Sual (21) : Əgər balıq suyun altında balıqçının torunda ölsə, halaldır, yoxsa haram?
Ad: Xalid, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Halaldır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (22) : Halallıq və haramlıqda balıqların formaları fərq edirmi?
Ad: Ilkin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Pulcuqlu balıq hər növdə və hər şəkildə olsa, halal və pulcuqları olmayan balıqlar da hər növdə və hər şəkildə olsalar haramdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (23) : Əgər insan inəklə yaxınlıq etsə və ondan dünyaya gələn buzov hansı hökmdədir?
Ad: Hamil, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Yaxınlıqdan sonra dünyaya gələn buzov vacib ehtiyata əsasən haramdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (24) : Yuxarıda verilən suala əsasən əgər vəti olunan zaman heyvanın qarnında olan bala haramdır?
Ad: Perviz, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Xeyr, haram deyil, yalnız vətidən sonra bağlanan nütfədən əmələ gələn bala vacib ehtiyata əsasən haramdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (25) : Kafir ölkələrdən gətirilən balıq konservləri halaldırmı?
Ad: Yaqub, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Pulcuğu olan balıq növündən olması insan vasitəsiylə sudan diri çıxardıldığı və ya balıq toruna düşdüyü sabit olsa, maneəsi yoxdur. Əks halda halal deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (26) : Risalədə yazılmışdır ki, heyvanın başın kəsən zaman heyvanın bədəninin qabaq tərəfi yəni üzü, bıçaq yeri və qarnı üzü qibləyə olsun, lakin Əhli-təsənnilər heyvanın başın kəsən zaman qoyunun alnını qibləyə tərəf bədənini isə qibləyə qərar vermirlər və bu cür kəsməyi halal bilirlər. Sualımız budur ki, onları yemək bizim üçün hansı hökmdədir?
Ad: Rehim, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Suala əsasən hökmü bilməməzlikdir ki, kəsilən heyvan halal olur. buna əsasən yeməyin nöqsanı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (27) : Müsəlmanları azlıq təşkil edən ölkələrdə bir qrup müsəlman halal ət satdıqlarını iddia edirlər. amma onların arasında haram əti halal adıyla satırlar. Əti yeməkdən çəkinmək vacibdirmi?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər müsəlmandan alırlarsa, səhih hökmündədir. müsəlmanın əti kafirdən aldığını bilsələr səhih deyil. bu barədə təhqiqat aparmaq lazım deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (28) : Suda olan üzüm dənələri suyla birlikdə qaynamışdır. o suyu içmək və üzüm dənələrini yeməyin hökmü necədir?
Ad: Rehim, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Suyun üzüm dənələrinin içində qaynayıb-qaynamadığına şəkk olsa onları yeməyin maneəsi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (29) : Spirtli içkiləri məstlik və zərərə səbəb olmadığını bilib az miqdarda olsa da içsələr haramdırmı?
Ad: Elsen, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Spirtli içkiləri içmək mütləq şəkildə haramdır. az, çox və zərərin olub-olmaması arasında bir fərq yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (30) : a) Ehtiram və təşrifat adıyla bir süfrədə araq qoyulmuş olsa, amma heç kimin onu içmədiyini bildiyimiz halda bu süfrədə oturmaq caizdirmi? b) Əvvəlcədən şərab qoyulmayan süfrəyə sonradan müəyyən bir şəxs üçün gətirilsə və digərləri üçün gətirilməsə şəri vəzifə necədir? v) xarici təyyarələrdə bəzi sərnişinlər üçün şərab gətirilir. belə vəziyyəti bildiyimiz halda onlarla oturmaq caizdirmi? q) Ümumi satış dükanlarında yeməli şeylərdən başqa şərab da satılır. o dükanlarda alver və həmçinin orada dayanmaq caizdirmi? ğ) xarici ölkələrin restoranlarında bəzi stolların başında şərab qoyulur. amma bəzi stollarda bu qoyulmur. o restoranlara getmək və şərab olmayan stollarda xörək yemək caizdirmi?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Ümumi halda oturmağın haramlığında səbəb iki cürdür: a) Şərab içmək indiki vəziyyətdə ola.
b) bir süfrəyə aid ola. buna əsasən təşrifat ya satmaq üçün qoyulsa, içilmədiyinə yəqin olan süfrədə orada dayanmağın işkalı yoxdur; həmçinin xarici restoranlarda hər stol müstəqil süfrə hökmündədir, şərab olmayan stolda oturmağın nöqsanı yoxdur. amma bir süfrədə bəzi şəxslər üçün gətirilsə, digərlərinin o süfrə başında oturmağı və oradan bir şey yemələri haramdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP