Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Qadını,
ərindən başqasının spermsı ilə mayalandırmaq icazəli deyildir, istər ərli olsun
istər ərsiz, İstər ər və arvad buna razı olsunlar, istər razı olmasınlar, istər
bu iş ərinin vasitəsi ilə baş versin, istərsə də başqasının vasitəsi ilə.
Əgər
bir qadın, öz ərindən başqasının sperması ilə mayalandırılsa və hamilə olub övlad
dünyaya gətirsə, bu hadisə səhv üzündən baş vermiş olduğu halda, yəni onu
ərinin sperması ilə mayalandırmaq istədikləri halda başqasının sperması ilə səhv
düşübsə, belə olan surətdə şübhəsiz övlad spermanın sahibinə mülhəq (aid) olur. Bu
məsəlinin hökmü vəty be şübhə (şübhəli yaxınlıq) kimidir. Lakin əgər belə bir mayalandırma agahlıq
üzündən və qəsdən olarsa, yenə də övladın sperma sahibinə mülhəq olması uzaq
deyildir və bütün nəsəb hökmləri, hətta irs belə onların arasında sabitdir.
Çünki irsdən istisna olunan hallar zinadan əmələ gələn övladdır. Nütfənin bağlansamına
səbəb olan bir işin haram olmasına baxmayaraq, bu məsələ zina hökmündə
deyildir.
Həmçinin
bu övlad hər iki surətdə anasına mülhəq edilir və onunla sair övladları
arasında heç bir fərqi yoxdur.
Əgər
qadın öz ərinin nütfəsini müsahiqə və sair yollarla başqa bir qadının bətninə
daxil edərsə və o qadın hamilə olub övlad dünyaya gətirərsə övlad nütfənin
sahibinə və onu dünyaya gətirən qadına aiddir, baxmayaraq ki, bu əməl haramdır.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Ad: Bir qrup mömin, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sübhani
Vəli, vilayəti olduğu şəxslərin telefon, komputer kimi şəxsi vəsaitlərinə nəzarət edə bilər. Bundan qeyri hallarda axtarış icazəli deyil. Əlbəttə, əgər axtarış etməmək daha böyük fəsadların yaranmasına səbəb ola bilərsə, bu surətdə də axtarış etməsi lazımdır.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
1. İl boyu hər
zaman Allaha ibadət məqsədilə ən azı üç gün məsciddə qalıb, oruc tutmağa qadir
olan hər bir müsəlman, mötəkif ola bilər (yəni etikafı yerinə yetirə bilər).
Etikaf üçün ən
üstün zaman mübarək Ramazan ayı, xüsusilə də onun son 10 günüdür. Bundan sonra
fəzilətli aylardan sayılan Rəcəb ayının 13, 14 və 15-ci günləridir.
Beləliklə,
etikafın 4 əsas şərti vardır:
1. Allaha ibadət
(qürbətən iləllah) niyyətilə olsun.
2. Onun müddəti
üç gündən az olmasın.
3. Məsciddə yerinə
yetirilsin.
4. Etikafı məsciddə
davam etdirsin və ordan xaric olmasın (zəruri hallar istisnadır).
2. Yuxarıdakı şərtlərdən
də aydın oldu ki, etikaf yalnız məsciddə düzgündür və məsciddən digər yerlərdə
düzgün sayılmır. Məscidlər arasında da aşağıdakı məscidlərdə etikafı yerinə yetirmək
olar:
- Məcsidul-həram
- Məscidun-nəbi (s)
- Kufə Came məscidi
- Bəsrə məscidi.
Digər məscidlərdə
rəca (ümid və savab) niyyəti ilə mötəkif olmaq olar. Bu şərtlə ki, came məscid
olsun.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Ad: keblei, Ölkə: rusiya, Müctəhid: Ayətullah Xamenei
Ümumiyyətlə vəhdəti (birliyi) qorumaq üçün onlarla birlikdə namaz qılmaq doğru və icazəlidir. Lakin namaz əsnasında əlləri bir-birinin üzərinə qoymağa icazə yoxdur, amma əgər zərurət tələb edərsə maneəsi yoxdur. Əgər təqiyyəyə (özünün və müsəlmanların canı təhlükədə olarsa, həqiqəti gizlətməyə) zidd olmazsa, gərək üzərinə səcdə etməyin doğru olduğu yerlərə səcdə etsin.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Ad: Xəzər, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
1. Əgər şərab məclisi sayılarsa, ehtiyat vacibə görə orda iştirak icazəli deyil, baxmayaraq ki, hal-hazırda orda şərab olmasın.
2. Əgər o toyda iştirak etmək sizin üçün zəruri bir hala çevrilsə, zərurətin aradan qalxması miqdarında icazəlidir. Lakin belə halda da mümkün həddə şərab stolunun arxasında oturmayın, musiqiyə ixtiyari halda qulaq asmayın, zikrlə məşğul olun, əmr be məruf və nəhy əz münkər üçün şərait yarandıqda bu ilahi vəzifəni yerinə yetirin və zəruri miqdardan artıq məclisdə qalmayın.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
1. Birinci surətdə otlaq sahibinin ondan icazəsiz biçilən otları aparmağa haqqı var.
2. İkinci surətdə otları biçmək üçün alınan icazənin müqabilində pul almağın eybi yoxdur.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Məkarim
Tibbi məqsədlər üçün böyrək alıb-satmaq icazəlidir, lakin daha yaxşısı budur ki, pulu onun (böyrəyin) özünün qarşılığında yox, şəxsin böyrəyi götürmək üçün verdiyi icazənin müqabilində alsınlar.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Ad: Əbdülhüseyn, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Məkarim
2. İstixarəyə əməl etmək vacib deyil, lakin imkan daxilində əksinə əməl olunmasın. Amma (bu işi görmək istəsə) onu müəyyən bir müddət təxirə salsın, sonra ona əməl etsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Ad: Abdulla, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
2. Bu məsələdə meyar ürfdür (camaatın baxışı). Yəni əgər camaat arasında zinət əşyası sayılsa (qızıl kimi), onu naməhrəmdən örtmək lazımdır, amma zinət hesab edilməsə, örtmək lazım deyil. Qeyd edək ki, əqiq adətən camaat arasında zinət hesab edilmir.
3. Əgər qadının kişiyə məxsus geyimi geyinməsi onun özünü kişiyə oxşatmaq məqsədilə olmasa, qısa zaman üçün geyinməyin iradı yoxdur. Məslən, sualda qeyd etdiyiniz kimi işləri yerinə yetirmək üçün icazəlidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq