Sual (71) :
Bəzi vaxtlar suya bir maddə qatırlar ki, onu süd rəngli edir. Bu su müzaf [5226] sudurmu? Bu su ilə olan dəstəmazın, təharətin hökmü nədir?
Ad: Kamil, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Kamil, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
(Siz dediyiniz su) müzaf su hökmündə deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (72) :
Xuzistanda yaşayanların bir qismi özlərini “sabiə” adlandırırlar, deyirlər ki, “biz Yəhya peyğəmbərin (ə) tabeçiləriyik və onun kitabı bizim əlimizdədir”. Lakin din alimləri üçün sübut olunmuşdur ki, onlar adları Qurani-Kərimdə qeyd olunan sabiunlardır. Rica edirik buyurun görək onlar kitab əhlidirlərmi?
Ad: Fariq, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Fariq, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Qeyd olunan tayfa kitab əhli hökmündədir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (73) :
Yəhudilər və sair kafir firqələr üçün işləyib muzd almağın hökmü nədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Nə qədər ki, bu iş haram işlərdən, həmçinin müsəlmanların, İslamın ümumi mənafeyinin ziddinə deyil, öz-özlüyündə bu işin heç bir eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (74) :
Əsgərlik xidmətini yerinə yetirdiyimiz məntəqədə özlərinin “Əl-həqq” məzhəbində olduqlarını deyən bəzi köçərilər vardır. Onların əllərində mövcud olan südü, yağı, pendiri istifadə etmək olarmı?
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər İslam üsullarına etiqad bəsləsələr, təharət-nəcasət məsələlərində sair müsəlmanlar kimidirlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (75) :
Dərs dediyimiz kəndin əhalisi namaz qılmırlar, çünki onlar “Əl-həqq” firqəsindəndirlər. Biz də çarəsizlik üzündən onların çörəklərindən, yeyinti məhsullarından yeyirik. Gecə-gündüz o kənddə qaldığımız üçün oradakı namazlarımızın işkalı varmı?
Ad: Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər tövhidi, nübüvvəti, həmçinin dinin zərurətindən olan bir şeyi inkar etməzlərsə və həmçinin İslam Peyğəmbərinin (s) risalətini naqis hesab etmirlərsə, onların küfr, nəcis olmaları hökm olunmaz. Bundan qeyri hallarda onlarla görüşəndə, onların yeyinti məhsullarını yeyəndə təharət-nəcasət məsələlərini nəzərə almaq lazımdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (76) :
Qohumlarımızdan biri kommunist olmuşdur. Uşaqlıq vaxtında isə bizə çoxlu mal-dövlət, avadanlıq vermişdir. O mal-dövlət və avadanlıqlar hal-hazırda mövcud olsa, hökmü nədir?
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
O qohumun küfrü, mürtəd olması sübut edilsə və küfrü də həddi-büluğ çağında, İslamı qəbul etməzdən əvvəl seçmişdirsə, onda onun mal-dövlətinin hökmü sair kafirlərin hökmü kimidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (77) :
Rica edirik, aşağıdakı Suallara cavab verəsiniz:
1. Müsəlman şagirdlərlə azğın bəhai firqəsinin şagirdləri (istər oğlan olsun, istərsə də qız; istər mükəlləf olsun, istərsə də qeyri-mükəlləf; istər məktəbin daxilində olsun, istərsə də xaricində) arasında (ibtidai, orta və müqəddimati illərdə) bir yerdə oturmaq, gediş-gəliş, (əllə) görüşmək kimi işlərin hökmü nədir?
2. Müəllimlər, tərbiyəçilər öz bəhai olmalarını aşkar edən, yaxud bəhai olmaları barədə yəqinlik hasil olan şagirdlərlə necə rəftar etməlidirlər?
3. Şəriət nöqteyi-nəzərindən bütün şagirdlərin istifadə etdikləri avadanlıqların -su və tualet krantları, su lülələri, sabunlar və s. kimi- hökmü nədir? Halbuki, onların bədən və əllərinin rütubətli olmasına yəqinliyimiz var.
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Azğın bəhai firqəsindən olan şəxslərin hamısı nəcisdir. Onlar bir şeyə toxunduqda təharət məsələlərinə riayət etmək (təharətlə şərtlənən işlərdə) vacibdir. Lakin müəllimlərin, müdirlərin, tərbiyəçilərin bəhai şagirdlərlə rəftarları hökmən İslam əxlaqına, qoyulan qanunlara müvafiq olmalıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (78) :
Bəzi vaxtlar zəlalətdə olan bəhai firqəsinin ardıcılları bizə yeyinti məhsulları və başqa şeylər gətirirlər. Bu kimi şeylərdən bəhrələnmək bizim üçün caizdirmi?
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Onların hədiyyələrini geri qaytarmaq, onları qəbul etməkdən imtina etmək vacib deyil. Əgər onların bədənlərinin o hədiyyələrə toxunmasında (rütubətli olan halda) şəkk edirsinizsə, (o şeylərin) pak olduğunu qəbul etməlisiniz. Lakin sizin vəzifəniz budur ki, onları İslama təmayüllü edib yol göstərəsiniz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (79) :
Müsəlmanların və kafirlərin istifadə etdikləri qatar və maşın oturacaqlarının hökmü -bəzi məntəqələrdə kafirlərin müsəlmanlardan çox olmasını bilərək- nədir? Bu oturacaqlar pak sayıla bilərmi, halbuki, havanın istiliyi bədənlərin tərləməsinə və bu rütubətin oturacaqlara keçməsinə səbəb olur!
Ad: Seyid, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Seyid, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu oturacaqların nəcisliyinə dair elm olmadıqda pak hökmündədir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (80) :
Xarici ölkələrdə təhsil almaq kafirlərlə əlaqə saxlamağı tələb edir. Belə olan hallarda o kafirlərin əlləri ilə hazırlanan yeyinti məhsullarının (təzkiyə olunmamış ət və s. kimi haram qarışıqların olmaması şərtilə), bu məhsulların kafirin əlinə rütubətli olan halda toxunması ehtimalı ilə hökmü nədir?
Ad: davud, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: davud, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Kafirin rütubətli əllərinin o məhsullara toxunmasını sırf olaraq ehtimal vermək ondan çəkinməyin vacibliyinə səbəb olmaz; nə qədər ki, əllərin toxunmasına dair yəqin hasil olmayıbdır, pak hökmündədir. Kafir də kitab əhlindən olsa, nəcis olması zati deyildir və onun rütubətli əllərinin toxunması nəcisliyə səbəb olmaz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.