Sual (51) : Bütün şəriət qaydalarına riayət etməklə başı kəsilən, lakin başı kəsiləndən dərhal sonra qaynar suya salınan heyvanın – belə ki, damarları bağlanırsa və yarım-bağlı vəziyyətə düşərək nəticədə normal miqdarda gəlməli olan qan çıxmırsa – ət və içində qan olan damarları baxımından hökmü necədir?
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Onun əti halaldır, lakin ehtiyat budur ki, daxilində olan qandan istifadə olunmasın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (52) : Sallaqxana sexlərində bəzi dana və inəklərin başını kəsərkən cüssələrinin böyüklüyündən və çəkilərinin ağırlığından olanları qiblə səmtinə yatırmaq mümkün olmur. Bu halda onların başlarını ayaq üstə qibləyə tərəf kəsmək olarmı?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (53) : Heyvanların başını kəsmək üçün müasir texniki avadanlıqdan istifadə etmək caizdirmi?
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Şəriətdə deyilən şərtlərin hamısına malik olsa, eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (54) : Toyuqçuluq sexlərində adətən bir dəfəyə beş min ədəd toyuğun başını bir yerdə kəsirlər. Bu əməliyyatın əvvəlində bir “bismillah” demək kifayətdirmi?
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Ehtiyat onun adi şəkildə təkrar edilməsidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (55) : Heyvanların başını kəsərkən Quran ayələrinin səsləndirilməsi və Allah zikrinin yada salınması kifayət edirmi, yoxsa mütləq heyvanların başını kəsən adamın özü Allahın adını çəkməlidir?
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Ehtiyat vacib budur ki, heyvanın başını kəsən adam özü desin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (56) : Heyvanların başını sürətlə və asanlıqla kəsmək üçün olan dəzgahın fırlanan çarxları (bıçaqları) kütləşməsin deyə, almaz layını xüsusi yapışqanla onların iti uclarına möhkəm yapışdırırlar və nəticədə heyvanların başı polad və dəmir vasitəsilə deyil, almaz vasitəsilə kəsilir, baxmayaraq ki, dəmir almazdan 1 millimetr məsafədədir. Heç bir zərurətin olmadığı və vaxtın və ixtiyarın mövcud olduğu təqdirdə bu şəkildə kəsilən heyvanlar halaldırmı?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Eybi yoxdur və halaldır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (57) : Allahın adını dəzgahı işə salan adamım özü – hətta əgər başı kəsilən heyvanların yanında və ya qarşısında olmasa və yalnız məsələn, “Ya Allah, ya Allah” şəklində deməlidir, yoxsa başqası da desə kifayətdir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Allahın adını dəzgahı işə salan adamın özü çəkməlidir və “Ya Allah” demək kifayətdir, habelə onun heyvanların başı kəsilən yerdə olması vacib deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (58) : Heyvanların başını kəsəndə dəzgahı işə salarkən bir dəfə Allah-taalanın adını çəkməklə başı kəsilən heyvanların hamısı üçün kifayətlənmək olarmı? Yoxsa onların hər biri üçün, yaxud da dəzgahın imkan verdiyi hər neçəsi üçün bir “bismillah” demək lazımdır?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər maşın mütəmadi şəkildə işləyirsə, bir “bismillah”la bir neçə heyvanın başı kəsilsə belə, ehtiyat budur ki, mütəmadi şəkildə Allahın adı çəkilsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (59) : Sərçənin başını üzməyin hökmü nədir? Sərçə bu işlə halal olurmu?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Haramdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (60) : Heyvanın başını kəsərkən lazım olan şərtlərdən biri də heyvanın başının dəmir alətlə kəsilməsidir. İndiki zamanda evlərdə adətən stildən olan bıçaqlardan istifadə olunduğunu, dəmirdən olan bıçaqların dəbdən düşdüyünü və camaatın da bu stil bıçaqlarla heyvanların başını kəsdiklərini nəzərə alsaq, onun hökmünü bəyan edin.

Go to TOP