Sual (21) :
Vəliyyi-fəqihin nümayəndələri tərəfindən çıxarılan qərarlara (onun nümayəndəlik çərçivəsində olsa) itaət etmək vacibdirmi?
Ad: Camal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Camal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər onun ilzami qərarları vəliyyi-fəqihin tərəfindən
olan səlahiyyəti çərçivəsində olarsa, bu halda o qərarlarla müxalifət etmək
caiz deyildir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (22) :
Hərbi hissələrin məsuliyyətli işçiləri üçün caizdirmi ki, qoşun bölmələrini bəzi özlərinə aid işlərə əmr etsinlər? Belə ki, əgər onların (məsulların) özləri bu işi görmək istəsələr, vaxtları hədərə gedəcək.
Ad: Vusal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Vusal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu məsullar üçün və yaxud hər hansı başqa bir şəxs üçün
qoşun bölmələrini özlərinin xüsusi işlərini görmək üçün işlətmələri caiz
deyildir. Əgər işlətmiş olsalar, onların zəhmət haqlarını verməlidirlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (23) :
Bəzi vaxtlar bəzi məsuliyyətli şəxslər tərəfindən “idarə vilayəti” (yəni yüksək məsuliyyətli şəxslərə etiraz etmədən itaət etmək) kimi məsələlər eşidirik. Bu barədə Sizin rəyiniz nədir? Və bizim (bu barədə) şəri vəzifəmiz nədir?
Ad: Sabir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Sabir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
İdarə qayda-qanunları əsasında çıxarılan (idari)
hökmlərlə (əmrlərlə) müxalifət etmək, onlardan boyun qaçırmaq caiz deyildir.
Lakin İslam məfhumları içərisində “idarə vilayəti” adlı bir şey mövcud
deyildir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (24) :
Vilayəti-fəqih məsələsi təqlid olunası bir məsələdir, yoxsa etiqadla əlaqədar olan məsələdir? Və (əgər etiqadi məsələdirsə, onda) ona iman gətirməyən şəxsin hökmü nədir?
Ad: Kerbelayi Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Kerbelayi Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Vilayəti-fəqih məzhəbin əsillərindən biri olan imamət və
vilayət məsələlərindəndir. Amma bu barədə olan hökmlər sair fiqhi hökmlər kimi
şəri dəlillərə əsasən çıxarılır. Hər kəsin bu barədə, bu məsələni qəbul
etməməyə dair dəlili olsa üzürlüdür.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (25) :
İmam Zaman (ə) qaib olan hazırkı əsrdə cameüş-şərait müctehid üçün hüdudların [5220] icra olunmasında vilayət (haqqı) varmı?
Ad: Elman, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Elman, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
İmamın (ə) qaib olduğu əsrdə də hüdudların icrası
vacibdir, bu işə rəhbərlik də yalnız müsəlmanların vəliyyi-əmrinin əli ilədir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (26) :
İran İslam Respublikasında yaşayan bir fəqih mütləq vilayəti fəqihə etiqad bəsləməsə, ona vacibdirmi ki, vəliyyi-fəqihin əmrlərinə itaət etsin? Və əgər o, vəliyyi-fəqihlə müxalifət etsə, fasiq [5219] sayılırmı? Və əgər bir fəqih vəliyyi-fəqihin mütləq vilayətinə etiqad bəsləyirsə, lakin özünü bu məqama daha layiq görürsə, bu halda əgər o, vilayət məqamında olan fəqihin əmrləri ilə müxalifət etsə fasiq sayılarmı?
Ad: Vusal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Vusal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Hər bir mükəlləf şəxsə - hətta fəqihə belə- vacibdir ki,
vəliyyi-fəqihin hökumətə aid olan əmrlərinə itaət etsin. Heç kəs özünün vilayət
məqamına ləyaqətli olduğunu iddia edərək, vilayət işlərində o işlərin öhdədarı
olan şəxslə müxalifət etməyə haqqı yoxdur. Bu deyilənlər o haldadır ki,
hal-hazırda vilayəti-fəqih kürsüsündə olan şəxs bu məqam üçün nəzərdə tutulan
qanuni yolla rəhbəriyyətə seçilmiş olsun. Amma bundan qeyri surətdə iş tamamilə
fərqlənir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (27) :
Fəqihlərin verdikləri fitvaya əsasən, ölü müctehidə təqlid etməkdə qalmaq diri müctehidin fitvasından asılıdır. Bu halda, vəfat etmiş vəliyyi-fəqihin verdiyi şəri-vilayi hökmlərin və əmrlərin də (nüfuzlu qalsın deyə) diri vəliyyi-fəqihin icazəsinə ehtiyacı varmı? Yoxsa, o əməllər elə-belə öz halına qalır?
Ad: Kerbelayi Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Kerbelayi Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Müsəlmanların vəliyyi-əmri nahiyəsindən çıxarılan vilayi
hökmlər, təyinatlar müəyyən, məhdud zamanla hüdudlanmazsa, öz nüfuzunda qalır.
Amma əgər təzə vəliyyi-əmr bu hökmləri pozmaqda bir məsləhət görsə, həmin
hökmləri poza bilər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (28) :
Rəsuli-əkrəmin (s) dövründə “vilayəti-mütləqə” kəlməsinin mənası bu idi ki: həqiqətən, Rəsuli-əkrəm(s) əgər bir şəxsə hər hansı bir işi əmr etsəydi, hətta ən çətin işlərdə də olsaydı belə, o işin yerinə yetirilməsi həmin şəxsə vacib olardı. Məsələn, əgər Peyğəmbər (s) bir şəxsə, o şəxsin özünü öldürməsini əmr etsəydi, bu işin icrası o şəxsə vacib olardı. Sual budur ki, mütləq vilayət (vilayəti-mütləqə) də elə bu mənanı daşıyırmı? (Nəzərə alaq ki, Peyğəmbər (s) məsum (günahsız) idi, lakin hazırkı əsrdə camaat arasında günahsız adam tapılmaz.)
Ad: Kerbelayi Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Kerbelayi Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Cameüş-şərait bir fəqih üçün mütləq vilayət dedikdə
məqsəd budur ki, səmavi dinlərin sonuncusu olan, qiyamət gününə kimi qalarlı
olan hənif İslam dini hökm dinidir, cəmiyyətin işlərini idarəetmə dinidir. Bu
halda İslam cəmiyyəti üçün (bu cəmiyyətin bütün təbəqələri ilə belə) hökmən
vəliyyi-əmr, hakimi-şər (şəriət hakimi) lazımdır. Həmçinin, ümməti və
müsəlmanları düşmənlərdən qorumaq üçün, onların dövlətini qorumaq, onların
arasında ədaləti bərqərar etmək, güclünün zəiflərə təcəvüz etməsinin qarşısını
almaq üçün, onların mədəni təkamülü, siyasi, ictimai inkişafları, rifahları
üçün lazım olan vəsaitləri təmin etmək üçün bir nəfər rəhbər lazımdır. Bu işlər
də əməli olaraq nüfuzetmə məqamında bəzi şəxslərin istəkləri, tamahları,
mənafeləri, azadlıqları ilə düz gəlmir. Müsəlmanların hakiminə İslam fiqhi
əsasında rəhbəriyyətin mühüm işlərini icra edən vaxt vacibdir ki, ehtiyac
duyulan vaxt lazım olan icariyyə əməllərini tətbiq etsin. Bu halda onun istəyi,
səlahiyyəti (İslamın və müsəlmanların ümumi mənafeyi məsələsi qarşıya çıxanda)
ümumxalq istəklərinə hakim olmalıdır. Bu da mütləq vilayətin kiçik işlərindəndir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (29) :
Vəliyyi-fəqihin əmrlərinin icrası bütün müsəlmanlara vacibdir, yoxsa təkcə onun müqəllidlərinə aiddir? Həmçinin (vəliyyi-fəqihin) mütləq hakimiyyətinə etiqad bəsləməyən müctehidin müqəllidinə vəliyyi-fəqihə itaət etməsi vacibdirmi?
Ad: Kerbelayi Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Kerbelayi Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Şiə fiqhinə əsasən, bütün müsəlmanların onların
vəliyyi-əmri tərəfindən verilən, ona məxsus olan (vilayi) əmrlərə itaət
etmələri, onun verdiyi əmrlər, nəhylər qarşısında təslim olmaq - hətta sair
fəqihlərə də vacibdir. O ki, qala (o fəqihlərin) müqəllidlərinə!... Vilayəti-fəqihə
tabe olmağı İslama, məsum imamların vilayətinə tabe olmaqdan ayrıla biləcəyinə
etiqadımız yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (30) :
Adil vəliyyi-fəqihə həsbiyyə [5218] işlərdən qeyrisində etiqad bəsləməyən şəxslərə qarşı vəzifəmiz nədir? Halbuki, onların bəziləri belə bir şayiə yayırlar ki, vilayəti-fəqihin yalnız həsbiyyə işlərdə ixtiyarı vardır.
Ad: Kerbelayi Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Kerbelayi Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Vilayəti-fəqih cəmiyyətdə ictimai məsələlərin idarə
edilməsində hər bir əsrdə, zamanda haqq olan 12 imam məzhəbinin
rüknlərindəndir. Vilayəti-fəqihin imamətin əslində əsaslı rolu var və hər kəs
buna (vilayəti-fəqihə) etiqad bəsləməmək barədə sübut gətirsə üzrlüdür, amma
ixtilaf, təfriqə salması mümkün deyildir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.