Sual (221) : Nəcis olmuş parçanın axar, yaxud kür suda yuduqdan sonra pak olsun deyə onu sudan çıxarıb sıxmaq vacibdirmi, yoxsa elə suyun içində sıxmaqla da pak olur?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanir-rəhim
Parça və onun kimi şeylərin kür, yaxud axar suda pak edən zaman sıxılması şərt deyildir. Bu işdə (paklamada) parçanın daxilindəki suyun çıxmasına səbəb ola biləcək hər bir əməl, iş kifayətdir, hətta onu şiddətlə hərəkət etdirsə də belə.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.


Sual (222) : Əgər üzü aşağıya təzyiqsiz gələn qəlil [5221] suyun aşağı hissəsi nəcasətlə qarışsa, onda onun yuxarı hissəsi pak qalır, ya yox?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanir-rəhim
Əgər qəlil suyun axmasında “su yuxarıdan aşağıya axır” deyilməsi düzgün olarsa, onda onun (aşağısı nəcislə qarışsa) yuxarı hissəsi pakdır.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual (223) : Həzrət İmamın (quddisə sirruhuş-şərif) risaləsində oxudum ki, əgər insandan məni gəlsə, istər ixtiyarla olsun, istərsə ixtiyarsız; istər şəhvətlə olsun, istərsə şəhvətsiz, cünub (cənabətli) olur. Hal-hazırda mən əsgərəm. Xidmət etdiyimiz hərbi hissədəki tualetlər çox qaranlıqdır. Bir müddət olar ki, bövl vaxtı və ya bövldən sonra məndən ixtiyarsız məni çıxır. (Bu barədə əminəm). Həzrət İmamın (rizvanullah taala ələyh) fitvasına görə mən cünub (cənabətli) oluram. Problem burasındadır ki, gecələr bövlü dəqiq görmək olmur. Əgər məndən məni gəlməsinə şəkk etsəm, qüsl almalıyam ya yox? Əlavə etməliyəm ki, burada hamamların qızdırıcı cihazı yoxdur. (Çünki yalnız gecələr hamama gedə bilərik.) İndi də qışdır. Gecə su soyuq olur. Bir neçə dəfə hamama getdim, böyrəklərimə soyuq dəydi. Hamama getmək də bir qədər zəhmətlidir. Xahiş edirəm yazasınız ki, mən nə etməliyəm? Sözü gedən hallarda cünub (cənabətli) sayılırammı?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim
Mənini tanımaq üçün əlamətlər var. Onları öyrənmək üçün "Tozihul-məsail"- imizin 361-ci məsələsinə müraciət edin. Yeri gəlmişkən, insandan rütubət çıxarsa və bunun məni və ya başqa rütubət olduğunu bilməsə (yəni məzi, vəzi və vədinin hər üçü pakdır, qüslü yoxdur və dəstəmazı da batil etmir,) bu halda əgər sıçrayış və şəhvətlə olsa (yəni ləzzət almaq və xoşallanmaq) o rütubət məni hökmündədir. Amma bövldən sonra gələn yapışqan rütubət məni deyil. Hər yerdə şəkkiniz olsa qüsl almaq vacib deyil. Hər vaxt məni gəlməsinə yəqin əldə etdinizsə, isti su olmadığına görə və ya digər səbəblərdən qüsl ala bilməsəniz, qüsl yerinə təyəmmüm alın. Bədəninizi paklayın. Pak paltarlarla namazınızı qılın. Bunun müddəti çox olsa belə, sizin üçün işkalı yoxdur.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (224) : Qadınların məni xaric olmaqla cünub (cənabətli) olmasında kişilər üçün deyilən şərtlər lazımdırmı?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim
Qadında sıçrayışla xaric olması lazım deyil. Hətta əgər rütubət cinsi şəhvətin ən yüksək həddinə çatan zaman gəlsə məni hökmündədir.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (225) : Müəyyən səbəblərə görə bövl edəndən sonra özünü su ilə yuya bilməyən xəstə, özünü parça ilə təmizləsə namaz qıla bilərmi?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim
Sual fərzində zərurət halı olduğuna görə eybi yoxdur.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (226) : Çirkab, kanalizasiya və bu kimi sular sexlərdə və zavodlarda təmizlənəndən və saflaşdırılandan sonra pakdırmı?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim
İşkalı var. Lakin cari və kürr suyuna kifayət qədər qarışsa, eybi yoxdur.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (227) : Fars körfəzi, Oman dənizi və bir çox başqa dənizlərin suyunda duzun faizi çox olduğunu – hər kub metrdə 3,200 kq. duz olduğunu nəzərə alsaq bu sular muzaf su hökmündədirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim
Bu kimi sular muzaf su deyil. Bu sularda yuyunmaq və ya nə isə yumaq paklığa səbəb olur.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (228) : Xuzistan vilayətinin kəndlərindən birində qəlil suyu olan üç quyu bir-birinin yanındadır. Bu quyuların birindən it su içib (yalayıb) və digərinə nəcis bir şey tökülüb. Amma üçüncüsü pakdır. Lakin biz onlardan hansının pak olduğunu bilmirik. Bu halda şübhə, məhsurə (məhdud, sayı məlum olan) sayılır? Onların hamısından çəkinmək lazımdır?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim
Əgər bunlar su çıxan (qaynayan) adi quyulardırsa, sadəcə nəcisə toxunmaqla nəcis olmurlar. Yalnız o halda nəcis olur ki, onların rəngi, iyi və dadı dəyişmiş olsun.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP