Sual (71) :
Bir şəxs nəcis, ya müzaf su ilə qusl edib və bu kimi bir neçə gündən sonra başa düşmüşdür. Onun oruc və namazları səhihdirmi?
Ad: azad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil

Bismillahir-rəhmanır-rəhim
Oruc səhihdir, amma namazları batildir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (72) :
Bir şəxs güman etmişdir ki, istimna etsə, ya yemək yesə bir günün oruc qəzasını yerinə yetirəcəkdir. Bu halda onun vəzifəsi nədir?
Ad: Xaleddin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Xaleddin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər bu işin orucu batil etdiyini bilirdisə orucdan əlavə kəffarə də lazımdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (73) :
Ramazan ayının orucunu bilərəkdən yeyən bir şəxs həmin qayda ilə Ramazan ayının qəza orucunu da zöhrdən sonra iftar etmişdir və kəffarə vacib olduğunu bilməmişdirsə vəzifəsi nədir?
Ad: dasqin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: dasqin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən Ramazan ayının orucunu bilərəkdən yediyi üçün kəffarədən əlavə onun qəzası və zöhrdən sonra yediyi Ramazan ayının orucunun qəzasının kəffarəsi də vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (74) :
Xəstəlik, ya səfər kimi üzürlü səbəbdən Ramazan ayının orucunu tutmayan bir kəs gələn Ramazana kimi bu orucların qəzasını tuta bilməyəcəyini bilirsə, Ramazan ayından sonra onun fidyə və kəffarəsini verməsi səhihdirmi?
Ad: qafur, Ölkə: , Müctəhid: Ayətullah Fazil
Ad: qafur, Ölkə: , Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Xeyr, verilən suala əsasən hələlik onun öhdəsində kəffarə yoxdur. Bəlkə onun şəri vəzifəsi budur ki, sonrakı ilin Ramazanına kimi orucları qəza etsinlər və əgər o vaxta qədər etməsələr və gecikdirsələr kəffarə vermək öhdələrinə gəlir. Buna əsasən əgər ondan əvvəl ödəsələr hesablanmır və gərək təkrar olaraq ödəsinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (75) :
Oruc vacib olmayan qoca kişi və qoca qadın gərək fidyə, yəni müdd təam versinlər. Bu şəxslər Ramazan ayından sonra fidyə versinlər ya gərək gələn ilin Ramazan ayına kimi səbr etsinlər?
Ad: qafur, Ölkə: , Müctəhid: Ayətullah Fazil
Ad: qafur, Ölkə: , Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Xeyr, səbr etmək lazım deyil. Orucu yedikləri həmin ayda və həmin gündə fidyə versinlər. Ondan əvvəl vermək səhih və düzgün deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (76) :
Keçən və bu ildən qəza orucu olan bir şəxs hansı ilin qəzasını tutduğunu müəyyən etməlidirmi?
Ad: , Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: , Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Təyin etmək lazım deyil. Öhdəsində olan orucları qəza etdiyini niyyət edə bilər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (77) :
Əgər həkimlər bir xəstənin oruc tutması haqqında müxtəlif fikirlər desələr, vəzifə nədir?
Ad: vusal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: vusal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Gərək insan özü bir neçə gün oruc tutsun. Əgər zərəri olmasa gərək orucu davam etdirsin. Əgər zərər versə o şəxsə oruc vacib deyil, həmçinin sonrakı ilin Ramazan ayına kimi sağalsa gərək tutmadığı orucları qəza etsin, yox əgər sağalmasa qəza vacib deyil. Amma gərək hər gün üçün bir müdd, yəni on sir (buğda, düyü, ya çörək, arpa) fəqirə versin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (78) :
Astronomların hesablamalarına əsasən xüsusi ilə, hazırkı dövrdə dəqiq imkanları olan cihazlarla ayın əvvəli sabit olurmu?
Ad: Eldar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Eldar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Hər kəs onların dediklərindən xatircəmlik tapsa gərək ona əməl etsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (79) :
Əgər İran İslam Respublikasında ay görünərsə və İranın şərqində yerləşən Əfqanıstanın bəzi yaşayış məntəqələrində (Tehran üfüqü ilə günəşin çıxıb batmasında bir saat fərq vardır) yaşayanlar üçün də ayın görünməsi sabit olurmu? Əgər sabit olmursa, indiyə qədər İran radiosu ilə yayımlanan göstərişlə iftar ediblərsə qəza və kəffarəyə, yaxud təkcə qəzaya səbəb olurmu?
Ad: , Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: , Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Ümumi halda bir şəhərdə ayın əvvəli sabit olsa, o şəhərlə bir üfüqdə olan. yaxud ona yaxın olan başqa şəhərin camaatı üçün də ayın əvvəli sabitdir və həmçinin ayın əvvəli Tehranda sabit olsa Tehranın qərbində yerləşən şəhərlər üçün də höccətdir. Amma Tehranın şərqində yerləşən şəhərlər üçün höccət deyil. Əgər əksinə əməl ediblərsə, gərək öz oruclarını qəza etsinlər və əgər məsələni öyrənməkdə səhlənkarlıq ediblərsə kəffarəsi də vardır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (80) :
Uzaq ölkələrdə ayın görünməsi sair ölkələr üçün kifayətdirmi
Ad: Hafiz, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Hafiz, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər yaxın üfüqdə olsalar kifayətdir.