Sual (31) : Xəstəliyə düçar olan bir xəstənin həkim nəzərinə əsasən dərmanı şərab içməkdir. onu müalicə etmək üçün içmək caizdirmi?
Ad: Vuqar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Şərab və bütün spirtli içkilər haramlardan sayılır. onlardan istifadə etmək böyük günahlardan sayılır. mütəxəssis və etibarlı həkim nəzərinə əsasən xəstənin müalicəsi bir başa onu içməyə aiddirsə və onu əvəz edən başqa bir dərman olmasa, dərman üçün zərurət miqdarında istifadə edə bilər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (32) : Qadın yaxud kişi cinsi qüvvəni öldürmək yaxud özlərini sonsuz etmək üçün dərman içmələri caizdirmi?
Ad: Telman, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Ümumi halda bədən qüvvəsini aradan aparan və sonsuzluğa səbəb olan hər bir şeyi içmək caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (33) : Əhli-sünnə ilə birlikdə xörək yeməyin hökmü necədir?
Ad: Rehim, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
İşkalı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (34) : Şərab içən, namaz qılmayan pak və nəcisə əhəmiyyət verməyən şəxslərlə birgə xörək yemək və onlarla yoldaşlıq etməyin hökmü necədir?
Ad: Perviz, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
İslamın zəruri hökmlərini inkar etməsə, islam və pak hökmündədirlər. amma daha yaxşı olar ki, bu adamlarla ünsiyyət olunmasın. məgər ki, onların hidayət olunmasına ümid olsa.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (35) : Bir şəxs üsul və furuuddini bilmir. onun bişirdiyi xörəkləri yemək və onunla bir süfrədə xörək yeməyin hükmü necədir?
Ad: Telman, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər usuliddini qəbul edib, lakin onları təfsilatı və tərtibi ilə bəyan edə bilmirsə pakdır, onunla həmsüfrə olmağın işkalı yoxdur. amma əgər əslən bilmirsə və ondan usuliddindən soruşanda xəbərsiz olduğu zahir olsa həqiqi avamdır, islam hökmündə deyil, bişirdiyi yeməklər və bədən rütubəti ilə əlaqədə olan şeylər nəcisdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (36) : Mənim həyat yoldaşım qusla və namaza etinasızdır. onun bişirdiyi xörəkləri yemək hansı hökmdədir?
Ad: Rehim, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
İşkalı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (37) : Esselamun aleykum v rahmatullah va barakatuh ! onceden tesekkurler,Hər hansı bir yırtıcı quşun ovladığı balıq, o haldaki onun ağzından yerə düşərsə və ya suyun az olan hissəsinə düşərsə, balıq ölsə və ya ölməsə o balığı yemək olarmı və əgər olmazsa hər hansı bir qida tapılmasa aclıqdan ölməmək üçüb bu balığı yeməyin hökmü nədir ?xaiş edirəm Ayətullah Sistani,Aga Xamanei,Məkatim Şirazi,Vəhid Xorasani və sairlərin rəyi olsun.təşəkkürlər...
Ad: Muhamməd, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Balığın təzkiyə olunmasının (yeyilməsi üçün halal olmasının) şərti budur ki, ovlanmış balıq quruda ölsün. Əgər suda ölsə, onun pak olmasına baxmayaraq, yeyilməsi icazəli deyil.
Qarşıya elə bir zəruri hal çıxsa ki, murdar şeyi yemədikdə canınız təhlükəyə düşər, onda onu yeməyin eybi yoxdur.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (38) : Salam əleykum. Allahın adı ilə sualımı verirəm. Bəzən deyillər ki bu heyvan təzkiyə olub, ya bu olmayıb. Bu məsələ mənim üçün qaranlıq qalır ki bu nə deməkdir. Ttəzkiyənin mənasını açıqlamağınızı sizdən xahiş edirəm. Qabaqcadan sizə öz təşəkkürümü bildirirəm.
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Təzkiyə, müəyyən şərtlərlə heyvanın ətinin və dərisinin pak və halal olması yoludur. Məsələn balığın təzkiyəsi, onun sudan diri çıxarılası və suda və sudan qıraqda yox, bəlkə, ən azından torda və ya başqa ov alətlərində ölməsidir. Həmçinin, təzkiyə oluna biləsi inək qoyun və toyuğun (boğazının) dörd damarını kəsdikdə onların əti və dərisi pak və halal olur. Hətta, əti haram olan təzkiyə oluna biləsi heyvanın (boğazının) dörd damarını kəsdikdə pak olur. Baxmayaraq ki, onun ətini yemək haramdır. 
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (39) : assalamu aleykum! men rusiyada yasayiram. burada maqazada ustune halal yazilmis kolbasa, sosiska, toyuq satilir. onlari alib yemek olarmi?
Ad: salman azeri, Ölkə: rusiya, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər müsəlman ölkələrinin istehasalı olsa, onları yeməyin iradı yoxdur. Amma qeyri-müsəlman ölkələrinin istehsalı olsa,heyvanın şəri qaydalara uyğun kəsilməsi sizin üçün sübuta yetməlidir.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (40) : Kafirlərin əlindən alınan yeməklərin hökmü nədir?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər bu yeyinti məhsullarının sexlər, dəzgahlar və ya əlcək vasitəsilə hazırlandığına ehtimal versək, heç bir eybi yoxdur. Amma əgər bu məhsulların rütubətli halda onların əl və bədəni ilə təmasda olduğuna yəqin əldə etsək, ehtiyata görə zəruri olmayan hallarda bu məhsullardan çəkinmək lazımdır. Lakin zəruri hallarda, məsələn, qeyri-müsəlman ölkələrə səfər zamanı bunlardan çəkinmək çətin olan hallarda çəkinməyə bilərsiniz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP