Sual (51) : Salam. 1) Bir nәfәr qanunsuz (levi) su işlәdib, yәni hökümәtdәn iki ay su oğurlayıb. Sәhvini başa düşәndәn sonra su idarәsinin müavinini yanına gedib işlәtdiyi pulunn miqdarını ödәsin. Lakin müavin deyib ki, biz o pulu sәnә halal etdik. İndi bununvәzifәsi nәdir? qardash ne etsin. 2) Bir nәfәr kirayәdә qaldığına görә onun iş yerindәn kirayә pulunu vermәk ücün işlәdiyi idarә ona pul verir. İndi isә hәlәlik o, atasigildә qalir. O, hәmin pulu indi dә ala bilәrmi? 3) Bir nәfәrin adı iş yerindә gedir, amma özü işә getmir vә pulu da alıb evlәrinin mebellәrinin pulunu odәyiblәr. O mebelleәrden istifadә etmәyin hökmu nәdir?
Ad: Abdulla, Ölkə: Azәrbaycan, Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanır-rəhim
1. Əgər səlahiyyəti olan məsul işçi icazə veribsə, başqa vəzifəniz yoxdur.
2. Əgər qanuni baxımdan ona şamil olmursa, həmin kirayə pulunu ala bilməz.
3. Başqaları ondan istifadə edə bilərlər.
http://sual.nur-az.com/az/5/Aktual/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (52) : Salam. Mənim valideyinim zahirən Allahın varlığını qəbul etdiyini deyir. Ancaq hansısa bir sıxıntıya düşəndə Allaha üsyan edir. Bəzəndə mənimlə dini mövzuda mübahisəsi düşəndə,xüsusəndə yoldaşımın hicab bağlaması mövzusunda bu zaman Allahı söyür. Valideyinim nə namaz qılır nə də dini bilgisi var. Cahildir. Sualım budur ki,mənim valideyinim kafir hökmündədir?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Onların əməllərinin haram olmasına baxmayaraq, əgər tövhidi (təkallahlığı) nübüvvəti (peyğəmbərliyi) və İslam dininin heç bir zəruriyyətini inkar etmirlərsə, Peyğəmbərin (Allahın salamı ona və ailəsinə olsun) risalətinin (gətirdiyi dinin) nöqsanlı və əskik olmasına etiqadları olmazsa, nəcis və kafir hökmündə olmazlar.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (53) : Salam.Bəzən televiziyada, yaxud hər hansı bir şəbəkələrdə, yaxud da videolarda hicabsız və ya yarı hicabsız qadınların simalarını göstərirlər. Onu da qeyd edək ki, bu kimi verilişlər hicabı təbliğ etmək və hicabsızlığın mənfi təsirlərini camaata açıqlamaqdır. Sual budur ki, əgər belə qadınlar sonradan tövbə edərlərsə, onda göstərilən bu verilişləri hazırlayanlara günah deyilmi? Sizcə bizim İslamdan əvvəl və ya elə indi hər hansı bir qüsurumuzu belə göstərsələr, haqqımızı halal edərikmi? Allah razı olsun.
Ad: Xatirə, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Günah və saymamazlığın yayılmasına səbəb olan bu cür proqramları hazırlamaq icazəli deyildir. Buna əsasən, bu cür proqramlar hazırlayanlar harama mürtəkib olublar, hər halda bu qadının vəzifəsi tövbə və istiğfar etməkdir.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (54) : salam.1- sualim-hicab baglamagi cox isteyirem ama heleki baglanmaga hazir deyilem fikirlesiremki belkede qismetimde yoxdur 17yasim etrafimdakilar deyirki hele tezdir birde niyyet etmisemki sevdiyim insana nisanlanim sonra baglayacam bu sozu dile getirmek gunahdir niyyetimi urekden etmisem qebul edermi allah arzumu estafurulla sert kesmemisem allahla sadece olaraq ureyimden geldi ve cox istediyim ucun bele niyyet etdim sevdiyim insanda cox isteyir deyir bagla ne etmeliyem. 2-ci sualim- namaz qiliram sevdiyim insanla telefonda danismaq olar birdeki yaxinliq etmek olar?(meselen-opmek qucaqlamaq)gunahdir menumcun bu halda namazim qebul olurmu. 3cu sunnu namazi qiliram mohursuz qilmisam sonra qilmadim sunnulerin namazi coxdur seher 4 ruketdir gunorta 10 evvel sunnelerinde qilirdim sonra ferzlerini qildim yeniden baslayib sunnelerin qila bilerem gunah sayilibmi bu….bu suallarimi cavablandirin xahis edirem hamisinin cavabi menumcun vacibdi sagolun
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanır-rəhim
1. Həddi-buluğa çatan vaxtdan hicab örtmək vacibdir. Hicab saçları və bütün bədəni – üz və biləyə qədər əllər istisna olmaqla - örtməkdən əlavə elə olmalıdır ki, bədənin qabarıq hissələrini örtsün və zinət sayılmasın. Demək, çadranın yerinə istifadə olunan geyimlər onun kimi olsa, eybi yoxdur.
2. Nikah oxunmamış dostluq, sevgi münasibəti, toxunmaq və bu kimi işlər haramdır. Onlar naməhrəm sayılır. Qəyyumun (ata və yaxud ata babası) icazəsi ilə olan kəbindən sonra bütün bu münasibətlər icazəli olur.
3. Namazlarınızı Əhli-beyt (əleyhis-salam) məzhəbinə uyğun yerinə yetirin. İstədiyiniz vaxt nafilə namazlarını da qıla bilərsiniz. Nafilə namazlarını qılmaqda davamlı olmaq vacib deyil.

Müstəhəb namazların sayı çoxdur və onlara nafilə deyilir. Müstəhəb namazların içində gündəlik nafilə namazlarını qılmaq haqqında çoxlu tövsiyələr var. Nafilə namazları cümə günündən başqa günlərdə otuz dörd rəkətdir ki, səkkiz rəkəti zöhrün nafiləsi, səkkiz rəkəti əsrin nafiləsi, dörd rəkəti məğribin nafiləsi, iki rəkəti işanın nafiləsi, on bir rəkət gecə nafiləsi və iki rəkət sübhün nafiləsidir. Amma cümə günündə zöhrlə əsrin nafiləsinin on altı rəkətinə dörd rəkətdə artırılır. Daha yaxşısı budur ki, bu iyirmi rəkəti zəvaldan qabaq yerinə yetirsin. Amma onun iki rəkətini zəval vaxtı qılmaq yaxşıdır.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (55) : İslam dininin üçlü və dördlü muğamlarla əlaqədar baxışı vardırmı? Deyilir ki, bəzi avazlar və Quran nəğmələri həmin üslubdadır. Bu deyilən nə dərəcədə düzdür?
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
İslam dini bu məsələyə əsasən ümumi şəkildə yanaşır. Məsələn, musiqinin təsiri növünə görə hökm verir. Üslublar və Quran qiraətləri barəsində də belədir. Bildirdiniz ki, Quranın qiraətində üçlü, dördlü üslublar, mahur və sairədən istifadə olunur.
Hər bir musiqi dəsgahı bir neçə hissədən təşkil olunub. Misal üçün üçlü dəsgah bir neçə hissə və şənli və qəmli ahənglərə malikdir. Quranın qiraətində Quranın şəninə uyğun qiraətlər və hissələrdən istifadə olunur. Quran da yeganə səmavi kitabdır ki, ahəngi xüsusiyyətini qəbul edir və Quran qiraətinə xüsusi gözəllik bəxş edir. Hətta heç bir nəsr kitabını da belə ahənglə oxumaq mümkün deyildir.

http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (56) : Salam. Xəlifələrə lənət oxumaq olarmi?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Vəhid
Bismillahir-rəhmanır-rəhim
İcazəli deyil.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (57) : Biz bir binada yaşayırıq. Bu binada yaxınlardan birinin interneti WiFi vasitəsi ilə internetə qoşuluruq. Lakin qoşulduğumuz zaman başqa şəxslərin də bu internetdən istifadə etdiyini müşahidə edirik. Razılığı olmadığı halda (çünki həmin qoşulmanın hansı evə aid olduğunu bilmirik) digər şəbəkələrdən istifadənin hökmü nədir? Əvvəllər bəzi vaxt istifadə etmişik. Bu barədə nə etmək lazımdır?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Digərlərinin əmlakından onların icazəsi olmadan istifadə etmək günahdır və insan o şəxsə borcludur. WiFi interneti ilə əlaqədar qeyd etmək lazımdır ki, bu internetin qonşulardan birinə aid olduğuna görə, tapılmalıdır ki, bu internet kimə aiddir və onun məbləği sahibinə verilməli və ondan icazə alınması zəruridir.
Qeyd:Vacibdir ki, qonşunun internetindən istifadə etdiyi qədər dəyərində məbləği qonşuya ödəsin. Lakin bir sıra səbəblərə görə, özü bu işi yerinə yetirə bilməsə, bir şəxsə qonşuya həmin məbləği ödəməsini tapşıra bilər. Lazım deyil ki, öz adını desin və qonşunu tapa bilmədiyi təqdirdə, həmin məbləği öz təqdlid mərcəyinə təhvil verə bilər.

http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (58) : Salamu-aleykum. Sunnu imama iqtida etmek olar?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
İslam vəhdətinin qorunması üçün əhli-sünnə camaat namazında iştirak etmək icazəli və düzgündür. Həmin namazı təzədən qılmaq da lazım deyil.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (59) : Aytullah əl-üzma Şübeyr Zəncani namazın ardınca hansı təqibləri oxuyur?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Zəncani

Bismillahir-rəhmanır-rəhim

Sual: Sizin namazlarda oxuduğunuz təqiblər hansılardır?

Cavab: Mənim izlədiyim təqiblər bunlardır:

1. Ayətul-kürsü "və huvəl əliyyul-əzim"ə kimi.

2. Həzrət Fatimə Zəhra (ə) təsbihi.

3. Üç dəfə Tövhid surəsi.

4. Üç dəfə salavat.

5. Üç dəfə:

وَمَنْ يَتَّقِ اللَّهَ يَجْعَلْ لَهُ مَخْرَجًاوَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبُ ۚ وَمَنْ يَتَوَكَّلْ عَلَى اللَّهِ فَهُوَ حَسْبُهُ ۚ إِنَّ اللَّهَ بَالِغُ أَمْرِهِ ۚ قَدْ جَعَلَ اللَّهُ لِكُلِّ شَيْءٍ قَدْرًا

Və mən yəttəqillahə yəcəl ləhu məxrəcən və yərzuqhu min həysu la yəhtəsib. Və mən yətəvəkkəl ələllahi fəhuvə həsbuh. İnnəllahə baliğu əmrih. Qəd cələllahu likulli şəyin qədra.

6. Otuz dəfə təsbihati ərbəə. Çünki hər bir vacib namazdan sonra, əsasən də namazı qəsr olan müsafir üçün təsbihati ərbəə oxumaq müstəhəbdir.

7. Səcdədə bir nəfəsə 14 dəfə "یا واسع یا وهّاب" (Ya Vase, Ya Vəhhab) oxumaq. Əgər nəfəsi çatmasa 14 dəfə یا وهّاب (Ya Vəhhab) desin. Mən bunun rəvayətini görməmişəm. Amma elm, zikr və dua əhli olan adamların qəbul etdikləri Tehran alimlərindən olan Cənab Seyid ƏbulHəsən Mürtəza bu duanı maddi və onun kimi müşküllərin həll olması üçün sifariş etmişdi.

Cənab Hacıağa Rza Sədr deyir: Mənim çoxlu maddi müşküllərim var idi ki, həll olmurdu. Seyid ƏbulHəsən Mürtəza bu göstərişi (yuxarıdakı zikrin oxunmasını) mənə verdi.

Mən Hacıağa Rzadan eşitdim ki, o bu göstərişə əməl edib və işləri düzəlib. Hacıağa Rza onun icazəsini mənə də verdi.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (60) : Bismillah.sualim beledir men azerbaycanda yasayir tebiki muselman okesidir amma islam olkesi deyil tagut rejimidir.men olkemde olan banklarin her hansi birine depazit olarag p[ul goya bileremi nezere alagki goydugum pulun uzerine illik faiz gelir?olar ya olmaz olmazsa daha etrafli cvb xahiw edirem .vessalauum aleykum ve rehmetullah
Ad: Abdul, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Bank müsəlmanlara aid olarsa, şəri düzgün əqdlərın birinə uyğun olaraq sizə gəlir (faiz) versə eybi yoxdur, yox əgər kafirlərə aid olarsa hər bir halda faiz almağın eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Go to TOP