Sual (81) : İslam hökuməti sayəsində yaşayan müsəlman bir şəxsin bütün məxarici və məsrəfləri təmin olunsa və həmçinin qeyri-müsəlman bir şəxsin qulluğunda olsa və o şəxslə yaxın əlaqəsi olsa, bu halda onunla möhkəm ailəvi əlaqələr bərqərar etmək, bəzi vaxtlar onun yeməyindən yemək caizdirmi?
Ad: Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Müsəlmanların qeyd olunan müsəlmanla əlaqə yaratmasında heç bir işkal yoxdur. Lakin qeyd olunan müsəlman şəxsdə xidmət etdiyi qeyri-müsəlman şəxs tərəfindən öz əqidəsindən inhirafa yuvarlanması və sair qorxulu olsa, bu halda bu əməldən uzaq olması vacibdir. Fərz olunan halda başqalarına da vacibdir ki, o müsəlmanı pis işlərdən çəkindirsinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (82) : Arvadımın qardaşı müxtəlif səbəblərə görə fəsada çəkilmiş, tamamilə dindən çıxmışdır. Hətta iş o yerə çatıb ki, bəzi dini müqəddəslərə təhqirlə yanaşır, bunu ört-basdır etmək istəyir. Hal-hazırda, İslamdan çıxıb mürtəd olmasından bir neçə il keçəndən sonra, göndərdiyi bir məktubda bildirmişdir ki, o, İslama iman gətirib, lakin qəti olaraq namaz qılıb oruc tutmur. Bu halda atasının, anasının və başqa ailə üzvlərinin ona qarşı məhəbbəti necə olacaq? Kafirin hökmü ona aiddirmi və onu nəcis hesab etmək vacibdirmi?
Ad: Alim, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Onun keçmişdə dindən çıxmasının sübut edildiyi halda, əgər bundan sonra tövbə etsə, pak hökmündə olar; onun valideyninin, sair ailə üzvlərinin onunla əlaqə saxlamalarının heç bir eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (83) : Dinin bəzi zəruri işlərini, oruc və s. kimi, inkar edən şəxsə kafirin hökmü aid edilirmi?
Ad: Alim, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər onun dinin zəruri işlərindən birini inkar etməsi risalətin inkarına, yaxud İslam Peyğəmbərinin (s) təkzib olunmasına, yaxud da şəriətə nöqsan gətirilməsinə səbəb olarsa, bu küfr və dindən çıxmaq olur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (84) : Mürtəd və hərbi kafirlər üçün nəzərdə tutulan cəza tədbirləri siyasi işlər sırasındadırmı, rəhbəriyyət məsuliyyətindəndirmi, yoxsa bu cəzalar qiyamət gününə kimi sabit olaraq qalır?
Ad: Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu cəza tədbirləri ilahi-şəri hökmdür.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (85) : Bir neçə il bundan qabaq vəsvəsə bəlasına düçar olmuşam, bu da mənə doğrudan da əziyyət verir. Günbəgün bu vəsvaslıq haləti şiddətlənir, hətta, hər bir şeydə şəkk edirəm, bütün həyatım şəkk üzrədir. Şəkklərimin də əksəriyyəti yemək və rütubətli şeylərdədir. Buna görə də adi şəkildə, başqa adamlar kimi təsərrüf edə bilmirəm. Bir yerə girəndə corablarımı çıxarıram, çünki elə bilirəm ki, corabım tərləmişdir və sonra nəcis şeylərə dəyərək nəcis olacaqdır. Mən hətta səccadənin üstündə də otura bilmirəm; amma elə ki oturdum, daxilimdən gələn təhriklə ayağa dururam ki, səccadədə olan balaca tüklər paltarıma yapışmasın. Əgər yapışsa, naçar qalıb su ilə yuyuram. Keçmişdə isə belə deyildim. Hazırda öz əməllərimdən xəcalət çəkirəm. Həmişə yuxuda bir adamı görmək, Suallarımı ona demək istəyirəm. Yaxud istəyirəm ki, bir möcüzə olsun, həyatımı dəyişsin və mən əvvəlki halıma qayıdam. Bu barədə mənə yol göstərin.
Ad: Fariq, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Təharət və nəcasət hökmləri təfsilatı ilə əməliyyə risalələrində yazılmışdır. Şəriət nöqteyi-nəzərindəndə şəriət sahibinin nəcis olmasına hökm etdiyi və insanın (nəcis olmasını) yəqin etdiyi şeylərdən başqa hər şey pakdır. Belə hallarda vəsvaslıqdan xilas olmaq yuxunun, yaxud möcüzənin baş verməsinə bağlı deyil. Əksinə, mükəlləf şəxsə vacibdir ki, öz şəxsi zövqünü bir tərəfə qoysun, müqəddəs şəriət təlimlərinə qeydsiz-şərtsiz təslim olaraq qəbul etsin, onlara iman gətirsin, nəcis olduğunu yəqin etmədiyi şeyləri nəcis hesab etməsin. Sənə qapının, divarın, səccadənin, istifadə etdiyin sair əşyaların nəcis olması barədə haradan yəqin hasil olmuşdur? Haradan bilirsən ki, üstündə yeridiyin, yaxud oturduğun səccadənin tükləri nəcisdir və sonradan sənin corabına, paltarına və bədəninə keçəcək? Hər halda sənə caiz deyil ki, bu halətlə belə vəsvaslığa etina edəsən. Nəcasət vəsvaslığına etina etməməyin, həmçinin bu etinasızlığı artırmağın inşallah sənin vəsvaslıqdan xilas olmağına kömək edəcək.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (86) : Mən bir neçə övlad anasıyam. Onlar yuxarı siniflərdə oxuyurlar. Kömək istədiyim çətinlik təharət məsələsidir. Çünki mən dindar bir ailədə böyümüşəm, buna görə də bütün İslam təlimlərinə riayət etmək istəyirəm. Amma kiçik yaşlı uşaqlara da sahib olduğum üçün daimi onların bövl-ğait işlərilə məşğul oluram. Onların bövlünü paklayanda, bövl və ğaiti aparmaq üçün suyun şırıltı ilə (gur) axması nəticəsində su ayaqlarıma, üzümə, hətta başıma sıçrayır. Hər dəfə bu işi görəndə nəcis sıçramış bu üzvləri paklamaq kimi müşküllə qarşılaşıram. Bu da mənim məişətimdə çoxlu əlavə çətinliklərə səbəb olur; bir tərəfdən bu işlərə (paklığa) riayət etməyə bilmirəm, çünki bu iş əqidəm, dinimlə əlaqədardır. Bu barədə hətta həkimlərə də müraciət etmişəm, lakin heç bir nəticə hasil olmayıb. Başqa işlərdə də -məsələn nəcis şeyin tozu, yaxud uşağın nəcisə bulaşmış əlləri kimi işlərdə də əziyyətə düşürəm- ya paklamaq lazımdır, ya da onu (uşağı) başqa əşyalardan uzaqlaşdırmaq lazımdır. Halbuki, nəcis olan şeyi paklamaq mənim üçün çətindir. Lakin özü-özlüyündə bu paltarların və qabların yuyulması yalnız çirkli olduqda çox asandır. Buna görə də ümidvaram ki, mənə yol göstərməklə məişət işlərimi mənə asanlaşdırasınız.
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Təharət və nəcasət babında müqəddəs şəriət nöqteyi-nəzərindən əsl (olan şey) təharətdir (pak olmasıdır). Yəni hər hansı bir yerdə nəcasətin olub-olmamasında azacıq da olsa şəkk hasil olsa, vacib olan budur ki, nəcasətin olmamasına hökm edəsən.
2- Nəcasət işlərində şiddətli nəfsani həssasiyyətləri olan şəxslər (bunlara İslamın fiqh terminində “vəsvas adamlar” deyirlər) hətta bəzi hallarda şeylərin nəcis olmasını yəqin etsələr də, onun nəcis olmamasını hökm etmələri vacibdir (nəcis olmağın hasil olmasını öz gözləri ilə görən hallar istisna olmaqla). Belə ki, əgər başqa bir şəxs onu görsə, nəcasətin keçməsinə yəqinlik tapar. Yalnız belə olan hallarda nəcis olmasını hökm etmək vacibdir. Bu hökm o şəxslər üçün bu həssaslıq tamamilə aradan qalxana kimi davam etməlidir.
3- Hər bir şey, yaxud bir üzv nəcis olsa, onu paklamaq üçün nəcasətin eyni yox olduqdan sonra krant suyunda yalnız bir dəfə yumaq kifayətdir; təkrarən yumaq, yaxud suyun altında qoymaq vacib deyildir. Əgər bu nəcis olmuş şey parça və bu kimi şeylərdən olsa, camaat arasında olan qayda üzrə sıxmaq (ondan su çıxana kimi) lazımdır.
4- Sən nəcasət məsələləri barədə şiddətli həssaslığa düçar olduğun üçün bilməlisən ki, nəcis (şeydən qalxan) tozlar sənə qarşı heç bir halda nəcis deyildir. Uşaqların pak, yaxud nəcis əlləri barədə muğayat olmağın lazım deyildir. Həmçinin qanın da bədəndən gedib-getməməsində dəqiqlik lazım deyildir. Bu hökm sənin barəndə bu həssasiyyət aradan qalxana kimi qalmalıdır.
5- İslam dinində asan və gözəl qanunlar vardır, bu qanun və hökmlər bəşər fitrəti ilə uyğundur. Onları uzatmaq və ləngitməklə özünü çətinliyə salma, öz cisminə, ruhuna zərər, əziyyət yetirmə. Bu hallarda baş verən iztirab və narahatçılıqlar ailə həyatına acılıq gətirir. Allah-Təala isə sənin və səninlə rabitədə olan adamların əzaba düşməyinə razı deyildir. Asan dinin nemətlərinə şükr et; bu nemətlərə şükr etmək Onun təlimlərinə müvafiq olaraq əməl etməkdən ibarətdir.
6- Bu halət tezkeçən və əlac olunası bir halətdir, çoxları da bu bəlaya düçar olandan sonra qeyd etdiyimiz qaydalara adət edərək rahatlanırlar.
Siz də Allaha təvəkkül edib, özünüzü iradə və səylə rahatlayın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (87) : Mən atrapin-sulfat dixlofosu hazırlamaq istəyirəm. Bu da spirt düzəltmək üçün onun dərman tərkibində (formulunda) əsas mərhələdir. Yəni, əgər biz bu tərkibə spirt əlavə etməsək, dixlofosu hazırlamaq mümkün olmayacaq. Əməliyyat nahiyələrində də qeyd olunan dixlofos dezinfeksiya maddəsidir, bununla əsəb sistemini iflic edən qazlar işlədiləndə İslam qüvvələrini mühafizə etmək mümkündür. Sizin mübarək rəyinizə əsasən, şəri nöqteyi-nəzərdən qeyd etdiyimiz tərzdə dava-dərman hazırlanmasında spirtdən istifadə etmək caizdirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər spirt əsl maye və məstedici olsa, nəcis və haramdır; lakin dərman kimi işlədilməsinin heç bir eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (88) : Bir firqə var ki, özlərini Əliallahı adlandırırlar və deyirlər ki, Əli Allah deyil, lakin heç Ondan da geri qalmır. Bunların hökmü nədir?
Ad: Vasif, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər onlar Vahid, Mənnan və Mütəal Allah üçün şərik qoşmasalar, onların hökmü müşrik hökmü deyil. (Müşriklər nəcisdir).
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (89) : 12 imamçı şiələr tərəfindən imam Hüseyn (ə), yaxud Ali-əba (s) üçün nəzir olunan şeyləri Əliallahı firqəsindən olan şəxslərin yığışdığı mərkəzlərə, yaxud müəyyən yollarla o mərkəzlərin dirçəldilməsinə səbəb olan mərkəzlərə təqdim etmək olarmı?
Ad: Salam, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Təkallahlıların ağası Əmirəl-mömininin (ə) Allah olmasına etiqad bəsləmək batil bir əqidədir. Onun Allah olmasına etiqad bəsləmək İslamdan çıxmağa səbəb olar. Bu batil əqidəni yaymaq üçün göstərilən kömək haramdır. Bundan əlavə, nəzir olunan şeyləri onun nəzir olunduğu yerdən başqasına istifadə etmək caiz deyildir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (90) : Bizim məntəqənin ətraf nahiyələrində, həmçinin başqa nahiyələrdə “İsmailiyyə” adlı bir firqə vardır. Onlar məsum imamlardan (ə) altısının imamətinə etiqad bəsləyirlər. Lakin heç bir dini vacibatlara imanları yoxdur, həmçinin vilayəti-fəqihə də inanmırlar. Buna görə də rica edirəm ki, buyurun görək, bu firqənin ardıcılları nəcisdir, ya pak?
Ad: Vasif, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Sırf şəkildə yerdə qalan 6 imama, yaxud hər hansı bir şəriət hökmünə etiqad bəsləməmək nə qədər ki, bu şəriətin əslinin inkarına gətirib çıxarmır, həmçinin Xatəmün-nəbinin (s) nübüvvətinin inkar olunmasına gətirib çıxarmır, küfrə və nəcasətə səbəb olmur. Amma əgər onlardan hər hansı bir imama qarşı söyüş, yaxud əhanət baş versə, nəcis sayılırlar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP