Sual (61) : Bir nəfər yemək satır, bədənində keçici rütubət olan halda o yeməyə əl vurur, lakin dini məlum deyil. Onun hansı dində olmasını soruşmaq vacibdirmi, yoxsa pak olması əsas götürülür? Həmçinin məlumdur ki, İslam dövlətindən deyil, bu ölkəyə işləmək üçün gəlmişdir.
Ad: Kamil, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Onun dini barədə soruşmaq vacib deyil: onun barəsində bədəni rütubətli olan halda toxunduğu şeylərin paklığının əsas olması hökmü icra olunur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (62) : Bir nəfər insanın öz evində, yaxud qohumlarının evində olan və yaxud hər hansı bir şəxsin evinə gedib-gələn şəxs təharət-nəcasət məsələlərinə riayət etmir, nəticədə həmin şəxs evin, yaxud orada olan ev əşyalarının nəcis olmasına və həm də böyük miqyasda (belə ki, yuyulması, paklanması mümkün deyil) səbəb olur. Bu məsələ barəsində ev sahiblərinin vəzifəsi nədir? Fərz olunan halda insan necə pak qala bilər, xüsusilə də düz olması təharətlə şərtlənən namaz kimi əməllər üçün (necə pak qala bilər)? Bu barədə hökm nədir?
Ad: Xaleddin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu halda evin hər yerini paklamaq lazım deyildir; namaz qılanın paltarının, alnındakı səcdə yerinin paklığı namazın düz olması üçün kifayətdir. Ev və ondakı ev əşyalarının nəcis olması namazda, yeyib-içməkdə paklığa riayət etmək üçün əlavə bir vəzifənin irəli gəlməsinə səbəb olmur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (63) : Üzümün və xurmanın suyu odda qaynasa və üçdə iki hissəsi azalsa, həmçinin məstedici də olmasa bunun hökmü nədir?
Ad: Telman, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Nəcis deyildir, lakin içilməsi haramdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (64) : Bəziləri deyirlər ki, əgər bir miqdar kal üzümün suyunu çıxarmaq üçün qaynadılanda onun içində də bir, yaxud bir neçə (yetişmiş) üzüm giləsi olsa, qaynadılandan sonra haram olur. Bu söz düzdürmü?
Ad: Eldayaq, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər (yetişmiş) üzüm gilələrinin suyu həqiqətdə az olsa və (yetişməmiş) üzüm suyunda daha “üzüm suyu” deyilməyəcək bir tərzdə qarışsa, (aradan getsə) bu halda halaldır. Amma əgər (yetişmiş) üzümün öz gilələri od üstündə qaynadılsa, haramdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (65) : Hal-hazırda spirtlərdən (əslində, məstedicidir) bəzi ədviyyələrin (xüsusilə içməli dərmanların), ətirlərin (xüsusilə xaricdən gətirilən spirt növlərinin) hazırlanmasında istifadə olunur. Bunu bilən, yaxud bilməyən şəxs üçün o maddələrlə al-ver etmək, onları hazırlamaq, istifadə etmək və s. kimi mənfəətlər götürməsinə icazə verirsinizmi?
Ad: Sabir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əsli maye olan məstedicilər sinifindən olması məlum olmayan spirtlər pak hökmündədir; onun qarışdırıldığı mayelərdən istifadə etməyin, onlarla al-ver etməyin heç bir eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (66) : Ağ spirtlərdən əllərdə dezinfeksiya məqsədləri üçün, həmçinin tibbi vəsaitlərdən (qızdırmaölçən kimi) tibbi işlər sahəsində (təbibin və cərrahın vasitəsi ilə) işlətmək məqsədilə istifadə etmək caizdirmi? Ağ spirt tibbdə işlədilən, içilmə qabiliyyəti olan bir spirtdir. Onun kimyəvi tərkibi S2 NO-ONdır. Üstünə bu spirtdən bir damcı (yaxud daha çox) düşən paltarda namaz qılmaq caizdirmi?
Ad: Sefer, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əsli maye olmayan (hərçənd məstedici olsa da) spirt pak hökmündədir. Ondan tibb və s. işlərində istifadə etməyin heç bir maneəsi yoxdur. Bu cür spirt dəyən paltarda qılınan namaz düzdür, o paltarı paklamağa da ehtiyac yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (67) : Bir növ maddə var ki, (adına “kəfir” deyirlər) yeyinti, dərman maddələri hazırlanmasında istifadə olunur. Xəmir yoğrulma əsnasında əmələ gələn qarışıq maddədə 5-8% o spirt əmələ gəlir. Az miqdarda olan bu spirt xəmirdə həll oluqda heç bir növ məstliyə səbəb olmur. Bu halda şəri nahiyədən bunları istifadə etməyin işkalı varmı?
Ad: Salam, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər qarışıq maddədə mövcud olan spirt öz-özlüyündə məstedici olsa, nəcis və haramdır; hərçənd o spirt miqdarının azlığına və qarışıq maddəsi ilə qarışdığına görə məstedici olmasa da belə. Amma, əgər onun öz-özlüyündə məstedici olub-olmamasında, yaxud əsl etibarı ilə maye olmasında şəkk olsa, bu halda hökmlər fərqlənir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (68) : 1-Etil spirti nəcisdirmi? (Zahirən bu spirt məstedicilər sırasındadır və məstliyə səbəb olur) 2- Spirtin nəcis olmasında əsas götürülən şey nədir? 3- Hər hansı bir içkinin məstedici olmasını isbat etmək üçün hansı yollar var? 4- Texniki spirt dedikdə məqsəd nədir?
Ad: Yadulla, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
1- Əsl etibarı ilə maye olan bütün məstedici şeylər nəcisdir.
2-Əsas budur ki, məstedici və əsl etibarı ilə maye olsun.
3- Əgər mükəlləfin özündə yəqinlik olmasa, etimadlı və (bu barədə) mütəxəssis olan şəxslərin deməsi kifayətdir.
4- Texniki spirt rənglərdə, boyalarda, rəssamlıqda işlənən rənglərdə, cərrahiyyə avadanlıqlarını və vurulan iynələri və s. dezinfeksiya etməkdə istifadə olunan spirtdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (69) : Satışda mövcud olan spirtsiz içkiləri, həmçinin ölkə daxilində hazırlanan spirtsiz içkiləri (limonad, koka-kola və s.) içməyin hökmü nədir? Halbuki, deyilənlərə görə, o içkilərin xammalı xaricdən gətirilir və ehtimalı var ki, onların içində spirt olsun.
Ad: Terlan, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bunlar pak və halal hökmündədirlər, amma mükəlləfin özündə o içkilərin əsl maye olan məstedici spirtlə qarışdırılması barədə yəqinlik olsa, bu halda nəcis və haramdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (70) : Ümumiyyətlə yeyinti məhsullarını alanda təhqiqat aparmaq zəruridirmi ki, görəsən onu satanın, yaxud hazırlayanın əli bu məhsullara toxunmuş, yaxud onun hazırlanmasında spirt işlədilmişdir?
Ad: Dilaver, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bunları soruşmaq, yaxud təhqiqat aparmaq lazım deyildir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP