Sual (41) : Salam aleykum. Bizde azan vaxti ucun muxtelif cedveller var. Subh namazinda pisnamaz dediki menim yeqinliyim yoxdu namzin vaxti dxil olub. Bir nefer israr etdi namaz qildiq amma pisnamaz dediki ehtiyata yenileyecem namazi. Indi bizim camaat namazinin hokmu nedir? Batildir? Yene deyirem pisnamazin yeqinliyi yox idi namazin vaxtinin girdiyine
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər vaxtın daxil olmasına əmin olmasanız, namaz düzgün deyildir. Əks təqdirdə, düzgündür.
http://sual.nur-az.com/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (42) : Salamun Aleykum. Şiə Namazı qılınan Məscidlərdə 3 dəfə Azan verilir (Sübh , Zöhr , Şam) Amma QURAN-İ KƏRİM Kitabında da NAMAZIN 5 vaxtda qəlınması yazılıb bildiyimiz kimi bəs nəyə görə 3 dəfə Azan verilir. Amma Sünni Namazı qılınan Məscidlərdə 5 vaxt Azan səsini duyuruq
Ad: Vusal , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ümumiyyətlə, iki namazın vaxtı daxil olduqdan sonra, namaz qılan şəxs hər iki namazı fasiləsiz bir-birinin ardınca (cəm şəkildə), yaxud hər bir namazı özünün fəzilətli vaxtında qılmaqda ixtiyar sahibidir.
http://sual.nur-az.com/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (43) : Ne kadar caba gostersem de namazlari bastan sona kadar husu ile kilamiyorum yani bazi yerlerini husu ile kiliyorum bu haliyle namazi hafife alanlardan mi sayilirim ve bu sekilde olecek olursam peygamberin dini uzere olmemis mi olurum.
Ad: aysu, Ölkə: hollanda, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Sorudaki duruma göre siz namazı hafife alanlardan değilsiniz.
http://sual.nuraz.in/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (44) : Bismillah. Salam aleykum. 1) Nafilə namazlarında Fatihə surəsindən sonra hər hansı surə demək lazımdır? 2) Xiftən namazının nafiləsi 2 rükət oturaq halda qılındıqda 1 rükət hesab olunur. Bəs əlavə olaraq oturaq şəkildə yenidən 2 rükət də qılınmalıdır? Allah sizi müvəffəq etsin.
Ad: Rauf, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
1. Vacib deyil.
2. İşa namazının nafiləsi iki rükət oturan yerdədir.
http://sual.nur-az.com/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (45) : Namazı batil edən, namazda məkruh və müstəhəb əməllər hansılardır ?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
12 şey namazı batil edir və onlar "mubtilat" (namazı batil edən işlər) adlanır:
1- Namaz əsnasında namazın şərtlərindən biri pozulsa, məsələn, yerin qəsbi olduğu bilinsə;
2- Namaz əsnasında bilərəkdən, ya səhvən, yaxud da çarəsizlikdən dəstəmaz və ya qüslü pozan işlərdən biri baş versə, məsələn, ondan bövl xaric olsa;
3- Şiə olmayan bəzi kəslər kimi əlləri bir-birinin üstünə qoymaq;
4- Həmdi oxuduqdan sonra "amin" demək. Amma əgər bunu səhvən və ya təqiyyə üzündən desə, namaz batil olmaz.
5- Arxası qibləyə olmaq, yaxud qiblədən sağ və ya sol tərəfə dönmək. Hətta əgər sağ və ya sol tərəfə çatmasa belə, lakin "üzü qibləyədir" deyilməyəcək miqdarda qəsdən qiblədən dönsə, namaz batildir. 
6- Qəsdən mənası olan bir kəlməni demək. Hərçənd həmin kəlmənin mənası olmasa və bir hərfdən ibarət olsa belə, yenə də namaz batil olar. Hətta mənanı qəsd etməsə belə, həmin kəlmə əgər iki hərf və ya ondan çox olsa, vacib ehtiyata əsasən, namazı yenidən qılmalıdır. Lakin səhvən olsa, namaz batil olmaz. 
7- Namazda qəsdən səsli gülmək. Lakin səhvən səsli gülsə və ya gülümsəsə, namaz batil olmaz. 
8- Dünya işləri üçün bilərəkdən ucadan ağlamaq. Lakin əgər dünya işləri üçün səssiz ağalasa, işkalı yoxdur. Amma əgər Allah qorxusundan və ya axirət üçün alçaq və ya uca səslə ağalasa, işkalı yoxdur, hətta bu, ən yaxşı əməldir.
9- Namazın surətini pozan işləri (məsələn, əl çalmaq, tullanmaq və s. kimi) görmək. Bu işlər istər az olsun, istərsə də çox, istər qəsdən olsun, istərsə də unutqanlıq üzündən olsun, heç bir fərqi yoxdur. Amma namazın surətini pozmayan işləri (məsələn, əllə bir şeyə işarə etmək kimi) yerinə yetirməyin, işkalı yoxdur. 
10- Yemək və içmək. Əgər namazda, "namaz qılır" deyilməyəcək tərzdə bir şey yesə və ya içsə, namaz batildir. 
11- İki rəkətli və üç rəkətli namazların rəkətlərinin, həmçinin dörd rəkətli namazların ilk iki rəkətinin sayında şəkk etmək.
12- Namazın rüknünü qəsdən, ya səhvən azaldıb-çoxaltmaq, yaxud rükn olmayan şeyləri qəsdən artırıb-çoxaltmaq.
Namazın müstəhəb və məkruh məsələləri risalə kitablarında qeyd edilmişdir.
http://sual.nur-az.com/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (46) : Əgər dövlətin maşınından şəxsi işlər üçün istifadə etmək qadağan olarasa, dövlət işçisi o maşınla şəxsi səfərə çıxsa, onun namaz və oruclarının hökmü nədir?
Ad: Mahmud, Ölkə: , Müctəhid: Ayətullah Zəncani
Bismillahir-rəhmanır-rəhim
Gərək namazını həm qəsr, həm də tamam qılsın. Orucunu da sonradan qəza etsin.
http://sual.nuraz.in/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (47) : Salam 1)Camaat namazinda pisnamaz qiraeti deyen zaman iqtida eden zikr deye bilermi?sesli ve ya sessiz qilinan namazlarda bu barede ferq varmi?Birde iqtida eden tekbiratul ehramdan sonra bismillahir rehmanir rahim demelidirmi?demeli deyise dese isgali varmi?
Ad: Tural, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ümumiyyətlə, zikri demək müstəhəbdir. Lakin zöhr və əsr namazlarında Həmd və surəni oxumamalıdır. Sübh, məğrib və işa namazlarında isə pişnamazın səsini eşitmədiyi təqdirdə, Həmd və surəni oxuması müstəhəbdir, lakin ahəstə oxumalıdır. Əgər pişnamazın səsini, hətta pıçıltısını eşitmiş olsa belə, onları oxumamalıdır.
http://sual.nuraz.in/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (48) : Salam aleykum .Bir sualimiz var,Vacibi namazda Fatiheden sora secdesi vacib olan sure oxudum( meselen Eleq suresi) .Bunnan sora menim vezifem nedir yeni namazi qilib qutardim, ustunden bir nece gun kecse bele secde etsem kifayetdirmi ve namazim duzgundurmu?
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
İnsan vacib namazda vacib səcdəsi olan surələrdən birini oxuyarsa tilavət səcdəsi etmək ona vacibdir. Bu əsasla, əgər səcdəni edərsə ehtiyat vacibə əsasən, namazı yenidən qılmalıdır və əgər günah edib səcdəni etməsə namazı tamamlaya bilər və artıq yenidən qılması vacib deyil. Həmçinin əgər vacib səcdəsi olan surəni unutqanlıq ucbatından oxusa və səcdə ayəsini oxuyandan sonra yadına düşərsə hökmü yuxarıda qeyd edilən kimidir. Çünki, əgər yenə də unutqanlıq ucbatından səcdə edərsə namazı tamamlamalıdır və səhihdir; əgər səcdə etməzdən əvvəl bunu bilsə qəsdən qiraət etdiyi zaman deyilən hökmə əməl etməlidir.
http://sual.nuraz.in/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (49) : bir adam bilmiyerekden namazda siratel demekden sratel diyermish namazlarinin hokmu nedir?
Ad: , Ölkə: Gurcustan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər düzgünlüyünə inanıbsa, namazı səhihdir.
http://sual.nuraz.in/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (50) : Salam aleykum. Rukuda, secdede, qunutda Ya Huseyn, Ya Zehra demek olar? Allah sizden razi olsun
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Namazda oxunan dua və işlənən cümlələrdə Allahdan qeyrisinə xitab olunsa, namazın batil olmasına səbəb olar.
http://sual.nuraz.in/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Go to TOP