Sual (1) : Salam ələykum. Bildiyiniz kimi son vaxtlar müxtəlif növ jelatinlər düzəlinir və bunların da çoxu demək olar ki qeyri islami ölkələrdə düzəlinir. Bu tərəfdən də əhalinin çoxu ondan istifadə edirlər. Lakin möminlər buna ehtiyatla yanaşırlar. Buna uyğun olaraq möminlərin sualı budur ki, Şəriət qaydaları əsasında kəsilməyən amma əti halal olan heyvanlardan hazırlanmış jelatinlərin hökmü nədir? Əvvəlcədən minnətdarlığımızı bildiririk.
Ad: Bir qrup mömin, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Şəri qaydalarla zibh edilməyən əti halal heyvanlardan düzəlldilmiş jelatini əgər o heyvanın sümüyündən hazırlasalar və sümuk jelatinə çevrilməzdən öncə onun zahirini suya çəksələr, belə jelatin pak və halaldır.
Amma şəri qaydalarla zibh edilməyən əti halal heyvanların dərisindən hazırlanmış jelatinlər murdar və haramdır.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (2) : 1). islamda usagi sunnet etdirmek ucun elverisli ay ve gun hansidi?2.) sunnet etdikden sonra ata mutleq qonaqliq vermelidirmi?bu vacibdirmi?3). menim qaynanam xestedir herden olur agli gedir rehmete getmis adamlari cagirir deyir ki filankes bize niye gelmedi halbuki hemin insanlar coxdan dunyasini deyisibler. ve basqa qeyri- adi hereketler edir. men ve yoldasim mecbur oluruq onu sakitlesdirmek ucun yalan danisiriq bu halda bize gunah yazilirmi?4) bizim qohumuzun qizinin toyu olacaq men hemise o qiza deyirdim ki insallah senin toyunda istirak edecem. ancaq indi melum oldu ki toyda icki olacaq. men de namaz qildigim ucun hemin toya getmek istemirem indi mene qiza toya getmeye soz verdiyim ucun amma sozume emel etmediyime gore gunah yazilirmi?qabaqcadan size tesekkur edirem.
Ad: Zehra, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Sual (3) : Birde salam size bir sualim daha var o duzdur ki evden bir meyve ve ya bawqa bir wey goturdukde valideynden icaze almalisan bu duzdur? Ve eger duzduse valideyn narazi olmasa yene icaze almalisan?
Ad: Allah bendesi , Ölkə: rusiya, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
İcazə almaq lazım deyil. Təkcə onların narazılığını bildiyiniz surətdə icazə almaq lazımdır.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (4) : Salam. Paska ilə əlaqədar bişirilmiş şirniyyatlardan yemək caizdirmi?
Ad: Ceyhun, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər halal şeylərdən hazırlanmış olsa, eybi yoxdur.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (5) : Donuz və ya inək sümüyündən hazırlanan jelatinin hökmü nədir? Tərkibində vitamini olan maddələrin çoxu, habelə ABŞ-da istehsal olmuş dərman preparatlarının çoxu və hətta bəzi şirniyyatlar da bu maddədən hazırlanır.
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Bu maddədən zərurət halında istifadə etməyin eybi yoxdur.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (6) : 1. Xarici ölkələrdə idxal edilən sosiskaların hökmü nədir? Onlar haramdır, yoxsa halal? 2. Qeyri-müsəlman ölkələrdən idxal olunan ətlərin hökmü nədir?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
1. İslam qaydaları ilə başı kəsilməyən heyvanların ətindən istifadə olunan yeyinti məhsulları haramdır.
2. Əgər müsəlman bazarından və müsəlmanın əlindən alınarsa və alıcının (bu barədə) araşdırma apardığını ehtimal verirsinizsə, pak və halaldır.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (7) : Kafirlərin əlindən alınan yeməklərin hökmü nədir?
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər bu yeyinti məhsullarının sexlər, dəzgahlar və ya əlcək vasitəsilə hazırlandığına ehtimal versək, heç bir eybi yoxdur. Amma əgər bu məhsulların rütubətli halda onların əl və bədəni ilə təmasda olduğuna yəqin əldə etsək, ehtiyata görə zəruri olmayan hallarda bu məhsullardan çəkinmək lazımdır. Lakin zəruri hallarda, məsələn, qeyri-müsəlman ölkələrə səfər zamanı bunlardan çəkinmək çətin olan hallarda çəkinməyə bilərsiniz.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (8) : Salamun Aleykum, ölkə bazarənda satılan , adətən dönərə istifadə edilən "toyuq budları"nın kitab əhli olan ölkələrdən gətirildiyi deyilir. Belə olduğu halda həmin budlardan dönər hazırlayıb satmağın hökmü nədir ?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər o toyuqların İslam şəriətinə uyğun olaraq kəsilməsi sizin üçün sübuta yetsə, yaxud onu satan, ya ölkəyə idxal edən müsəlman osa və o toyuqların İslam şərətinə uyğun olaraq kəsilməsini araşdırdığını desə, icazəlidir. Əks təqdirdə o toyuqlar murdar və yeyilməsi haramdır.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (9) : Salamun aleykum.Hekim mene donuz orqanlarindan qarishiq olan dermanlar yazib(ushaq olmasi ucun)Deyir evezedicisi yoxdur.Bunlardan istifade etmek olarmi?
Ad: Zehra, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Sualın fərzində zərurət miqdarında istifadə etməyin eybi yoxdur.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (10) : assalamu alaykum. sualimiz budur ki bir xeste qoyunu kesibler amma diqqet elemeyibler ki onun el-ayaqi terpendi ya yox. indi hokmunuz nedir o qoyun murdar olur yoxsa yemek olar? saq olun
Ad: Alim, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Heyvanın əl-ayağının hərəkət etməsi onun diri olmasının əlamətidir. Əgər heyvanı kəsdikdə onun diri olmasına yəqinlikləri olubsa, bu kifayət edir, o heyvan pak və halaldır.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Go to TOP