Sual (41) : Bütün şəriət qaydalarına riayət etməklə başı kəsilən, lakin başı kəsiləndən dərhal sonra qaynar suya salınan heyvanın – belə ki, damarları bağlanırsa və yarım-bağlı vəziyyətə düşərək nəticədə normal miqdarda gəlməli olan qan çıxmırsa – ət və içində qan olan damarları baxımından hökmü necədir?
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Onun əti halaldır, lakin ehtiyat budur ki, daxilində olan qandan istifadə olunmasın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (42) : Qeyri-müsəlman ölkələrdən idxal olunan ətlərin hökmü nədir?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər müsəlman bazarından və müsəlmanın əlindən alınarsa və alıcının (bu barədə) araşdırma apardığını ehtimal verirsinizsə, pak və halaldır.
Yemək və içməyin müstəhəb və məkruh əməlləri
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (43) : Jelatin- esid (qələvi) və bəzi kimyəvi maddələrin təsirindən sonra xas mərhələlərdən keçmiş donuz və ya inəyin sümük və dərisindən hazırlanmış maddəyə deyilir. Hazırlanma baxımından sümük və dərini müxtəlif liflərdən toxunmuş parçaya təşbeh etmək olar ki, yun liflər onlardan ayrılır. Bu maddə yeyinti sənayesində, təbabətdə, fotoqrafiyada, yapışqan hazırlanmasında işlənir. Hal-hazırda bu maddənin istehsalçıları qərb dövlətləridir. Onlar dünyanın bu maddəyə olan tələbatını ödəyirlər. Bütün bunları nəzərə almaqla: 1) Jelatinin dəri və sümükdən alınma üsuluna nəzər salsaq, bunu bir növ istihalə saya bilərikmi? 2) Ölkənin tələbatı hal-hazırda xarici və xüsusilə də qərb ölkələrindən təmin olunduğunu habelə bu məhsulun xammalını nəzərə alsaq, ondan istifadə etməyin nə hökmü vardır?
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Şübhəli hallarda belə ki, onun hansı maddədən hazırlandığını bilmiriksə hökmü halal və pakdır. Bu barədə araşdırma aparmaq da lazım deyil.
2) Əgər onun haram və nəcis maddədən alındığına yəqinimiz olsa istihalə ona şamil olmur. Lakin onu pak və halal olması üçün başqa yol mümkündür.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (44) : Donuz və ya inək sümüyündən hazırlanan jelatinin hökmü nədir? Tərkibində vitamini olan maddələrin çoxu, habelə ABŞ-da istehsal olmuş dərman preparatlarının çoxu və hətta bəzi şirniyyatlar da bu maddədən hazırlanır.
Ad: Malik, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Bu maddədən zərurət halında istifadə etməyin eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (45) : Xarici ölkələrdə idxal edilən sosiskaların hökmü nədir? Onlar haramdır, yoxsa halal?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
İslam qaydaları ilə başı kəsilməyən heyvanların ətindən istifadə olunan yeyinti məhsulları haramdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (46) : Heyvanın erkəklik vəzilərini (xaya) yeməyin hökmü nədir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Haramdır və ehtiyat vacib budur ki, uşaqlara da yedizdirilməsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (47) : Həzrət Əli (əleyhis-səlam), barəsində uzun bir xütbə oxuduğu və xütbəsində onu quşa bənzətdiyi tovuzun ətini yeməyin hökmü nədir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Tovuzun, istər ağ olsun, istərsə qara, əti haramdır. Onun qəribəliklərini şərh etmək ətinin halal olmasını sübuta yetirmir. Necə ki, həzrət yarasanın da qəribəliklərini bəyan etmişdir.
Haram yeməlilər və içməllilər
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (48) : Dovşan ətinin yeyilməsinin hökmü nədir?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Mütləq (qeydsiz-şərtsiz) olaraq haramdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (49) : Qoyun itin südünü içərsə əti haram və nəcis olurmu?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
İt südü barəsində bunu demək olar ki, hərçənd qoyun onu çox içsə və sümükləri möhkəmlənsə belə, (onun ətinin) haram olmasına dair dəlil yoxdur. Lakin (qoyunun) donuz südünü içməsi barəsində; hər vaxt bu miqdarda ondan içsə, həm öz əti, həm də özündən sonrakı nəsillərin əti haram olacaqdır. Amma bu miqdardan az olsa, əti məkruhdur. Yaxşı olar ki, 7 gün onu bağlasınlar və pak yemək versinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (50) : Heyvanın (qaitdən başqa) nəcasətlə qidalanmasının, məsələn, quşların qidalanması üçün qandan istifadə olunmasının hökmü nədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Heyvanın qaitdən başqa digər nəcasətlərlə qidalanması onun ətinin və südünün haramlığına səbəb olmur. Lakin ondan pəhriz etmək daha yaxşıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP