Sual (81) : dünyasını dəyişən bir xanımın vərəsələri ata, ana, əri və neçə övladdan ibarətdir. xahiş edirik malın bölünməsini və onlardan hər birinin irs payını bəyan edin.
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Sualın qoyuluşuna əsasən meyyitin malının 1/6 – i atasına, 1/6 – i anasına, 1/4 – i ərinə çatır. qlan mallar elə bölünməlidir ki, ğlan qızdan iki qat artıq irs aparsın. məsələn, əgər bütün mallar 1.200.000 tümən olsa, ata-anasının hər biri 200.000 tümən meyyitin əri isə 300.000 tümən irs aparır. qalan 500.000 tümən övladlar arasında elə bölünməlidir ki, hər oğlan qızdan iki qat artıq irs aparsın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (82) : İki yaşlı uşaq maşın qəzasında ölmüşdür. onun yaxınları, ata-ana tərəfdən baba və nənələrindən və bir doğma qardaşdan ibarətdir. onun irsinin bölünməsi necədir?
Ad: Ali, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən birinci qrupun adamları mövcud olmadığından meyyitin bütün malı və diyəsi üç hissəyə bölünür. onun bir hissəsi ana tərəfdən baba və nənə arasında bərabər bölünür. qalan iki hissəsi ata tərəfdən baba və nənəsi, həmçinin doğma qardaşı arasında bərabər bölünür. Bu qaydayla ki, baba və doğma qardaş nənənin irs payından iki qat artıq irs aparsın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (83) : Bir ər-arvad bir maşın qəzasında vəfat ediblər. amma qadının ölümü təqribən ərindən iki saat sonra baş verib. həmçinin ərinin bu qadından uşağı yoxdur, bəlkə digər qadından uşaq varıdır. Şəri cəhətdən vəfat edən qadın mərhum ərindən irs aparır ya yox?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən qadın ərindən irs aparır. qadın risalədə yazılan ər və arvadın irs hökmlərinə uyğun ərinin malından irs aparır. Sualın qoyuluşuna əsasən ərin övladı olduğundan onun malının 1\8 – i onun arvadına çatır və ondan da onun vərəsəsinə çatdırılır. Bu halda ər arvaddan irs aparmır. Əgər ölümün əvvəl və sonra olması sabit və məlum olmasa, hər ikisi əvvəldən sahib olduqları maldan irs aparardılar. Bu surətdə ki, gərək ərin arvaddan əvvəl öldüyü fərz olunsa, qadın öz irs payını ərindən aparır. arvadın ərindən əvvəl öldüyü fərz olunsa əri öz irs payını arvadın malından aparır. bir birilərindən apardıqları irs payı onları vərəsələrinə çatır. eyni halda irsin miqdarı və necəliyi tovziul-məsail risaləsində bəyan olunmuşdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (84) : Bir kişi xəstə olarkən bir qadını öz əqdinə keçirmişdir. yaxınlıq etməmişdən əvvəl həmin xəstəliklə dünyasını dəyişmişdir. Bu qadın o kişidən irs aparırmı?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Sualın qoyuluşuna əsasən irs aparmır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (85) : Qadının əkin sahələrində olan dərin quyulardan, bulaq, yeraltı kanallar, su matoru və kəmərlərdən irs aparırmı?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Qadın quyu, bulaq, yeraltı kanalların özündən və onlardan tədriclə çıxan sudan irs aparmır. amma su motoru və çəkilən su kəmərlərindən irs aparır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (86) : Bir şəxs irsdən keçən torpağı öz vərəsələrinə vermişdir. onun vərəsələri onu öz aralarında bölmüşlər. sonradan bir vərəsənin hissəsinin qəsbi olması sabit olmuşdur. Bu vərəsənin yaxud onun vərəsələri qeyd olunan torpağın birinci bölgüsünü pozmağa hakkları var ya yox?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Sair vərəsələrin onun qəsbi olduğunu təsdiqləyən surətdə qeyd olunan bölgü batildir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (87) : meyyitin, oğlu, qızı və ataları vəfat etmiş iki nəvəsi vardır. nəvələr babadan irs aparır, ya əmi və bibinin olması maneədir?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Məsələnin qoyuluşuna əsasən nəvələr babalarının malından irs aparmırlar. bəlkə öz atalarının malından irs aparırlar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (88) : Vəfat edən bir şəxsin bir bacısı uşağı və bir qardaşı varsa, onun irsi bunların hansı birinə çatır.
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən vəfat edən şəxsin irsi bacısı uşağına çatır. meyyitin qardaşına bir şey çatmır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (89) : Vəfat edən bir şəxsin ata-anadan bir qardaşı və atadan bir bacısı vardır. onların irsi necə bölünür?
Ad: Ali, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Onun malları ata-anadan olan qardaşına çatır. atadan olan bacısı ondan irs aparmır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (90) : Bir şəxsin vərəsəsi neçə illər irsdən keçən torpaqda şərik işləmişdir. hər kəs bacardığı işi yerinə yetirib, məsələn biri ağac əkib, digəri suvarıb və sair. indi torpağı bölüşdürməyi qərara alıblar. ağacları əkən qardaş onları öz malı hesab edib bölməyə icazə vermədiyini deyir. sair vərəsələr bütün işlərin şərikli yerinə yetirildiyi üçün gərək torpaq kimi bölünməyini deyirlər. məsələnin hökmünü bəyan etməyinizi istəyirik.
Ad: Ali, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər ştil ağaclar şərikli puldan alınmış olsa və şərikli torpaqda əkilmişdirsə, hamıya aiddir. amma əgər onu şəxsi puldan alıblarsa, onun öz malıdır. yerin şərikləri torpağın icarə haqqını almağa yaxud ağacları kökündən çıxardıb yerdən kənarlaşdırmağa vadar etməyə hakkları vardır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP