Sual (21) : Ele de tutarlı bir sübut оlmаdаn möminin öz mömin qаrdаşı bаrəsində sui-zənn еtməsi hаlаldırmı?
Ad: Momine, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Аllаh-taаlа bizi sui-zənn еtməkdən çəkindirərək buyurmuşdur: "Еy imаn gətirənlər! Gümаnlаrdаn çох çəkinin. Çünki gümаnlаrın bəzisi günаhdır". Bu mübаrək аyənin məzmununа əsаsən möminin öz mömin qаrdаşı bаrədə hеç bir аşkаr dəlil, sübut оlmаdаn sui-zənn еtməsi hаlаl dеyil. İnsаnlаrın dахilini yаlnız Аllаh-taаlа bilir. Möminin əməlini dоğru istiqаmətə yоzmаq mümkün оlduqcа əksi sübut оlunаnаdək dоğru cəhətə yоzmаlıyıq. İmаm Əli (ə) bеlə buyurmuşdur: "Əksi sənə sübut оlаnаdək qаrdаşının hərəkətini ən yахşı cəhətə yоz. Mömin qаrdаşının аğzındаn çıхаn sözü yахşıyа yоzа biləcəyin hаldа bədgümаnа düşmə".
http://sual.nur-az.com/az/5/Aktual/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (22) : Salam.Allah sizden razí olsun.Sulím bele olacaq .Bir nefer buxaltír isleyir isi ile baglí her gün yalan danísír namazda qílír deyir isime göre edirem ki isim yaxsí olsun indi namaz qílmír ki men yalan danísíram namazla yalan olmaz bu ne derecede düzgündür bele olar?Sag olun minnetdaram.
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Yalan haramdır və namaz vacibdir. Bunların bir-birinə aidiyyatı yoxdur. İnsana vacibdir ki, yalan danışmasın, istər namaz qılsın, istər qılmasın. Eləcə də insana vacibdir ki, namaz qılsın, istər yalan danışsın istərsə də danışmasın.
http://sual.nur-az.com/az/5/Aktual/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (23) : Allahın salamı olsun sizdere. İcareye dükan götürmüşem aşura günü işeye bilerem ya yox. Çünkü eşidmişemki aşura günü qazanılan pul haramdı indi hökmü bilmey isterdimki icaze var ya yox
Ad: Anar, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim 
Möminlər məsumlara əzadarlıq günləri adətən işi dayandırırlar. Həmin gün şadlıq məclisi keçirmirlər. Möminlər işi dayandırırlar ki, dini mərasimlərdə iştirak etsinlər. Xüsusilə də Aşura günü qazanc əldə etmək məqsədilə işləmək hədislərdə çox pislənilmişdir. Əgər sizin dükanı açmağınız, alış-veriş etməyiniz əzadarlıq və əzadarlara hörmətsizlik kimi qəbul olunacaqsa, bunun iradı var. Amma möminlərin zəruri ehtiyaclarını ödəmək üçün bir neçə saatlıq alış-veriş etməyin eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (24) : Bismillah. Qarşıdan matəm günləri gəlir. Əzadarlıq və matəm mərasimlərində qara geymək nə dərəcədə düzgündür? Bu dinimizdə varmı?
Ad: Lalə, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Xalqlar arasında yaxınları itirərkən onların qəmində və yas məclislərində qara geyinmək bir ənənədir. Bu rəngdə libas matəm və yas əlaməti sayılır. Bu üzdən Ali-əbanın beşincisi, imam Hüseynə yas saxlamaq üçün ən münasib və bəyənilən üslublardan biri də onun şəhadətinin ildönümündə, yəni Məhərrəmlik günlərində qara libas geyməkdir.
Tarixdə oxuyuruq: Hüseyn ibn Əli (əleyhis-salam) şəhid olanda Bəni Haşim qəbiləsinin qadınları qara və qalın libas geyərdi. ("Bihar əl-ənvar", c. 45, s.. 188.)
Bəzi hədislərdə nəql olunur ki, imam Səccad (ə) və həzrət Zeynəb (ə) Yəzidin iç üzünü ifşa edəndən sonra Yəzid Bəni-Haşim qəbiləsinə Dəməşqdə matəm mərasimi keçirməyə icazə verdi. Haşimi və Qureyşi qadınlar qara libas geyindi və yeddi gün imam Hüseynə (ə) və Kərbəla şəhidlərinə yas saxladılar. ("Müstədrək əl-vəsail", c. 3, s. 327.)
Qeyd etmək lazımdır ki, fəqih alimlər imam Hüseyn (ə) əzası üçün qara geyməyi bəyənilmiş bir əməl hesab edirlər. 
http://sual.nur-az.com/az/5/Aktual/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (25) : Allahın salam və bərəkəti olsun sizlərə. Hal-hazırda məhərrəmlik məclislərində mərsiyyə, rövzə və növhələr oxunur. Bilmək istəyirdik ki, məsumların (ə) zamanında növhə və mərsiyəyə necə baxılırdı?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Növhəxanlıq və mərsiyəxanlıq İmam Hüseyn (ə) matəmində hüznlü və məna dolu şerlər oxumaqdır. Növhə oxumaq müsəlmanların mənəvi hislərini oyadır, Aşura xatirələrini insanların gözündə canlandırır. Növhə və mərsiyəxanlıq, əzadarlıq və matəm məclislərində adi və ənənəvi üsullardandır. Bu kimi yas saxlamaq üslübunun kökləri imamların (ə) əsrinə qayıdır.
Əhli-beyt (ə) növhəxan və mərsiyəxanları Kərbəlada baş verənlər haqqında şer qoşmağa, növhə oxumağa, Kərbəla hadisəsindən danışmağa və Bəni-Üməyyənin törətdiyi cinayətləri bəyan etməyə təşviq edir və bu işlər üçün böyük savab və mükafatlar vəd edirdilər.
Həzrət Əli (ə) və həzrət Zəhra (ə) da həzrət Məhəmməd peyğəmbərin (s) vəfatından sonra onun qəmində şerlər demişdir. ("Bihar əl-ənvar", c. 50, s. 523, 547 və c. 79, s. 106.)
Hətta, əhli-sünnə alimlərindən bir qismi həzrət Zəhranın (əleyha-salam) öz atasından ayrılarkən dediyi şerləri nəql etmişlər.
Hakim Nişaburi yazır: Allahın rəsulu (s) dəfn ediləndən sonra Fatimə (ə) Ənəsə belə xitab etdi:
"Ey Ənəs! Rəsuləllahın (s) bədəninə torpaq tökməyə necə ürəyiniz gəldi?"
Daha sonra əlavə etdi:
"Ey Allahın çağırışını qəbul edən atam! Ey pərvərdigarına yaxınlaşan atam.
Atacan! Cənnət bağı yerin olsun. Atacan! Ölümünü Cəbrailə xəbər verəcəyəm". ("Müstədrək", c. 1, s. 382. Həmin hadisə kiçik fərqlə Səhihi Buxaridə, "Əl-məğazi" kitabı, bab "Mərəzun-nəbi və vəfatuhu", hədis 30-da qeyd olunmuşdur.)
Həmçinin Ümmü Sələmə Peyğəmbərin (s) hüzurunda əmisi oğlunun ölümünə görə növhə dedi, hüznlə və kədərlə şerlər oxudu. ("Vəsail əş-şiə", c. 12, s. 89, hədis 2.)
İmam Baqir (ə) övladı imam Sadiqə (ə) belə vəsiyyət etdi: "Əmlakımın bir hissəsini vəqf et! Qoy növhəxanlar on il Minada mənim üçün növhə oxusun". ("Vəsail əş-şiə", c 12, səh. 88.) 
http://sual.nur-az.com/az/5/Aktual/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (26) : Salam aleykum ve rehmetullah. ISID kafir hokmundedir? Allah sizden razi olsun
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Dinin zəruri məsələlərini inkar etməyən və aldadılmış müsəlman şəxsi çıxmaqla, onlar müsəlmanlardan hesab olmurlar.
http://sual.nur-az.com/az/5/Aktual/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (27) : bezileri dua yazmax-taleye baxmax-kitab acmax-kart acmax kimi yollarla camaatin falilna baxir dualar yazir ver onlardan pul alirlar. bu emellerin hokmu nedir. Zehmet olmasa butun mucteyidlerin nezerini bize yazardiz
Ad: Sahib, Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ayətullah əl-üzma Məkarim:
"Əhli-beyt (ə) vasitəsi ilə bizə çatan və mötəbər mənbələrdə mövcud olan duaların yazılmasının iradı yoxdur. Amma dua yazmağı ozünə peşə seçib mənfəət dalıyca olmaq düzgün iş deyil və onların istinad etdikləri kitabların əksəriyyəti etibarsız mənbələrdən ələ gətirilib. Bu iş (dua yazmaq) mümkün bir iş olsa da, lakin şəri baxımdan düzgün sayılmır. Bu işlə məşğul olanların çoxu da yalançı və xətakardır. Həmçinin "falçılıq" da xürafatdır və onun müqabilində pul almaq da haramdır".
Ayətullah əl-üzma Safi:
"Əhli-beyt (ə) vasitəsi ilə bizə çatan və mötəbər mənbələrdə mövcud olan duaların yazılması və onun müqabilində pulun alınmasının heç bir iradı yoxdur, amma "falçı"ya, etibarsız mənbələrdən istifadə edərək "dua yazan"a, yaxud "duanı öyrədən şəxs"ə müraciət etmək haramdır və bu işin müqailində pul almaq da haramdır. Allah hər bir şeyə agahdır".
Ayətullah əl-üzma Sistani:
"Dua yazan insanlara müraciət etməyin iradı yoxdur, amma "sehr", "cadu" ilə məşğul olmaq haram və böyük günahdır".
Ayətullah əl-üzma Sistanidən həmçinin "əlin içinə baxıb" yaxud "fincana baxıb fal açmaq" və insanın indiki və gələcək zamanda başına nələr gəlib və bundan sonra nələr gələcək haqda bir şeylər demək haqda soruşaraq, bu işlərin şəri baxımdan nə dərəcədə düzgünlüyü, xüsusən də əgər fala baxdıran şəxs falçının dediklərinə əməl etməsinin hökmü haqda soruşulan suala belə cavab verir:
"Bu cür gələcəkdən xəbər verməkliyin heç bir şəri etibarı yoxdur və falçı da əminliklə danışmamalıdır. Fala baxdıranlar da şəri və əqli dəlillərin olduğu yerlərdə bu növ qeybdən xəbər verənlərin sözlərinə əməl etməməlidirlər.

Sual:
"Taleyə baxmaqın hökmü nədir?"

Ayətullah əl-üzma Məkarim:
"Xürafatdır, bu işlə məşğul omaq da yaxşı iş deyil. Heç kim belə işlərin dalıyca getməməlidir."

Sual:
"Gələcəyə baxmaq", "falçılıq", "gələcəkdən xəbər vermək", ilanın onurğa sümüklərinə etiqad bəsləməkin hökmü nədir? Aya bu işlərin müqabilində pul vermək düzgündürmü?"

Ayətullah əl-üzma Xamenei:
"Yalan xəbər vermək düzgün iş deyil və bu işin müqabilində alınan pul da şəri baxımdan haramdır".
Ayətullah əl-üzma Məkarim:
"Dua yazmaq" və "fala baxmaq" halal peşə deyil. Onlara (falçı və dua yazana) müraciət etmək haramdır. Bu işlərin müqabilində alınan pullar da haramdır."
Ayətullah əl-üzma Sistani:
"Şəri baxımdan bu mötəbər iş deyil və əgər bu işdə əqli bir mənfəət olarsa bu sürətdə bu iş müqabilində pul verməyin eybi yoxdur".
Ayətullah əl-üzma Vəhid:
"Kahinlik" haram peşədir. Bu peşə vasitəsi ilə qazanılan pullar da haramdır. "Kahinlik" yəni gələcəkdən elə bir formada xəbər vermək ki, digərləri güman edir ki, bu xəbəri "kahin"ə bəzi cinlər xəbər verir.

http://sual.nur-az.com/az/5/Aktual/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (28) : Salam. Oglanlara ve qizlara namaz nece yasdan vacib dusur ?
Ad: Mamed, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Oğlan və qızlar büluğ həddinə çatdıqdan sonra namaz, oruc və s. kimi vacib təkliflərini yerinə yetirməlidirlər.
Büluğ həddi, qız uşağında hicri-qəməri tarixi ilə 9 yaşın tamam olub, 10 yaşına daxil olması ilədir. Qeyd edək ki, 9 il hicri-qəməri ili 3 ay və bir neçə gün miladi tarixindən azdır. (miladi tarixi ilə qızlar üçün büluğ yaşı səkkiz il, səkkiz ay iyirmi beş gün alınır).
Oğlan uşağında isə bu üç şərtdən biri ilə müəyyənləşir:
1. Övrətinin yuxarısına qalın tüklərin çıxması;
2. Spermanın xaric olması;
3. Qəməri ili ilə 15 yaşın tamam olması (miladi tarixi ilə on dörd il altı ay iyirmi gün).
Üzdə və dodağın üstündə (bığ yerində) qalın tük çıxmasının büluğ həddinə çatmaq nişanəsi olması uzaq deyildir, amma sinədə və qoltuq altında qalın tük çıxması, səsin qalınlaşması və buna bənzər şeylər, büluq həddində olmaq nişanəsi deyildir.

http://sual.nur-az.com/az/5/Aktual/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (29) : Salmm aleykum vaxt ayirdiginiz üçün təşəkkür edirəm. Mən əmim evində qalıram təzə ailə qurmuşaam və 1 ay sonra uşaq dünyaya gələsidi. Ailəm də məni qəbul etmir istəyirki mən xanımdan ayrılım. Bəzi məşəqqətlər olur . İndi istəyirəm bankdan 3 min dollar pul götürüb iş açam. Bankda borc pul verəndə üzərində hər ay əlavə pul istəyir. Bu pulu götürmək olarmı Xaiş edirəm cavab gözləyirəm
Ad: Ceferi , Ölkə: Aze, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Qeyri-islami banklardan əlavə gəlir ödəmək məqsədi ilə borc almaq haramdır. Bu işdən qurtarmaq üçün malı borc adı ilə deyil, qənimət adı ilə bankdan alıb, şəriət hakiminə müraciət etməyə heç bir ehtiyac olmadan təsərrüf etmək olar. Hərçənd onların həm malın əslini, həm də qazancını ondan tələb edəcəklərini bilsə belə.
http://sual.nur-az.com/az/5/Aktual/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (30) : Salam əleykum.Mömin qardaşlardan biri dönər satışı ilə məşquldur.Yeganə qazancı dönər hazırlayın satmaqdır.Maddi durumuda aşağıdır.Ailəlidir.Kirayədə yaşayır.2 övladı var.Zövcəsi xəstədir.Mütəmadi mualicə olunur.Bundan əlavə dönər işi ilə məşqul olduğu obyektə görə icarə haqqı ödəyir.Əgər 1 ay işləməsə maddi durumu daha da,pisləşəcək.Həm də,obyektin sahibi qardaşın 1 ay işləməməsinə razı deyil.Yəni əgər Ramazanda işləməsə işini itirəcək.Bu qardaş Ramazan ayında imsak və iftar arasında dönər satışı ilə məşqul ola bilər? Salam və dua ilə.
Ad: Anar, Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər oruc yeməyin yayılmasına səbəb olarsa icazəli deyildir.
http://sual.nur-az.com/az/5/Aktual/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Go to TOP