışılan mövzulardan biri də cinsisyyətin dəyişdirilməsi məsələsidir. xahiş edirəm ki deyəsiz ki cinsiyyəti dəyişmək olar yoxsa olmaz?
Ad: Nazim, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Safi
Bismillahir-rəhmanır-rəhim
Əgər insanların qadınlıq və kişilik həqiqətlərini aşkar etmək mənasında olsa və naməhrəmin baxması kimi, haram bir işə səbəb olmasa, maneçiliyi yoxdur. Hökmlər həqiqi kişi və qadınlığa əsasən icra olacaq. Amma qəti cinsiyyətin dəyişdirilməsi və onun xaricdə baş verməsi fərziyyəsi, icazəli deyil. Vəllahul- alim.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (15) : gözəllik üçün plastik cərrahiyyədə dəri ya üzvün yapışdırılmasının hökmü nədir?
Ad: , Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Öz-özlüyündə maneəsi yoxdur. amma əgər məsələn, naməhrəm həkimin cərrahlıq etməsi kimi haram işə səbəb olsa, icazəli deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (16) : Zərurət halında məhrəm olmayan xəstələrin tibb tələbələri tərəfindən müayinə edilməsi caiz olarsa, bu zərurətin ayırd edilməsində əsas nədir?
Ad: arif, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Zərurətin ayırd edilməsi şəraiti mülahizə etməklə tələbələrin öz nəzərinə həvalə edilir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (17) : Tibb institutunun tələbələrinin (istər qız, istərsə də oğlan) praktika keçmək üçün naməhrəm şəxslərə toxunmaq, yaxud baxmaqla müayinə etməkdən başqa çıxış yolları yoxdur. Bu müayinə onların dərs proqramlarının bir hissəsidir və onların gələcəkdə xəstələri müalicə etməkdə mütəxəssis olmalarına kömək edir, onu yerinə yetirmədikdə xəstənin xəstəliyini ayırd edə bilmirlər, bu iş də xəstələrin xəstəlik müddətini uzadır və bəzən də onların ölümünə gətirib çıxarır. Bunları nəzərə almaqla bu cür müayinələr caizdirmi?
Ad: samir, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim

Əgər təcrübə əldə etmək, xəstələri müalicə etmək və onların həyatını qorumaq üçün lazım olan zəruri hallardan olarsa, eybi yoxdur.

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual (18) : Müalicə üçün falçılara, cadugərlərə müraciət etmək caizdirmi? Bir halda ki, onlar bəzən ağır xəstəlikləri müalicə edirlər.
Ad: Sadiq, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Onlara müraciət etmək haramdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (19) : Diş həkimliyi stomotologiyası dərmanlarının hamısı tələbələr vasitəsi ilə əməli surətdə yerinə yetirilir. bəzən dişin aradan getməsi ya digər səbəblər və xəsarətlərə bais olur. bu surətdə kim zamindir?
Ad: asim, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bilavasitə iş görən şəxs yəni: bu surətdə dişə zərər yetirən şəxs zamindir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (20) : Bir qadını cərrahlıq ediblər və əməliyyat zamanı tibbi cihazlardan həkimin ya onun ətrafdakılarının səhvindən xəstə qadına ziyan dəymişdir. bir müddətdən sonra xəstə ruhi, cismi və maddi zərərlərə dözüb səbr etmişdir. başa düşüblər ki, onun başlanğıcı tibbi cihazlar həkimin ya onun ətrafdakılarının səhvi olmuşdur. belə yerdə həkim dəyən xəsarətlərə zamindirmi?
Ad: Aydin, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər dəyən zərərlər həkimə və onun ətrafdakılarına aid edilsə, zamindirlər. hətta əgər bəraət almış olsa, amma cərrahiyyə aparatlarını tənzimləməmək səbəbinə ziyan və xəsarət dəymiş olsa, zamin olurlar. gərək xəstəni özlərindən razı salsınlar. necə ki, camiul-məsail kitabının buna aid bölməsində bu məsələyə işarə olunmuşdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP