Sual (51) : Hər bir paltardan, yaxud parçadan çox nazik olan tüklər (tükcüklər) tökülür. Biz paltarları paklayanda teştdəki suya baxıb orada bu nazik tükləri görürük. Bu halda əgər teşt krantın suyuna birləşən halda su ilə dolu olsa, paltarı teştin içinə atanda su da onun kənarlarını isladır. Suda olan bu tüklərin hesabına bu sudan ehtiyat edirəm, hər yeri paklamağa başlayıram, yaxud uşaqların nəcis paltarlarını çıxaranda o paltarı çıxardığım yeri, hətta quru olsa da belə paklamağa başlayıram. Çünki fikirləşirəm ki, bu tüklər o teştə tökülmüşdür. Bu cür ehtiyat lazımdırmı?
Ad: Kamil, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Teştə qoyularaq üstünə krant suyu tökülən və su ilə əhatə olunan paltarı paklama zamanı paltar, teştin içində olan su, paltardan ayrılan və suda dolanan tüklər hamısı pakdır. Bu zaman nəcis paltardan düşən tüklər, yaxud toz-torpaq paklanır. Amma əgər o tüklərin nəcis yerdən ayrılmasına dair yəqinlik hasil olsa, pak olmaz. (Tüklərin) ayrılmasında, yaxud nəcis bir yerdən ayrılmasında sırf şəkildə şəkk etməklə ehtiyat etmək lazım deyildir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (52) : Bir şeydən başqa bir şeyə keçməyə səbəb olan rütubət hansıdır?
Ad: Hesenaga, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Rütubətin keçici olmasında əsas şərt budur ki, o, (rütubət) nəm olan bir şeydən başqasına, hiss olunan dərəcədə nəql olunsun (bu iki şey bir-birinə toxunduqda).
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (53) : Paltarları yuyub qurudan yerlərə verilən paltarların paklıq cəhətindən hökmləri nədir? Həmçinin, qeyd etməyi lazım bilirəm ki, məzhəbi cəhətdən azlıq təşkil edənlər (yəhudi, nəsrani və s. kimi) də öz paltarlarını yuyub qurutmaq üçün oraya verirlər. Həmçinin bilirik ki, bu paltar yuyanlar kimyəvi maddələrdən istifadə edirlər.
Ad: Gulaga, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Paltar yuyub qurulayan yerə verilən paltarlar əvvəllər nəcis olmamışsa, pak hökmündədir; və kitab əhlindən olan, məzhəbi azlıqda olan şəxslərin paltarlarına toxunmaqla o paltarlar nəcis olmaz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (54) : Avtomatik işləyən ev paltaryuyan maşınlarında tam şəkildə yuyulan paltarlar paklanırmı? Bu maşınların işləmə tərzi belədir: Birinci dəfə o maşın paltarları su, sabun və s. ilə qarışdırıb fırladır və sonra ona su tökürlər ki, paltarda olan sabun və s. köpükləri getsin. Daha sonra isə maşın paltarı qəlil su ilə 3 dəfə yuyur. Buradan da paltarın yuyulduğu su maşından çıxır. Buyurun, görək, bu yol ilə yuyulan paltarlar pak olur, ya yox?
Ad: Sabit, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Nəcasətin eyni zail olduqdan sonra əgər kranta birləşik olan su maşının içində paltarlara və maşının tamamilə içərisinə çatıb sonra ayrılaraq çölə çıxırsa, bu halda o paltarlar pakdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (55) : Əgər su yerə, hovuza, yaxud da paltar yuyulan hamama tökülsə və sonra da bu suyun nəmişliyi paltara dəysə, bu halda paltar nəcis olarmı?
Ad: Fidan, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər su pak olan məkana, yaxud pak olan torpağa tökülsə, ondan qalxan nəmişlik də pakdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (56) : Bələdiyyə idarəsinin tabeçiliyində olan maşınlardan küçələrə axan su, həmçinin bəzi vaxtlar şiddətli külək əsəndə camaatın üstünə sıçrayan sular pakdır, yoxsa nəcis?
Ad: Iltifat, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bunlar pak hökmündədir. Amma əgər bir şəxs üçün həmin suyun nəcislə bulaşması nəticəsində nəcisliyinə dair yəqinlik hasil olsa, nəcis olmasına hökm olunar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (57) : Küçələrdəki çuxurlarda yığışan sular pakdır, yoxsa nəcis?
Ad: Orxan, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu sular pak hökmündədir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (58) : Təharət və nəcasətə dair olan məsələlərə (yemək, içmək və s.) çox da riayət etməyən şəxslərlə ailəvi cəhətdən görüş keçirməyin hökmü nədir?
Ad: Rahil, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Təharət və nəcasət mövzularında nə qədər ki, (bir şeyin) nəcis olmasına yəqinlik hasil olmayıb, paklığa hökm olunmuşdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (59) : Rica edirəm ki, aşağıdakı məsələlərdə (qusmanın pak və ya nəcis olması nahiyəsindən) şəri hökmü bəyan edəciniz: 1- Südəmər uşaqlarınkı; 2- Həm süd əmən, həm də çörək yeyən uşaqlarınkı; 3- Həddi-büluğa çatan insanınkı.
Ad: Elxan, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Hər üç halda (qusmaq) pakdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (60) : “Məhsurə şübhəyə”-yə toxunan şeyin hökmü nədir?
Ad: Qafur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər (o şey) məhsurə şübhədəki şeylərin bəzisinə toxunsa, bu halda o şey nəcis olmaz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP