Sual (61) : Böyük müctehidlərdən birinin fitvasına əsasən İmama (r.ə) təqlid etməkdə qalmışdım. Sizin istiftaatdakı cavablarınızdan agah olandan, həmçinin (orada) mərhum İmama təqlid etməkdə qala bilməyə dair rəyinizi biləndən sonra ondan üdul etdim, əməllərimdə Sizin fitvalarınıza və İmamın fitvalarına müvafiq olaraq təsərrüf etdim. Mənim bu üdul etməyimdə işkal varmı?
Ad: Sabir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Bir diri müctehidə təqlid etməkdən başqa bir diri müctehidə təqlid etməyə üdul etmək caizdir. Əgər mükəlləfin nəzərində ikinci müctehid birincidən ələm olsa, ehtiyata əsasən ikinciyə üdul etməsi - onun fitvası həmin məsələdə birincinin fitvası ilə müxalif olarsa- vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (62) : Ələmdən qeyri-ələmə üdul etmək caizdirmi?
Ad: Sabir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Üdul ehtiyatın əksinədir. Üstəlik, ehtiyata əsasən bir məsələdə ələm müctehidin sözü həmin məsələdəki qeyri-ələmin sözü ilə müxalif olsa da belə, üdul caiz deyildir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (63) : İmam Xomeyninin (r.ə) fitvalarından birində üdul etməkdə meyyitə təqlid etmək üçün icazə istədiyim müctehidin fitvasına müraciət etməyim vacibdirmi? Yoxsa, başqa müctehidlərə də müraciət edə bilərəm?
Ad: Camal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Üdulda icazə istəməyə ehtiyac yoxdur. Belə isə, təqlidin düzgün olma şərtlərinə malik olan müctehidə üdul etmək olar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (64) : Qarşıya çıxan məsələlərdə ələm müctehidin həmin məsələyə dair dəlillər əsasında düzgün hökm çıxara bilmədiyi təqdirdə ələm müctehiddən başqasına keçmək caizdirmi?
Ad: Kerbelayi Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Əgər mükəlləf hər hansı məsələdə ehtiyat etmək istəsə, yaxud ehtiyat etmək ona mümkün olmasa, bu halda qeyd olunan məsələ barəsində fitvası olan başqa bir ələm müctehid tapsa, ona üdul edib o məsələdə həmin müctehidə təqlid etməsi vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (65) : Meyyitə təqlid etməkdə qalmaq barədə qeyri-ələmdən icazə istəmişdik. Əgər bu barədə ələmin icazəsi şərtdirsə, ələmə üdul edib, həmçinin meyyitə təqliddə qalmaqda ondan icazə almaq vacibdirmi?
Ad: Camal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Əgər bu məsələdə qeyri-ələmin fitvası ələmin fitvası ilə müvafiq olsa, onun sözünü qəbul etməyin eybi yoxdur və bununla belə, ələmə üdul etməyə ehtiyac yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (66) : İcazəsi olmayan, bəzi vaxtlarda səhvə düçar olan, hökmləri xəta əsasında nəql edən bir şəxsin şəriət hökmlərinə cavab verməyi öhdəsinə alması caizdirmi? O şəxs əməliyyə risaləsindən oxumaqla hökmləri nəql etsə, ona əməl etmək olarmı?
Ad: Camal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Müctehidin fitvasını nəql etməyi və şəriət hökmlərini bəyan etməyi öhdəyə almaqda icazə lazım deyildir; amma bu işdə xətaya və səhvə yol versə, onda bu öhdəçilik caiz deyildir. O kəs məsələni nəql etdikdən sonra səhv etdiyini başa düşsə, onda vacibdir ki, eşidənlərə elan edib, öz səhvini desin. Hər halda eşidən üçün nəql edənin sözlərinə xatircəmlik hasil olmayınca, ona əməl etməyə icazə verilmir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (67) : Müctehid olan bir neçə alimdən ələm barəsində soruşdum, mənə cavab verdilər ki, filankəs (Allah onun məqamını yüksəltsin) müraciət etmək üçün “mübriüz-zimmə”-dir; yəni, ona müraciət etməklə öz vəzifənizə əməl etmiş olarsınız. Bu halda onların sözlərinə etimad edə bilərəmmi? halbuki onun ələm olmasını bilmirəm, yaxud ələmliyinə ehtimal verirəm, yaxud da başqalarının da əlində ona oxşar aydın dəlillər olduğuna görə, həmin müctehidin ələmliyinə dair xatircəmliyim yoxdur.
Ad: Vusal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Əgər cameüş-şərait bir müctehidin ələmliyinə dair şəri dəlil olsa, onda əgər həmin dəlilin ziddinə olan başqa bir dəlil olmasa, şəri cəhətdən höccət sayılır və ona etimad olunmalıdır. Bu halda elm və arxayınçılığın hasil olması və həmçinin bir-biri ilə zidd olan şəhadətlərin axtarılması şərt hesab olunmur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (68) : Mərceyi-təqlid seçməkdə vəkil tutmaq düzgündürmü? Məsələn, oğul atası və ya şagird öz müəllimini mərceyi-təqlid seçmək üçün vəkil tuta bilərmi?
Ad: Sabir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Əgər vəkil tutmaqda məqsəd cameüş-şərait müctehidin axtarışını ataya, müəllimə, tərbiyəçiyə, yaxud qeyrilərinə tapşırmaq olsa, onda heç bir eybi yoxdur. Bəli, əgər onların bu barədəki nəzərləri elm və xatircəmlik gətirsə və ya şəhadət şərtlərinə malik olsa, onda onlar höccət və mötəbər sayılar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (69) : Mərceyi-təqlid seçmək, onun fitvalarını əldə etməyin yolları nədir?
Ad: Kerbelayi Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 

Mərceyi-təqlidin ictihad dərəcəsinə çatmasını, yaxud ələm olmasını bilmək üçün mövcud olan yollar bunlardır:

1-İmtahan edilməsi yolu ilə;

2-Elm (yəqinlik) hasil olması yolu ilə;

3-Arxayınlıq əldə edilməsi yolu ilə;

4-Bu sahədə mütəxəssis olan iki adil şəxsin verdiyi şəhadət yolu ilə.

Mərceyi-təqlidin fitvasını əldə etmək üçün mövcud olan yollar aşağıdakılardır:

1-Onun özündən eşitmək;

2-İki adil şəxsin söyləməsi və hətta əgər bir nəfər adil şəxsin söyləməsi yolu ilə də olsa belə;

3-Sözünə etimad olunacaq bir şəxsin (siqənin) söyləməsi;

4-O müctehidin əməl risaləsinə müraciət etməklə; bu şərtlə ki, o risalə səhv yazılmasın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (70) : Mənə vacibdirmi ki, müəyyən bir müctehidə təqlid etməyin məsləhət olduğunu iki adil şəxsdən öyrəndikdən sonra başqa şəxslərdən də soruşum?
Ad: Vusal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Xibrə əhlindən olan iki adil şəxs təqlid üçün müəyyən və cameüş-şərait olan bir müctehidə təqlid etməyin məsləhətli olması barədə şəhadət versə, onda buna etimad etmək olar və bundan sonra başqalarından soruşmaq vacib deyildir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP