Sual (61) :
İftar və oruc yemək qəsdində olmaq orucun batil olmasına səbəb ola bilərmi? Qəza və kəffarəsi vardırmı?
Ad: Fariq, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil

Bismillahir-rəhmanır-rəhim
Yemək və iftar niyyətində olmaq orucun batil olmasına səbəb olmur, amma əgər oruc olmamasını niyyət etsə, onun orucu batildir və təkcə həmin günün qəzası ona vacibdir və kəffarəsi də yoxdur. Çünki, kəffarə o vaxt vacib olur ki, orucu batil edən işlərdən birinə mürtəkib olsun.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (62) :
Bir şəxs hicri-qəməri tarixi ilə on beş yaşa çatmışdır. Ona mükəlləf olduğunu başa salmışlar, lakin o inanmayıb və güman etmişdir ki, həddi-büluğ olmaq şəmsi tarixi ilə on beş yaşdır. Buna əsasən həmin ilin orucunu tutmamışdır. İndi onun vəzifəsi nədir?
Ad: Kamran, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Kamran, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər soruşmaqda və təhqiq etməkdə səhlənkarlıq və etinasızlıq edibsə, qəzadan əlavə kəffarə də vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (63) :
Öhdəsində orucun kəffarəsi olan bir şəxs atasının himayəsində yaşadığı üçün qazancı yoxdursa onu necə verməlidir?
Ad: Gefur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Gefur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Hər vaxt qüdrət tapsa versin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (64) :
Ramazan ayının orucunun qəzası üçün əcir tutulan bir şəxs zöhrdən sonra orucunu açsa kəffarəsi vardırmı?
Ad: Hafiz, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Hafiz, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Xeyr, kəffarə yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (65) :
Üzürlü səbəb olmadan mübarək Ramazan ayının orcunu batil edən bir şəxs kəffarə adıyla altmış fəqirə verdiyi təamın pulunu hesablayıb onlara verə bilərmi?
Ad: Telman, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Telman, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Etibar etdiyi fəqirə verə bilər. Onu (yəni fəqiri) öz tərəfindən çörək alıb istifadə etməyə vəkil etsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (66) :
Bir qız dörd il öz oruclarını tutmamışdır, başqa tərəfdən də özü üçün gərək cehiz alsın. Əgər altmış fəqirə təam vermək istəsə cəmi nə qədər verməlidir? Kəffarəni əvvəl ödəməlidir, yoxsa cehiz almağı?
Ad: Haci, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Haci, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Tutmadığı orucların qəzasını yerinə yetirsin və hər günün kəffarəsi üçün 45-kq buğda, ya o miqdarda olan buğdanın pulunu tədricən fəqirlərə çörək almaq üçün ödəsin və kəffarəni gecikdirmək etinasızlıq və diqqətsizlik qəsdi ilə olmayıbsa, maneəsi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (67) :
Seyyid olmayan bir şəxs öz orucunun kəffarəsini seyyidə verə bilərmi?
Ad: Kamran, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Kamran, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Müstəhəbb ehtiyatın xilafınadır, müstəhəbdir vacibi sədəqələri, o cümlədən oruca aid olan və olmayan kəffarələri seyyid olmayan şəxs, seyyidə verməsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (68) :
Kəffarədə unun, ya çörəyin və buğdanın yerinə fəqirə düyü vermək olarmı?
Ad: Tahir, Ölkə: , Müctəhid: Ayətullah Fazil
Ad: Tahir, Ölkə: , Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli, düzgündür. Amma düyünün miqdarı gərək çəki cəhətdən buğdada lazım olan miqdar qədər olsun. Yəni bir müdd buğdanın yerinə bir müdd düyü versinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (69) :
Çörəkçidən bir müdd çörək alıb orucun kəffarəsi üçün fəqirə vermək olarmı? Ya mütləq bir kiloqram olmalıdır?
Ad: Alsafa, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Alsafa, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli, bir müdd (750 qram) çörək kifayət edir, amma yaxşıdır ki, bir kiloqram versin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (70) :
Öz cənabət quslunu bir müddət batil yerinə yetirən bir şəxsin oruclarının hökmü necədir?
Ad: Hafiz, Ölkə: , Müctəhid: Ayətullah Fazil
Ad: Hafiz, Ölkə: , Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Orucları səhihdir, qəza və kəffarəsi yoxdur.