Sual (81) :
Hansı heyvanları ovlamaq olar?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim

Bismillahir-rəhmanır-rəhim
Ovlanan heyvan ceyran və ya dağ keçisi kimi vəhşi olmalıdır, qaçmağa və ya uçmağa qadir olmalıdır, əti halal olmalıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (82) :
Salam..Biz Rusiyada yaşayırıq..Bildiyiniz kimi burdakı vəziyyət başqa müsəlman ölkələrinin qanunları ilə fərq edir. Dəfələrlə biz halal kəsilməyən mal əti, toyuq, qaz və ördəklə qarşılaşırıq...Bunları özümüz yeməsək də, başqasına (ibadət etməyən müsəlmana, yaxud da məsihiyə ) vermək olarmı? Xahiş edirik, imkan olsa, başqa müctehidlərin də nəzərini bildirəsiz...Əvvəlcədən minnətdarıq..
Ad: Abdulla, Ölkə: Rusiya, Müctəhid: Ayətullah Sistani
Ad: Abdulla, Ölkə: Rusiya, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Heyvan şəri qaydalara uyğun olmayan halda kəsildikdə haram olmasından əlavə murdar da olur və murdar qida maddəsini, hətta onu pak və halal bilənlərə də satmaq, yaxud hədiyyə etmək icazəli deyil.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (83) :
Salam...1) Toyuğu üzü qibləyə və s. deyilmiş şərtlər olmaqla balta ilə kəsmək olarmı? 2) Eşitdiyimizə görə İran qara ikra ixrac edir..Həmin ikra halıaldırmı və o hamsı balığın ikrasıdır? Əvvəlcədən təşəkkür edirik..
Ad: Abdulla, Ölkə: Rusiya, Müctəhid: Ayətullah Xamenei
Ad: Abdulla, Ölkə: Rusiya, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1. Bəli, əgər tamam şərait olsa, iti balta ilə boynunun qabaq tərəfindən 4 damarı birdəfəyə kəsməklə eybi yoxdur. Əsas odur ki, iti dəmir vasitəsilə kəsilsin. Bu vasitənin bıçaq, yaxud balta, ya digər alət olmasının bir fərqi yoxdur.
2. Hansısa ölkənin idxal və ixrac məsələlərini araşdırmaq bizim saytımızın vəzifəsi deyil və saytımızda yalnız şəri hökmlərə cavab verilir.
Balığın kürüsünün hökmü onun özünün hökmünə tabedir. Yəni əgər balıq pulcuqlu olarsa, onun kürüsü də halaldır. Əgər balıq pulcuqsuz olsa, onun kürüsünün yeyilməsi haramdır.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
1. Bəli, əgər tamam şərait olsa, iti balta ilə boynunun qabaq tərəfindən 4 damarı birdəfəyə kəsməklə eybi yoxdur. Əsas odur ki, iti dəmir vasitəsilə kəsilsin. Bu vasitənin bıçaq, yaxud balta, ya digər alət olmasının bir fərqi yoxdur.
2. Hansısa ölkənin idxal və ixrac məsələlərini araşdırmaq bizim saytımızın vəzifəsi deyil və saytımızda yalnız şəri hökmlərə cavab verilir.
Balığın kürüsünün hökmü onun özünün hökmünə tabedir. Yəni əgər balıq pulcuqlu olarsa, onun kürüsü də halaldır. Əgər balıq pulcuqsuz olsa, onun kürüsünün yeyilməsi haramdır.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (84) :
Salam. Pulcuğu olmayan balıqların yağından hazırlanmış vitaminli dərman məhsullarını qəbul etmək olarmı? Məsələn, "AquaMarine, Omega3+Cod Liver Oil, Böyük Britaniya istehsalı"
P.S. İran İslam Cumhuriyyətində bu tipli dərmanların idxalı və istifadəsi qadağan edilməyib.
Ad: Ramik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Ad: Ramik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər həmin xəstəliyin müalicəsi üçün halaldan hazırlanmış dərman olmasa, qeyd etdiyiniz dərmanlardan müalicə məqsədilə istifadə etməyin eybi yoxdur.
Əgər həmin xəstəliyin müalicəsi üçün halaldan hazırlanmış dərman olmasa, qeyd etdiyiniz dərmanlardan müalicə məqsədilə istifadə etməyin eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (85) :
koka kolanin terkibinde spirt oldugun esitmisem bu dogrudur?
Ad: naqi, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: naqi, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Coca colanın tərkibində spirtin olub-olmaması bizim üçün məlum deyil və ümumiyyətlə, bunu araşdırmaq mükəlləfin öz vəzifəsidir.
Əgər bu içkinin tərkibində spirt, yaxud digər haram və murdar bir şey olması sizin üçün məlum olmasa, onu içməyin öz-özlüyündə eybi yoxdur.
Coca colanın tərkibində spirtin olub-olmaması bizim üçün məlum deyil və ümumiyyətlə, bunu araşdırmaq mükəlləfin öz vəzifəsidir.
Əgər bu içkinin tərkibində spirt, yaxud digər haram və murdar bir şey olması sizin üçün məlum olmasa, onu içməyin öz-özlüyündə eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (86) :
Əgər balığın qarnında başqa bir balıq olsa, onu yeməyin hökmü necədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Hər ikisi halaldır və onları
yeməyin nöqsanı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (87) :
Adətən diş çəkiləndən sonra bir müddət qan axma davam edir. qanla qarışmış olan ağız suyunu udmaq caizdir?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Qan və qanlı su gərək içilməsin. məgər ki, zərurət miqdarında ya ağız suyuna qarışmış olsa və aradan getsə işkalı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (88) :
Əgər o qədər də etimad olunmayan müsəlman ətin islam göstərişlərinə uyğun kəsildiyini iddia etsə, qəbul etmək olarmı?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Qəbul etmək olar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (89) :
Əgər qeyri-müsəlman, bu ət islam göstərişlərinə uyğun kəsilmişdir desə qəbul oluna bilərmi?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər müsəlmanların bazarından
alınmış olsa kifayətdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (90) :
Əgər vəhşi heyvan əhli heyvanın bir hissəsini yemişdirsə, hökmü necədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Ölməmiş olsa və onu şəri
qaydalara əsasən kəssələr yeyilməsinin maneəsi yoxdur.