Sual (71) :
İbtidai təqliddə mərhum olan müctehidə təqlid etmək diri müctehidə təqlid etməyə bağlıdır, yoxsa yox?
Ad: Sabir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim
İlk dəfə olaraq mərhum olan müctehidə təqlid etməyin caiz
olması, yaxud ölü müctehidə təqlid etməkdə qalmaq diri və ələm müctehidin
rəyindən asılıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (72) :
Mərhum olan müctehidə təqlid etməyə başlamaq olarmı?
Ad: Vusal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Vusal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
İbtidai təqliddə ələm və diri müctehidə təqlid etmək
ehtiyatı tərk olunmamalıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (73) :
Kimə təqlid etməyimiz vacibdir?
Ad: Vusal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Vusal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Mərceiyyət və fitva verməkdə cameüş-şərait olan, həmçinin
ehtiyata görə ələm olan müctehidə təqlid etmək vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (74) :
Təqlid olunan şəxsin ələm olması barədə rəyiniz və dəliliniz nədir?
Ad: Camal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Camal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Fitva vermək üçün cameüş-şərait fəqihlərin sayı çoxalsa və bir fitvada da müxtəlif rəyi olsa da, onda ehtiyata görə mükəlləflərə vacibdir ki, ələmə təqlid etsinlər. Amma (ələmin) fitvası ehtiyatla müxalif olsa, həmçinin qeyri-ələmin fitvası (ehtiyatla) müvafiq olsa, bu halda qeyri-ələmə təqlid etmək olar. Bunun dəlili “binayi-üqəladır”.
Üstəlik, bu halda ağıl bu işin “təyin və təxyir” arasında dövr etməsinə hökm edir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (75) :
Ələm müctehid ola-ola qeyri-ələmə təqlid etmək olarmı?
Ad: Vusal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Vusal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Fitvası ələm müctehidin fitvası ilə müxalif olmayan məsələlərdə qeyri-ələm müctehidə müraciət etməyin heç bir eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (76) :
Əgər bir neçə alimin müəyyən məsələlərdə ələm olmaqları müəyyənləşsə (belə ki, onların hər biri müəyyən bir məsələdə ələmdirlər), bu halda onlara müraciət etmək caizdir, yoxsa yox?
Ad: Vusal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Vusal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Eyni zamanda müxtəlif məsələlərdə bir neçə müctehidə
təqlid etmək olar. Hətta əgər onların hər birinin təqlid olunduğu müəyyən
məsələdə ələm olması fərz olunsa və həmin məsələdə fitvaları da müxtəlif olsa,
onda bu iş ehtiyata görə vacib olar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (77) :
Ələm müctehiddə təqlid üçün lazım olan şərtlərin tam olmaması ehtimalı ilə qeyri-ələm müctehidə təqlid edən şəxsin təqlidinin batil olmasına dair hökm olunurmu?
Ad: Kerbelayi Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Kerbelayi Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ehtiyata görə, təkcə ələm müctehiddə mötəbər sayılan
şərtlərin cəm olmaması ehtimalı ilə qeyri-ələmə (ixtilaflı məsələdə) təqlid
etmək caiz deyildir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (78) :
Təqliddə mərcenin ələm olması şərtdirmi? Həmçinin, ələmiyyətə bais olan səbəblər və meyarlar nədir?
Ad: Camal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Camal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ələm müctehidlə qeyri-ələm müctehidin hər hansı bir məsələdə ixtilafları olsa, ehtiyat o məsələdə ələm müctehidə təqlid etməkdir.
Ələmliyin meyarı budur ki, o müctehid Allah-Təalanın hökmlərindən agah olmaqda və ilahi hökmlərin dəlillər əsasında istinbat olunmasında, həmçinin ictihada dəxaləti olan öz zəmanə vəziyyətindən şəri hökmlərin mövzularını müəyyənləşdirməkdə dəxli olan qədər məlumatlı olmaqda və eləcə də şəri vəzifələrin bəyan edilməsi üçün lazım olan fiqhi rəylərin yaradılmasında qalan müctehidlərdən qüdrətli olsun.Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (79) :
Həzrəti imam Xomeyninin (r.ə) rəyinə əsasən mərceyi-təqlidin ibadət və müamilə (al-ver) hökmlərinə agah olmasından əlavə, siyasi, iqtisadi, hərbi, ictimai məsələlərin hamısına agah olmasına əsaslanıb o həzrətə təqlid etdikdən sonra, özümüzə (bəzi fazil alimlərin bizə yol göstərməsi, həmçinin özümüzün fikrimizə əsasən) vacib gördük ki, təqlid məsələsində Sizə müraciət edək. Buna əsasən, bu halda biz Mərceiyyəti və rəhbərliyi bir yerə yığmalı oluruq. Bu barədə Sizin rəyiniz nədir?
Ad: Elman, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Elman, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Müctehid olmayan, eləcə də ehtiyata əməl edən şəxslərin
təqlid etməli olduğu məsələlərdə mərceyi-təqlidin səlahiyyət şərtləri
“Təhrirül-vəsilə” və qeyri kitablarda tam genişliyi ilə qeyd olunmuşdur. Amma
şərtlərin aşkar olunması, həmçinin fəqihlər içərisində təqlid üçün səlahiyyətli
şəxsin seçilməsi mükəlləfin şəxsən özünə həvalə olunur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (80) :
Zaman və məkanın vəziyyətindən agah olmaq da ictihadın şərtlərindəndirmi?
Ad: Sabir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Sabir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bunların bəzi məsələlərə dəxalət etməsi mümkündür.