Sual (71) :
İtin ovladığı heyvanın əti halaldırmı?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim

Bismillahir-rəhmanır-rəhim
Yalnız ov itlərinin ovladığı heyvanın əti halaldır. Ov itinin dişləyib öldürdüyü heyvanı kəsməyə (zibh) ehtiyac yoxdur. Çünki itin vurduğu yara kəsilməyə bərabərdir. Ov itinin şərtlərindən biri budur ki, tutduğu ovu sahibi çatanadək yeməsin. İt özbaşına yox, sahibinin əmri ilə ov etməlidir. Əgər it, sahibinin göstərişi olmadan bir heyvanı ovlasa, həmin heyvanın əti halal deyil. Sahibin əmri ilə itin ovladığı heyvan halal sayılır. Ovçu itə əmr edərkən «Bismillah» deməlidir. Əgər bilərəkdən «Bismillah» deməsə ovlanmış heyvanın əti halal deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (72) :
Quranda nələrlə qidalanmaq haram buyurulmuşdur?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Quranda dörd şeylə qidalanmaq haram buyurulmuşdur: ölmüş heyvanla, qanla, donuz əti ilə, Allahdan qeyrisinin adına kəsilmiş heyvanla.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (73) :
Su içərkən nələr müstəhəbdir?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Suyu soraraq içmək, gündüz suyu ayaq üstə içmək, su içməzdən qabaq «Bismillah» sonra isə «Əlhəmdulillah» demək, suyu üç nəfəsə içmək, susayıb içmək, suyu içdikdən sonra İmam Hüseyn (ə) və onun əhli-beytini yad etmək və onların qatillərinə lənət oxumaq.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (74) :
Su içərkən nələr məkruhdur?
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Suyu çox içmək, yağlı xörəkdən sonra su içmək, gecə ayaq üstə su içmək, sol əllə su içmək, qabın sınıq yerindən və tutacağı tərəfdən içmək.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (75) :
Yemək yeyərkən nələr məkruhdur?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Tox halda yemək, çox yemək, yemək zamanı başqalarının üzünə baxmaq, qaynar yemək, yeməyi və içkini üfürmək, süfrəyə çörək qoyulduqdan sonra başqa şeyləri gözləmək, çörəyi bıçaqla kəsmək, çörəyi yemək qabının altına qoymaq, əti sümükdən tam təmizləmək, meyvəni soymaq, meyvəni tam yeməmiş atmaq.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (76) :
Yemək zamanı nələr müstəhəbdir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Yeməkdən qabaq hər iki əli yumaq, yeməkdən sonra əlləri yumaq və qurulamaq, ev sahibinin hamıdan qabaq yeməyə başlayıb hamıdan sonra qurtarması, yeməkdən qabaq «Bismillah» demək, sağ əllə yemək, üç və ya çox barmaqla yemək, çox adamın oturduğu süfrədə öz qarşısından yemək, tikələri kiçik götürmək, süfrədə çox oturub yeməyə tələsməmək, yeməyi yaxşı çeynəmək, yeməkdən sonra aləmlərin Rəbbinə həmd etmək, barmaqları yalamaq, yeməkdən sonra dişləri təmizləmək, süfrədən kənara səpələnən qidanı yığıb yemək, günün başlanğıcında və gecənin başlanğıcında yemək, yedikdən sonra arxası üstə uzanıb sağ ayağı sol ayağın üstünə aşırmaq, yeməyi duzla başlayıb duzla qurtarmaq, meyvə yeməkdən qabaq onu yumaq.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (77) :
At əti halaldırmı?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
At, eşşək və qatır əti məkruhdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (78) :
Əti halal olan heyvanlarda nələri yemək haramdır?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əti halal olan heyvanlarda on beş şeyin yeyilməsi haramdır: 1. Qan; 2. Peyin; 3. Tənasül üzvü, (erkək heyvanda); 4. Sidik məxrəci (dişi heyvanda); 5. Vacib ehtiyata əsasən balalıq; 6. Vəzilər (təbii olaraq heyvanlarda 10 ədəd vəzi mövcuddur: 2 ədəd boğaz nahiyəsində, 2 ədəd kürək sümüklərinin altında, hər iki tərəfdə üç dənə olmaqla 6 ədəd də bud və paçalarda. Lakin qeyri-təbii olaraq ona bədənin müxtəlif nahiyələrində də rast gəlinir); 7. Xayalar; 8. Kəllə beyində yerləşən noxudcuq; 9. Onurğa sütunu arasında yerləşən ilik; 10. Onurğa sütununun iki tərəfində yerləşən “şah damar” (xəmirçək) ; 11. Öd kisəsi; 12. Dalaq; 13. Sidik kisəsi; 14. Gözün hədəqəsi; 15. Dırnaqarası piy.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (79) :
Hansı ətlər haramdır?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Yeddi halda ət haram sayılır;
1. Qızılquş kimi caynaqlı quşlar;
2 Diri heyvandan qoparılmış ət parçası;
3. İnsanın “vəty” etdiyi (cinsi yaxınlıq) heyvan;
4. Pulsuz balıqlar;
5. Donuz, dovşan, fil kimi əti haram heyvanlar;
6. Qanadı çıxmadığından uça bilməyən çəyirtkə;
7. Diri heyvanın qarnından çıxmış ölü bala.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (80) :
Ovlanmış heyvanın əti nə zaman pak və halal sayılır?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Ovlanmış heyvanın ətinin pak və halal olmasının beş şərti var:
1. Ov silahı bıçaq və qılınc kimi kəsici və ya nizə və ox kimi parçalayıcı olmalıdır;
2. Ovçu həddi-büluğ və yaxşını pisdən ayıra bilən yaşda müsəlman olmalıdır;
3. Ov silahı və ov üçün istifadə olunmalıdır;
4. Silah işə salınmazdan qabaq Allahın adı çəkilməlidir;
5. Ovçu heyvana çatdığı zaman heyvan ölmüş olsa və ya heyvanı kəsməyə vaxt olduğu halda o kəsilmədən ölsə, haramdır.