Sual (31) : Salam aleykum.ßir sual bizi cox narahat edir ve artiq cox yayilib.ßu haqda bezi müctehidlerin fetvasi var.Amma bizə Rehberin teqlid etdiyimizden onun qeti fetvasini gözleyirik.Xahis edirem bunu bir basa Eziz aqadan sorusasiz ve bizi melumatlandirasiz.Mesele budur ki, bize E-kodlarindan olan bir vereq paylanilib (sosial sebekelerde),elbette hamisi deyil amma 50-ye yaxindi ve bunlarin qeti sekilde donuz yaxud heyvan menseli olan vasitelerden bezi maddeler hazirlanib,qidalara vurulduqu söylenilir.ßu cür qidalar hem Xaricden gelir,hemde ele Kesveri Azerbaycanda mövcudur.ßezileri bunun ehemiyyetsiz olduqunu deyirler,bezileri ise bu kodlar olan qidalardan istifade etmirler.ßizse qalmisiq bele,ne edeceyimizi bilmirik.Hetta bu haqda bizim etibar etdiyimiz dini yerlerde kitablarda hazirlanib ve satisa cixarilib,ßize yeqininz varsa deye bir fetva yazmiyin xahis edirik deqiq bir sey yazin.Allah razi olsun Qeyd:Azerbaycanda donuz etinin (yeyilmesi ücün) asikar satilmasini bir nece il bundan evvel görmüsem
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər onların haramlığına və ya murdarlığına əminliyiniz yoxdursa istifadə etmək olar.
http://sual.nur-az.com/az/5/Aktual/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (32) : Salam aleykum...ISID-ciler kafir hokmundedirler?? Allah sizden razi olsun
Ad: nicat, Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Hər kəs Allaha, Peyğəmbərə (s), ya məsum imamlar (ə) və Fatimeyi-Zəhraya (s) təhqiramiz və nalayiq sözlər desə və ya düşmənçilik etsə, kafirdir.
http://sual.nur-az.com/az/5/Aktual/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (33) : Allahın salamı olsun sizin üzərinizə Həccə, Kərbəlaya və ya Məşhəd ziyarətinə getməyənlərə, hacı, kərbəlayi, məşədi demək olarmı?
Ad: samire, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ayətullah əl-üzma Xamenei:
Əgər yalan hesab olmayacaq dairəsində olsa, eybi yoxdur.
Ayətullah əl-üzma Sistani:
Öz-özlüyündə iradı yoxdur.
Ayətullah əl-üzma Safi:
Haram deyil.
Ayətullah əl-üzma Məkarim:
Hacı o kəsə deyilir ki, təməttö həccini yerinə yetirmiş olsun. Lakin onu ümrə yerinə yetirən şəxsə də deməyin, iradı yoxdur.

http://sual.nur-az.com/az/5/Aktual/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (34) : Salam. Adətən məscidlərdə ələm qoyurlar. İnsanlar da bu ələmə nəzir edir və yaylıq bağlayırlar. Məhərrəmlikdə isə onu ələ alıb aşura səhnəsini yad edirlər. Bu əməllər düzgündürmü?
Ad: Abdulla, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bunların heç birisi dini işlər sayılmır. Şəhidlər sərvərinin (ə) əzadarlıq məclisləri son dərəcə izdihamlı, adəti üzrə, ziyalı və mərifətli şəkildə keçirilməlidir.
http://sual.nur-az.com/az/5/Aktual/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (35) : salam aleykum. whatsapp vasitəsilə belə bir məlumat bizə gəlibki,""Azərbaycandan bir neçə qardaş Ayətullah Sistani ağayla görüş zamanı Sistani ağa belə buyrub ki,mənim salamımı Azərbaycan şiələrinə çatdırın."" Və biz də imkan daxilində bir birmizə çatdırırq.lakin Belə mesajı paylaşmağın düzgün olmadığnı və Hətta Xamenei ağanın da bu tipdə mesajı paylaşmağı haram buyurduğunu dedilər bizə.sualım belədirki Sistani ağanın salamını imkan daxilində birbirimizə çatdırmaqda bir qəbahət varmı?
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Qeyd olunan salamı çatdırmaq və paylaşmaq çox bəyənilən bir əməldir.
Qeyd edək ki, Müsəlmanların Vəliyyi-Fəqihi Həzrət Ayətullah əl-üzma Xamenei belə bir paylaşmanı qəbahət saymır, üstəlik bəyənilən bir əməl hesab edir.

http://sual.nur-az.com/az/5/Aktual/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (36) : Salam olsun Allahın mömin bəndələrinə. Sizə bir sualla müraciət etmək istəyirəm. Mənim 28 yaşım var, lakin hələ ailə qurmamışam. Ticarətlə məşğul oluram və özümün şəxsi əmlakım, o cümlədən maşınım, evim, pulum və s. vardır. Lakin bir problemlə üzləşmişəm və o da budur ki, ata və anam heç vaxt icazə almadan mənim əmlakımı təsərrüf edirlər. Deməmiş pulumu götürürlər kimə istədilər verirlər, ya malımı götürürlər, yaxdur evimdə başqasını saxlayırlar. Bu sualın cavabını bilmək istəyirəm ki, ata-ana övladdan icazə almadan onun malını təsərrüf edə bilərlərmi (ailə qurmazdan qabaq və sonra). Zəhmət olmasa mənə bütün müctəhidlərin nəzərini yazın. Allah razı olsun. Öncədən öz minnətdarlığımı bildirirəm.
Ad: samir, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ayətullah əl-üzma Xamenei:
Əgər övlad büluğ həddinə çatmış və rəşid olsa, ata-ananın belə bir haqqı yoxdur.
Ayətullah əl-üzma Sistani:
Belə bir haqları yoxdur.
Ayətullah əl-üzma Safi:
Belə bir haqları yoxdur. Allah alimdir.
Ayətullah əl-üzma Fazil:
Belə bir haqları yoxdur.
Ayətullah əl-üzma Məkarim:
İcazəli deyil, lakin yaxşı olar ki, övlad təsərrüf üçün onlara icazə versin.
Ayətullah əl-üzma Behcət:
Xeyir, haqları yoxdur.
Qeyd edək ki, əgər övlad büluğ həddinə çatmamış olsa, ata övladın vəlisi hesab olunur və onun malında təsərrüf edə bilər. Həmçinin, əgər ata-ana fəqir olsa, onların yaşayış üçün lazım olan xərclərini ödəmək övladın öhdəsinədir.

http://sual.nur-az.com/az/5/Aktual/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (37) : Sual:Azerbaycanda dövlet senedlerinde,ister sexsiyyet vesiqesi olsun ister,xarici pasport basi örten her hansi vasitelerle olan sekilleri götürmürler.ßu dövlet qanunudu,hem kisilere hem de qadinlara.ßu sebebden bizim hicabli xanimlar da mecbur olaraq bu cür Senedlerde hicabsizdirlar,ve eyer sexsiyyet vesiqesi,hansisa bir isde lazim olarsa ölke daxilinde baxan sexs xanimi basi aciq görür,yaxudda ölkeden xarice getdikde ziyarete ve s.mes:Meshed,Kerbela,Hecc bu vaxt da xarici pasport vasitesile getmeli olurlar ve tebii ki, bu halda da hicabsiz sekilleri dövlet iscileri terefinden baxilir,yoxlanilir.ßuna nezeriniz nedir?ßu cür yerler de baxilmasi seri cehetden caizdirmi?
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Zərurət miqdarında eybi yoxdur. Allah evi, müqəddəs məkanlar və imamların (əleyhimus-salam) ziyarəti zərurətlərdəndir.
http://sual.nur-az.com/az/5/Aktual/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (38) : Qadın hansı hallarda evdən eşiyə çıxmaq üçün ərindən icazə almalıdır?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ailədə kişinin müdir və rəhbər olması, qadının onun əlində əsir, kölə olması və kişinin öz bildiyi kimi əməl etməsi mənasına deyil. Bütün müdiriyyət işlərində heç vaxt müdir özünü məsləhət və məşvərətdən ehtiyacsız bilməməlidir.
Zövc və zövcənin izdivac etməsilə, başqa sözlə onların arasında nikah müqaviləsi bağlanması ilə bir-birlərinə qarşı müxtəlif hüquq və təkliflər öhdələrinə gəlir. İslam hüququnda ailənin xərclərini ödəmək birtərəfli öhdəlikdir və bu kişinin öhdəsinə qoyulmuşdur, qadının isə bu zəminədə heç bir məsuliyyəti yoxdur. Lakin qadının öz ərinə qarşı bəzi öhdəlikləri vardır və həmişə bu öhdəliyə bağlı olmalı, onu yerinə yetirməlidir.
Qadının evdən eşiyə çıxması, həmçinin evdən qıraq ictimai və digər fəaliyyətləri üçün ərindən icazə alması mövzusu həmişə qadınların soruşub öyrənmək istədikləri bir məsələdir və onlar bu məsələlərdə ərdən icazə almağın hansı həddə lazım olduğunu bilməyə çalışırlar.
Belə bir aktual mövzunu nəzərə alaraq məsələnin aydınlaşması üçün bir az ətraflı cavab veririk:

Ailə kiçik bir ictimai bölmədir və böyük ictimai quruluş kimi rəhbər və başçıya ehtiyacı var. Qurani-kərim aşkar surətdə ailədə müdiriyyətin kişinin öhdəsinə olmasını vurğulayır:
"Kişilər qadınlar üzərində himayəçiləridirlər". ("Nisa" surəsi, ayə 34.)
Ayədə müdiriyyət və himayəçilikdən məqsəd despotizim və zor işlətmək deyil. Məqsəd, həyat məsələlərinin idarəsi və məişətin təminidir. Kişilərə verilən bu məqam onların cismi və ruhi xüsusiyyətlərinə görədir, o cümlədən fiziki dözüm, güc qüvvəsi, idarəçilik təfəkkür qüvvəsinin sevgi qüvvəsinə qələbə çalması kimi.
Digər tərəfdən onun həyat yoldaşı və övladlarına ödəməli olduğu mehriyyə və yaşayış xərcləri bu haqq və daha doğrusu məsuliyyəti ona verir ki, himayəçilik vəzifəsi onun öhdəsinə olsun. Əlbəttə, bunu da qeyd edək ki, bəzən bir qadının öz ərindən daha yaxşı bacarması mümkündür. Lakin qanun insanları bir-bir yox, ümumi olaraq insan növünü nəzərdə tutur. ("Təfsiri-numune", c. 3, səh. 370.)
Ərin ailədə başçı olması hər bir camiədə, qurumda, idarə sistemində müdiriə olan zərurətdən irəli gəlir və heç vaxt qadın öz şəxsi işlərində kişidən icazə almağa məcbur deyil.

Təqlid mərcələrinin qadının evdən eşiyə çıxmaları barədə fətvaları:

İmam Xomeyni: Dаimi әqddә оlаn qаdın әrinin icаzәsi оlmаdаn еvdәn çölә çıха bilmәz. О, özünü әrinin istәdiyi hәr bir lәzzәt üçün tәslim еtmәli, şәri üzrü оlmаdаn yахınlıq еtmәsinә mаnе оlmаmаlıdır. Әgәr bu işlәrdә әrinә itаәt еtsә, yеmәk, gеyim, mәnzil vә kitаblаrdа qеyd оlunаn sаir şеylәri tәdаrük görmәsi әrinә vаcibdir. Әgәr әri tәdаrük görmәsә–istәr bаcаrığı çаtsın, istәrsә dә çаtmаsın–qаdınа bоrcludur.
Әgәr qаdın qаbаqkı mәsәlәdә dеyildiyi işlәrdә әrinә itаәt еtmәsә günаhkаrdır, yеmәk, gеyim, mәnzil vә bir yеrdә yаtmаq hаqqı yохdur. Lаkin mеhriyyә hаqqı аrаdаn gеtmir.
Kişinin öz аrvаdını еvdә хidmәtçilik еtmәyә mәcbur еtmәk hаqqı yохdur.
Qadın əgər (ərinin qarşısında) özünə vacib olan işləri və ərinin hüquqlarını yerinə yetirməsə naşizə hesab olunur. Amma qadına vacib olmadığı işlərdə ərinə itaət etməyi tərk edərsə naşizə deyil. Ona görə də əgər qadın ərinin cinsi ləzzətlərdən başqa evi təmizləmək, tikiş, mətbəx işləri, yaxud hətta su vermək, yataq yerini rahlamaq kimi ev xidmətlərini yerinə yetirməkdən boyun qaçırsa, naşizə hesab edilmir. ("Təhrirul vəsilə", c. 2, səh. 305.)

Ayətullah əl-üzma Məkarim: Daimi əqd olunan qadın, ehtiyata əsasən, ərinin icazəsi olmadan evdən çölə çıxa və yaxud evdən xaric bir iş seçə bilməz (şifahi icazə və yaxud da bəzi əlamətlərdən razılığının məlum olmasından asılı olmayaraq) və şəriət hökmlərinə əsasən bir üzrü olmadıqda onun cinsi yaxınlığına mane olmasın. Ərə də ona yemək, paltar, mənzil və başqa avadanlıqları hazırlaması vacibdir (hətta həkim, dərman və s. şeylərin pulunu da verməlidir). Əgər hazırlamasa, ehtiyata əsasən, buna imkanı olub-olmamasından asılı olmayaraq, ona borcludur.
Əgər qadın qabaqkı məsələdə deyildiyi işlərdə ərinə itaət etməsə günahkardır və onun yemək, geyim, mənzil və bir yerdə yatmaq hüququ qüvvəsindən düşür. Lakin mehriyyə hüququ aradan getmir.
Həmçinin qadının vacib həcc ziyarətinə getməsi, ata, ana, bacı, qardaş və bunlar kimi yaxın qohumlarla lazım olan miqdarda sileyi-rəhim etmək kimi zəruri məsələlərdə, həmçinin lazım olan dini məsələləri öyrənmək üçün məscid və onun kimi yerlərə getməsi, məcbur olarsa zəruri olan ev vəsaitlərini hazırlaması, zəruri olan seçki və mitinqlərdə iştirak etməsi, həkimə müraciət etməsi kimi məsələlərdə ərindən icazə alması vacib deyil.
Ev işlərini görmək, yemək bişirmək, təmizlik işləri aparmaq və s. qadının vəzifəsi deyil. Əgər öz meyli ilə (işləsə) istisnadır. Əgər kişi onu bu işlərə məcbur etsə, bu işlərin müqabilində qadın ondan öz zəhmət haqqını ala bilər.

Ayətullah əl-üzma Behcət : Daimi əqd olunan qadın, ərinin icazəsi olmadan evdən çölə çıxa bilməz və ərinin ondan istədiyi ləzzətlərə özünü təslim etməlidir və şəri bir üzrü olmadıqda onun cinsi yaxınlığına mane olmasın.

Ayətullah əl-üzma Sistani: Daimi əqd olunan qadın, hərçənd ki, ərinin haqqı ilə ziddiyyəti olmasa belə, ərinin icazəsi olmadan evdən bayıra çıxması haramdır. Amma əgər zərurət bunu tələb etsə, ya onun evdə qalması ona çox çətin olsa, yaxud məskən ona münasib olmasa, icazəsiz çıxa bilər. Ərinin istədiyi hər vaxt cinsi ləzzətlər üçün özünü ona təslim etməsi və şər`i bir üzr olmasa, ərinin onunla cima etməsinin qarşısını almamalıdır. Qadına yemək, libas, mənzil və başqa ehtiyaclarını tə`min etmək ərinə vacibdir. Əgər tə`min etməsə, istər imkanı olsun, istər olmasın, qadına borcludur. Həmçinin qadının hüququndan biri budur ki, əri ona əzab-əziyyət verməsin, şəri əsas olmadan onunla kobud və tünd rəftar etməsin.
Əgər qadın ərinə qarşı evlilik vəzifələrinə heç əməl etmirsə, onun yanında qalsa belə, ərinin üzərində yemək, libas və mənzil haqqı yoxdur. Əgər bə`zi vaxtlar onun qanuni cinsi istəkləri ilə əlaqədar öz vəzifəsinə əməl etməkdən imtina etsə, vacib ehtiyata görə nəfəqəsi saqit olmur. Amma imkansızlıq ilə belə, onun mehri saqit olmur.
Kişinin, öz arvadını ev işlərinə məcbur etməyə haqqı yoxdur.

Ayətullah əl-üzma Fazil: Dаimi әqddә оlаn qаdın әrinin icаzәsi оlmаdаn еvdәn çölә çıха bilmәz. О, özünü әrinin istәdiyi hәr bir lәzzәt üçün tәslim еtmәli, şәri üzrü оlmаdаn yахınlıq еtmәsinә mаnе оlmаmаlıdır. Әgәr bu işlәrdә әrinә itаәt еtsә, yеmәk, gеyim, mәnzil vә kitаblаrdа qеyd оlunаn sаir şеylәri tәdаrük görmәsi әrinә vаcibdir. Әgәr әri tәdаrük görmәsә–istәr bаcаrığı çаtsın, istәrsә dә çаtmаsın–qаdınа bоrcludur.
Әgәr qаdın qаbаqkı mәsәlәdә dеyildiyi işlәrdә әrinә itаәt еtmәsә günаhkаrdır, yеmәk, gеyim, mәnzil vә bir yеrdә yаtmаq hаqqı yохdur. Lаkin mеhriyyә hаqqı аrаdаn gеtmir.
Kişinin öz аrvаdını еvdә хidmәtçilik еtmәyә mәcbur еtmәk hаqqı yохdur.

Ayətullah əl-üzma Sübhani: Daimi əqd olunan qadın, ehtiyata əsasən, ərinin icazəsi olmadan evdən çölə çıxa və yaxud evdən xaric bir iş seçə bilməz. Lakin ərinin hüququ və şəninə zidd olmasa, kiçik ehtiyacların təmini üçün (ərindən icazə almadan) evdən çölə çıxa bilər. Eyni halda kişi də qadının öz ata-anasını və digər qohumlarını görməsinin qarşısını almamalıdır.
Habelə, qadın şәri üzrü оlmаdаn ərinin onunla yахınlıq еtmәsinә mаnе оlmаmаlıdır. Әgәr bu işlәrdә әrinә itаәt еtsә, yеmәk, gеyim, mәnzil vә kitаblаrdа qеyd оlunаn sаir şеylәri tәdаrük görmәsi әrinә vаcibdir. Әgәr әri tәdаrük görmәsә–istәr bаcаrığı çаtsın, istәrsә dә çаtmаsın–qаdınа bоrcludur.
Әgәr qаdın qаbаqkı mәsәlәdә dеyildiyi işlәrdә әrinә itаәt еtmәsә günаhkаrdır, yеmәk, gеyim, mәnzil vә bir yеrdә yаtmаq hаqqı yохdur. Lаkin mеhriyyә hаqqı аrаdаn gеtmir.
Kişinin öz аrvаdını еvdә хidmәtçilik еtmәyә mәcbur еtmәk hаqqı yохdur.
Son
Qadının ərinə itaət etməsi ərin əxlaq və davranışına təsir qoya bilər və qadının Allaha yaxın olmasına səbəb olar. Habelə, ailənin dağılmasının qarşısını alar. İmam Sadiq (ə) bir hədisdə belə qadını tərifləyərək buyurur: "Allah taala üç qadını qəbir əzabından amanda saxlayar və Qiyamət günü Fatimeyi Zəhra (ə) ilə məhşur edər. Həmin qadınlar bunlardır; ərinin qeyrətinə zaman səbr edən qadın, ərinin pis əxlaqına səbr edən qadın və mehriyyəsini ərinə bağışlayan qadın. Allah bunların hər birinin müqabilində o qadına min şəhidin savabını və bir ilin ibadətinin savabını verər". (Vəsail əl-şiə, c. 15, səh. 37.)

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (39) : Qadınlara ölkədən kənar ziyarətə getmək haramdır?
Ad: nu-ra77@mail.ru, Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər vacib həcc ziyarətidirsə, istitaətli olduğu surətdə getməlidir. Müstəhəb ziyarətlərə də şəri qayda-qanunları gözləməklə olsa, haram deyil, üstəlik böyük savabı vardır. Bəzi ziyarətlər çox təkid edilmişdir və çoxlu fəzilətləri vardır. İnsanın ruhunun yüksəlməsinə və Allaha daha yaxın olmasına səbəb olur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (40) : salam eleykum bir seyi bilemek isteyirem azerbaycanda hicabli usaqlari bezi mekteblere qoymurlar deyirler hicabi acsin gelsin bu mesele ile aciqlama vererdiz hicamli qalmaq vacibdi yoxsa elm
Ad: cahandar, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Hicab dinin zəriri məsələlərindəndir və ona riayət etmək vacibdir. Hicablı olmaqla elm öyrənməyin bir-biri ilə ziddiyyəti yoxdur. Qadın həm hicablı ola bilər, həm də eyni zamanda elm öyrənə bilər. Bundan əlavə, hicab və elm eyni səviyyədə deyillər ki, müqayisə oluna bilsinlər; hicab eyni-vacibdir (yəni onun tərk edilməsi heç cür icazəli deyil), lakin elm öyrənmək kifayi-vacibdir (yəni bir dəstə elm öyrənməyə məşğul olsalar, digərlərinin öhdəsindən götürülür).
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Go to TOP