Sual (11) : Assalam Aleykum. 1-ci sualim budur ki, baliq kürüsü (ikra)yemek icazelidirmi? 2 ci . qiriq möhürle namaz qilmaqin hökmü nedir? (yaridan qirilib 2 hisseni birlesdirib namaz qiliram. Yashadigim yer xristian ölkesi oldugu üçün dini dükanda möhür tapa bilmemishem. Sünnilere aiddi)
Ad: Yusif, Ölkə: Rusiya, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1. Balığın kürüsünün hökmü həmin balığın yeyilməsinin halal, yaxud haram olmasına bağlıdır. Əgər balıq pulcuqlu balıqlardan olsa, onun özünün yeyilməsi halal olduğu kimi kürüsünü də yemək olar. Amma balıq pulcuqlu balıqlardan olmadığı surətdə, onun özünü yemək haram olduğu kimi kürüsünü də yemək haramdır.
2. Eybi yoxdur.
Qeyd edək ki, möhürü özünüz pak torpaq və ya daşdan da hazırlaya bilərsiniz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (12) : Salam aleykum və rəhmətullah Mənim miladi təqvimi ilə 17 yaşım var. Və mənə aydın olduki Həddi buluga 12 yaşımdan çatmışam 15 yaşıma qədər cahil olmuşam amma 14 yaşımda 11gun Ramazan ayının orcunu tutmuşam amma mən orucun hökmlərini cahil bir xanım qohumum var ondan öyrənmişəm ki o da mənə ya səhv başq salıb ya da mən səhv başa düşmüşəm onu da qeyd edim ki bu hökmləri məsciddəki möminlərdən öyrənməyə cəhd etmişdim amma nənə və bibim bu işə maneə olublar.və o hökmləri də telfonla cahil xanımdan öyrəndim və bu cürə mənə aydın olub imsak subh azanından sonra yeməliyəm. Və Namaza da 15 yaşımda başladım və qusulu da bu cür alırdım bədən və başı tam iki hissəyə ayırırdım və qüsl edirdim məsciddə olan tələbələrdəndə qüsulun düzgün qaydasını eşitmişdim. Amma mən yenə də səhv anlamışam yenə də qüsülü tərtibə riayət etmədən alırdım yəni baş bədəni iki hissəyə ayırıb , üsl edirdim. Və onu da deyim ki bir müddət sonra fiqh kitabında qüslün tərtib ilə qaydasını (yəni baş boyun sag tərəf, sol tərəf .) Gördüm deyrdim ki buda yəqin səhv veriblər. Sora mən fiqh ustadından qüsulun düzgün qaydasını öyrəndim və mən aldıgım qüslü səhv oldugunu öyrəndim. Amma ardıq namaza gəldiyim gündən öyrəndiyim günə qədər 1il bəlkədə bir neçə ay və ya bir neçə gün vaxt keçmişdi. İndi mən 12 yaşdan həddi buluga gəlmişəm. Namaz qılmaq oruc tutmaq daisləmişəm amma cahil nənəm və bibimgil qoymuyublar ki hələ uşaqsan böyüyəndə namaz qılarsan oruc tutarsan . Və bu kimi səbəblərə görə mən namaz qılmaqın oruc tutmagın vacib oldugunu bilməmişəm. İndi 15 yaşımda namaza başlamışam qüslümdə səhv olub.mən bilmək isdiyirəm ki 12 15 yaşlarımda mənə vacib olan orucu tutmamışam ( mən 12 15 yaşlarımda namaz orucun vacib olduğunu bilməmişəm və öyrənmək imkanımda az olub öyrəndiklərimdə səhf olub) Bilmək istərdim ki o oruclarımın hökmü necədir? Yәni mən Cahili qasirəm ya Cahili müqəssir?
Ad: Abdulla, Ölkə: Azәrbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Həddi-büluğa çatdıqdan sonra qılmadığınız namaz və tutmadığınız orucların, həmçinin cənabətli halda batil qüsllə qıldığınız namazların qəzasını yerinə yetirməlisiniz. Əgər məsələnin hökmündən qafil olmusunuzsa, kəffarəsi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (13) : 1.Secdeyi sehf vacib olan zaman niyyet nece edilir? 2.Secdeyi sehfde tesehhudden sonra axirinci salam deyilir yoxsa her 3 salam? 3.Merhumu qebre qoyarken komeklik etmek ucun ister qadin olsun ister kisi mehrem ve namehrem nezere alinirmi?
Ad: Aliaga, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
1. Səcdeyi-səhvə səbəb olmuş işi niyyət etmək lazımdır. Məsələn əgər artıq danışdığı üçün ona səcdeyi-səhv vacib olmuşdursa belə niyyət etsin: "Artıq danışdığım üçün səcdeyi-səhv edirəm qürbətən iləllah".
2. Vacib ehtiyat budur ki, təşəhhüdün vacib miqdarı və son salamla kifayatlənsin. 
3. Məhrəm və ya eyni cinsdən olan şəxsin vasitəsilə olmalıdır. Əks halda meyitin bədəninə toxunulmamalıdır, məsələn kəfənin iki tərəfindən tutulmalıdır. 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 

Sual (14) : Salam. 1. Memum pisnamazla birlikde ruku ve secdeye getmelidir yoxsa pisnamaz ruku ve secdeden qalxanda tekbir deyen zaman? 2.Vehset namazinda Ayetel Kursi 3 ayesi yeni 255-256-257 ci ayeler deyilir yoxsa tekce 255 ci aye? 3. Qunut tutarken qunutdan qabaq deyilen tekbirden sonra eller yana dusub sonra qunut tutulmasi duzgundurmu yoxsa tekbir deyilen kimi qulaqlarin yanindan eller yana dusmemis tutulmalidir?
Ad: Azerbaycan, Ölkə: Aliaga, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim 
1. Məmum namazın əməllərini, məsələn, rüku və səcdələri imamdan öncə yerinə yetirməməlidir. Əməllər imamla birlikdə və ya azca ondan sonra yerinə yetirilməlidir. 
2. Ayətəl-kürsü birinci ayədir, lakin növbəti iki ayəni də əlavə etmək yaxşıdır.
3. Düzgündür. Namaz əsnasında olan təkbirləri dedikdə, əlləri qulaqların müqabilinə qədər qaldırmaq və aşağı salmaq müstəhəbdir. Bu məsələyə riayət etməmək namazı batil etməz. Həmçinin qunutdan öncə olan təkbir, mütləq (qeydsiz) qürbət qəsdilə deyilməlidir. 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (15) : Salamun aleykum. Teqvimlerde gosterilen namaz vaxtlari- namazin vaxtrlarini gosterir yoxsa azanin vaxtini?
Ad: Aliaga, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Namaz vaxtını bildirir.
Qeyd edək ki, azan, namazın vaxtı daxil olduqdan sonra oxunur.
http://sual.nur-az.com/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (16) : Salamun alaykume .namaz qlLarken eyninde olan corab papaq necis olarsa namaz duzgun sayllR? Allah razl olsun.
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər təklikdə övrəti örtmürsə, həmçinin murdar, ya murdar olmuş heyvanların (məsələn, it) hissəsindən deyilsə, namaza ziyan yetirmir.
http://sual.nur-az.com/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (17) : Salamun aleykum. Subh namazindan evvel eger insanin boynuna qusl gelirse teyemmum edib namaz qilmaq olarmi? Amma hava soyuq oldugundan ve isti su olmadiqindan qusl vermeye imkan yoxdur. Eger sonradan hamama gedib qusl verdikden sonra teyemmumle verilen quslerle qilinan namazlari yeniden qeza kimi qilmalidir? 12 imama teqlid etmek duzgunmudur? Qurani Kerimin Beqere suresinin bezi yerlerinde Seriet alimlerine xitab var bu xitablar teqlid etmeyin mecbur oldugunu bildirir? Men bir nefer teqlid etmeyin vacib oldugunu deyirem ve o mene teqlid etmediyini bildirir ve bunun vacib oldugunu bos sayir indi onun yaninda durub namaz qilmaq teqlidi olan birinin namazini batil edirmi?
Ad: Aliaga, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
1. Əgər soyuq suyun ona zərəri varsa, isti su tapmaq, yaxud hazırlamaq da mümkün deyilsə, təyəmmümlə namaz qılmalıdır və sonrakı namazlar üçün qüsl almalıdır. Təyəmmümlə qıldığı namazlar düzgündür və qəza etməyə ehtiyac yoxdur. 
2. Sual (12 imama teqlid etmek duzgunmudur?) aydın deyil. 
3. On iki imamlı şiə məzhəbində müctəhid olmayan kəslərin ələm müctəhiddən təqlid etmələri vacibdir. Çünki müxtəlif fiqhi və əqidəvi qaynaqlarda qeyd olunan ayə və hədislərin hamısını başa düşmək üçün onun müqəddimə işlərindən (sərf, nəhv , məani, bəyan, bidayə, riçal, dirayə, üsuli-fiqh, təfsir, kəlam və s. dərslərini mənimsəmək) əlavə illərlə mütəmadi təhsil və sadiqanə cəhdlər etmək lazımdır. Bu mühüm məsələni “fəqih” və “müctəhid” adı ilə tanıdığımız, hədislərdə Məhəmməd (s) ümmətinin alimləri adı ilə tanıtdırılmış insanlar öz öhdələrinə götürmüş və öz vəzifələrinə əməl edirlər. 
Təqlidi qəbul etməyən pişnamaz ehtiyata uyğun əməl etsə və imam camaatın başqa şərtləri onda olsa, iqtida etməyin eybi yoxdur. 
http://sual.nur-az.com/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (18) : Namaz qıla qıla niyyəti başqa Namaza dəyişə bilərəmmi? Məsələn şamın qəzasını qıldığım vaxt niyyəti dəyişib sübhün və yaxud Xüftənin qəzası edim?
Ad: Hüseyn , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ümumiyyətlə, aşağıdakı hallarda niyyəti döndərmək vacibdir: 
- Əsr namazından zöhr namazına: əsr namazını qılarkən zöhr namazını qılmadığını xatırladıqda; 
- İşa namazından məğrib namazına: işa namazını qılarkən məğrib namazını qılmadığını xatırladıqda və həmçinin niyyətdən dönmə (udul) yeri keçmədikdə;
- İki qəzaya getmiş namazı qılarkən namazların tərtibinə riayət etmək şərtdir və bu halda unutqanlıq üzündən birinci namazı qoyub, ikinci namazı qılan şəxs namaz əsnasında niyyətini birinci namaza döndərməlidir.
Aşağıdakı hallarda niyyəti döndərmək müstəhəbdir: 
- Əda namazından vacib qəza namazına: bu şərtlə ki, əda namazının fəzilətli vaxtı əldən verilməsin; 
- Vacib namazdan müstəhəb namaza: Camaat namazının savabını əldə etmək üçün mükəlləf qıldığı vacib namazın niyyətini müstəhəb namaza döndərir; 
- Cümə günü zöhr vaxtı vacib namazdan nafilə namazına: Belə ki, namaz qılan şəxs unudaraq Həmddən sonra Cümə surəsinin əvəzinə digər bir Surəni yarıyadək və ya daha çox hissəsini oxumuşdur. Müstəhəbdir ki, mükəlləf vacib namazın niyyətini nafilə namazına döndərsin və sonra zöhr namazına başlayıb Həmddən sonra Cümə surəsini oxusun. 
Bundan qeyri hallarda niyyəti döndərmək səhih deyildir.
http://sual.nur-az.com/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (19) : Salam aleykum. Bir nefer camaat namazina ikinci ruketde qosulub ve onlarnan birlikde tesehudu bilmeyerek demeyib ele bilibki bunun birinci ruketi oldugundan dememelidi. Secdeyi sehv vacibdi hemin adama?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Qeyd olunan halda təşəhhüdü demək müstəhəbdir. Buna görə də, təcafi halında (yarı oturmaq –dizləri yerdən götürüb əlləri yerə qoymaq) olarsa, namazı düzgündür. İmam camaatdan bir rükət geri qalan şəxs, imam təşəhhüdü oxuyanda ehtiyat vacibə görə dizlərini yerdən götürüb barmaqlarına söykənməlidir. Ehtiyat müstəhəbbə əsasən imamla birgə təşəhhüdü oxumalı və ya zikr deməlidir. Əgər sonuncu təşəhhüddə olsa, ehtiyat vacibə görə imam salamları deyib qurtarana qədər səbr etməli və sonra qalxıb namazı davam etməlidir.
http://sual.nur-az.com/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (20) : Salamun aleykumş 1. Cume gununde Zohr namazini uca sesle mi qilinmalidir? 2. Eger cammat namazinda 3 4 nefer olsa ancaq pisnamazin soylediyi Hemd ve sureni arxadakilar astadan deyerken esitmelidirmi? 3.Eger pisnamazin sesini Zohr ve esr namazlarinda astadan deyerken esitmesen ozumuz demeliyikmi? Men birinci reketde pisnamazin sesini esitmedin ancaq hemd sureni de demedim ikinci reketde ise yene pisnamazin sesini esitmedim ancaq ikinci reketde hemd sureni dedim. birinci reketde Hemd ve sureni demediyime gore yeniden esr namazini qildim. Duzgundurmu?
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
1. Əgər namazı vətəndə qılsalar, zöhr namazını uca səslə qılmaq müstəhəbdir. Əgər səfərdə olsa, camaat namazı qılındığı təqdirdə müstəhəbdir, fürada yox. 
2. Lazım deyil. 
3. Məmum namazın Həmd-surəsindən başqa bütün zikrlərini deməlidir. Əgər sübh, şam və xiftən namazlarında imamın qiraət səsini eşidərsə Həmd-surəni deməməlidir. Əgər imamın səsini eşitməzsə Həmd-surəni astadan oxuya bilər. Günorta və ikindi namazlarında isə vacib ehtiyat budur ki, Həmd və surəni heç vaxt deməsin. Amma astadan zikr demək olar və bu müstəhəbdir. 
4. Yenidən qılmaq lazım deyil, bundan sonra yuxarıda deyilən kimi əməl edin. 
http://sual.nur-az.com/az/37/Namaz/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Go to TOP