Sual (21) :
Mübarək Ramazan ayında aşağıda qeyd olunan şəkildə musiqi çalmaq orucu batil edirmi? Qəza və kəffarəsi vardırmı?
a) Bir sıra musiqi alətləri dilin altına qoyulub çıxarılır və yenidən ağıza aparılır. Belə ki, ağız suyunu çölə atmaq yaxud da rütubəti paklamaq üçün fürsət yoxdur.
b) Musiqi alətlərinin başqa bir qismi isə dodağın üzərinə qoyulur və gərək ardıcıl olaraq dil toxunsun; dodaqdan götürüb yenidən dodağa qoymaq nəticəsində musiqi alətinin içərisində qalmış su hər dəfə ağzına apardıqca gəlir və onu çölə atmağa imkan olmadığı üçün çarəsizlikdən udmalıyam.
Ad: Rasad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Rasad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Ümumiyyətlə, musiqi aləti ağız suyu ilə yaş olsa və ağızdan çıxarıldıqdan sonra yenidən ağıza aparılsa və onun rütubətini udsalar oruc batil olar. Belə olan surətdə qəsdən və öz ixtiyarı ilə bu işi etsə qəza və kəffarəsi vardır. Ancaq məcburi halda bu işi görsə qəzası var, kəffarəsi yoxdur. Bəli onun rütubəti ağız suyu ilə qarışıb aradan getsə və ona xaricdən gələn rütubət deyilməsə batil deyil. Oruc səhih, qəza və kəffarə yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (22) :
Ordu başçısının əmri ilə şagirdlər və musiqi kollektivi yuxarıda qeyd olunan çətinliyə məcbur olsalar vəzifələri nədir?
Ad: Alim, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Alim, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən, səy etsinlər yenidən ağıza qayıdan suyu, ağız suyu ilə qarışdıraraq aradan elə aparsınlar ki, ona xaricdən qarışan rütubət deyilməsin. Bu halda oruc səhihdir; əks təqdirdə, kəffarəsi olmamasına baxmayaraq, qəzası vardır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (23) :
Namaz əsnasında oruc tutan şəxsin ağzına başdan, ya sinədən gələn bəlğəm yığılır. Onu udsa orucu batil olar və yaxud kənara atmaq istəsə gərək namazını sındırsın, belə hallarda vəzifəsi nədir?
Ad: Cabir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Cabir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Mümkün olsa namazı sındırmadan ağızda olan bəlğəmi çölə atsın, ya ağızında saxlayıb namazı qılıb qurtarsın. İmkan olmayan surətdə, əgər o qədər vaxt ola ki, namazı sındırıb əvvəldən başlasa ən azı namazın bir rəkəti vaxtın daxilinə düşərsə, gərək namazını sındırıb ağızda olan bəlğəmi çölə atsın və sonra namazını qılsın. Amma bu miqdarda da vaxt olmasa bəlğəmi udub namazı tamamlasın və sonradan orucun qəzasını tutsun.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (24) :
Quranı səhv oxuduğunu bilən bir şəxsin Quran oxuması düzgündürmü? Oruc olan halda orucunun batil olmasına səbəb varmı?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Quranı səhv oxumaq öz-özlüyündə haram deyil, orucun batil olmasına səbəb olmaz. (Halbuki, möminlərin Quranı düzgün oxuması lazımdır) Bəli, bir şəxsin istədiyi hissələri oxumağa ümumi elmi olsa və mənası dəyişilən tərzdə oxusa və məqsədi əks məna yaratmaq və Allaha yalan nisbət vermək olsa, bu halda oxumaq haramdır və orcu da batildir. Əgər bilsə ki, Allaha yalan bağlamaq orucu batil edənlərdəndir, qəzadan əlavə ona ehtiyata görə kəffarə də vacib olar. Hətta bilsə ki, səhv oxuduğu kəlmələri bilsə, mənanın dəyişdiyi tərzdə olmasa da və qəsd etsə ki, Allah bu cür nazil etmişdir. Bu halda da oxumaq haramdır, orucun da yuxarıda qeyd olunan hökmü vardır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (25) :
Dişi düzəldən və qəlib tutan zaman ağız suyunda həll olan bir növ dərmandan istifadə olunur; ağız suyu onun dadını götürürsə, oruc zamanı onun hökmünü bəyan edin.
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Samir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
O dərman ağız suyuna qarışıb aradan getsə və ona yemək deyilməsə işkalı yoxdur, baxmayaraq ki, onun dadını hiss edir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (26) :
Oruc halında diş çəkdirməyin, ya qanaxmaya səbəb olan dişdə, ya diş ətində cərrahlıq işi aparmağın hökmü necədir?
Ad: Cabir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Cabir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər boğaza bir şey getməsə oruc üçün zərəri yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (27) :
Oruc halında dəriyə kosmetik yağlar çəkməyin hökmü necədir? Vitaminli pomada ilə başqa yağlar arasında fərq varmı?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bədənin dərisinə sürtülən yağlar orucun batil olmasına səbəb olmaz, vitaminli, ya vitaminsiz pomada arasında bir fərq yoxur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (28) :
Qadının (qabaq hissədən) maye imalə etməsi orucu batil edir, ya yox? Qadın bu işi (aşağıda sadalanan) qaydada: 1-Hökmü bilə-bilə, qəsdən, ya səhvən imalə etmişdirsə? 2-Hökmü bilməsə? 3-Batil etməsində şəkk etsə, qəza və kəffarəsi vardırmı?
Ad: Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Zənnimcə bu iş imalə etmək hesab olunarsa və bu işi qəsdən yerinə yetirsə, bu zaman muftir və orucunun batil olmasına səbəb olar. Amma səhvən etsə xeyr. Qəsdən batil etməklə alim, cahilin iki qismi (qasir və müqəssir) və şübhəli hal arasında heç bir fərq yoxdur. Bütün bu surətlərdə, onun üçün təkcə qəza vacibdir. Əgər qəsdən etsə, daha çox vacib ehtiyata görə kəffarə də ona vacib olar. Kəffarənin vacib olmasında hökmü bilən ilə cahil-müqəssir arasında heç bir fərq yoxdur. Bəli, nəzərimcə cahil-qasir olan qadına kəffarə vacib olmaz. Həmçinin kəffarənin vacibliyində şəkk etmək, cahili-müqəssir kimidir. Yəni onun hökmü (cahil-müqəssirin) hökmüdür. Allah alimdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (29) :
Oruc tutan şəxsə qan vurmağın işkalı vardırmı?
Ad: Fariq, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Fariq, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli, ümumi halda gücləndirməyə səbəb olan və yemək hökmündə olan hər bir şeyi vurmağın işkalı vardır; əgər çarəsizlik üzündən vursalar orucu tuta bilərlər. Həmçinin qəzasını da tutsunlar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (30) :
Sperma xaric etmək qəsdi ilə istimna etsə, amma bu işi bacarmasa orucu batildirmi?
Ad: Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Anar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Onun orucu batil deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.