Sual (71) : assalamu aleykum! meni toya devet edirler men haram meclis olduqu ucun getmirem, toy sahibi deyir ki sizin ucun restoranin ust mertebesinde ayri bir yer hazirlanacaq, men yenede getmek istemirem ve o menden inciyir. onun qelbini qirmaqla men gunah etmis olurammi?
Ad: salman azeri, Ölkə: rusiya, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Haram məclisdən sayılmayan hissələrdə iştirak etməyin eybi yoxdur.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (72) : assalamu aleykum! siye saqqalini saxlayib biqini qirxa bilermi? biqi ulgucle qirxmaq nezerde tutulur!
Ad: salman azeri, Ölkə: rusiya, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Bığı qırxmaq haram deyil və onu qısaltmaq tövsiyə olunmuşdur.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (73) : Dini hökmləri öyrənmək vacibdirmi?
Ad: Ali, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Hökmləri bilmək dini biliklərin bir hissəsi olduğundan mükəlləf dini maarif və hökmləri öyrənməlidir ki, öz təkliflərini agahlıqla yerinə yetirə bilsin. Qurani-kərim bu barədə buyurur: "Nə üçün hər tayfadan bir dəstə (dini maarifi öyrənmək üçün) köç etmir ki, qayıtdığı zaman onları (Allahın əzabı ilə) qorxutsun. Bəlkə, onlar (əldə etdikləri biliklər sayəsində yaramaz işlərdən, nalayiq hərəkətlərdən) çəkinsinlər!" ("Tövbə" surəsi, ayə 122)
Bu ayə İslam dininin məsələlərinin öyrənib-öyrədilməsinin vacib olmasını bildirən aşkar dəlildir. Ayə həm müsəlman şəxs üçün dini elmi öyrənməsini, həm də onu başqalarına öyrətməsini zəruri bilir.
İmam Sadiq (ə) dini məsələlərə agahlığın lüzumunu çatdıraraq buyurur: "Dinə bəsirətsiz və agahlığı olmadan əməl edən adam yolunu düz getmir və öz məqsədindən uzaqlaşır". (Bihar əl-ənvar, c. 1, səh. 206)
İmam Kazim (ə) buyurur: "Hər kəs öz dininə agahlıqla əməl etməsə, Allah onun əməlindən razı olmur".
İslam Peyğəmbəri (s) də təkidlə buyurur: "Vay olsun hər o müsəlmana ki, həftədə bir gününü öz dinini öyrənmək və dini məsələlərini soruşmaq üçün ayırmır". (Bihar əl-ənvar, c. 1, səh. 176)

http://sual.nur-az.com/az/

Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq
Sual (74) : Salam aleykum. Saytinizda vilayeti feqih haqqinda cavabi oxudum men de coxdan cavab tapa bilmediyim bele bir suali size vermek qerarina geldim. bezileri Sistani aqanin vilayeti qebul elemediyini deyiller. Zehmet olmasa Sistani aqanin vilayet baredeki nezerini bize yazardiz. Allah sizden razi olsun
Ad: Heyder Kerrar, Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Qeyd edək ki, fəqihin vilayətini qəbul etməyən müctəhid yoxdur və bu ola da bilməz. Lakin onun bəzi xırda məsələlərində müctəhidlərin nəzərləri fərqlidir. Biz sizə Ayətullah əl-üzma Sistaninin rəsmi saytında getmiş sual-cavabını təqdim edirik:

Sual 1
: Vilayəti fəqih barədə sizin nəzəriniz nədir?

Cavab: Fiqh terminologiyasında həsbiyə işlərdən olan vilayət təqlid olunmaq üçün lazım olan bütün şərtləri özündə toplamış hər bir fəqih (müctəhid) üçün sübut olur. Amma İslam ölkələrinin idarə olunması ona bağlı olan ümumi işlərdə həm fəqih şəxsin özündə, həm də onun şəraitində vilayətin başqa işlərini də nəzərə almaq şərt sayılır. O cümlədən, fəqihin ümumi möminlər arasında məqbul olması. 

Sual 2: Mərcəi-təqlidin hökmü, vəliyyi-fəqihin hökmü ilə fərqli olarsa, müqəllid hansından itaət etməlidir?

Cavab: İslam ölkələrinin və camaatın ümumi işlərinin idarə olunması ona bağlı olan şəri vilayəti olan şəxsin hökmü, hamı üçün, hətta müctəhidlər üçün də keçərlidir. Yalnız onun xəta etdiyi və ya Quran və sünnə ilə müxalif olması qəti surətdə məlum olduqda, hökmünə əməl etmək olmaz.

Sual 3: Vilayəti fəqih təhqiqidir, yoxsa təqlidi?

Cavab: Təqlididir.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq

Sual (75) : Allahın salamı olsun sizlərə. mümkünsə vilayəti fəqih haqqında məlumat yazasız.Yəni vilayəti fəqih kimi qəbul edib etməmək.əgər müqəllidin müctehidi qəbul edir müqəllid etmir və ya müqəllid qəbul edir müctehidi qəbul etmir bunun hökmu nədir?
Ad: ilham, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər siz Ayətullah əl-üzma Məkarim Şirazinin vilayəti-fəqih barədə fətvasını bilmək istəyirsinizsə, onu sizə təqdim edirik.

Ayətullah əl-üzma Məkarim Şirazi vəliyyi-fəqih məsələsi barədə buyurur:

Bizim nəzərimiz budur ki, İslam ölkəsinin idarəsi üçün bütün insanların xaliqi olan Allah tərəfindən icazə verilməlidir (baxmayaraq ki, xalqın bunu qəbul etməsi, bu hədəfi daha da irəli aparmaq üçün bir vasitədir). Həmçinin, əqidəmiz budur ki, qeybət dövründə vəliyyi-fəqih İmam Əsrin (əc) nümayəndəsidir.

Ayətullah əl-üzma Məkrarim "təqlid mərcəsi vəliyyi-fəqihin hökumət məsələlərindəki hökmünə tabe olmalıdırmı?" sualının cavabında buyurur:

Bəli, vacibdir.

Vəliyyi-fəqih barədəki bu sualın: "Əgər vəliyyi-fəqih tərəfindən siyasi, ya ictimai işlərdə ümumi şiələr üçün bir hökm verilsə, digər təqlid mərcələrinin müqəllidləri üçün də təklif gətirirmi? (Yəni onlar üçün bu hökmə əməl etmək vacibdirmi) Digər mövzular necə?"-cavabında isə buyurur:

Hökumət məsələlərində vəliyyi-fəqihin hökmü keçərlidir.

Əgər vəliyyi-fəqih barədə ümumi bir məlumat istəsəniz, yenə də bizə müraciət edə bilərsiniz.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq
Sual (76) : Kafirlərin əlindən alınan yeməklərin hökmü nədir?
Ad: Huseynci, Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Ayətullah əl-üzma Məkarimin fətvasına görə: əgər bu yeyinti məhsullarının sexlər, dəzgahlar və ya əlcək vasitəsilə hazırlandığına ehtimal versək, heç bir eybi yoxdur. Amma əgər bu məhsulların rütubətli halda onların əl və bədəni ilə təmasda olduğuna yəqin əldə etsək, ehtiyata görə zəruri olmayan hallarda bu məhsullardan çəkinmək lazımdır. Lakin zəruri hallarda, məsələn, qeyri-müsəlman ölkələrə səfər zamanı bunlardan çəkinmək çətin olan hallarda çəkinməyə bilərsiniz.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq

Sual (77) : Salam olsun möminlərin üzərinə. Bir sualla müraciət etmək istəyirəm. Sahibi də məlum olmayan və haram yoldan əldə edilmiş pulun xumsu tez bir şəkildə ödənməlidirmi? Çox sağ olun.
Ad: Nureddin, Ölkə: , Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim
Haram yol ilə əldə edilən pul əldə edənin şəxsi malikiyyətində deyil. Öz əsas maliki və ya maliklərinə qaytarılmalıdır. Əgər bu mümkün deyilsə, məchulul-malik, yəni sahibi məlum olmayan hökmündədir.
Bir sıra təqlid mərcələrinin bu barədə fətvalarını sizə çatdırırıq:

Ayətullah əl-üzma Sistani:
O pulun hamısını seyid olmayan dindar fəqirlərə sədəqə versin, xümsu yoxdur.

Ayətullah əl-üzma Safi Gülpayqani:
Məchulul-malik hökmündədir və xumsu yoxdur. Gərək sahibinin tərəfindən seyid olmayan fəqirlərə sədəqə versinlər.

Ayətullah əl-üzma Nuri Həmədani:
Sual fərzində qeyd edilən məbləğ gərək rəddi-məzalim ünvanı ilə ödənilsin (yəni müctəhidin icazəsi ilə sahibi tərəfindən fəqirə sədəqə verilsin).

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq

Sual (78) : Salamun Aleykum..Allah sizlerden razi olsun suallarimizi cavablandirirsiz..bilmek isterdim ki indi bezi momin qardawlar aileli olduqlari halda her gun her gun yigiwirlar bir yere sohbet edirler dini ve ya dunyavi ve gece saat 3-4 de eve gelirler sizce bu halda onlar ailelerinin haqqina girmirler?bawa duwuruk sohbet etmek olar amma her gun her gun bir yere toplawmaq sohbet etmek bu duzgundurmu? bu insanlara nece tutarli cavab vermek olar?
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim
Belə hallarda onlara demək lazımdır ki, əgər dinin bizə əmrlərindən söhbət gedirsə, dinin rəhbərlərinin sözlərinə və əməllərinə tabe olmaq lazımdır. Dinin rəhbərləri bizə belə göstəriş verirlər:
1.Danışıqda;
a) İslam Peyğəmbəri (s) buyurur: “Sizlərdən ən xeyirliniz, ailəsinə qarşı ən xeyirli olanıdır.”(Məkarimul-Əxlaq, səh.216)
b) Həzrət Rəsulullah (s) yenə buyurur: “Məlundur, məlundur o kəs ki, öz aliəsinə və uşağına diqqətsizlik edir!” (Mən la yəhzurul fəqih, səh.55)
İmam Sadiq (ə) buyurur: “Mürüvvətli insan ailəsi olan şəhərdə, əgər başqa yerdə gecələsə sanki özünü həlakətə atıb.” (Mən la yəhzurul fəqih, səh.55)
2.Əməli rəftar:
Bizim pak məsumlarımızın (ə)
rəftar və adəti budur ki, döyüş, səfər, ibadət, Məscidul-Haramda qalmaq və sair kimi zəruri məqamları çıxmaq şərti ilə həmişə, öz ailələrinin yanında olmuşlar. Gecələri öz ailələrinin yanında keçirmişlər. Hətta, dini və məzhəbi məclislərini gündüzlər təşkil etmişlər ki, ailənin haqqı pozulmasın. Allah-Taala Quranda buyurur: “Öz həyat yoldaşlarınızla yaxşı rəftar edin!” (Nisa surəsi 19).
http://sual.nur-az.com/az/

Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq

Sual (79) : salam aleykum. bankdan kredit goturmek haramdir?Əlbəttəki hər ay götürülən məbləğlə yanaşı faizi də ödənilir banka.belə olan halda haramdır?
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim 
Əgər müzaribə, kreditlə mal satqısı və s. kimi şəri müamilələrin biri çərçivəsində olsa, eybi yoxdur və bunun şərtlərinə əməl etmək lazımdır. Əgər şəri müamilələr çərçivəsində olmasa, bank da dövlət və ya dövlətlə müştərək banklardan olsa, həmin məbləği məchulul-malik (sahibi məlum olmayan) mal ünvanı ilə götürün, sonra Ayətullah əl-üzma Sistaninin izni ilə həmin pulu özünüzə düzgün borc hesab edin. Həmin pulu kredit götürdükdə qeyd olunan qaydalara uyğun olaraq istfadə edin. 
Əlbəttə, bank tərəfindən verilən pulun əslinin və əlavə gəlirinin sizdən alınacağını bilməyiniz, borca bir zərər yetirmir. (Bu o surətdədir ki, siz həmin məbləği məchulul-malik və Ayətullah əl-üzma Sistaninin izni ilə almış olasınız).
Qeyd: Ayətullah əl-üzma Sistani bu izni bütün möminlərə vermişdir.
Bu hökm islami banklara aiddir. Qeyri-islami banklardan əlavə gəlir ödəmək məqsədi ilə borc almaq haramdır. Bu işdən qurtarmaq üçün malı borc adı ilə deyil, qənimət adı ilə bankdan alıb, şəriət hakiminə müraciət etməyə heç bir ehtiyac olmadan təsərrüf etmək olar. Hərçənd onların həm malın əslini, həm də qazancını ondan tələb edəcəklərini bilsə belə.

http://sual.nur-az.com/az/
 
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq.
Sual (80) : salam aleykum. Allah sizdən razi olsun. bir sualım var zəhmət olmasa cavablandırardız təşəhhüddə və əşhədu ənnə Muhəmmədən rəsulullah dedikdən sonra əşhədu ənnə Əliyyən vəliyullah demək olar?
Ad: Nadir, Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Namazın təşəhhüdündən olmayan bir şeyi təşəhhüdün bir hissəsi kimi demək, namazı batil edir. Baxmayaraq ki, o öz-özlüyündə haqq və düzgün olsun. Namazı, o cümlədən onun təşəhhüdünü şiə təqlid mərcələrinin öz risalələrində buyurduqları kimi yerinə yetirin və ona bir şey artırmayın, hətta haqq və düzgün olsa da.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq
Go to TOP