Sual (101) :
Ov etməklə aradan gedən (ölən) heyvan hansı hallarda halaldır?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim
Əgər heyvana çatıb başını
kəsmək üçün kifayət qədər vaxt olmazsa, güllə onun bədənini yaralamış və ondan
qan çıxmışdırsa, halaldır. Bu şərtlə ki, digər şərtlər, o cümlədən şikar edən
zaman Allahın adının çəkilməsi, şikar edənin müsəlman olması da bununla yanaşı
olsun. Amma heyvanın başını kəsmək üçün kifayət qədər vaxtı olsa və onun başını
kəsməkdə laqeydlik göstərsə (nəticədə ölsə), haramdır.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.