Sual (41) :
Qarğanın fəzləsi (zılı) nəcisdirmi?
Ad: Salam, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim
Pakdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (42) :
Əməli risalələrdə qeyd olunub ki, əti yeyilməyən quşların, heyvanların ğaiti və fəzləsi nəcisdir. Əti yeyilən heyvanların da - inək, qoyun, toyuq kimi - ğaiti və fəzləsi nəcisdirmi?
Ad: vasif, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: vasif, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əti yeyilən (halal olan) heyvanların ğaiti və fəzləsi pakdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (43) :
Tualetin oturacağının ətrafında, yaxud onun içində ğait kimi bir nəcis olsa, o yerdə də kür, yaxud qəlil su ilə yuyulandan sonra nəcasətin eyni qalsa, bu halda eyni-nəcasət olmayan, yaxud ora yuyulanda su dəyən yer nəcisdir, ya pak?
Ad: Sefer, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Sefer, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Nəcasətə birləşən nəcis su, bir yerə dəyməsə, (o yer) pak hökmündədir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (44) :
Əgər qonaq, olduğu evin bir əşyasını nəcis etsə, ev sahibinə xəbər verməsi vacibdirmi?
Ad: Salam, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Salam, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Yeyilib-içilənlərdən qeyrisində, həmçinin yemək qablarında demək lazım deyildir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (45) :
Nəcis olmuş şeyə toxunan şey nəcisdir, ya yox? Əgər nəcis olursa, onda bu (qanun) silsiləvari olaraq bütün vəsaitlərdə olur, yoxsa yalnız yaxındakılara aiddir?
Ad: Xaleddin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Xaleddin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Vasitələr az olduqda üçünə qədər nəcis hökmündədir; dördüncü vasitədə və ondan sonrakılarda pak hökmündədir, baxmayaraq ehtiyat müstəhəb ondan çəkinməkdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (46) :
Təzkiyə olunmamış heyvan dərisindən hazırlanan ayaqqabılardan istifadə etdikdə dəstəmazdan əvvəl ayaqları yumaq vacibdirmi? Bəziləri deyirlər ki, ayaq ayaqqabının içində tərləsə ayaqları yumaq vacibdir. Halbuki, görürük ki, ayaq hər növ ayaqqabının içində az, yaxud çox tərləyir. Bu məsələdə Sizin rəyiniz nədir?
Ad: Sefer, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Sefer, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər qeyd olunan ayaqqabının içində ayağın tərləməsi məlum olsa, namaz üçün ayaqları paklamaq vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (47) :
Özünü batıran uşağın əli (rütubətli), ağzının suyu, yeməyinin artığının hökmü nədir? Həmçinin rütubətli əllərini ayaqlarının üstünə qoyan uşaqların hökmü nədir?
Ad: Salam, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Salam, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Nə qədər ki nəcis olmasına yəqinlik hasil olmayıb, pak sayılır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (48) :
Mənim dişlərinmin dibinin əti qanaxma xəstəliyinə tutulub. Həkimin məsləhəti ilə mənə vacibdir ki, həmişə dişlərimin dibinə yağ sürtəm. Bu da orada çoxlu yerlərin qaralmasına səbəb olur, elə bil içində qan yığışmışdır. Onun üstünə salfetka qoyanda isə rəngi qızarır. Buna görə də ağzımı kür su ilə yuyuram. Amma bərkimiş qan uzun müddət qalır, yumaqla getmir. Kür su kəsiləndən sonra ağzımın içində qalan və bu (qaralmış) yerlərə dəyən, sonra isə dişin dibində olan qana dəyərək çıxan su nəcisdirmi? Yoxsa ağzımın suyunun bir hissəsi sayılır və pakdır?
Ad: Sabit, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Sabit, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Pak hökmündədir. Hərçənd ki, ehtiyat müstəhəb ondan çəkinməkdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (49) :
Soruşmaq istəyirəm ki, yediyim yemək tikələri dişimin dibindəki qonmuş qanla qarışır. Bu tikələr nəcis olur, ya yox? Nəcis olsa, ağızın içi bu tikələri udandan sonra da nəcis olaraq qalırmı?
Ad: Telman, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Telman, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Fərz olunan halda ağızdakı tikələr nəcis deyildir və onu udmağın eybi yoxdur, ağız boşluğu da pakdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (50) :
Bir neçə müddətdir ki, belə şayiə yayılmışdır ki, gözəlləşdirmə maddələri (kosmetika) nəcisdir. Həmçinin deyirlər ki, guya uşaq doğulanda cifti götürüb soyuducuda saxlayırlar, (bəzən deyirlər ki, hətta ölmüş uşaqları da belə edirlər) bundan kosmetika maddələri -pamada kimi- hazırlayırlar. Biz də bəzi vaxtlar bu maddələrdən istifadə edirik. (Hətta dodağa çəkilən qırmızı (pamada) dodağı islatma zamanı udulur.) Bu nəcisdirmi?
Ad: Sabit, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Sabit, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Yayılan şayiələr şəri nöqteyi-nəzərdən kosmetika maddələrinin nəcis olmasına dair dəlil ola bilməz; və nə qədər ki, onun nəcis olması mötəbər şəri yolla aşkar edilməyib, ondan istifadə etməyin heç bir eybi yoxdur.