Sual (91) : Kəsməyi mümkün olmayan əhli heyvanı yəni başın kəsməyə bıçaq və sair vəsilələr olmasa, səhra ovu zamanı istifadə edilən iti oxla vurmaq olarmı?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər həmin oxun vasitəsi ilə dörd şah damarı kəssələr və lazım olan sair şəraiti qorumaqla halal olacaq.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (92) : Əti halal olan heyvanı kəsməmişdən əvvəl ağrı az hiss etsin deyə keyəldici iynə yaxud başqa şeylə hissiz etmək olarmı?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bir nöqsanı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (93) : Qeyri-islam ölkələrindən gətirilən balıq, toyuq, qoyun və inək kimi əti halal olan heyvanların əti kəsilən zaman allahın adı və üzü qibləyə şərtlərinə riayət olunmursa, halaldırmı? Əgər maneəsizdirsə, nə üçün həmin ölkədə belə ətlərə rast gələndə haram hökmündə olur?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Ölkə vasitəsiylə gətirilən ətlər dövlətin göndərdiyi müsəlmanın dəxalət və nəzarəti ilə kəsilir. buna əsasən nöqsanı yoxdur. amma o ölkələrdə öz əlləri ilə kəsilənlər haram hökmündədir. məgər ki, kəsənin müsəlman olduğu sabit olsa. xüsusi ilə balığın əgər pulcuqlu olduğu, sudan diri tutulduğu və kənarda can verdiyi və ya balıqçıların torunda öldüyü sabit olsa, halaldır. baxmayaraq ki, onu tutan müsəlman deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (94) : Bəziləri qumbara və sair partladıcı maddələrdən istifadə etməklə balıq ovlayırlar. Belə ki, baş verən partlayış dalğasının nəticəsində balıqlar suyun üzərinə çıxır və balıqçılar onları suyun üzündən yığırlar. Belə balıqlar halaldırmı?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim
Əgər balıqlar dənizdən diri və ya yarımcan halda tutulsa, halaldırlar.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (95) : Yeyilməsi haram olan heyvanlar hətta sudan diri halda çıxarılsa da, murdar hökmündədirmi? Alğı-satqısı haramdırmı? ( Çünki, onlardan digər məqsədlər, o cümlədən qaramal və toyuq yemi kimi bəzən də sənayedə istifadə olunur.)
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim
Onların digər mənfəətlər (məqsədlər) üçün alğı-satqısının eybi yoxdur.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (96) : Geniş şəkildə ovlanan, əti yeyilən və meyqu (krevet) adı ilə məşhur olan ərbiyan (rubiyan) barəsində buyurmuşlar ki, onun pulcuğu var. Bu, (pulcuqlu olmaq nəzəri) meyqunun bütün növlərinə aiddirmi? Çünki, Şahmeyqu adi ilə (onun xarici adı Labisterdir) məşhur olan bir meyqu (krevet) var ki, ərbiyanın bütün xüsusiyyətləri onda gözə dəyir. Yalnız bu fərqlə ki, onun cüssəsi böyükdür. Sual belədir ki, yalnız bir növ ərbiyan halaldır, yoxsa vahid xüsusiyyətlərə malik olmaqla ərbiyan və meyqu adlanan heyvanların hamısı halaldır?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim
Ərbiyan növləri arasında heç bir fərq yoxdur. Lakin adi ərbiyanlar kimi pulcuğu olması gərəkdir.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (97) : Şəriət risalələrində sədəf və onun hökmü barəsində heç bir şey yoxdur və bu fəndə mütəxəssis ekspertlərin dediklərinə görə sədəfin daxilində olan ət ən keyfiyyətli ətlərdəndir və “ləhmən təriyyən”in ən gözəl və bariz nümunəsidir. Onun saysız-hesabsız faydaları var. Bəzi hallarda həkimlər bir çox xəstəliklərin müalicəsi üçün onu tövsiyə edirlər. Xahiş edirik, əlacsız olan hallarda, ixtiyar və müalicə hallarında onun hökmünü bəyan edəsiniz.
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim
Yalnız zərurət (əlacsız) olan hallarda eybi yoxdur.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (98) : Zoologiya mütəxəssislərinin dediklərinə görə ölkəmizin cənub sularında “Şahmeyqu” deyilən uzun xərçəng, habelə Ənzəli bataqlıqlarının şirin sularında və ona bağlı çaylarda, eləcə də ölkə daxilində olan bəzi şirin sularsa “Şirin su xərçəngi” deyilən bir növ uzun xərçəng yaşayır ki, bədən quruluşuna görə meyquya (xırda dəniz xərçənglərinə) çox oxşarlıqları var. Zahiri quruluşuna görə “Şahmeyqu” və “Şirin su xərçəngi” ilə dəniz və çayların kənarında yaşayan, girdə və yastı bədən quruluşuna malik olan adi məşhur xərçənglər arasında böyük fərq vardır. Bunlar halaldır, yoxsa haram?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim

Şəriət hökmü bu kimi hallarda mövzunun xalq arasında təsdiqlənməsinə tabedir. Ona xərçəng deyilirsə, haramdır, amma əgər krevet (rubiyan, meyqu) adı ilə məşhurdursa halaldır. Bu mövzunu aydınlaşdırmaq üçün balıqçılara müraciət edin.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (99) : Son zamanlar balıqçılardan bir qrupu balığı elektrik vasitəsilə ovladıqlarını söyləyirlər. Ovlanmış balıq suda ölür və onun ölmüşünü sudan çıxarırlar. Sual bundan ibarətdir ki, halallıq və ya haram olma baxımından belə bir balığın hökmü nədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim
İşkalı var. Yalnız sudan kənarda öldüyü hal istisnadır.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (100) : Ovlanmış balığın qarnında ölmüş kiçik balıq olarsa, halal hökmündədir, yoxsa haram?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim
İşkalsız deyil. Ehtiyat, ondan çəkinməkdir.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.


Go to TOP