Ad: Teymur, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Safi
Bu xüsusiyyət sonradan yaranır. İnşaallah vasvasılığa etinasızlıq etsəniz aradan gedəcək. Belə bir şəxs Allaha təvəkkül və əhli- beytə (ə) təvəssül ilə vasvasılığın qarşısını almalıdır.
"La ilahə illəllah" habelə "La həvlə vəla qüvvətə illa billahil-əliyyil-əzim" zikrləri və salavatı çox təkrarlasın. Hər gün Quran oxumağa və həmişə dəstəmazlı olmağa çalışsa, inşaallah aradan gedəcək.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Ad: Kamal, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu şəxslərin stul üstə oturub namaz qılması düzgün deyil:
1. Əgər ayaq üstə dayana bilirsə (hərçənd, divara, əsaya söykənməklə, yaxud əyilməklə, ya ayaları həddindən artıq aralı qoymaqla, yaxud rüku şəkilində də olsa), stul üzərində oturub namaz qılsa, namazı batildir. Çünki (qiyam kimi) yerinə yetirə biləcəyi bir vacibi tərk etmişdir.
2. Oturaraq təşəhhüdü və səcdələri düzgün yerinə yetirə bilirsə, stul üzərində oturub namaz qılsa, namazı batildir. Çünki səcdədə bədən üzvlərindən yeddisi yerdə olmalıdır və heç bir üzr olmadan yerə toxunmasa, namaz batildir.
3. Namazın bir rəkətini ayaq üstə yerinə yetirə bilirsə, namazı tamamilə stul üzərində oturub qılsa, namazı batildir. Çünki (qiyam kimi) yerinə yetirə biləcəyi bir vacibi tərk etmişdir.
4. Namazın hətta, bir rəkətində səcdələri düzgün yerinə yetirə bilirsə, stul üzərində oturub namaz qılsa, namazı batildir. Çünki səcdədə bədən üzvlərindən yeddisi yerdə olmalıdır və heç bir üzr olmadan yerə toxunmasa, namaz batildir.
5. Əgər heç cür ayaq üstə dayana bilmirsə, amma təşəhhüd və səcdələr üçün otura və onları düzgün yerinə yetirə bilirsə, təşəhhüd və səcdələri stul üstündə yerinə yetirsə, namazı batildir. Çünki səcdələrdə səcdə əzaları üzürsüz olaraq yerdə olmamışdır.
Bu şəxslər namazlarını stul üzərində oturub qıla bilərlər:
1. Heç cür ayaq üstə dayana bilmir.
2. Yerdə oturması mümkün deyil və yerdə oturduqda səcdələri yerinə yetirə bilmir.
3. Mütəxəssis həkimin rəyi, yaxud özünün əminliyi ilə bilir ki, əgər ayaq üstə namaz qılsa, yaxud yerdə oturub təşəhhüd oxusa, ya səcdələri yerinə yetirsə, bədən əzələləri xəstəliyinə düçar olacaq, ya xəstəliyi bərkiyəcək.
Qeyd:
1. Əgər insan ayaq üstə dayana bilmirsə, lakin təkcə təkbirətul-ehramı (niyyətdən sonra deyilən təkbir) ayaq üstə demək mümkündürsə, vacibdir ki, bu təkbirətul-ehramı demək üçün ayaq üstündə olsun və təkbiri dedikdən sonra otursun. Çünki təkbirətul-ehram deyilən vaxt ayaq üstə olmaq, vacib rükndür.
2. Əgər təkcə rükudan qabaq ayaq üstə dayana bilirsə, vacibdir ki, bu vaxt ayaq üstə dayansın, rükuya birləşmiş qiyam və rükudan sonra namazın qalanını otursun. Çünki rükuya birləşmiş qiyam, vacib rükndür.
3. Əgər təkcə bir rəkətin səcdələrini düzgün yerinə yetirə bilirsə, vacibdir ki, səcdələri yerdə oturaraq yerinə yetirsin və namazın qalanını stul üstündə otursun. Çünki səcdədə bədən üzvlərindən yeddisi yerdə olmalıdır və heç bir üzr olmadan yerə toxunmasa, namaz batildir.
4. Namazqılan mümkün olan surətdə, səcdədə gərək iki əlinin içini mizin üzərinə və ayaqlarının baş barmaqlarının başını yerə qoymalıdır.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Ad: Allahin qulu, Ölkə: AZERBAYCAN, Müctəhid: Ayətullah Vəhid
Bismillahir-rəhmanır-rəhim
İmam Hüseyn (ə) türbəti, imam Hüseynin (ə) qəbrindən, yaxud qəbrinin ətrafından götürülmüş torqağa deyilir. Şiələr bu torpaqdan şəfa məqsədilə və namazda üzərinə səcdə etmək üçün istifadə edirlər.
İmam Xomeyni (rh) buyurur: Qəti olan budur ki, imam Hüseyn (ə) türbəti deyildikdə, o həzrətin qəbrinin özündən və ürfü baxımdan qəbrə bitişik yerlərdən götürülmüş torpaq nəzərdə tutulur ("Təhrirul-vəsilə": c.2, səh 156).
Təqlid mərcələrindən bəzilərinin nəzəri budur ki, İmam Hüseyn (ə) türbətinə səcdə etməyin fəziləti və o türbətdən şəfa məqsədilə az bir miqdar yeməyin hökmü, imam Hüseynin (ə) qəbrinin və bir az onun ətrafına məxsusdur. Kərbəlanın digər torpaqları möhtərəm olmasına baxmayaraq, imam Hüseynin (ə) qəbrinin və onun ətrafının hökmündə deyil ("Tövzihul-məsail mərace", 2628-ci məsələdə Ayətullah Behcətin (rh) nəzəri, Ayətullah Xamenei və Ayətullah Sistaninin dəftərxanaları).
Bəzi rəvayətlərə əsasən, Kərbəla torpağı imam Hüseynin (ə) qəbrindən hər tərəfə 5 fərsəx (hər fərsəx 5.5 km-dir) imam Hüseynin (ə) qəbrindən hesab edilir ("Vəsailuş-şiə", c.14, səh. 513).
Təqlid mərcələrindən bəzilərinin də nəzərinə əsasən, rəvayətlərdə gəlmiş imam Hüseynin (ə) türbəti o həzrətin (ə) qəbrindən hər tərəfə 5 fərsəxdir (hər fərsəx 5.5 km-dir). Amma həzrətin qəbrinə yaxın olan yerlərin fəziləti daha artıqdır (Ayətullah Vəhidin dəftərxanası).
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Ad: hesen, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Safi
Bismillahir-rəhmanır-rəhim
İnsan təbiətən qəflətdə və şəhvətə və nəfsani istəklərə meyillidir. Yalnız
həzrət Peyğəmbər (s) və imamlardam (ə) bizə çatmış dini tərbiyə sayəsində əməl etməklə öz nəfsi istəklərimizi cilovlaya bilərik. Allah Taala "Əsr" surəsində buyurur:
(And olsun əsrə ki, İnsan (ömrünü bihudə işlərə sərf etməklə, dünyanı axirətdən üstün tutmaqla) ziyan içindədir. Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və
səbri tövsiyə edən kimsələrdən başqa!)
Bu günkü gündə də qəflətin şəraiti şəraitin ziddinə
olan səhnələrin çirkin və ehtiraslı filimlərinin peyk radio-televiziya, hətta bəzi
kitab qəzet və jurnal vasitəsi ilə yayımlanması çoxalıbdır və çamaatın
bunlardan istifadə etməsi adilləşibdir. Habelə xaric ilə gediş-gəlişin çoxalması
və qadın-kişinin qarışması və bundan başqaları qəflət üçün çox şərait yaradır.
Əlbəttə bunlara riayət etmək çətin ola bilər, lakin,qeyd olunanların pis nəticəsinə diqqət edərkən asan və Allaha bəndəlik ləzzətli olur.
Ad: bəndə, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Safi
Düzgün deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Ad: nadir, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Yerlər, fərqlidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Ad: tarix, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Safi
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Məlumdur ki, möminlər və Əhli- beyti (ə) sevənlər mühərrəm və səfər günlərində Əhli- beyti (ə) sevənlərin şəninə münasib olmayan mərasimləri qeyd etməkdən və bir sıra əməllərin icrasından çəkinillər. Əzadarlıq adətləri və mərasimlərin qoruyurlar.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Ad: Bilal, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Safi
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Riya heç bir əməldə düzgün deyil. Amma şüarlarla ehtiram qəsdilə əzadarlıq yoluyla təbaki etmək, riya deyildir.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Ad: Seyyid, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Sistani
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
İradı yoxdur və çoxlu savabı vardır.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.