Sual (31) : Mən 22 yaşlı bir gəncəm. Bir müddətdir ki, tüklərim tökülməyə başlayıb. Bu da məni qəm-qüssəyə salmışdır. Qərara almışam ki, tükəkmə müəssisəsində başıma tük əkdirəm. Sualım budur: Əgər tük əkilməsi başımın bəzi yerlərinin dərisinə su çatmamasına səbəb olsa, bu halda qüslun hökmü nədir?
Ad: Telman, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər əkilən tüklərin aradan götürülməsi mümkün olmazsa, yaxud aradan götürüldükdə sənə zərər, yaxud əziyyət versə və bununla belə, suyun dəriyə çatdırılması mümkün olmasa, bu halda qüsl səhih hökmündədir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (32) : Qan pakdırmı?
Ad: vasif, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Atıcı qanı olan canlıların (istər insan olsun, istərsə də qeyri-insan) qanı nəcisdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (33) : İmam Hüseynə (ə) əzadarlıq edəndə başın divara möhkəm vurulması nəticəsində insanın başından axan, oradan da mərasimdə iştirak edənlərin üzlərinə, başlarına sıçrayan qan pakdırmı?
Ad: Sefer, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
İnsanın qanı bütün hallarda nəcisdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (34) : Paltarda olan qanı yuduqdan sonra bir az əsər-əlaməti qalır. Qanın bu açıq rəngli izi nəcisdirmi?
Ad: Kamil, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Qanın özü yox, yalnız onun rəngi qalsa və yumaqla da aradan getməsə, pakdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (35) : Yumurtada olan kiçik qan hissəciyinin hökmü nədir?
Ad: Sabit, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Pak hökmündədir. Lakin yeyilməsi haramdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (36) : Haram yolla cünub olan şəxsin, həmçinin nəcis yeyən heyvanın tərinin hökmü nədir?
Ad: Telman, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Nəcasət yeyən dəvənin təri nəcisdir. Amma yerdə qalan heyvanlardan nəcasət yeyənlərin, həmçinin haram yolla cünub olan şəxslərin təri pakdır. Lakin vacib ehtiyat budur ki, haram yolla cünub olan şəxsdən çıxan tərlə namaz qılmaq tərk olunsun.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (37) : Meyyiti xalis su ilə yumazdan əvvəl və sidr-kafurla yuyandan sonra onun bədənindən damlayan su pakdır, ya yox?
Ad: vasif, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Nə qədər ki, meyyitin bədəninə verilən üçüncü qüsl qurtarmayıb, nəcis hökmündədir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (38) : Bəzi vaxtlar əlin dərisindən, dodaqlardan, ayaqlardan ayrılan hissələr pakdır, yoxsa nəcis?
Ad: Salam, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əlin, dodağın və ayaqların, yaxud bədənin sair yerlərinin dərisindən öz-özlüyündə qopan hissələr pak hökmündədir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (39) : Bir nəfəri döyüş cəbhələrində donuzu öldürüb yeməyə məcbur etmişlər. Onun bədəninin rütubəti, ağzının suyu nəcis hökmündədirmi?
Ad: Kamil, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Nəcis və haram ət yeyən şəxsin bədəninin təri, ağzının suyu nəcis deyildir. İstibra olunması da lazım deyil. Lakin (rütubətli halda) donuz ətinə dəyən hər bir şey nəcisdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (40) : Xəttatlıqda, rəssamlıqda istifadə olunan (toyuq qanadından olan) qələmlər və onlardan olan xoşagələn gözəl əşyalar qeyri-islam ölkələrindən gətirilir. Onlar da əksər hallarda donuz tükündən hazırlanır, həm də hamının istifadə etdiyi şeylər sırasındadır. Xüsusilə də elannamələrdə, mədəni mərkəzlərdə istifadə olunur. Bu cür qələmlərdən istifadə etməyin hökmü nədir? İkincisi, onlarla Quran ayələri, hədis yazmağın hökmü nədir?
Ad: Telman, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Donuzun tükü nəcisdir və şəri cəhətdən təharətin olması şərt olan işlərdə ondan istifadə etmək caiz deyildir. Lakin təharətlə şərtlənməyən işlərdə onlardan istifadə etməyin eybi yoxdur. Amma əgər qələmin donuz tükündən hazırlanıb-hazırlanmaması məlum olmasa, bu halda ondan hətta təharətlə şərtlənən işlərdə də belə istifadə etməyin heç bir eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP