Sual (31) :
Vəliyyi-fəqihin təkvini [5217] vilayəti (hakimiyyəti) vardırmı ki, onun əsasında hər hansı bir səbəb (ümumi mənafe kimi) olduqda din əhkamlarını nəsx (əvəz) edə bilsin?
Ad: Camal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim
Rəsuli-əkrəmin (s) vəfatından sonra İslam şəriət
əhkamlarının nəsx edilməsi (dəyişdirilməsi) mümkün deyil. Amma mövzunun əvəz
edilməsi, zərurət və iztirar hallarının qarşıya çıxması, hökmün nüfuzunun
vaxtını müəyyən edən bir maneənin irəli gəlməsi isə nəsx deyildir. Təkvini
vilayət-buna etiqad bəsləyənlərin rəyinə əsasən- yalnız Məsumlara (ə) aiddir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (32) :
Vəliyyi-fəqihin mütləq hakimiyyətinə etiqadı olmayan şəxs həqiqi müsəlman sayılırmı?
Ad: Elman, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Elman, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Etiqad və ictihad nöqteyi-nəzərindən həzrəti Hüccət ibnil
həsən (ərvahüna fidah) qaib olduğu dövrdə vəliyyi-fəqihin mütləq hakimiyyətinə
(vilayətinə) etiqad bəsləməmək dindən çıxmağa, mürtəd olmağa səbəb olmaz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (33) :
İnformasiya vasitələrinin İslam hökuməti sayəsində vəliyyi-fəqihin, yaxud dini hövzələrin nəzarəti altında, yaxud da başqa cəhətlərdə olması vacibdirmi?
Ad: Kerbelayi Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Kerbelayi Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
İnformasiya vasitələrinin müsəlmanların vəliyyi-əmrinin
hökmü, nəzarəti altında olması vacibdir və bu vasitələr ilahi və fiqhi təlimlərin
nəşr olunub yayılması işində müsəlmanlara, İslama xidmət etməyə borcludur,
həmçinin islami cəmiyyətlərin ümumi müşküllərini həll etmək üçün istifadə
olunur. Xalqın fikrinin inkişaf etdirilməsi və müsəlmanların arasında vəhdət və
qardaşlıq ruhiyyəsinin canlandırılması və s. kimi işlərə xidmət edir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (34) :
Vəliyyi-fəqih İslamın və müsəlmanların mənafeyi, məsləhəti tələb edən hallarda şəriət hökmlərinin xilafına hökm verə bilərmi, (və beləliklə də) şəriət hökmləri dəyişdirilə, yaxud icra olunmaya bilərmi?
Ad: Sabir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Sabir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əlbəttə, yerlər müxtəlifdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (35) :
Vilayəti-fəqihin əslinə və ya hazırkı vəliyyi-fəqihə etiqad bəsləmək əqlidir, yoxsa şəri?
Ad: Kerbelayi Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Kerbelayi Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Həqiqətən vilayəti-fəqih (yəni adil, dinə arif olan bir
fəqih şəxsin (alimin) hökuməti) şəri və təəbbüdi bir hökmdür. Bunu əql də təsdiq edir. Burada
onun nümunəsini təyin edən bir əqli yol da var ki, İslam Respublikasının Əsas
Qanununda bəyan olunmuşdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (36) :
Vəliyyi-fəqihin hökmü, yaxud fitvası hansı həddə tətbiq oluna bilər və (onun hökmünün) ələm mərcenin rəyi ilə müxalif olduğu halda üstünlük hansına verilir?
Ad: Sabir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Sabir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Vəliyyi-fəqihin hökmünə itaət etmək hamı üçün vacibdir.
Onun hökmü ilə müxalif olan Mərceyi-təqlidin hökmünün vəliyyi-əmrin hökmü ilə
qarşılaşa bilməsi mümkün deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (37) :
Mərcəi-təqlidlərdən birinin müqəllidi olan halda müsəlmanların vəliyyi-əmri zalım kafirlər əleyhinə müharibə, yaxud cihad elan etsə, mənim təqlid etdiyim mərcə də müharibəyə getmək icazəsi verməsə, bu halda onun rəyinə əməl edim, ya yox?
Ad: Camal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Camal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ümumi işlərdə, o cümlədən İslamı və müsəlmanları
təcavüzkarlar, tüğyançılar və kafirlərin əleyhinə olaraq müdafiə etmək kimi
işlərdə müsəlmanların vəliyyi-əmrinə itaət etmək vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (38) :
Bildiyiniz kimi, “Üsuli fiqh” elmində “Əl-ictihadül-mütəcəzzi” (fiqhin bir qismətində ictihada çatmaq) barədə bəhs olunur. Elə isə İmam Xomeyninin (r.ə) rəhbəriyyəti mərcəiyyətdən ayırması ictihadda təcəzzini sabit edirmi?
Ad: Kerbelayi Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Kerbelayi Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Rəhbəriyyətin mərcəiyyətdən ayrılmasının ictihadda
təcəzzi məsələsi ilə heç bir rabitəsi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (39) :
İctimai, siyasi, mədəni məsələlərdə müsəlmanların vəliyyi-əmrinin fitvası ilə başqa bir mərcenin fitvası bir-biri ilə düz gəlməzsə, hansı iş vacibdir və müsəlmanların şəri vəzifələri nədir? Belə olan halda, mərceyi-təqlidin çıxardığı hökmlərlə vəliyyi-fəqihin çıxardığı hökmlərin arasında fərq qoya biləcək bir hədd-hüdud varmı? Məsələn, musiqi məsələsində Mərceyi-təqlidin rəyi vəliyyi-fəqihin rəyi ilə müxalif olsa, hansının rəyinə tabe olmaq vacibdir və hansının rəyi kifayətdir? Ümumiyyətlə, vəliyyi-fəqihin hökmünün Mərceyi-təqlidin hökmündən üstün olduğu hökumət əhkamları hansılardır?
Ad: Kerbelayi Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Kerbelayi Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
İslam ölkəsinin idarə olunması və müsəlmanların ümumi
işləri ilə əlaqədar olan məsələlərdə müsəlmanların vəliyyi-əmrinin rəyinə
(hökmünə) itaət olunmalıdır. hər bir mükəlləf şəxs sırf şəkildə fərdi olan
məsələlərdə öz mərcəi-təqlidinə tabe ola bilər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (40) :
“Caiz olmamaq”-la “haram”-ın arasında nə kimi fərq var?
Ad: Sabir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Sabir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əməl məqamında heç bir fərqləri yoxdur.